Məhkəmə qərarları › İş №2(102)-115/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-115/2025

10.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-115/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma və fərdi yaşayış evindən istifadəyə törədilən maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, yaşayış sahəsindən çıxarılma, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2024-cü il tarixli, 2(105)-1406/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi) ünvanında yerləşən yaşayış sahəsi 64,4 kv.m, köməkçi sahələri 30,5 kv.m olan, 5 yaşayış otağından ibarət 67 nömrəli fərdi yaşayış evi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən İddiaçı adına qeydə alınmışdır.

2. Cavabdeh1 İddiaçı oğlu, Cavabdeh2 isə - gəlinidir.

3. Cavabdeh1 və Cavabdeh2 13 dekabr 2017-ci il tar ix nikaha daxil olmuş və həmin vaxtdan iddiaçının mülkiyyətində olan bu fərdi yaşayış evində yaşayırlar.

4. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququna 12000 manat kompensasiya ödənilməklə xitam verilmiş, Cavabdeh2 isə yaşayış sahəsinə istifadə hüququnun olmadığı müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.

5. Sumqayıt İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli qərarı ilə Cavabdeh2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.

6. İddiaçı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlı 12000 manat pul məbləğini icra şöbə sinin hesabına (depozitə) köçürmüş və Abşeron rayon İcra və probasiya şöbəsinin 28 avqust 2024-cü il tarixli məktubuna görə, iddiaçı tərəfindən 12000 manat məbləğində kompensasiya Cavabdeh1 ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ailə üzvləri ilə birlikdə özlərinə məxsus əşyaları götürməklə xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid, 67 nömrəli (hazırda H.Z.Tağıyev küçəsi) fərdi yaşayış evindən çıxarılmaları, cavabdehlər tərəfindən mənzildən istifadəyə törədilən istənilən maneçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İd dia onunla əsaslandırılmışdır ki, oğlu olan cavabdeh ailə qurduğu gündən ailənin yeganə ümid yeri olan yaşayış evini satmağa məcbur edilsə də, iddiaçı razı olmadığından aralarında mübahisələr yaranmışdır. Yaşayış sahəsindən istifadəyə maneçiliklər törədildiyindən məcbur olub, kompensasiya ödənilməklə cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2023cü il tarixli qətnaməsi ilə Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş, digər Cavabdeh2 isə yaşayış sahəsinə istifadə hüququnun olmadığı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qüvvəyə minmiş, icraya yönəldilsə də Cavabdeh1 təklif olunan kompensasiya məbləğini qəbul etməmiş, əksinə digər cavabdeh ilə birləşərək özlərini daha da aqress iv apararaq, iddiaçını yaşadığı mənzildən çıxmamış, onunla onkoloji xəstə olan həyat yoldaşının mənzilə girib sərbəst yaşamalarına, mənzildən istədikləri kimi istifadə etməyə maneçilik törətmişlər.

9. Abşeron Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(012)-1524/2024 nömrəli qətnaməsi ilə (hakim E.İddiaçı) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 azyaşlı övladları X2 və X3 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi) ünvanında yerləşən 67 saylı fərdi yaşayış evindən çıxarılmaları, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlərin mübahisə predmeti olan fərdi yaşayış evini könüllü olaraq tərk etməmələri, yəni cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququ və mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququnun pozulması ilə nəticələnir. Belə ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir.

11. Məhkəmə hesab etmişdir ki, azyaşlı uşaqların yaşayış yeri, valideylərinin yaşayış yeri sayıldığından, cavabdehlər Cavabdeh1, Cavabdeh2 azyaşlı övladları X2 və X3 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi) ünvanında yerləşən 67 saylı fərdi yaşayış evindən çıxarılmalıdır.

12. İddia tələbinin cavabdehlər tərəfind ən mənzildən istifadəyə törədilən istənilən maneçiliyin aradan qaldırılması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə mücərrəd olduğundan və hazırkı halda iddianın qiymətləndirilməsi mümkün olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu, Mülki Məcəllənin 27.2, 152.1, 152.5, 157.1, 157.2, 157.4-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışd ır ki, məhkəmə iddia tələbinə baxarkən cavabdehin və himayəsində olan azyaşlı övladlarının mübahisəli mənzildən istifadə hüquqlarının olub-olmamasına əhəmiyyət verməmiş, həmçinin Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəsini almamış 02 aprel 2024-cü il tarixli qərarına istinad etmişdir. Cavabdeh1 və iki azyaşlı uşaqları ilə birlikdə mübahisəli ünvanda uzun müddətdir ki, yaşayırlar və həmin mənzil yeganə yaşayış yeridir. Bu mənzildən istifadə hüququna xitam verilməsi qarşılığında onlara təklif olunan məbləğ ailə kimi övladları ilə layiqli həyat səviyyəsində yaşamaq üçün mənzillə təmin etmək imkanı yaratmır. Mübahisənin müsbət həllini iddiaçı qərəzli şəkildə təmin etmir. Əksinə özünün mənzilə dair guya mülkiyyət hüququnu təsdiq edən saxta sənədləri ilə məhkəmənin diqqətini yayındırmışdır. İşə baxan məhkəmə isə iş materiallarına əlavə edilmiş saxta sübutlara istinad etməklə kifayətlənmiş, həmin sənədlərin mötəbərliyini araşdırmamışdır.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2024-cü il tarixli, 2(105)-1406/2024 nömrəli qətnaməsi ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və A.H.Hüseynzadədən ibarət tərkibdə) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(012)-1524/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, iddiaçının qeyd etdiyi fakt və hal lar bundan öncə məhkəmə mübahisəsi zamanı araşdırılmış və iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktı artıq mövcud olmaqla icra mərhələsindədir. Həmin qətnamə üzrə borclu statusunda olan cavabdehlər qətnamənin icra mərhələsi zamanı maneələr yaradaraq, daha əvvəlki qətnamənin icrasını çətinləşdirir. Demək ki, apellyatorun mübahisələndirdiyi dəlillər (faktlar) üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğundan, həmin hallara yenidən məhkəmə müstəvisində qiymət verilə bilməz.

18. Apellyasiya məhkəməsinin qənaətinə görə, cavabdehin (apellyatorun) hazırkı dəlillərinə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmiş və həmin dəlillərə yenidən hüquqi qiymət verilməsinə və sübut olunmasına Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən yol verilmir. Cavabde hlər yuxarıda qeyd olunan və qanuni qüvvədə olan məhkəmə qərarlarının mövcud olmasına baxmayaraq mübahisəli fərdi yaşayış evində yaşamaqda davam edir ki, bu da iddiaçının qanunla qorunan mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Apellyasiya kollegiyasının qənaətinə görə cavabdehlərin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehlərin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də, apellyasiya instansiya məhkəməsi apellyasiya şi kayətinin dəlilləri ilə razılaşmamışdır.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 157.8, 560.1 və 560.2-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 82.4, 88, 217.1, 372.2, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

21. Cavabdeh2 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2024-cü il tarixli, 2(105)-1406/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsi, Mülki Məcəllənin 139.1, 139.2, 139.11 və 152.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci, Mülki Prosessual Məcəllənin 9, 88, 386, 388 və 389-cu maddələri pozulmuşdur.

23. Belə ki, iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilməmişdir. Həyətyanı sahə və ev yüksək gərginliyin altında yerləşdiyi üçün ona qeydiyyat vəsiqəsi verilə bilməz və iddiaçının mülkiyyət hüququ təsdiqlənmir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin qeydiyyat vəsiqəsinin qanuni və əsaslı olması məhkəmə tərəfindən araşdırılmamışdır. Birinci instansiya məhkəməsi Cavabdeh2 məhkəmədə müdafiə olunmaq, həmçinin sübutların qiymətləndirilməsi zamanı tərəfindən verilmiş vəsatətləri rədd etməklə məhkəmə araşdırılması hüququnu məhdudlaşdırmış, apellyasiya məhkəməsində isə bu pozuntular davam etdirilmişdir.

24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

25. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikası Konstitus iyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam ve rmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilm ir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol ver ilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinə ətraflı hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.

33. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli yaşayış sahəsinə iddiaçının mülkiyyətində olması həm qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə, həm də daşınmaz əmlakın dövlət reyestrində qeydlə (qeydiyyat vəsiqəsi ilə) müəyyən olunur.

34. Həmçinin kassatorun mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olmaması Abşeron Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur.

35. Belə olan halda, apellyasiya məhkəməsi əsaslı olaraq mübahisəyə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsini tətbiq etməklə, apellyasiya şika yətinin dəlillərini rədd etmişdir. 36. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

37. Beləliklə, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehin həmin mənzilə dair hər hansı hüququ olmadığından, apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cava bdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2024-cü il tarixli, 2(105)-1406/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar