Məhkəmə qərarları › İş №2(102)-2614/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2614/2024

17.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2614/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-207/2024 nömrəli,19 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsində yerləşən ümumi sahəsi 32.34 kv.m olan 6 nömrəli evin 13 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1433/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh Nümayəndə1 qarşı ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzildən istifadə hüququnun tanınması barədə iddiasının rədd edilməsi qət edilmişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-679/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ünvan 1 ünvanında yerləşən 13 nömrəli ümumi sahəsi 32.34 kv.m olan mənzildən məcburi qaydada çıxarılması və İddiaçı həmin mənzilə köçürülməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4728/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əs asən Cavabdeh apellyasiya şikayətinin təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)679/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5384/2021 nömrəli xx.xx.2021ci il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4728/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, bina 6, 13 nömrəli mənzilin cavab deh tərəfindən qanunsuz hörülmüş qapı və pəncərələrinin sökülməsi, cavabdehin həmin qapı-pəncərələrə bitişik mənzilə aid olan balkondan çıxarılması və qeyri-qanuni tikilmiş balkonun sökülməsi barədə qətnamə çıxarılmasınıxahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdırki, cavabdeh icraçıları aldadaraq, onlardan evi boşaltmaq üçün vaxt istəmişdir. Həmin vaxtdan istifadə edərək ona məxsus mənzilin daxilində qanunsuz söküntü-tikinti işləri aparmışdır. Mənzilinin daxilindən mənzilin yeganə giriş-çıxış hissəsi olan balkonuna açılan və texniki pasportda öz əksini tapan pəncərələrini söküb, sındırıb və hörmüşdür. O, uzun müddət (22 il) həmin balkondan mətbəx kimi istifadə etmişdir, eyni zamanda mənzilin həyətə çıxışı həmin balkon -mətbəxdən olmuşdur. Mənzilin pəncərələri də həmin balkona açılır. Cavabdeh balkonu qeyri-qanuni tikinti adlandıraraq həmin mənzilin pəncərələrini və qapısını mişar daşı ilə hördürmüşdür. Bu hərəkətləri ilə cavabdeh onun mənzilinin bir hissəsi olan və mətbəx kimi istifadə etdiyi balkonu zəbt etmiş və ora yığışmışdır. Beləliklə, cavabdeh məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsində və qeyd olunan icra vərəqəsində cavabdehin həmin mənzilin balkonuna yığışması nəzərdə tutulmamışdır. Mənzilin əsas girişi uzun müddət bundan qabaq mənzilin ondan əvvəlki sahibi tərəfindən, yəni 2005-ci ildə öz razılığı ilə bağlanmış, balkon qəzalı vəziyyətdə olduğu üçün təmir işləri aparmış, balkonu mətbəx halına salmış və küçəyə balkondan qapı açmışdır. Onun qonşuları həmin mənzili balkonu ilə birlikdə 2005-ci ildə aldığını bildirmişlər. O, həmin balkondan uzun müddət mətbəx kimi istifadə etmişdir. Qeyd olunduğu kimi məhkəmə qətnaməsində cavabdehin onun mənzilinin balkonuna (hal-hazırda mətbəx kimi istifadə etdiyi balkona) yığışması nəzərdə tutulmamışdır. O, alfa-talasemiyya xəstəsidir, eyni zamanda, ikinci qrup əlil və şəkər xəstəsidir. O, hal-hazırda nə mənzilinə daxil ola bilir, nə də ondan istifadə edə bilmişdir. Çünki qapı və pəncərələr bağlandığından mənzilə girmək, pəncərələrdən istifadə etmək mümkün olmamışdır. Onun mülkiyyət hüquqları cavabdeh tərəfindən kobudcasına pozulmuş, cavabdeh onu təhqir etmiş, hədələmiş və insana yaraşmayan hərəkətlər etmişdir. Öz qanunsuz hərəkətləri ilə cavabdeh ona həm də maddi ziyan vurmuşdur. Belə ki cavabdehin qanunsuz hərəkətləri nəticəsində, yəni onun DƏDRX-nin ona verdiyi çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi bina 6, 13 nömrəli mənzilin qapı və pəncərələrinin sökülməsi və mişar daşı ilə hörülməsi, mənzilin balkonunun cavabdeh tərəfindən zəbt edilməsi nəticəsində o, maddi ziyan çəkmişdir.

7. Birinci instansiya məhkəməsində cavabdeh qeyd etmişdir ki, onu təhqir etmiş, söydüyü üçün o, evin pəncərəsini kərpiclə bağlamışdır. O ev plana düşmüşdür. Evin heç bir sənədi olmamış, özbaşına tikili olmuş, evin artırmaları o, gəlin gəldikdən sonra tikilmiş, həmin evin təmirinə onun atası 18000 manat xərc çəkmişdir. Onun yaşamağa başqa evi olmamışdır. Pəncərənin sökülməsinə narazı olmamış, ancaq onların hərəkətlərindən qorxmuş dur.

8. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin (hakim Ş.Qədirova) 2(008)-567/2023 saylı 9 fevral 2023-cü il tarixli qətnaməsi ilə (bundan sonra – birinci instansiya məhkəməsi) iddia təmin edilmiş, cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi 6 saylı evin 13 saylı mənzilinin hörülmüş qapı və pəncərələrinin sökülməsi, cavabdehin həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş balkonun sökülməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsi 6 saylı evin 13 saylı mənzilinə dair mülkiyyət hüquqlarından tam şəkildə istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinəcavabdehin mənzilə aid balkon sahəsindən çıxmaması maneçilik törətmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.2, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin id dianı tam təmin etməsi düzgün olmamışdır. Belə ki, əvvəla iddiaçı tərəfin sökülməsini tələb etdiyi ərazinin onun mülkiyyətinin giriş hissəsinə heç bir aidiyyəti yoxdur və iddiaçının belə bir tələbə heç subyektiv hüququ da yoxdur. Eləcə də yaşadığı tikili iddiaçının mülkiyyətinə keçmiş mənzilin daha əvvəlki mülkiyyətçisinin dövründən mövcuddur. Yaşadığı tikilinin iddiaçının mülkiyyətinə mane olmadığı, onun mənzilinin girişinin qarşısında olmadığını təsdiq edən ekspert rəyi mövcuddur və mənzilin texniki pasportundan da bunu görmək olar. İşin halları onu göstərir ki, birinci instansiya iş üzrə əsaslı araşdırma aparmamış, təqdim edilmiş sübutları düzgün tədqiq etmədən iddianın təmin edilməsi qərarını vermişdir. Məhkəmə iddiaçının mənzilinin vaxtı ilə yataqxana olmasını və həqiqi ərazisinin 18 kvadrat metr olmasını, girişin əks tərəfdən olmasını araşdırmamışdır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4462 saylı və xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9959 saylı rəylərinə əsasən hörülmüş vəziyyətdə olan pəncərələrin və qapıların Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inventar nömrəsi 04/3908 olan Texniki Pasport sənədində öz əksini tapdığı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılm ası, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq İcra hakimiyyəti orqanları ilərazılaşdırılmasıQaydaları”nın 4.1,4.2. bəndinin tələblərinə uyğun quraşdırıldığı müəyyən edilmişdir.

14. Hazırda hörülmüş vəziyyətdə olan pəncərələr, qapı və həmin tərəfdən tikili (balkon) Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsində yerləşən bina 6, 13 nömrəli mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inventar nömrəsi 04/3908 olan Texniki Pasport sənədində göstərilən 1 və 3 saylı tikililərin qarşısında olduğu müəyyən edilmişdir. Cavabdehin çıxarılması tələb olunan t ikili (balkon) iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aki Mustafayev küçəsində yerləşən bina 6, 13 nömrəli mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inventar nömrəsi 04/3908 olan Texniki Pasport sənədində öz əksini tapmadığından, həmin balkon tikilisinin iddiaçının mülkiyyətində olan 13 nömrəli mənzilə aid olmadığı müəyyən edilir. Həmin balkonun inşa edilməsinə dair müvafiq qurumlar tərəfindən icazəverici sənədləri mövcud olmamış, həmin tikilinin tikintisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri ü zrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1, 4.2. bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.

15. Pəncərələr (qapı) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən bina 6, 13 nömrəli mənzilinə dair tərtib olunmuş layihədə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inventar nömrəsi 04/3908 olan Texniki Pasport sənədində nəzərdə tutulduğu müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən bina 6, 13 nömrəli mənzilə dair tərtib edilmiş Texniki Pasport sənədi ilə mövcud vəziyyət arasında müqayisəli tədqiqat aparılan zaman, Texniki Pasportda göstərilən 1 saylı yaşayış otağı tikilisinin pəncərə boşluqlarının kərpic vasitəsilə hörüldüyü müşahidə edilir. Həmin pəncərələrin və qapıların bağlanması və başqa bir yerdən açılması texniki cəhətdən mümkün olmamışdır.

16. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən bina 6, 13 nömrəli mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inventar nömrəsi 04/3908 olan texnik i Pasport sənədində göstərilən 1 saylı yaşayış otağından həyətə tərəf açılan pəncərənin qarşısında inşa edilmiş hasar həmin yaşayış otağına düşən təbii işığın qarşısını tamamilə kəsir ki, bu da Tikinti Norma və Qaydaları 2.08.01.89*-un bəndinin tələblərinə zidd olduğu müəyyən olunmuşdur.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-207/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər C.C.Musayeva (sədrlik edən və məruzəçi), G.T.Axundova, F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(008)-567/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir işin hallarına müvafiq qanun normalarını tətbiq edərkən belə nəticəyə gəlir k i, iddiaçının “maraqlı şəxs” sayılmasını, mübahisəli tikilinin sökülməsini tələb etmək hüququnu qazanmasını şərtləndirən müvafiq əsaslar mövcuddur, hazırki halda özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları və hüquqları pozulmuş, beləliklə də cavabdehin əmlak və mənzil hüquqlarına dövlət tərəfindən müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkar olmuş və müdaxilənin mütənasibliyi baxımından mümkün olmuşdur.

19. İddiaçının da mülkiyyətçi olaraq məqsədi, əmlakdan istifadə səlahiyyətlərinin həyata keçirilməsində maneələrin aradan qaldırılması haqqında cavabdehə qarşı yönəlmiş iddia ilə cavabdehin hüquqa zidd davranışına son qoyulmasından, pozulmuş hüquqlarının bərpa edilməsindən ibarət olmuşdur. Bu iddianın verilməsi ilə üç məqsəd güdülür: birincisi, hüququ p ozan hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Belə ki, neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini sərbəst həyata keçirmək imkanı əldə edir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 5.3,11.1, 139.1, 157.4, 180.1, 180.4-cü, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti Azərbaycan Respublikası Ko nstitusiyasının 26, 43, 60-cı, Mülki Məcəllənin 158.1, 158.4-cü, habelə MPM-in 9, 14.2, 76.1, 76.2, 66.1, 80, 88, 89.1, 106.1, 217, 218.1, 386, 417.1.4 və 418.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı tam təmin etməsi düzgün olmamışdır. Belə ki, iddiaçı tərəfin sökülməsini tələb etdiyi pəncərənin onun mülkiyyətinin giriş hissəsinə heç bir aidiyyəti olmamış və iddiaçının belə bir tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Eyni zamanda yaşadığı tikilinin iddiaçının mülkiyyətinə mane olmadığı, onun mənzilinin girişinin qarşısında olmadığını təsdiq edən ekspert rəyi mövcud olmuş və mənzilin texniki pasportundan da bunu görmək olar. Yaşadığı tərəfdən, iddiaçının mənzilə-giriş qapısı heç vaxt olmamışdır. İşin halları onu göstərir ki, məhkəmə instansiyalarında iş üzrə əsaslıaraşdırma aparılmamış, təqdim edilmiş sübutları düzgün tədqiq etmədən iddianın təmin edilməsini qət etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən on ildən çox müddətə yaşadığı mənzildən çıxarılmağı konstitusiya ilə müəyyən edilmiş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Yaşadığı sahənin iddiaçıya heç bir aidiyyəti olmadığı halda, işə baxmış məhkəmələrin bir tərəfli qərar qəbul etməsi əsassız və hüquqlarının kobud pozuntusu olmuşdur. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini, iş materiallarını, əsaslı sənədləri nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

26. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

28. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

29. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 41 6.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. Cavabdeh kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

42. Belə ki, işdən görünür ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)679/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi 6 saylı evin 13-cü mənzilindən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi qət edilmişdir.

43. Həmçinin Reyestr Xidmətinin sözügedən mənzilə dair tərtib e tdiyi 31 yanvar 2020-ci il tarixli Texniki Pasportdan görünür ki, cavabdehin yaşadığı mübahisəli tikili (balkon) mənzilin Texniki Pasportunda öz əksini tapmayıb.

44. Göründüyü kimi cavabdehin yaşadığı və iddiaçının mülkiyyətində olan mənzildən istifadəsinin məhdudlaşdırılmasına səbəb olduğu yaşayış sahəsi hüquqi rejiminə görə özbaşına tikilidir. Həmin rejimin hüquqi əsasını tənzimləyən maddələrin mənasına görə isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlama q, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180-cı maddəsi).

45. Apellyasi ya instansiyası məhkəməsi sözügedən normaların tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, iddiaçının hazırda mübahisələndirdirdiyi tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikə özbaşına tikili hesab edilir. Göstərilən üç haldan ən azı birinin mövcudluğu tikilinin qanunvericiliyin tələblərinə riayət edilməklə inşa edilməsini istisna edir. Bununla belə, həmin tikilinin sökülməsi tələbinə münasibətdə hüquqi dəyərləndirmə ilk öncə “subyektiv hüquq”a malik olma kontekstində aparılmalıdır. Bu həm də özbaşına tikinti və onun nəticələrini müəyyən edən müvafiq qanunun müddəalarından irəli gəlir, çünki Mülki Məcəllənin 180.4-cü maddəsi nə görə bu cür tələbi irəli sürmək hüququna malik olan subyektlərin dairəsi müvafiq icra hakimiyyəti orqanı və ya “maraqlı tərəf”lə məhdudlaşdırılmışdır.

46. Beləliklə, məhkəməyə göstərilən məzmunlu iddia ərizəsi ilə müraciət edən şəxsin “maraqlı tərəf” sayılması qanunvericilikdə məhz tikilinin onun hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmasının təsdiq edilməsi ilə şərtləndirilməlidir, tikili qanunvericiliyin tələblərinə cavab verməsə belə, şəxs yalnız bu zaman həmin tikilinin sökülməsini tələb etmək hüququ qazanır. Beləliklə iddiaçının “maraqlı şəxs” sayılması üçün mübahisələndirilən tikilinin mövcudluğu onun hər hansı hüququnun, azadlığının və ya qanuni marağının pozulması ilə nəticələnib-nəticələnmədiyi müəyyən edilməlidir.

47. Kassasiya şikayəti ilə eyni məzmunlu olan apellya siya şikayətində göstərilən dəlillər üzrə mübahisəli məsələlərin araşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli rəylər alınmışdır.

48. Həmin rəylərdən görünür ki, cavabdeh tərəfindən hörülmüş vəziyyətdə olan pəncərələr və qapılar sözügedən mənzilin Texniki Pasportunda öz əksini tapıb və Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq İcra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1,4.2. bəndinin tələblərinə uyğun quraşdırıldığı müəyyən edilir.

49. Hazırda hörülmüş vəziyyətdə olan pəncərələr, qapı və həmin tərəfdən tikili (balkon) qeyd olunan mənzilə dair Reyestr Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Texniki Pasportda göstərilən 1 və 3 saylı tikililərin qarşısında olduğu müəyyən edilir. Cavabdehin çıxarılması tələb olunan tikili (balkon) iddiaçının mülkiyyətində olan mənzilə dair Reyestr Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Texniki Pasportda öz əksini tapmadığından, həmin balkon tikilisinin iddiaçının mülkiyyətində olan mənzilə aid olmadığı müəyyən edilir. Həmin balkonun inşa edilməsinə dair müvafiq qurumlar tərəfindən icazəverici sənədləri mövcud deyil və həmin tikilinin Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 16 0 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1, 4.2. bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. İddiaçının mülkiyyətində olan mənzilə dair Reyestr xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Texniki Pasportda göstərilən 1 saylı yaşayış otağından həyətə tərəf açılan pəncərənin qarşısında inşa edilmiş hasar həmin yaşayış otağına düşən təbii işığın qarşısını tamamilə kəsir və bu da Tikinti Norma və Qaydalarının 2.08.01.89-cu bəndinə ziddir.

50. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş ekspert rəylərini, işdə iştirak edən şəxslərin izahatları ilə müqayisəli şəkildə təhlil edərək qeyd etmişdir ki, hazırda mübahisə predmeti olan özbaşına tikili iddiaçının qanunla qorunan maraqları və hüquqlarının pozulmasına səbəb olur. Belə ki, sözügədən mənzilin Texniki Pasportunda pəncərə kimi göstərilmiş boşluqlar hazırda kərpic vasitəsilə hörülüb və mübahisəli tikilinin (balkonun) qeyd olunan mənzilin qarşısında olduğu müəyyən edilir. Eyni zamanda pəncərələrin və qapının bağlanması və onların başqa bir yerdən açılması texniki cəhətdən mümkün deyil. Belə vəziyyətdə mənzilin yaşayış otağından həyətə tərəf açılan pəncərələrin qarşısında inşa edilmiş tikili, həmçinin bu pəncərələrin hörülmüş vəziyyətdə olması həmin yaşayış otağına düşən təbii işığın qarşısını tamamilə kəsir ki, b u da Tikinti Norma və Qaydalarının 2.08.01.89-cu bəndinin tələblərinə ziddir.

51. Belə olan halda apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının “maraqlı şəxs” sayılmasını, mübahisəli tikilinin sökülməsini tələb etmək hüququnu qazanmasını şərtləndirən müvafiq əsaslar mövcuddur, hazırki halda özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları və hüquqları pozulmuşdur, beləliklə də cavabdehin əmlak və mənzil hüquqlarına dövlət tərəfindən müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkardır və müdaxilənin mütənasibliyi baxımından mümkündür. İddiaçının da mülkiyyətçi olaraq məqsədi, əmlakdan istifadə səlahiyyətlərinin həyata keçirilməsində maneələrin aradan qaldırılması haqqında cavabdehə qarşı yönəlmiş iddia ilə cavabdehin hüquqa zidd dav ranışına son qoyulmasından, pozulmuş hüquqlarının bərpa edilməsindən ibarətdir. Bu iddianın verilməsi ilə üç məqsəd güdülür: birincisi, hüququ pozan hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Belə ki, neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini sərbəst həyata keçirmək imkanı əldə edir.

52. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətini n dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 mart 2024-cü il tarixli, 2(103)207/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar