Məhkəmə qərarları › İş №2(102)-3976/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3976/2020

22.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3976/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılmaq yolu ilə kənar şəxsin yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyaraq, kirayəçi (icarədarı) və onun ailə üzvlərinin mənzilin istifadəsində yaranan süni maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, əmlakı başqasının qanunsuz sahibliyindən tələb olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliy eva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh3 vəkili xxx oğlunun, Üçüncü şəxs Cavabdeh2 iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)405/2020 nömrəli qətnaməsindən Cavabdeh3 və vəkili xxx tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 xxx şəhəri, X4 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzildən (keçmiş xxx nömrəli evin 5 nömrəli mənzili, keçmiş ünvan 1 sa ylı mənzili) çıxarılmaq yolu ilə onun yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyulması, İddiaçı və onun ailə üzvlərinin həmin mənzilin istifadəsində yaranan süni maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xxx Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-38/2019 nömrəli qətnaməsi ilə (hakim N.M.Əliyev) İddiaçı iddiası təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)405/2020 nömrəli qətnaməsi ilə (hakim M.R.Hüseynov sədrlik edən və məruzəçi, hakimlər R.R.Rəfiyevdən və Y.R.Muradlıdan ibarət tərkibdə) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, xxx Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(014)-38/2019 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qərar çıxarılaraq iddia tələb i təmin edilmiş, Cavabdeh3 xxx şəhəri, X4 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzildən (keçmiş xxx nömrəli evin 5 nömrəli mənzili, keçmiş ünvan 1 saylı mənzili) çıxarılmaq yolu ilə onun yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyulması, İddiaçı və onun ailə üzvlərinin həmin mənzilin istifadəsində cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh3 və vəkilixxxoğlu kasasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-405/2020 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən ünv an 1 ünvanda yerləşən mənzil cavabdehin mərhum əri X1 tərəfindən İddiaçı, sonuncunun ailə üzvlərinin razılığı ilə satın almışdır. İddiaçı mənzilin mərhum ərinə satması, ailə üzvləri isə mənzilin satılmasına razı olmaları, gələcəkdə heç bir şikayətlərinin olmayacağı barədə xx xxxxxx 2002-ci il tarixdə qəbz imzalamışlar. Bundan sonra cavabdehin əri evin pulunu İddiaçı, sonuncu isə evin sənədlərini, yəni xx xxxxxx 1984-cü il tarixli orderi və ona əlavə edilmiş sənədləri mərhum ərinə verərək, özləri əmlakları ilə birlikdə mənzildən çıxaraq, mənzili təhvil vermişlər. Lakin sonradan mənzilin əvvəlki sakinləri alqı-satqını rəsmiləşdirməkdən boyun qaçırmışlar. Apelyasiya instansiyası məhkəməsi işi düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmaqla, qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında Cavabdeh3 vəkilixxxoğlu kasasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı və üçüncü şəxs Cavabdeh1 məhkəməyə gəlməmiş, vəkillərinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, İddiaçı kasasiya şikayətinə yazılı etiraz v erərək, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılması, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunması əsası ilə cavabdehin kasasiya şikayətinin təmin edilməməsi və Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(107)-405/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İlk olaraq kasasiya şikayətinin hədlərini müəyyən edərkən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia tam təmin olunmuş və mübahisə predmeti bölünməz olmaqla, həmi n qətnamə cavabdeh tərəfindən bütövlüklə mübahisələndirilmişdir. Odur ki, hazırki kasasiya baxışının predmetini apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, mübahisələndirilən xxx şəhəri, X4 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzil (keçmiş ünvan ünvan 2dan isə xxx şəhəri, ünvan 1 saylı mənzili) xxx XDS İcraiyyə Komitəsinin xx xxxx 1983-cü il tarixli, 8 nömrəli qərarı və xx xxxxxx 1984-cü il tarixli order ilə İddiaçı və ailə üzvlərinin sahibliyinə verilmişdir. İş materiallarında olan xxx rayon Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsinin xx xxxxxx 2018-ci il tarixli arayışına əsasən xxx rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2016-cı il tarixli 66 saylı sərəncamı ilə xxx şəhərinin əvvəlki adı Qırmızı Oktyabr, indiki adı X4 küçəsi ev 2, mənzil 5 həmin müəssisəsinin balansına verilmişdir. Həmin binada olan 5 saylı mənzil İddiaçı adınadır, sonuncu həmin ünvanda qeydiyyatdadır. Cavabdeh3 həmin ünvanda qeydiyyatda deyil. 2016 və 2017-ci illərdə mənzil kirayə haqqını Cavabdeh3 ödəmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına hüquqi qiymət verərək göstərmişdir ki, mübahisəli mənzili order əsasında iddiaçının və onun orderdə qeyd edilən ailə üzvlərinin tutmaq hüquqları vardır. Dövlət mənzil fonduna aid həmin mənzil mülkiyyətçi tərəfindən iddiaçıdan geri alınmadığından, iddiaçıya mənzilin məxsusluğunun qanuni əsasları mövcuddur və onun uzun müddət həmin mənzil də yaşamaması, cavabdehin isə həmin müddətdə mənzildə qeydiyyata düşmədən yaşaması ilə bağlı irəli sürülən dəlillər əsassızdır. Tərəflər arasında hüquqi münasibətin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu m addənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hü ququ əldə edirlər. Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanılması halları müəyyən edilmişdir. 89-cu maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yol verilir. Yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Ancaq yaşayış sahəsini özbaşına tutmuş və ya uçmaq qorxusu olan evlərdə yaşayan şəxslərin prokurorun sanksiyası ilə inzibati qaydada çıxarılmasına yol verilir. Vətəndaşlar yaşayış sahəsindən çıxarılarkən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna edilməklə, eyni zamanda başqa yaşayış sahəsi verilir. Apelyasiya instan siyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh mübahisəli mənzilin icarədarı olan iddiaçının ailə üzvü hesab edilmir. Lakin tərəflər arasında 2003-cü il tarixdə baş tutmuş razılıq əsasında Cavabdeh3 mübahisəli mənzildə məskunlaşmış və hazırkı vaxta kimi həmin mənzildə yaşamasına baxmayaraq onunla kirayə müqaviləsi bağlanmamış və sonuncunun adına hər hansı bir sənədləşmə aparılmamışdır. İddiaçının mübahisəli mənzilə dair qüvvədə olan sahiblik və istifadə hüquqlarının olmasını və onun həmin mənzili mülkiyyətinə keçirmək barədə qanuni əsaslarının olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitu siyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa məhkəməsi həmin qərarda qeyd etmişdir ki, ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir, halbuki, bu cür sahiblik faktını qanunsuz elan edib. Belə olan halda, Məhkəmə hesab edir və tərəflər də buna etiraz etmir ki, ərizəçinin mülkiyyət hüq uquna müdaxilə baş verib. Ərizəçi yalnız kirayə hüquqlarına malik olduğu üçün bu müdaxilə nə müsadirəni, nə də mülkiyyətdən istifadəyə nəzarəti təşkil edir, lakin 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndinin birinci cümləsinin tətbiq dairəsinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başq a şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Mə hkəmə kollegiyası şərh olunan normalara əsasən hesab edir ki, İddiaçı xxx şəhəri, X4 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzilin qanuni sahibi olduğu, cavabdehin isə bu mənzildə heç bir hüquqi əsas olmadan yaşadığı və bununla da iddiaçının qanunla müəyyən olunmuş hüquqları pozulduğu üçün apelyasiya instansiyası məhkəməsinin işlə bağlı mövqeyi əsaslı olmuşdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən Cavabdeh3 şikayətində göstərdiyi hallara (mübahisələndirilən mənzilin onun əri tərəfindən iddiaçıdan alqı-satqı yolu ilə alınması, iddiaçının və ailə üzvlərinin həmin əqdə razılıq vermələri, sonuncuların mənzili tərk edərək uzun müddət ərzində mənzildə yaşamamaları və mənzilin onun istifadəsində olması) istinad etməklə, cava bdehlər İddiaçı və qeyrilərinə qarşı mənzilin Cavabdeh1 tərəfindən ona satılmasına dair əqdin etibarlı hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. xxx Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamış, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə isə Cavabdeh3 apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə Cavabdeh3 cavabdeh xxx rayon İcra Hakimiyyətinə və qeyrilərinə qarşı xxx şəhəri, X4 küçəsinin ev 2, 12 nömrəli mənzilə dair üçüncü şəxs İddiaçı adına verilmiş 12 saylı, xx xxxxxx 1984-cü il tarixli mənzil orderinin ləğv edilməsi öhdəliyinin cavabdeh xxx rayon İcra Hakimiyyətinin və həmin mənzilə görə onunla kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh xxx rayon Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsinin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin olunsa da, son nəticədə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin həmin qərarı ləğv edilmiş, iddiaçı Cavabdeh3 iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahis ələndirilmir və yenidən sübut edilmir. Mülki prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qar şılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Göründüyü kimi Cavabdeh3 dəlillərinə onun iddiası əsasında baxılmış başqa məhkəmə mübahisələrində hüquqi qiymət verilmiş və qanuni qüvvədə olan məhkəmə qərarları ilə cavabdehin mübahisələndirilən mənzilə hər hansı hüquqları təsdiq olunmamışdır. Beləliklə də, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə müəyyən olunan işin faktiki hallarına uyğun olaraq tərəflər arasındakı mübahi sənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 və vəkilixxxoğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tari xli, 2(107)405/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar