Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1155/2024 15.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X4 və Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – MPM 405.0.1, 408.1.4, kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim X1 məruzəsi ilə, hakimlər X3 və X2 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 16 noyabr tarixli 2(106)-1223/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binas ında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İ. İşin halları
1. Lənkəran Rayon Məhkəməsinin (hakim X7) 2023-cü il 26 aprel tarixli 2(049)65/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 (bundan sonra – “iddiaçı”) və İddiaçı2 cavabdehlər Lənkəran şəhər İcra Hakimiyyətinə və X3 qarşı “tikilinin cavabdehlərin hesabına sökülməsi, ərazidə ayaqqabı təmiri emalatxanasının cavabdehlərin hesabına bərpa olunmasına 50.000 (əlli min) manat və 20.000 (iyirmi min) manat mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir.
2. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (sədrlik edən və məruzəçi X8, hakimlər X5 və X6) 2023-cü il 16 noyabr tarixli 2(106)-1223/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin id diaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə (bundan sonra – “nümayəndə”) “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə 2023-cü il noyabrın 20-də yerləşdirilmişdir. 3. 2024-cü il yanvarın 26-da iddiaçı nümayəndənin elektron kabineti vasitəsilə yuxarıdakı qətnamədən kassasiya şikayətini Şirvan Apellyasiya Məhkəməsinə təqdim etmiş və kassasiya şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə (bundan sonra – “Ali Məhkəmə”) göndərilmişdir. İİ. Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə 12
8. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması... 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.” “Maddə
129. Prosessual müddətlərin qurtarması 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.” “Maddə
130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur....” 130.3. Prosessual müddə tin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Ma ddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması... 404-1.2. “işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.5. Bu Məcəllənin 40 8.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.” “Maddə
409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.” İİİ. Ali məhkəmənin mövqeyi
5. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, MPM-in 135.6-cı maddəsi anlamında məhkəmə sənədlərinin tərəflərə çatdırılması onların adı ndan etibarnamə əsasında çıxış edən şəxsləri (vəkilləri, nümayəndələri) də əhatə edir. Bunun əksini düşünmək, MPM-in 69 və 74-cü maddələri ilə şəxslərə tanınan hüquqların əhəmiyyətini azaltmış olardı.
6. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsinin 2023-cü il 16 noyabr tarixli qətnaməsi nümayəndənin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə 2023-cü il 20 noyabr tarixində yerləşdirilməklə rəsmi qaydada təqdim olunmuşdur. Belə olan halda, iddiaçı kassasiya şikayətini 2024-cü il yanvarın 21-dək vermək hüququna malik olmuşdur. Kassasiya şikayəti isə 2023-cü il yanvarın 26-da eyni kabinetə yerləşdirilməklə verilmiş, bununla da, qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulan 2 aylıq prosessual müddət buraxılmışdır (bax, yuxarıda § 23).
7. Bu nunla əlaqədar olaraq, Məhkəmə kollegiyası prosessual müddətlərin tətbiqi ilə bağlı müəyyən edilmiş vahid məhkəmə təcrübəsinə bir daha istinad edilməsini zəruri hesab edir. Belə ki, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bir sıra məqsədləri var. Bunlardan əsası – işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyəti “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya tərəfdar çıxmış dövlətləri n qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin müəyyən edilməsi məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, misal üçün, № 2(102)-2333/2023, § 7, 5 may 2023-cü il).
8. Hazırkı işdə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti v erərkən, qanunla müəyyən edilmiş iki aylıq prosessual müddəti ötürmüş və həmin müddətin bərpasına dair ərizə verməmişdir.
9. Hər bir halda, kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini yoxlamaq vəzifəsi ilk növbədə apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. X9 Məhkəməsinin Mülki kollegiyası qanunla müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirməmiş və kassasiya şikayətinin mümkünlüyünü düzgün yoxlamadan iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.
10. Qeyd edilənlərə əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyi və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyi üçün icraata qəbul edilə bilməz. Buna görə də, kassasiya şikayə ti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir
11. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 16 noyabr tarixli 2(106)-1223/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin.