Məhkəmə qərarları › İş №2(102)-1162/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1162/2023

14.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1162/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı ilkin iddia və Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət və cehiz əmlakı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət və cehiz əmlakı” tələbinə dair ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “qızıl-zinət əşyaları tələbi” barədə qarşılıqlı iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6078/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə 14 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdeh1 ilə nikaha daxil olaraq evlənmiş, cavabdehlərin yaşadığı ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüş və cehiz əşyaları orada yerləşdirilmişdir. Onların birgə nikahından İnci adlı qızları anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8557/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaq ananın yanında saxlanılmış, cavabdehdən hər ay 160 manat sabit pul məbləğində aliment tutulmuşdur.

2. Toy və nişan mərasimi zamanı iddiaçıya qızıl-zinət əşyaları hədiyyə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət və cehiz əmlakı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi dəyəri 47.362 manat təşkil edən əmlak və qızıl-zinət əşyalarının: Yantar üzük 3,7 qram - 150 manat (forması-paxlavaya bənzər sarı qızıl, əyar-585); brilyant “nişan” üzüyü 21 qram - 2000 manat (paxlava formalı ortasında 3 qaş, əyar-583); Göy komplekt 18 qram - 1500 manat (ağ-sarı qızıl qatışığı, sərgi malı, əyar-585); Türkiyə yarım altın 6 qram - 410 manat (sarı qızıl, türk qızılı 22 əyar); Qızıl bilərzik 9.5 qram - 800 manat (sarı zəncir qızıl, əyar-585); yumru klon 7 qram – 600 manat (qızılı rəng üstündə “ Allah” sözü var); sırqa qızılı 1.38 qram - 120 manat (arxası zəncir önü ürək formalı, əyar-585); sallama sırqa buruq 4.6 qram - 360 manat (qızılı rəng spiral forma altında 3 muncuq sallama, əyar- 585); qırmızı qaşlı sarı qızıl komplekt 11.7 qram (klon, sırqa, üzük: 800 manat-əyar-583). İncinin qızılları: ad yazılan bilərzik 4.2 qram -350 manat (sarı qızıl universitet qızları alan, əyar-585); bilərzik sadə 3.1 qram - 250 manat (universitet uşaqları alan, sarı qızıl əyar - 585); “İNCİ” adı yazılan sep 13.23 qram 1000 manat (sarı qızıl, qonşu alan, əyar-583); klon sarı qızıl 3 qram - 230 manat (İradə alan, əyar-585); Sırqa, halqa, uşaq üçün 2 qram -170 manat (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.5 qram - 210 manat (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.3 qram - 190 manat (s adə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.7 qram - 220 manat (sadə halqa, əyar - 585); sırqa halqa uşaq üçün 2.3 qram - 195 manat (sadə halqa, əyar585); sırqa halqa uşaq üçün 2.8 qram - 235 manat (sadə halqa, əyar-585); Halqa klon içində bəzək “Allah” yazısı, sepi ilə 1.9 qram - 150 manat - əyar 583; Bağlatdırılma qızıl üzük 5.9 qram - 420 manat, əyar-583; sarı qızıl önü muncuq arxası zəncir sırqa və ona uyğun düyünlü sep 2.9 qram -245 manat, əyar-585; “MaşaAllah” sancaq uşaq üçün 1.2 qram - 75 manat. Cehiz siyahısı: mebel qonaq dəsti + yataq dəsti - 6400 manat; divan 2630 manat; televizor “Samsung” 116 ekran - 3000 manat; xalça 3x2 2 ədəd - 2x 320=640 manat; çılçıraq - 480 manat; pərdə 26 metr - 26x25=650 manat; pərdə günlüyü 12 metr 50 manat; 1 ədəd iki nəfərlik, 2 ədəd tək döşək; 1 ədəd iki nəfərlik yorğan - 160 manat; 2 ədəd tək yorğan; 2 ədəd 70x70 yastıq - 70 manat; 2 ədəd 50x70 yastıq - 50 manat; 2 ədəd mütəkkə, 1 ədəd dəvə yunu yorğan - 140 manat; 1 ədəd silkon yorğan - 70manat; 1 ədəd ağ yataq dəsti -170 manat; 1 ədəd iki çexollu yataq dəsti - 75 manat; 1 ədəd 4 mövsüm yataq dəsti - 65 manat; 6 ədəd cüt yataq dəsti - 55x6=330 manat; yataq örtüyü (pokrıval) ağ - 350 manat; yataq örtüyü (pokrıval) zərli gündəlik - 80 manat; ütü stolu - 75 manat; 16 ədəd əl salfetkası - 16 manat; 18 ədəd çay dəsmalı - 24 manat; süfrə 6 ədəd 130 manat; mətbəx süfrəsi - 12 manat; klyonka süfrə 2 ədəd - 15 manat; yastıq üzü (moruq rəngində) 2 ədəd - 8x2=16 manat; 4 ədəd tək yataq dəsti - 25x4= 100 manat; adyal qırmızı rəng - 25 manat; 8 ədəd qətfə - 160 manat; 12 ədəd əl-üz dəsmalı - 160 manat; 2 ədəd silkon yastıq - 30 manat; qulaq yastığı 1 ədəd - 6 manat; 1 dəst yorğan döşək (İnciyə; 6 ədəd 70x70 yastıq üzü - 30 manat; 6 ədəd 50x70 yastıq üzü - 24 manat; 1 ədəd süfrə -45 manat; 1 ədəd güldan künc üçün - 57 manat; tozsoran “Vest” firması - 200 manat; şirəçəkən maşın dəsti - 190 manat; ətçəkən maşın - 170 manat; 1 ədəd çaydan çaynik “Arsha” firması - 40 manat; “Arsha” bıçaq-balta dəsti (çamadan) - 140 manat; “Arsha” 3 mərtəbə qaşıq dəsti - 200 manat; ütü - 150 manat; mikser - 35 manat; “Tefal” çömçə - qaşıq dəsti 38 manat; sini 2 dənə - 50 manat; tütəkli çaydan çaynik “Berkome” firması - 45 manat; termos 3 lt - 35 manat; qozqıran dəsti - 35 manat; tuj qazan qırmızı 60 manat; tuj qazan göy - 70 manat; 1 ədəd qazan dəsti - 150 manat; ağıllı qazan “Redmond” firması - 265 manat; “Qalaxi” samavar - 270 manat; toster - 45 manat; “Arsha” qazan dəsti - 180 manat; “Arsha” aş qazanı - 80 manat; Balaca qazan dəsti 3 ədəd - 10 manat; balaca qazan kapron qapaqlı - 8 manat; 4 künc kapron qab - 6 manat; şüşə keks qabı – 12 manat; şüşə qazan 2 ədəd - 40 manat; şüşə çaynik “Cofe” firması - 6 manat; çay nahar servis “QDR” firması 1700 manat; 2 ədəd fincan dəsti - 24 manat; 6 ədəd bakal - 25 manat; 12 ədəd billur stəkan - 90 manat; 12 ədəd armudu stəkan billur - 70 manat; 12 ədəd nəlbəki - 20 manat; 12 ədəd armudu nəlbəki - 16 manat; 2 ədəd qaşlı salfetka qabı 24 manat; 6 ədəd limon qabı - 8 manat; 12 ədəd ürək razetka - 12 manat; 4 ədəd külqabı 28 manat; 6 ədəd su bakalı - 8 manat; 12 ədəd razetka - 12 manat; 12 ədəd duz qabı - 12 manat; 2 ədəd suvenir - 50 manat; 2 ədəd ləpə qabı böyük - 32 manat; 2 ədəd böyük çaynik - 40 manat; bıçaq 2 ədəd - 10 manat; 6 ədəd taxta qulplu qaşıq dəsti - 22 manat; 12 ədəd şüşə şirniyyat boşqabı - 15 manat; kofe dəmləmə qabı - 35 manat; duz qabı 2 dənə - 4 manat; 8 ədəd billur vaz - 160 manat; 8 lötkə billur - 150 manat; 8 konfet qabı 150 manat; 2 ədəd mürəbbə qabı - 32 manat; 2 ədəd şamdan - 24 manat; 4 ədəd qənd qabı - 40 manat; 1 ədəd billur kompot qabı- 35 manat; 1 ədəd kompot qabı - 20 manat; fincan çaynik dəsti - 22 manat; 6 ədəd fincan nəlbəki asılqanlı - 16 manat; 1 nabor fincan nəlbəki - 8 manat; 6 ədəd gül qabı - 110 manat; 2 ədəd tort qabı - 18 manat; 2 ədəd fincan nəlbəki - 10 manat; 1 ədəd qrafin dəsti, stəkanı ilə - 120 manat; 1 nabor rəngli bakallar 60 manat; 1 ədəd krafinka dəsti “TOM” firması - 270 man at; 1 ədəd gül qabı + 2 vaz + 2 konfet qabı dəsti bagema - 170 manat; 1 ədəd krafin dəsti - 130 manat; qırmızı lüləkli çaydan - 45 manat; tost makinasl “Karaca” firması - 150 manat; kofe makinası türk - 30 manat; “Tefal” çaydan çaynik elektrik - 35 manat; ütü masası üçün süfrə - 7 manat; 2 ədəd mətbəx dəsti - 7 manat; 2 ədəd su çəkən - 6 manat; 1 ədəd soyuducu içi - 5 manat; 1 ədəd göy torbası - 4 manat; 1 ədəd mətbəx dəsti - 6 manat; 6 ədəd asılqan - 6 manat; corab torbası - 4 manat; döşəmə vedrəsi - 20 manat; 2 ədəd çörək taxtası - 4 manat; 2 ədəd önlük dəsmalı ilə mətbəx üçün - 18 manat; 2 ədəd paltar şotkası- 5 manat; paltar şpilkası - 10 manat; 1 qutu sap - 3 manat; 4 ədəd böyük sap- 4 manat; iynə sap qabı 3 göz - 8 manat; çarpayı altı sandıqca bufik - 400 manat; Şuba uzun qəhvəyi - 5 000 manat; “Canon” kamera 60D - 1200 manat; Ağ notbuk - 700 manat. Bütün geyimləri: saç qurutma fen daraqlı - 50 manat; saç burma fen çəhrayı qulplu - 28 manat; suvenir mənzərə, elektriklə oxuyan - 45 manat. İncinin əşyaları: Velosiped - 230 manat, qara bənövşəyi rəng, valideyn üçün yuxarı rolu; samokat - 75 manat, çəhrayı rəng; yatdığı çarpayı - 450 manat, ağ üstündə çəhrayı bəzək, 15 yaşına qədər; İncinin uşaq arabası - 860 manat, Türkiyədən alınma qara qırmızı rəngli, 3 təkər, oyuncaqları; 4 yaşına qədər olan bütün geyimləri; İncinin albomu və ad gününə düzəltdirdiyi böyük şəklin (diski) cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1lə 2014-cü ildə ailə quraraq, ona alın an və bağışlanan cehiz əmlakları ilə birlikdə cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən evə köçmüş və əşyalarını ora yerləşdirmişdir. 2018-ci ildə həyat yoldaşı M.Toğrul onu uşaqla birlikdə iddiaçının atasının evinə qonaq aparmaq adı ilə evdən çıxardıb və bir daha arxasınca getməmişdir. Atası evindən tez qayıdacağını düşünərək, iddiaçı adi paltarlarda və adi günlərdə taxdığı sadə qızıl üzüklə evdən çıxmış və bir daha həmin evə qayıtmamışdır. Bu səbəbdən də cehiz əşyaları və qızıl-zinət əşyaları, hətta özünə və qızına məxsus mövsümi geyim paltarları həmin evdə qalmışdır. Cavabdehlərin ona qarşı davamlı şəkildə qərəzli münasibət göstərməsi nəticəsində tərəflərin nikahı xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Lakin nikah pozulduqdan sonra da cavabdehlər iddiaçı ya və qızına məxsus qızıl-zinət əşyalarını və cehiz əmlakını qaytarmaqdan imtina etmiş, əmlakı yalnız məhkəmə qətnaməsi əsasında verəcəklərini bildirmişlər. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 5. 27.10.2020-ci il tarixdə Cavabdeh2 və Mirzəyev X1 YYYna qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 məxsus 583 əyarlı, sibir brilyant qaşlı, çəkisi 6 qram, dəyəri 2000 manat olan üzüyün, Cavabdeh1 məxsus çəkisi 10 qram, üzərində 2 karat brilyant qaşlarla əhatə edilmiş 750 əyarlı, ümumi dəyəri 1400 manat olan nişan üzüyünün və ya onların dəyəri olan 3400 manat pul vəsaitinin İddiaçı alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Q arşılıqlı iddia onunla əsaslandırılıb ki, İddiaçı ilə Cavabdeh1 2014-cü ildə rəsmi nikaha daxil olmuş, xx.xx.2019-cu ildə məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Nikaha daxil olduqdan sonra İddiaçı onlarla birlikdə ünvan 1 ünvanında yaşamışdır. xx.xx.2019-cu il tarixdə İddiaçı evdən könüllü şəkildə getmiş, getməsinə səbəb olaraq isə ayrı evdə yaşamaq istəməsini və sərbəst olmasını əsas gətirmişdir. Evdən gedərkən özünə məxsus geyim əşyaları və qızıl əşyalarını, hətta Cavabdeh2 məxsus 583 əyarlı, sibir brilyant qaşlı, çəkisi 6 qram, dəyəri 2000 manat olan üzüyünü, Cavabdeh1 məxsus çəkisi 10 qram, üzərində 2 karat brilyant qaşlarla əhatə edilmiş 750 əyarlı, ümumi dəyəri 1400 manat olan nişan üzüyünü və yaşadığı evə məxsus sənədləri özü ilə aparmışdır.

6. Məhkəmə iclasında iş tirak edən İddiaçı məhkəməyə dəqiqləşmə və etiraf ərizəsi təqdim edərək, iddia ərizəsində qeyd etdiyi “Canon” markalı fotoaparatdan və ağ rəngli notbukdan imtina etdiyini, qalan hissədə isə ilkin iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin qarşılıqlı iddia tələbini qəbul etdiyini, Cavabdeh2 məxsus tək qaş üzüyün, Cavabdeh1 məxsus nişan üzüyün onda olduğunu etiraf edərək, qaytarmağa hazır olduğunu bildirmişdir. Həmçinin qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda onların dəyərinin ekspert rəyinə uyğun, yəni 10572,80 manat pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 tutularaq ona ödənilməsinə etiraz etmədiyini bildirmişdir.

7. Cavabdeh1 və onun nümayəndəsi - vəkili Nurlana Quliyev həm şifahi izahatlarında, həm də iş materiallarına əlavə edilmiş yazılı etirazla rında ilkin iddia tələbini qismən qəbul etdiklərini, toy günü verilən qızıllardan başqa qızıl olmadığını, həmin qızılların da İddiaçı evdən gedərkən özü ilə apardığını bildirmişlər. Həmçinin ilkin iddia ərizəsində qeyd olunan cehiz əmlakının bəzilərinin şişirdilmiş yazıldığını qeyd edərək, ilkin iddia tələbini qismən qəbul etdiklərini, bu səbəbdən də ilkin iddianın qismən təmin, qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsini xahiş etmişlər.

8. Cavabdeh2 və Cavabdeh1 tərəfindən yazılı şəkildə verilmiş etiraz ərizəsində bildirilmişdir ki, onlar İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyaları tələbini qəbul etmirlər. Belə ki, İddiaçı iddia etdiyi həm özünə, həm də övladı İnciyə məxsus qızıllar mövcud olmamış, sözügedən qızıllar nə toy zamanı nə də başqa vaxt hədiyyə olunmamışdır. Ona yalnız ümumi çəkisi 40-50 qram olan 750 əyarlı, brilyant qaşlı komplekt və 750 əyarlı təxminən 1 karat brilyant qaşı olan, ümumi çəkisi 6 qram olan nişan üzüyü hədiyyə edilmişdir. Həmin qızılları da İddiaçı özü ilə aparmışdır. Həmçinin digər cehiz əşyalarına münasibətdə bildirilmişlər ki, İddiaçı evdən getdikdən sonra 2020-ci ilin yanvar ayında cehiz əşyaları olan evə əmisi, bibisi və digər qohumları ilə gələrək bir neçə əşyanı götürərək getmişdir. Digər bəzi əşyaları isə özü istifadə edərək köhnəltməsinə baxmayaraq, 5 il gəlin olduğu və istifadə etdiyi əşyaların yenisini tələb edir və saylarını şişirdilmiş rəqəmlərlə göstərir. Bu səbəbdən də ilkin iddia tələbini qismən qəbul etdiklərini bildirmişlər.

9. İddiaçı tərəfindən təqdim edilmiş çoxsaylı fotoşəkillərdən məhkəmə q eyd edilən özünə və qızına məxsus qızıl-zinət əşyalarının onun istifadəsində olduğu müəyyən edilib.

10. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/6913 nömrəli ekspert rəyi ilə, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 10572,80 manat müəyyən edilmişdir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-639/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir. Belə ki, həmin tarixli məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə disk formasında cavabdehin səs yazısını təqdim edərək, cavabdehin qızı-zinət və digər əşyaların onlarda olduğunu bildirmiş, Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil1 diskdə olan səs yazısı ilə razı olmadıqlarını, səslərin təhrif olunmuş formada yazıldığını bildirmişlər.

12. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/329-4/337 saylı ekspert rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “Princo” markalı CD diskdə olan “AUD20201026-WA0000”, “Arzu cehiz işlənməyib 7”, “Arzu hə üzüyü 2”, “audio_2021-12-16_12-59-31”, “audio_2021-12-16_12-59-58”, “Qızıl söhbəti qolbaq yantar 4”, “Şuba dəyişməyin sübutu 6” və “Toğrulla danışıq təsdiqləyir əşyaları və qızılları 5” adlı mübahisəli fonoqramdakı danışıqlar spontandır və danışıqlarda əvvəlcədən hazırlanma əlamətləri müşahidə olunmur. “Audio_2021-12- 16_12-55-27” adlı mübahisəli fonoqramdakı danışıqlar spontan deyil və danışıqlarda əvvəlcədən hazırlanma əlamətləri müşahidə olunur. Həmçinin ekspertizaya təqdim edilmiş 1 ədəd “Prin co” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda akustik fonun kəskin dəyişməsi, fərqli fonoqram hissələrinin birləşdirilməsi, məntiqi rabitənin itməsi, yazılışın kəsilməzliyinin pozulması kimi montaj əlamətləri müəyyən edilməmişdir.

13. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-93/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim X2) İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət və cehiz əmlakı” tələbinə dair ilkin iddia tələbi təmin edilmiş, yantar üzük 3,7 qram (formasıpaxlavaya bənzər sarı qızıl, əyar-585); brilyant “hə” üzüyü 21 qram (paxlava formalı ortasında 3 qaş, əyar-583); göy komplekt 18 qram (ağ-sarı qızıl qatışığı, sərgi malı,əyar585); Türkiyə yarım altın 6 qram (sarı qızıl, əyar-türk qızılı 22 ayar); Qızıl bilərzik 9.5 qram (sarı zəncir qızıl, ə yar-585); yumru klon 7 qram (qızlı rəng üstündə “Allah” sözü var); sırğa qızılı 1.38 qram (arxası zəncir önü ürək formalı, əyar-585); sallama sırğa buruq 4.6 qram (qızılı rəng spiral forma altında 3 muncuq sallama, əyar- 585); qırmızı qaşlı sarı qızıl komplekt 11.7 qram (klon, sırqa, üzük: əyar-583); İncinin qızılları: ad yazılan bilərzik 4.2 qram (sarı qızıl, əyar-585); bilərzik sadə 3.1qram (sarı qızıl əyar-585); “İnci” adı yazılan sep 13.23 qram (sarı qızıl, qonşu alan, əyar-583); klon sarı qızıl 3 qram ( əyar-585); sırqa halqa uşaq üçün 2 qram (sadə halqa, əyar 585); sırqa halqa uşaq üçün 2.5 qram (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.3 qram (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.7 qram (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.3 qram (sadə halqa, əyar-585); sı rqa halqa uşaq üçün 2.8 qram (sadə halqa, əyar-585); halqa klon içində bəzək “Allah” yazısı, sepi ilə 1.9 qram - əyar 583; Bağlatdırılma qızıl üzük 5.9 qram, əyar583; sarı qızıl önü muncuq arxası zəncir sırqa və ona uyğun düyünlü sep 2.9 qram, əyar585; “MaşaAllah” sancaq uşaq üçün 1.2 qram; cehiz siyahısı - mebel qonaq dəsti+ yataq dəsti; divan; televizor samsung 116 ekran; xalça 3x2 2 ədəd; çılçıraq; pərdə 26 metr; pərdə günlüyü 12 metr; 1 ədəd iki nəfərlik 2 ədəd tək döşək; 1 ədəd iki nəfərlik yorğan; 2 ədəd tək yorğan; 2 ədəd 70x70 yastıq; 2 ədəd 50x70 yastıq; 2 ədəd mütəkkə; 1 ədəd dəvə yunu yorğan; 1 ədəd silkon yorğan; 1 ədəd ağ yataq dəsti; 1 ədəd iki çexollu yataq dəsti; 1 ədəd 4 mövsüm yataq dəsti; 6 ədəd cüt yataq dəsti; yataq örtüyü (pokrıval) ağ; yataq örtüyü (pokrıval) zərl i gündəlik; ütü stolu; 16 ədəd əl salfetkası - 16 AZN; 18 ədəd çay dəsmalı; süfrə 6 ədəd; mətbəx süfrəsi; klyonka süfrə 2 ədəd; yastıq üzü (moruq rəngli) 2 ədəd; 4 ədəd tək yataq dəsti; adyal qırmızı rəng; 8 ədəd qətfə; 12 ədəd əlüz dəsmalı; 2 ədəd silkon yastıq; qulaq yastığı 1 ədəd; 1 dəst yorğan döşək İnciyə; 6 ədəd 70x70 yastıq üzü; 6 ədəd 50x70 yastıq üzü; 1 ədəd süfrə; 1 ədəd güldan künc üçün; tozsoran Vest firması; şirəçəkən maşın dəsti; ətçəkən maşın; 1 ədəd çaydan çaynik “Arsha” firması; “Arsha” bıçaq- balta dəsti ( çamadan); “Arsha” 3 mərtəbə qaşıq dəsti; ütü; mikser; tefal çömçə- qaşıq dəsti; sini 2 dənə; tütəkli çaydan çaynikBerkome firması; termos 3 lt; qozqıran dəsti; tuj qazan qırmızı; tuj qazan göy; 1 ədəd qazan dəsti; ağıllı qazan “Redmond” firması; “Qalaxsi” samavar; to ster; “Arsha” qazan dəsti; “Arsha” aş qazanı; balaca qazan dəsti 3 ədəd; balaca qazan kapron qapaqlı; 4 künc kapron qab; şüşə keks qabı; şüşə qazan 2 ədəd; şüşə çaynik cofe firması; çaynik obedni servis QDR firması; 2 ədəd fincan dəsti; 6 ədəd bakal; 12 ədəd billur stəkan; 12 ədəd armudu stəkan billur; 12 ədəd nəlbəki; 12 ədəd armudu nəlbəki; 2 ədəd qaşlı salfetka qabı; 6 ədəd limon qabı; 12 ədəd ürək razetka; 4 ədəd külqabı; 6 ədəd su bakalı; 12 ədəd razetka; 12 ədəd duz qabı; 2 ədəd süviner; 2 ədəd ləpə qabı böyük; 2 ədəd böyük çaynik; bıçaq 2 ədəd; 6 ədəd taxta qulplu qaşıq dəsti; 12 ədəd şüşə şirniyyat boşqanı; kofe dəmləmə qabı; duz qabı 2 dənə; 8 ədəd billur vaz; 8 lötkə billur; 8 konfet qabı; 2 ədəd mürəbbə qabı; 2 ədəd şamdan; 4 ədəd qənd qabı; 1 ədəd billur kompot qabı; 1 ədəd k ompot qabı; fincan çaynik dəsti; 6 ədəd fincan nəlbəki asılqanlı; 1 dəst fincan nəlbəki; 6 ədəd gül qabı; 2 ədəd tort qabı; 2 ədəd fincan nəlbəki; 1 ədəd qrafin dəsti stəkanı ilə; 1 dəst rəngli bakallar; 1 ədəd qrafin dəsti TOM firması; 1 ədəd gül qabı + 2 vaz+ 2 konfetqabı nabor bagema; 1 ədəd qrafin dəsti; qırmızı lüləkkli çaydan; tost manikasl “Karaca” firması; kofe makinası türk; tefal çaydan çaynik tok; ütü masası üçün süfrə; 2 ədəd mətbəx dəsti; 2 ədəd su çəkən; 1 ədəd soyuducu içi; 1 ədəd göy torbası; 1 ədəd mətbəx dəsti; 6 ədəd asılqan; corab torbası; pol vedrəsi; 2 ədəd çörək taxtası; 2 ədəd önlük dəsmalı ilə mətbəx üçün; 2 ədəd paltar şotkası; paltar şpilkası; 1 paçka sap; 4 ədəd böyük sap; iynə sap qabı 3 göz; çarpayı altı sandıqca bufik; Şuba uzun qəhvəyi; bütün geyimləri; saç qurutma fen daraqlı; saç Burma fen çəhrayı qulplu; suvenir mənzərə tokla oxuyan; -İncinin əşyaları - velosiped, qara bənövşəyi rəng, valideyn üçün yuxarı rolu; samokat, çəhrayı rəng; yatdığı çarpayı, ağ üstündə çəhrayı bəzək, 15 yaşına qədər; İncinin uşaq arabası Türkiyədən alınma qara qırmızı rəngli, 3 təkər, oyuncaqları; 4 yaşına qədər olan bütün geyimləri; İncinin albomu və ad gününə düzəltdirdiyi böyük şəklin (diski) Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda - 585 əyarlı paxlavaya bənzər yantar üzük – 3.7 qram, 296 manat; 583 əyarlı paxlava formalı 3 qaşlı brilyant üzük – 21 qram, 1680 manat; 585 əyarlı göy komplekt – 18 qram, 1440 manat; Türkiyə istehsalı olan 22 əyarlı yarım altın – 6 qram, 420 manat; 585 əy arlı qızıl bilərzik – 9.5 qram, 760 manat; üzərində “Allah” sözü olan yumru klon – 7 qram,560 manat; 585 əyarlı ürək formalı sırğa – 1.38 qram, 110.40 manat; 585 əyarlı spiral formalı sallama sırğa – 4.6 qram, 368 manat; 583 əyarlı qırmızı qaşlı dəst (klon, sırğa, üzük) – 11.7 qram, 936 manat; 585 əyarlı ad yazılan bilərzik – 4.2 qram, 336 manat; 585 əyarlı sadə bilərzik – 3.1 qram, 248 manat; 583 əyarlı “İnci” adı yazılan sep – 13.23 qram, 1058.40 manat; 585 əyarlı klon – 3 qram, 240 manat; 585 əyarlı halqa sırğa – 2 qram, 160 manat; 585 əyarlı sadə halqa sırğa 2.5 qram, 200 manat; 585 əyarlı uşaq üçün halqa sırğa – 2.3 qram, 184 manat; 585 əyarlı uşaq üçün halqa sırğa – 2.7 qram, 216 manat; 585 əyarlı uşaq üçün halqa sırğa – 2.3 qram, 184 manat; 585 əyarlı uşaq üçün halqa sırğa – 2.8 qra m, 224 manat; 583 əyarlı klon sep ilə - 1.9 qram, 152 manat; 583 əyarlı bağlatdırma qızıl üzük – 5.9 qram, 472 manat; 585 əyarlı zəncir sırğa və düyünlü sep – 2.9 qram, 232 manat; uşaq üçün maşallah sancaq – 1.2 qram, 96 manat olmaqla, ümumi qiyməti olan 10.572,80 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilmiş, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı Cavabdeh2 məxsus 583 əyarlı, sibir brilyant qaşlı, çəkisi 6 qram olan üzüyü və Cavabdeh1 məxsus çəkisi 10 qram, üzərində 2 karat brilyant qaşlarla əhatə edilmiş 750 əyarlı nişan üzüyü alınaraq Cavabdeh2 və Cavabdeh1 verilməsi qət edilmiş, Qar şılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir.

14. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.2, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2, 34.1, 37.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdehlər apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-93/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi, ilkin iddianın “qızıl-zinət əşyalarının təmin edilməsi” hissəsində bütünlükdə rədd edilməsi, cehiz əşyalarının isə qismən, yəni həmin əşyalara münasibətdə cavabdehlərin razılaşdığı həcmdə və növdə hissəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

16. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə i ddiaçının toy və nişanda ona hədiyyə edilən dəyərli qızılları evdən gedərkən aparması və bu faktı məhkəmədə etiraf etməsi faktını nəzərə almadan, hansısa mənbəyi və yazılma qaydalarının montaj olub-olmaması faktı müəyyən edilməyən səs yazılarına istinad edib kobud qanun pozuntusu ilə qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi səs yazısına dair texniki qurğu ilə birlikdə ekspertizaya göndərmək əvəzinə, sonradan mötəbərliyinə kifayət qədər şübhə olan ekspertiza rəyi ilə iddiaçının mövqeyini müdafiə xarakterli qətnamə elan etmişdir. Bundan əlavə, məhkəmənin qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi ziddiyyət təşkil edir, Belə ki, məhkəmə əsaslandırıcı hissədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2, 34.1, 37.1-ci maddələrinə istinad edərkən və hansısa əmlaklar ı ər-arvadın ümumi əmlakı kimi qiymətləndirib əsalandırıcı hissədə hər iki şəxsin (İddiaçı və Cavabdeh1) xeyrinə fikirlər və qanunlara istinad etdiyi halda, qətnamənin nəticə hissəsində yalnız iddiaçının xeyrinə, sübuta yetirə bilmədiyi məsələ üzərindən qətnamə elan etmişdir. Bundan əlavə, hakim məhkəmə prosesinin yekun iclasında cavabdehlərin iclası təxirə salması müraciətini heçə sayaraq, MPM-nin tərəflərin məhkəməyə təmin edilməsi normasını pozmuşdur.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6078/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-93/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

18. Kollegiya işin araşdırılan hallarına qiymət verərək iddia tələbinin birinci hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Belə ki, mülki qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi cehiz əmlaklarının mövcudluğu, cehiz əşyalarının nikaha daxil olarkən iddiaçı tərəfindən cavabdehin yaşadığı evə aparıldığı və orada qaldığını sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı iddia ərizəsində 135 adda cehiz əşyası tələb etmiş, sonradan iki əşyaya münasibətdə (noutbuk və fotoaparatdan) iddiadan imtina etmiş, cavabdehlər isə 99 adda cehiz əşyasının onlarda olduğunu etiraf etmiş və onların qaytarılmasına etiraz etməmişlər. Cavabdehlər qarşılıqlı iddia ərizəsində 2020-ci ilin yanvar ayında iddia çının əmisi, bibisi və digər qohumları ilə gələrək bir neçə əşyasını götürüb getdiyini, bir neçə çay dəsmalı, bədən dəsmalı, üz dəsmalı, xırda qaşıqları və 1 ədəd duz qabını istifadə edərək köhnəltdiyini bildirmişlər. Beləliklə, cavabdehlər faktiki olaraq iddia ərizəsində qeyd edilən əşyaların iddiaçı tərəfindən cavabdehlərin yaşadığı evə gətirildiyini mübahisələndirməmişlər.

19. Bundan əlavə, kollegiya onu də nəzərə almışdır ki, cavabdehlər əşyaların bir qisminin iddiaçı tərəfindən götürüldüyünü bildirsələr də, həmin əşyaların nədən ibarət olmasını, məhz iddia ərizəsində qeyd edilən əşyalar olmasını bildirməmiş və təhvil-təslim aktını məhkəməyə təqdim etməmişlər. Halbuki, əşyaların iddiaçı tərəfindən götürüldüyünü sübut etmək yükü cavabdehlərin üzərində olmuşdur.

20. Bundan başqa, kollegi ya qeyd etmişdir ki, cavabdehlərin qəbul etmədikləri əşyaların əksəriyyəti xırda məişət əşyalarıdır (termos, podnos, qozqıran, paltar şpilkası, vedrə, qazan dəsti, göy torbası və s.). Cavabdehlər məhkəmə araşdırması zamanı izahat verərəkən həmin əşyaların onlarda olmadığını bildirsələr də, onları alıb iddiaçıya verə biləcəklərini bildirmişlər. Həmçinin, cavabdehlər yazılı etirazlarında tələb edilən iddiaçıya aid geyim əşyalarının onlarda olmağını etiraf etməsələr də, Cavabdeh1 məhkəmə iclasında izahat verərkən cavabdehə məxsus geyim əşyalarının onların evində şkafda olduğunu, lakin həmin geyim əşyalarının konkret nədən ibarət olmasından xəbərsiz olduğunu bildirmiş və həmin əşyaları iddiaçının götürməsinə etiraz etməmişdir. İddiaçının tələb etdiyi bir ədəd dəri şuba ilə bağlı isə cavabdehlə r bildirmişlər ki, həmin şubanı cavabdeh gedərkən özü ilə aparmışdır. Kollegiya qeyd etmişdir ki, iddiaçının həmin şubanı tələb etməsi, cavabdehlərin isə iddiaçıya bu şubanı hədiyyə almalarını bildirməsi və onu iddiaçının özü ilə aparmasını deməsi belə nəticəyə gəlməyə əsas verir ki, həmin şuba həqiqətən mövcud olmuş, cavabdehlərə məxsus evdə olmuşdur. Belə olan halda, həmin şubanı iddiaçının özü ilə aparmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdehlər bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Bundan başqa, kollegiya iddiaçının cavabdehlərə məxsus evi may ayında tərk etməsini nəzərə alaraq, onun gedərkən şubanı özü ilə aparmasını da ağlabatan hesab etmir.

21. Kollegiya iddia tələbinin cehiz əmlaklarının və qızları İnciyə məxsus digər əşyala rın qaytarılması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası iddia tələbinin ikinci – iddiaçıya məxsus qızıl-zinət əşyalarının qaytarılması hissəsi ilə bağlı hesab edir ki, həmin hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, mülki işin məhkəmə baxışı zamanı iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qaldığını bildirmişdir. Cavabdehlər birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclaslarında iddiaçıya toy zamanı brilyant qaşlı komplekt və nişan üzüyündən başqa, qızıl hədiyyə etmədiklərini, onu da iddiaçı evdən gedərkən özü ilə apardığını, iddiaçının təqdim etdiyi fotoşəkillərdəki aksessuarların qızıl olmadığını bildirmişdir. Qanunun göstərişinə əsasən tə ləb olunan qızıl-zinət əşyalarının hal-hazırda həqiqətən cavabdehlərdə olduğunu sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz tələbini təsdiq edən sübut qismində birinci instansiya məhkəməsinə toy mərasimi və s. vaxtlarda çəkilmiş fotoşəkilləri, həmçinin səs yazısını təqdim etmişdir. Fotoşəkillərdə mübahisə predmeti olan əşyaların iddiaçının üzərində olduğu aydındır. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi diskdə əks olunmuş cavabdehlərə aid səs yazılarından aydın olur ki, İnciyə və İddiaçı məxsus qızıl-zinət əşyaları cavabdeh tərəfdədir. Eyni zamanda tərəflərin heç biri iddiaçının cavabdehlərlə birgə yaşadıqları evdən ayrı yaşamaq üçün könüllü və mübahisəsiz getdiyini mübahisələndirməmişlər. Kollegiya cavabdehlərin birinci və apellyasiya instansiyası məhkəməsi iclaslarında biri -birinə zidd ifadələr verməsini nəzərə alaraq hesab etmişdir ki, həmin izahatlar onların səmimiliyini şübhə altına qoyur. Belə ki, cavabdehlər gah qızılların iddiaçı tərəfindən aparıldığını, gah ona qızıl hədiyyə etmədiklərini, gah da tələb edilən zinət əşyalarının qızıl olmadığını bildirmişlər.

22. Kollegiya belə nəticəyə gəlmişdir ki, mötəbərliyi şübhə doğurmayan iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi səs yazılarından, həmçinin tərəflərin izahatlarından, işin hallarından aydın olur ki, iddiaçıya məxsus qızıllar cavabdeh tərəfdədir.

23. Kollegiya öz mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2-ci, Ailə Məcəlləsinin 34.1-ci və MPM-in 14.2, 77-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətini n dəlilləri

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6078/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (vəkil X3) kassasiya şikayətləri verərək qətnamənin qismən (ilkin iddianın cavabdehlərin cehiz əşyalarına dair razılaşmadığı, lakin məhkəmənin təmin etdiyi həcmdə və növdə olan hissələrinin təmin edilməsi və qızıl zinət əşyalarının (iddiaçının və İncinin qızılları adı altında qeyd edilən hissələrdə) təmin edilməsinə dair hissədə) ləğv edilib, ilkin iddianın “qızıl zinət əşyalarının təmin edilməsi” hissəsində bütünlükdə rədd edilməsi, cehiz əşyalarının isə qismən, yəni həmin əşyalara münasibətdə cavabdehlərin razılaşdığı həcmdə və növdə hissəsinin təmin edilməsi, eyni zamanda qarşılıqlı iddianın təmin edilməsi hissəsinin qüvvədə qalmasına dair yeni qərar çıxarılmasını xahiş etmişlər.

25. Kassasiya şikayətləri apellyasiya şikayəti ərizəsində olan eyni dəlillərlə əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.

27. Maddə 225.1. Ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

28. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

29. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşına r və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

30. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

31. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

39. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətlərində cavabdehlər apellyasiya məhkəməsinin qətnaməsini qismən (ilkin iddianın cavabdehlərin cehiz əşyalarına dair razılaşmadığı, lakin məhkəmənin təmin etdiyi həcmdə və növdə olan hissələrinin təmin edilməsi və qızıl zinət əşyalarının (iddiaçının və İncinin qızılları adı altında qe yd edilən hissələrdə) təmin edilməsinə dair hissədə ləğv edilməsi, ilkin iddianın “qızıl zinət əşyalarının təmin edilməsi” hissəsində bütünlükdə rədd edilməsi, cehiz əşyalarının isə qismən, yəni həmin əşyalara münasibətdə cavabdehlərin razılaşdığı həcmdə və növdə hissəsinin təmin edilməsi, eyni zamanda qarşılıqlı iddianın təmin edilməsi hissəsinin qüvvədə qalmasına dair hissədə mübahisələndirdiklərindən məhkəmənin aktı tam həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Qeyd olunmalıdır ki, iddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi oldu ğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

44. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını bu əsaslar üzrə araşdırmış, iş üzrə düzgün nəticəyə gəlmişdir.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6078/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar