Məhkəmə qərarları › İş №2(102)-117/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-117/2021

01.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-117/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alimentin məbləğinin azaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), X17 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X16 oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1939/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Sumqayıt ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı ildə bağlanmış 232 saylı nikah qeydi ləğv edilmiş, onların birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X10 anası Cavabdeh himayəsində saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay 154 manat məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin xx xxxxx 2018-ci il tarixdən hesablanması, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək, cavabdeh X6 xx.xx.2017-ci il təvəllüdlü X11 yetkin lik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılması; xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat cavabdeh X6 tutularaq, iddiaçı Cavabdeh verilməsi; xx.xx.2017-ci il tarixdə anadan olmuş X11 3 yaşına çatana qədər 200 (iki yüz) manat sabit pul məbləğində alimentin cavabdeh X6 tutularaq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. 3 nömrəli X8 Ambulator Kitabçadan çıxarışı ilə müəyyən olunur ki, xx xxxxxxx 2017-ci il təvəllüdlü X14 xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək 3 nömrəli X9 “Sidik yollarının infeksiyası” diaqnozu ilə müalicə almışdır. 5 nömrəli Uşaq Poliklinikasının xx xxx 2019-cu il tarixli 304 nömrəli arayışı ilə müəyyən olunur ki, xx xxxxxxx 2017-ci il təvəllüdlü X14 xx xxxx 2018-ci il tarixdən 5 nömrəli Uşaq Poliklinikasında “Ensefalopatiya hipertenzion sindrom - sinir reflektor oyanıqlığı” diaqnozu ilə dispanser qeydiyyatındadır və mütəmadi olaraq müalicə alır. X5 xx xxxxxxx 2019-cu il tarixli 34409 nömrəli arayışı ilə müəyyən olunur ki, xx xxxxxxx 2017ci il təvəllüdlü X14 anadangəlmə əqli və fiziki inkişafdan qalma, nevrotik vəziyyət, hipertenzion sindrom, baş beynin kompüter tomoqrafıyasının nəticəsinə əsasən yan mədəciklərinin assimmetriyası diaqnozu qoyulmuşdur və mütəmadi olaraq, müalicə kursu keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Abşeron rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X13 rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə X3 xx.xx.2017xx.xx.2019-cu il tarixədək əmək müqaviləsi qeydə alınmış və xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X4 ilə X15 bildirişinə əsasən X14 xx.xx.2020-ci il tarixdən Mağazada satıcı işləyir və aylıq əmək haqqı 250 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə” dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2292/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehin xeyrinə xx.xx.2017-ci ildə anadan olmuş oğlu X2 üçün tutulan alimentin miqdarının azaldılması, cavabdehin xeyrinə ondan xx.xx.2017-ci ildə anadan olmuş oğlu X10 y etkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X14 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-3182/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 320 N ilə qeyd edilmişdir, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə hər ay 154 manat məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2292/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X10 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment miqdarı 160 manata artırılmış və X14 3 yaşına çatana qədər 200 manat sabit pul məbləğində aliment ondan tutularaq, Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o, əmək haqqı yaxşı olan işdə işləyirdi. Hazırda işsizdir və gəlir yeri yoxdur. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı nikahımız ləğv edilənədək daim rəsmi və qeyri-rəsmi sürücülük fəaliyyəti ilə məşğul olmuşdur, nikahımız pozulduqdan sonra özünə şəxsi avtomobil almışdır, yenə də sürücülük fəaliyyətini davam etdirir. Bundan başqa, iddiaçı X12 şəhərində yaşadığına baxmayaraq formal olaraq G rayonuna guya yaşadığı yer üzrə qeydiyyata alınmışdır, hesab edir ki, orada yaşamadığı halda qeydiyyata düşməsində dələduzluq əlamətləri vardır, məqsədi onun barəsində olan məhkəmə hökmü və qətnamələrindən irəli gələn məsuliyyətdən yayınmaqdır. İddiaçı heç bir vaxt yaşamadığı G kəndinə yaşadığı yer üzrə qeydiyyata düşməsi onun qəsdən aliment ödəməkdən yayınmaq məqsədi güddüyünü açıq-aşkar sübuta yetirir. İddiaçı guya daimi iş yerini itirdiyi üçün məhkəmənin müəyyən etdiyi aliment məbləğini ödəməyə maddi cəhətdən imkanının olmaması və aliment miqdarının azaldılması barədə iddiası tam əsassızdır. Aliment borcunu ödəməkdən qəsdən yayınmaq məqsədi ilə İddiaçı daimi rəsmi iş yerindən özünün ərizəsi ilə çıxmışdır. Ancaq iddiaçı qeyri-rəsmi sürücülük fəaliyyəti ilə məşğul olur. İddiaçı daimi iş yerini itirsə də, onun məhkəmənin müəyyən etdiyi alime nt məbləğini bütünlüklə ödəmək imkanları mövcuddur. Belə ki, etiraza İddiaçı adına olan “Audi-A6 minik”, “Opel Mervia minik” və “Opel Combo yük“ furqon avtomobillərinə malik olması, “Mercedes Benz C180” minik və “Mercedes Benz E220 CDİ” minik avtomaşınlarının İddiaçı tərəfindən satılaraq özgəninkiləşdirilməsi, İddiaçı hal-hazırda da taksi fəaliyyəti ilə məşğul olur. Xüsusi mülkiyyətində A nömrəli evin, G kəndində hər birinin sahəsi 0,25 ha olmaqlar 2 torpaq sahələrinin olması onun kifayət qədər əmlaka sahib olmasını və məhkəmənin müəyyən etdiyi aliment məbləğini bütünlüklə ödəmək iqtidarında olmasını sübuta yetirir. xx xxxxxxx 2017-ci il təvəllüdlü X10 xəstəliyi ilə əlaqədar onun müalicəsinə xeyli vəsait tələb olunur və xərclənir ki, bu müalicəni 160 manat aliment məbləği ilə həyata keçirm ək qeyri-mümkündür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) xx xxxxxx 2019-cu il tarixli, 2(004)-7280/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş aliment məbləğinin azaldılması üçün əsas olan hallar aşkar olunmadığından, habelə, valideynlər uşaqlarını saxlamağa, onların sağlamlığı və inkişafları üçün hər cür şərait yaratmağa“ borclu olduduğundan hazırki tələb əsassız və qanunsuz olub rədd edilməlidir Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 17, 34, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22, 75, 78, 112.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətinə etiraz edərək Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək artıq rəsmi olaraq işlədiyini və aylıq əmək haqqı 250 manat təşkil etdiyini bildirərək, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh ödənilən alimentin əmək haqqının ¼ hissəsində müəyyən edilməsini və uşağın 3 yaşına çatanadək saxlanması üçün ondan Cavabdeh 200 manat məbləğində alimentin tutulmasının ləğv edilməsini xahiş etmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının (hakimlər Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Elşad Şamayev) xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-1939/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7280/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2292/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X7 tutulan alimentin məbləği dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay cavabdeh X6 onun gəlirinin ¼ hissəsində və 97,5 (doxsan yeddi manat 50 qəpik) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh verilməsi, xx.xx.2017- ci il tarixdə anadan olmuş X11 3 yaşına çatana qədər 50 (əlli) manat sabit pul məbləğində aliment cavabdeh X6 tutularaq, iddiaçı Cavabdeh verilməsi, alimentin yeni qayda ilə tutulmasınin qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsaslanaraq qeyd etmişdir ki, qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Apellyasiya baxı şı zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2292/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X10 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment miqdarı 160 manata artırılması və X14 3 yaşına çatana qədər 200 manat sabit pul məbləğində aliment ondan tutularaq, Cavabdeh verilməsinə işlədiyindən etiraz etməmişdir. Hazırda isə xx.xx.2019-cu il tarixdə işdən çıxdığı üçün hazırki iddia tələbini irəli sürmüşdür və hazırda o işləyir və əmək haqqı 250 manatdır. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1, 78.2-ci maddələrinə “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanuna və “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-1939/2020 nömrəli qətnaməsinin ləğv edilib Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-7280/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ailə Məcəlləsində aliment məbləğinin azaldılması nəzərdə tutulmuşdur. Lakin daxili qanunvericilik və beynəlxalq hüquq normaları uşağın mənafeyini ən üstün hesab edir və məhkəmələr üçün işlərə baxarkən uşağın mənafeyi naminə qərar çıxarılmasını qeyd edir. Burada isə Bakı Apellyasiya Məhkəməsi q ərar qəbul edərkən, qanunvericilik normalarını nəzərə almamışdır. Belə ki, iddiaçı fiziki və əqli inkişafdan qalma diaqnozu qoyulmuş uşaq üçün müəyyən edilmiş aliment məbləğini ödəməkdən boyun qaçırmış, o, uşağı üçün müəyyən edilmiş öhdəliyinin icrasına cəhd belə göstərməmiş və nəticədə 4200 manat məbləğində borcu yaranmışdır. xx.xx.2019-cu il tarixədək işsiz olan valideyn xx.xx.2020-ci il tarixdə iş yeri barədə arayış təqdim edir və xx.xx.2020-ci il tarixdə yenidən işsiz kimi qeydiyyata alınır. Məhkəmə isə bu halın sadəcə alimentin azaldılması üçün bağlanmış əhəmiyyətsiz bir əqd olduğunu müəyyən edə bilməmişdir. Uşaqlar üçün yaşayış minimum məbləğ 170 manat nəzərdə tutulsa da, hakim həm əmək haqqına yönəldilmə və eyni zamanda sabit pul məbləği müəyyən edərək 160 manat müəyyən etmişdir. 3 yaşına çatmamış səhhətində problem olan bir uşağın baxılmasına görə 50 manat müəyyən etmişdir. Ata aliment öhdəliyini ümumiyyətlə icra etmir, ana tək qüsurlu uşağını həm maddi cəhətdən təmin etməli, həm də qayğısına qalmalıdır. Göründüyü kimi, uşaqlar üçün valideynlərin hər ikisinin bərabərliyi prinsipi hakim tərəfindən aşkar şəkildə pozulmuşdur. Kassasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1939/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəməyə elektron məktuv göndərərək, işə onun iştirakı olmadan baxılma sını xahiş etmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.1 Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Maddə 76.2 Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəz ərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, hə mdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2019-c u il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət verm ir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmir. İlk növbədə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddia tələbi həddindən kənara çıxmaqla və apellyasiya məhkəməsində yeni tələbə baxmaqla iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı ilkin iddia ərizəsində yalnız Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)2292/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin xeyrinə xx.xx.2017-ci ildə anada n olmuş oğlu X2 üçün tutulan alimentin miqdarının azaldılmasını və həmin alimentin hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində ananın özü üçün tutulan 200 manat alimentin ləğv olunması tələbi irəli sürülməmiş və birinci instansiya məhkəməsində baxışın predmeti olmamışdır. Apellyasiya instansiyası isə iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsini əsas götürərək, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh ödənilən alimentin əmək haqqının ¼ hissəsində müəyyən edilməsini və uşağın 3 yaşına çatanadək saxlanması üçün ondan Cavabdeh 200 manat məbləğində alimentin tutulmasının ləğv edilməsi tələbləri üzrə qətnamə qəbul etmişdir. Halbuki həmin tələblər birinci instansiyada məhkəmə baxışının predmeti olmamışdır. Eyni zama nda, alimentin azaldılması barədə tələbə baxılarkən “Аzərbаycаn“ Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarı nəzərə alınmamışdır. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı mə hkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.)“ olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki,, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İş üzrə yeni qərar qəbul edilməsi üçün əsaslar mövcud deyildir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman q ərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə, mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)1939/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar