Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1170/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Üçüncü şəxs ləğv prosesində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X4 iştirakı ilə, Üçüncü şəxs ləğv prosesində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10730/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin (hakim Toğrul Axundov, iş 2(004)7693/17) xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı etibarnamələrin, müqavilənin etibarsız hesab edilməsi, çıxarışların ləğvi barədə iddia tələbləri təmin edilib Cavabdeh2 tərəfindən etibarnamə əsasında İddiaçı adından xx.xx.2014-cü il tarixdə Cavabdeh1 Abşeron rayonu 1 saylı notariat kontorunda verdiyi 11764, 11765, 11766, 11763 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamələrinin etibarasız hesab edilməsi, xx.xx.2014-cü il tarixdə “xxxx ” QSC ilə İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə bağlanmış 1xx/xx/77836/14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, qeyd edil ən ipoteka müqaviləsi əsasında Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı ərazi idarəsi tərəfindən “xxxx ” QSC xeyrinə yüklü edilməsinə dair Dövlət reyestrinin 31 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydə alınmaqla verilmiş ******* nömrəli, 30 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydə alınmaqla verilmiş ******* nömrəli, 31 nömrəli reyestr kitabının, 54 nömrəli vərəqində qeydə alınmaqla verilmiş ******* nömrəli, 30 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydə alınmaqla verilmiş ******* nömrəli çıxarışların ləğv olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (Vüqar Həsənov, Sərvət Hüseynov və Namiq Cəfərov, iş 2(103)-2627/18) xx xxxx 2018-ci il tari xli qətnaməsi ilə, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının (X10, Qəhrəman Allahverdiyev və İlqar Xələfov) xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının bu iş üzrə olan xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elşad Şamayev sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova və Xəyal Sarıyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan QSC “B ank Standard” KB-nin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, qətnaməsi “Cavabdeh2 tərəfindən etibarnamə əsasında İddiaçı adından xx xxxxxx 2014-cu il tarixdə Cavabdeh1 Abşeron rayonu 1 saylı notariat kontorunda verdiyi 11764, 11765, 11766, 11763 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamələrin etibarsız hesab edilməsi’’ hissədə ləğv edilməsi və İddiaçı iddiası həmin hissədə rədd edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi qalan hissədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan QSC “Bank Standard” KB-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Qürbət Ə sgərov - sədrlik edən və məruzəçi, Sənan Hacıyev, Elşanə Vəliyeva) xx xxxx 2019-cu il tarixli qərar (İş № 2(102)-3908/19) ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “İpoteka müqaviləsinin” etibarsızlığı hissədə ləğv edilərək, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Zaur Əliyev) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin apellyasiya şikayəti hazırki apellyasiya baxışının predmetini təşkil edən hissəsi təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon mə hkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş İddiaçı, Cavabdeh2 tərəfindən etibarnamə əsasında onun adından xx.xx.2014-cü il tarixdə Cavabdeh1 Abşeron rayon 1 saylı Notariat Kontorunda verilmiş 11764, 11765, 11766, 11763 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamələrin etibarsız hesab edilməsi, xx.xx.2014-cü il tarixdə iddiaçının adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə Bank arasında bağlanmış 1xx/xx/77836/14 nömrəli “İpoteka müqaviləsinin” etibarsız hesab edilməsi, qeyd edilən “İpoteka müqaviləsi” əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Əra zi İdarəsi (bundan sonra – DƏDRX 4 saylı Əİ) tərəfindən Bankın xeyrinə yüklü edilməsinə dair dövlət reyestrində 31 nömrəli reyestr kitabının, 53 nömrəli vərəqində qeydiyyat və onun əsasında verilmiş xx.xx.2014-cü il tarixli, ******* nömrəli dövlət reyestrində 30 nömrəli reyestr kitabının, 89 nömrəli vərəqində qeydiyyat, onun əsasında verilmiş xx.xx.2014-cü il tarixli ******* nömrəli, dövlət reyestrində 31 nömrəli reyestr kitabının, 54 nömrəli vərəqində qeydiyyat və onun əsasında verilmiş xx.xx.2014-cü il tarixli, ******* nömrəli, dövlət reyestrində 30 nömrəli reyestr kitabının, 90 nömrəli vərəqində qeydiyyat, onun əsasında verilmiş xx.xx.2014-cü il tarixli, ******* nömrəli “Reyestrdən çıxarışların” ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən mə hkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Üçüncü şəxs ləğv prosesində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsi yenidən işə baxaraq nelə nəticəyə gəlmişdir ki, “ipoteka müqaviləsi bağlanılarkən QSC “Bank Standard” KB-nın adından İdarə Heyətinin sədrinin (yəni Cavabdeh1) müavini X1 çıxış etsə də, Cavabdeh1 etibarnamələrdən istifadə edərək, iddiaçıya məxus olan evləri rəhbər olduğu bankın xeyrinə ipoteka ilə yüklü etməklə Azərbaycan Respublikasının MM-nin 359.3-cü madedəsinin tələblərinini pozmuşdur”. Halbuki, Mü lki Məcəllənin istinad olunan maddəsindən görünür ki, “Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. “İş materiallarına baxdıqda, habelə məhkəmənin öz qətnaməsindən görmək olar ki, Cavabdeh1 əqdi özü ilə yox məhz Bankla imzalamışdır və əmlak Cavabdeh1 xeyrinə yox, bankın xeyrinə yüklü edilmişdir. Habelə Bankın adından X1 çıxış etmişdir. Beləliklə də, açıq-aşkar görünür ki, bu hissədə qanunvericiliyin pozulması halı yoxdur və bu hissədə məhkəmənin gəldiyi nəticə yanlışdır. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 14/5407 saylı sənədin notarial qaydada təstiq edilmiş sürətinin olmasını qeyd edərək, həmin sənədin əslini yenə də tələb etməmiş, Cavabdeh1 tərəfindən imzalanmasını, ümumiyyətlə isə həmin sənədin həqiqi və ya saxta olmasının müəyən edilməsi istiqamətində heç bir tədbir görməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 89.3-cu maddəsinin tələblərinə əsasən məhkəməyə “Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir“. Mübahisələndirilən arayışın məhkəmə araşdırılması üçün vacib olmasını və işin hallarını, nəzərə alıb ən azında sənədin notarial qaydada təsdiq edilmiş sürətinin iş materiallarına əlavə etməsinə baxmayaraq mübahisəni sənədin əsli tələb edilməli idi. Digər tərəfdən mübahisələndirilən daşınmaz əmlaklarla bağlı birinci instansiya məhkəməsi qanunsuz hərəkətlərin həyata keçirməsi öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi həmin qanunsuz əməlin olmasını ətraflı qeyd etsə də, qanunvericiliyin tələblərinə müvafiq olaraq Məhkəmənin xüsusi qərardadadını çıxarmamışdır. Habelə, iş materia lalrında olan Azərbaycan Respublikası Prokurorluğu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəməyə ünvanlanan məktubundan açıq-aydın görünür ki, Cavabdeh1 bu məsələ ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Amma həmin məktubda nə ittiham aktının, nə də hökmün olması barədə hər hansı bir qeyd və ya məlumat göstərilməmişdir. Belə olan halda məlum məhkəmə qətnaməsində Cavabdeh1 ittiham edilməsi, Konstitusiyanın təsbit edilmiş təqsirsizlik prezumsiyası hüququnu pozur. Məhkəmənin əsaslı şübhələrinin olmasını nəzərə alaraq, məhkəmə xüsusi qərardad çıxararaq araşdırılması üçün aidiyyəti üzrə göndərməli olduğu halda bunu etməmişdir. Tərəflərin izahatları: Üçüncü şəxs ləğv prosesində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalan ması Fondunun vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, “Cavabdeh2 tərəfindən etibarnamə əsasında İddiaçı adından xx.xx.2014-cu il tarixdə Cavabdeh1 Abşeron rayonu 1 saylı notariat kontorunda verdiyi 11764, 11765, 11766, 11763 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamələrin etibarsız hesab edilməsi” barədə tələbin əsaslıl ığı işə son dəfə baxmış apellyasiya instansiyası məhkəməsi üçün apellyasiya baxışının predmeti olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin bir hissəsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə qüvvədə saxlanılması nəzərə alınaraq müəyyən edilmişdir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti son nəticədə qismən təmin olunmuş, birinci instansiya məhkəməsi qətnaməsi qismən (etibarnamələrin etibarsız hesab edilməsi hissəsində) ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş və qalan hissədə iddia qismən təmin olunmuşdur. Ona görə də, qətnamənin həmin hissələri, yəni İddiaçı adından xx.xx.2014-cu il tarixdə Cavabdeh1 Abşeron rayonu 1 saylı notariat kontorunda v erdiyi 11764, 11765, 11766, 11763 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamələrin etibarsız hesab edilməsinin rədd olunması hissəsi hazırki kassasiya baxışının predmetini təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən, DƏDRX-nin 4 saylı Əİ tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli “Çıxarışlardan” görünür ki, hazırki iş üzrə mübahisə predmeti olan və Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksində yerləşən E/2 saylı ev 0,1202 ha torpaq sahəsi ilə, E/3 saylı ev 0,1317 ha torpaq sahəsi ilə, E/4 saylı ev 0,1311 ha torpaq sahəsi i lə, E/6 saylı ev 0,1316 ha torpaq sahəsi ilə xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi iddiaçının adına qeydiyyata alınmışdır. İş üzrə üçüncü şəxs olan Bankın adından verilmiş etibarnamə əsasında çıxış edən İdarə Heyəti sədrinin müavini X2 ilə xx.xx.2014-cü il tarixli 7E-11763, 7F-117R4 7F-11766 saylı etibarnamələr əsasında iddiaçının adından çıxış edən Cavabdeh1 şəxsində bağlanmış “İpoteka müqaviləsinə” əsasən (ipoteka saxlayan) Bank ilə (borc alan) iş üzrə üçüncü şəxs olan Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/77836/14 nömrəli “Kredit müqaviləsinə” müvafiq olaraq Bank Cavabdeh3 fərdi evin tikintisi və abadlaşdırılması üçün kreditdən istifadəyə görə illik 12 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 2.000.000 ABŞ dolları məbləğində kredit verir və Cavabdeh3 kredit dən istifadəyə görə faizləri hər ay “Kredit müqaviləsi” və ona edilmiş “Əlavələrdə” müəyyən edilmiş qaydada, Banka ödəyir. “Kredit müqaviləsi” üzrə Cavabdeh3 öhdəliyinin icrasını təmin etmək məqsədilə iş üzrə iddiaçı aşağıdakı əmlakını – yuxarıda qeyd edilən E/2, E/3, E/4, E/6 saylı evləri və onlara aid torpaq sahələrini Bankın xeyrinə ipoteka ilə yüklü edir. DƏDRX-nin 4 saylı Əİ tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı “Çıxarışlardan” görünür ki, yuxarıda qeyd edilən evlərin və torpaq sahələrinin Bankın xeyrinə ipoteka ilə yüklülüyü qeydə alınmışdır. X11 sədri Cavabdeh1 imzaladığı və üzərində Bankın mö hürü olan, Cavabdeh3 ünvanlanmış xx.xx.2014-cü il tarixli 14/5407 saylı məktubundan (məktubun əsli iş üzrə üçüncü şəxs olan Cavabdeh3 nümayəndəsi (anası) tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Məktubun əslinə baxış keçirildikdən sonra məktub qaytarılmışdır. Baxmayaraq ki, məktubun surəti işdə var, məktubun notarial qaydada təsdiq edilmiş surəti işə materiallarına bir daha əlavə edildi) görünür ki, Bank ilə bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/77836/14 nömrəli “Kredit müqaviləsi” üzrə öhdəliklərin verilməsi müqaviləsinə əsasən borcluya qarşı tələb hüququnun saxlanması nəzərə alınaraq, Bankın ona qarşı heç bir iddia tələbi yoxdur və gələcəkdə də olmayacaq. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İda rəsinin xx.xx.2017-ci il tarixli, ********* saylı məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə Bankın vəzifəli şəxsləri, həmçinin Bankda adlarına kredit müqavilələri rəsmiləşdirilmiş borcalanlar tərəfindən Banka vurulmuş külli miqdarda ziyan faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 179.3.2, 193-1.3.2 və 308.2-ci maddələri ilə ********* saylı cinayət işindən ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilməklə istintaq aparılmışdır. Aparılmış istintaq zamanı xx.xx.2016-cı il tarixdə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə 41 epizod üzrə cəmi 114.757.155,76 manat ziyan vurulması aşkar edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilmiş, lakin istintaqdan gizləndiyinə görə həmin ittihamı ona elan etmək mümkün olmamış və həmin tarixdə barəsində axtarış elan olunmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda Cavabdeh1 barəsində “İnterpol” xətti ilə axtarış elan edilmişdir. Qeyd edilən 41 epizoddan biri isə məhz sorğu edilən əmlaklarla bağlı olmuşdur. Belə ki, Cavabdeh1 göstərilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən eyni məqsədlə, xx.xx.2014-cü il tarixli 1602 saylı əmri ilə xx.xx.2014-cü il tarixli 1xx/xx/77836/14 saylı müqavilə əsasında “Fərdi evinin tikintisi və abadlaşdırılması üçün” 36 ay müddətinə Cavabdeh3 adına ayrılmış 2.000.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 1.568.600 manat) məbləğində kredit vəsaiti üzrə, şəxsən özü zamin ki mi çıxış etməklə ona təqdim edilmiş Abşeron rayonu, Saray qəsəbəsi “Villa Badam” yaşayış kompleksindəki E2, E3, E4 və E6 saylı fərdi yaşayış evlərini girov kimi təqdim edərək müqavilədə nəzərdə tutulan müddətdə cüzi ödənişlər aparıb, Cavabdeh3 adına ayrılmış qeyd olunan pul vəsaitini, yəni 2.000.000 ABŞ dollarını sonuncunun məlumatı olmadan nağd qaydada məxaric orderləri əsasında çıxararaq ona etibar edilmiş-külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəyərək təkrarən talamışdır. Beləliklə işin halları kimi müəyyən olunmuşdur ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq xx.xx.2007-ci il tarixdə X11 sədri Cavabdeh1 ilə bağlanmış müqaviləyə əsasən həmin Bank tərəfindən iddiaçıya 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bundan sonra da, idd iaçı ilə bir neçə dəfə X11 sədri Cavabdeh1la kredit müqavilələri bağlamış və həmin kredit müqavilələrinin təminatı kimi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksində olan 54 ədəd (onlardan dördü hazırki mülki iş üzrə mübahisə predmetidir) fərdi yaşayış evlərini 2013-cü ildə ipoteka ilə yüklü etmişdir. İddiaçı Cavabdeh2 xx.xx.2013-cü il tarixdə müəyyən səlahiyyətləri özündə əks etdirən etibarnamə vermiş və orada iddiaçı özünə məxsus hansı əmlakların mövcudluğu sadalamamışdır. Cavabdeh2 xx.xx.2014-cu il tarixdə Abşeron rayonu 1 saylı Notariat Kontorunda Cavabdeh1 etibarnamə vermiş və sonuncu etibarnamə əsasında özünün rəhbər olduğu Bankda xx.xx.2014-cü il tarixdə iddiaçının adından mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayı ş kompleksində olan E2, E3, E4 və E6 nömrəli fərdi yaşayış evlərini özünün müavini X2 ilə ipoteka müqaviləsi bağlayaraq iddiaçının tanımadığı Cavabdeh3 Bankla bağladığı xx.xx.2014-cü il tarixdə 1xx/xx/77836/14 nömrəli 36 ay müddətinə, illik 12 faizlə məbləği 2.000.000 ABŞ dolları olan “Kredit müqaviləsi” üzrə sonuncunun öhdəliklərinin icrasının təminatı kimi ipoteka ilə yüklü etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya baxışının pedmeti olan hissədə, yəni ipoteka müqavilələrinin etibarsız hesab edilməsinin rədd edilməsi hissədə dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 Abşeron rayonu 1 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli etibarnamələrdən istifadə edərək, İ ddiaçı mülkiyyətində olan daşınmaz əmlakları rəhbəri olduğu Bankla Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinin” təminatı olaraq ipoteka ilə yüklü etmişdir. Odur ki, ipoteka müqaviləsi bağlanılarkən Bankın adından İdarə heyətinin sədrinin (yəni Cavabdeh1) müavini X2 çıxış etsə də, Cavabdeh1 etibarnamədən istifadə edərək, iddiaçıya məxsus olan evlərin rəhbəri olduğu Bankın xeyrinə ipoteka ilə yüklü etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, ey ni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Bu səbəbdən iddiaçı özünün digər təmsilçi vasitəsilə Cavabdeh1 etibarnamə versə və həmin etibarnamənin verilməsində məqsədi mülkiyyətində olan evlərin ipotekaya qoyulması olmasa belə, X11 sədri Cavabdeh1 verilmiş etibarnamələrdən sui-istifadə edərək rəsmi rəhbər olduğu Bankın xeyrinə mülkiyyətçinin buna razılığı və iradəsi olmadan “İpoteka müqaviləsi” bağlamaqla faktiki olaraq təmsil edilən adından şəxsən özü barəsində (rəhbəri olduğu hüquqi şəxs barəsində) əqd bağlamışdır ki, bu qanunla yolverilməz olmaqla yanaşı, həm də iddiaçının qanunla qorunan mülkiyyət hüququnun pozulmasına şərait yaratmışdır. Məhkəmə kollegiyası məruzəçini, üçüncü şəxsin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv ediməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə istinad edərək xx.xx.2014-cü il tarixli “xxxx ” QSC ilə İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə bağlanmış 1xx/xx/77836/14 nömrəli ipoteka müqaviləsinin X11 sədri Cavabdeh1 özü, həmçinin rəhbəri olduğu bank üçün bağlanmış əqd hesab etmişdir. Məhkəmənin qənaətinə görə Cavabdeh1 mübahisənin predmeti olan ipoteka müqaviləsi bağlanan zaman həm ipoteka qoyan İddiaçı, həm də ipoteka saxayan “xxxx ” QSC-nin nümayəndəsi olmuş, bununla da həmin müqaviləni qanuni təmsilçisi olduğu bankın mənafeyinə uyğun bağlamış və onun bu hərəkətləri təmsil etdiyi İddiaçı maraqlarına zidd olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən nəticəyə gələrkən tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra halları diqqətdən qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun ) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Göstərilən normalara görə, ipoteka əsas öhdəliyin icrasınn təminatı üsuludur və ipoteka müqaviləsinə əsas öhdəlik barədə müqavilə ilə birlikdə baxılmalı və hüquqi qiymət verilməlidir. İddiaçıla “xxxx” QSC arasında xx.xx.2014-cü il tarixli 1xx/xx/77836/14 № li ipoteka müqaviləsi bankla Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün bağlanmışdır. Kredit müqaviləsi üzrə borc alan kimi Cavabdeh3 çıxış etmişdir. İş mayteriallarında kredit müqaviləsi olmadığına görə bankın təmsilçisi kimi həmin müqavilənin Cavabdeh1, yaxud başqa şəxs tərəfindən imzalanması müəyyən deyildir. İşin birinci cild 160-169-cu və rəqlərində olan ləğv prossesində olan QSC “xxxx” KB-nın Cavabdeh3 və qeyrilərinnə qarşı kredit borcu və s. tələblərə dair Bakı şəhəri Səbail rayon məhkəməsində qaldırdığı iddia ərizəsinin surətindən görünür ki, Cavabdeh1 bankla bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/77836/14 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh3 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə öhdəliyi öz üzərinə götürmdüşdür. Azərbaycan Respublikası Prokurorluğunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinndən daxil olmuş məktubdan (2-ci cild 290-291-ci vər) görünür ki, “aparılmış istintaq zamanı xx.xx.2016-cı il tarixdə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə 41 epizod üzrə banka külli miqdarda ziyan vurması aşkar edilməklə təqsirləndirilən şəxs qis mində cəlb edilməsinə dair qərar qəbul edilmiş, lakin istintaqdan gizləndiyinə görə həmin ittihamı ona elan etmək mümkün olmamış və həmin tarixdə barəsində axtarış elan olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda Cavabdeh1 barəsində interpol xətti ilə axtarış elan edilmişdir. Qeyd edilən 41 epizoddan biri isə məhz sorğu edilən Abşeron rayonu Masazır qəsəbəsindəki “Villa Badam” massivindəki əmlaklarla bağlı olmuşdur. Belə ki, Cavabdeh1 göstərilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən eyni məqsədlə, xx.xx.2014-cü il tarixli 1602 saylı əmri ilə xx.xx.2014-cü il tarixli 1xx/xx/77836/14 saylı müqavilə əsasında “fərdi evin tikintisi və abadlaşdırılması üçün” 36 ay müddətinə Cavab deh3 adma ayrılmış 2.000.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə ******* manat) məbləğində kredit vəsaiti üzrə, şəxsən özü zamin kimi çıxış etməklə Cavabdeh3 məxsus olmayan Abşeron rayonu. Saray qəsəbəsi “Villa Badam” yaşayış kompleksindəki E2, E3, E4 və E6 saylı fərdi yaşayış evlərini girov kimi təqdim edərək müqavilədə nəzərdə tutulan müddətdə cüzi ödənişlər aparıb, Cavabdeh3 adına ayrılmış qeyd olunan pul vəsaitini, yəni ******* ABŞ dollarını sonuncunun məlumatı olmadan nağd qaydada məxaric orderləri əsasında çıxararaq ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəyərək təkrarən talamışdır”. Şərh olunan hallardan göründüyü kimi, Cavabdeh1 İddiaçı nümayəndəsi kimi xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlayarkən, İdarə Heyətinin səd ri olduğu ipoteka saxlayan QSC “xxxx” KB-nın mənafeyini deyil, öz maraqlarından çıxış etmiş, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 adına bankdan götürdüyü ******* ABŞ dolları məbləğində kreditin təminatı kimi işgüzar münasibətlərdə olduğu İddiaçı əmlakını ipoteka ilə yüklü etmişdir. Bu əməliyyatlar bankın mənafeyinə uyğun olmamış, əksinə bank həmin əməliyyatlardan ziyan çəkmiş ziyan çəkmiş, cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. QSC “xxxx” KB-nın vəzifəli şəxsləri, o cümlədən Cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və s. maddələri ilə istintaq edilən cinayət işi üzrə QSC “xxxx” QSC-dən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 adına verilmiş 2 milyon ABŞ dolları məbləğində pulun Cavabdeh1 tərəfindən mə nimsənilməsi göstərilsə də, bu barədə hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən, qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Apellyasiya instansiyası məhkəməsi işin nəticəsi üçün mühüm əhəmiyyət kısb edən həmin halı, yəni 2 milyon ABŞ dolları məbləğində pulun bankdan kimin tərəfindən götürüldüyünü də müəyyən etməmişdir. İşə baxan məhkəmələr İddiaçı nümayəndəsi kimi xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlayan zaman Cavabdeh1 İdarə Heyətinin sədri olduğu, ipoteka müqaviləsində 2-ci tərəf kimi iştirak edən bankın maraqlarından çıxış etməsi, bank üçün müqavilə bağlaması qənaətinə gələrkən yuxarıda göstərilən hallara hüquqi qiymət verməmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab e dir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnam ə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Üçüncü şəxs ləğv prosesində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10730/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1170/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1170/2020
24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver