Məhkəmə qərarları › İş №2(102)-1173/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1173/2025

15.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1173/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin artırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6386/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh ilə İddiaçı xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar.

2. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 adlı 2 övladları olmuşdur.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-129/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulması, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 ananın yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşaq üçün 350 manat olmaqla, ümumilikdə 700 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

4. X3 "xxxx" MMC-də aylıq əmək haqqı 7619 manat olmaqla baş mühəndis vəzifəsində işləyir.

5. Bakı Avropa Liseyi tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli arayışlara əsasən X4 Bakı Avropa Liseyində 2015-ci il 15 sentyabrdan 2022-ci il 20 oktyabr tarixədək, X2 2019cu il 15 sentyabrdan 2022-ci il 20 oktyabr tarixədək təhsil almışlar.

6. Dirili Qurbanı adına Soltanlı kənd Tam Orta Məktəbi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlara əsasən X2 məktəbin İV sinfində, X4 məktəbin Vİİİ sinfində təhsil alır. 7. “Avrasiya Hospital”ı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh hipofiz vəzin mikroadenoması, prolaktinoma, haşimoto tiroiditi, osteoporoz, L5 certebra korpusunda anevrizmatik sümük kistası, L4-L5 fəqərəarası diskdə diffuz qabarma, hiss dəstəsinin sağ ayaqcığının natamam blokadası, prostat vəzin adenoması, onikibarmaq bağırsağın peptik xoraları, refluks ezofagit, hiatal yırtıq diaqnozları ilə müayinə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)129/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin rəsmi gəlirlərinin və qazancının 1/3 hissəsi miqdarında alimentin, mediasiya xidmət haqqı kimi ödənilmiş 50 manat məbləğində xərcin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmı şdır ki, günü-gündən uşaqların xərcləri artdığı üçün təyin olunmuş aliment məbləği onların maddi ehtiyaclarını qətiyyən qarşılamır. Odur ki, aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin rəsmi iş yeri var. O, "xxxx" MMC-də işləyir. Yüksək məbləğdə əmək haqqı alır. Qanunvericiliyin tələbi üzrə mübahisənin həlli üçün ilkin mediasiya sessiyasına müraciət edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediasiya arayışı işə əlavə edilmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddia ərizəsində göstərilən əmək haqqının 1/3 hissəsinin tutulması uşaqların saxlanılması üçün dəyərindən artıq məbləğ olduğunu düşünür. Qanun vericiliyə əsasən tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa alimentin miqdarı dəyişilə bilər. Lakin belə bir vəziyyət mövcud deyildir. Özünün səhhəti ilə əlaqədar yaranan ciddi problemlərə görə müalicə alır və buna görə maddi vəziyyətinin yaxşılaşmasından söhbət gedə bilməz. Əlavə olaraq qardaşı, yataq xəstəsi atası və yaşlı anası himayəsindədir, valideynlərinin yeganə qazanc yeri olduğu üçün onların saxlanması da onun məsuliyyətindədir. Tərəfindən iddiaçıya ödənilən aliment məbləği hazırkı dövrdə övladlarının bütün tələbatlarını qarşılaya biləcək miqdardadır. Tərəfindən ödənilən aliment övladlarının saxlanması, maddi və digər zəruri ehtiyac və tələbatlarının qarşılanması üçün yox, başqa məqsədlər üçün istifadə edilir. İddiaçı hazırda Lənkəran Dövlət Universite tinin xx.xx.2023-cü il tarixli, 2/534 nömrəli məktubuna əsasən magistr pilləsində ödənişli əsaslarla təhsil alır. Belə olan halda iddiaçının alimentin artırılması ilə bağlı tələbindəki məqsədi şübhə doğurur. İddiaçı uşaqların maddi cəhətdən ehtiyaclarını qarşılamaq üçün alimentin miqdarının artırılmasını tələb etdiyini bildirsə də, nəinki maddi, həmçinin uşaqların təhsil, sağlamlıq, mənəvi ehtiyaclarının da qayğısına qalmır. O, uşaqları ilə sonuncu dəfə 2022-ci ildə görüşüb vaxt keçirə bilib. Uşaqlar çox əylənmiş, hər şeydən məmnun qalmış, lakin niyəsə sonralar heç bir səbəb olmadan onunla görüşmək istəməmişlər. Hazırda nəinki ataları ilə, hətta nənə-baba ilə belə görüşmək istəmirlər. Dəfələrlə uşaqlarını görmək və onların qayğısına qalmaq istədiyini bildirsə də iddiaçı uşaqlarını görməyin ə mane olmuş və uşaqlara psixoloji təsir göstərmişdir. Hətta daha öncə də, iddiaçı uşaqları ilə görüşməyinə mane olduğu üçün iddia ərizəsi ilə məhkəmə müraciət etmiş və bu barədə Binəqədi Rayon Məhkəməsinin 2(001)-2312/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ona uşaqlarla sərbəst və maneəsiz görüş hüququ verilmiş, lakin iddiaçı tərəfindən qətnaməyə əməl olunmadığı üçün Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(002)-651/2022 nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən cərimə olunmuşdur. Uşaqlarını ara-ara çətinliklə qısa müddətlik görsə də, 2024-cü ilin fevral ayından bu günə qədər görməmişdir. Hətta xəstə olduqlarından xəbər tutub narahat olaraq baş çəkmək istədikdə nə uşaqlarını görməyinə şərait yaradılmış, nə də uşaqları üçün aldığ ı ərzaqlar onlara çatdırılmışdır. Həmçinin maraqlandıqda məlum olmuşdur ki, sığorta tərəfindən qarşılandığı halda uşaqlar xəstə olduqlarında xəstəxanaya belə aparılmayıb və bu haqda məlumat verilməyib. Nikah dövründə uşaqlarının hər ikisi Avropa liseyində təhsil aldıqları halda, nikah pozulduqdan sonra razılığı və məlumatı olmadan uşaqlar həmin liseydən çıxarılaraq məcburi köçkün məktəbində oxumağa başlamışlar. Halbuki, balaca oğlu daha əvvəl məktəbdə problemlər yaşamış və yeni mühitə uyğunlaşmaqda çətinlik çəkmişdir. Onun üçün həmin liseydə oxumağa davam etmək ən doğrusu idi, lakin iddiaçı tərəfindən nəzərə alınmamışdır. O, alimentin artırılmasının uşaqların mənafeyi üçün tələb olunduğuna inanmadığı üçün etiraz edir. Lakin uşaqları özü saxlayıb onların hər bir xərcini ödəməyə və onlara eh tiyacları olan qayğını göstərməyə hazırdır. Uşaqlarını saxlamaqdan, onlarla maraqlanmaqdan və onların ehtiyaclarını qarşılamaqdan çəkinmir. Bunun qarşılığında da heç bir tələbi yoxdur. Sonda məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-3925/2024 nömrəli iş üzrə 13 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-129/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabde hdən hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Elnarə Vəliyeva).

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin rəsmi işlədiyi yer mövcuddur, qazancı (gəliri) müntəzəmdir, əmək haqqını natura və ya xarici valyutada almır. Belə olan halda cavabdehdən alimentin məhz sabit pul məbləğində tutulması üçün məhkəmə hər hansı qanuni əsas görmür. Eyni zamanda, məhkəmə onu da qeyd etmişdir ki, alimentin cavabdehin aylıq qazancından müəyyən hissələrdə deyil, sabit pul məbləğində tutulmasına yalnız iddiaçının (aliment alanın) razılığı ilə yol verilir. Hazırkı halda iddiaçı alimentin cavabdehin aylıq qazancından tutulmasını tələb edir.

13. Məhkəmə cavabdehin etirazında irəli sü rdüyü hallarla bağlı qeyd etmişdir ki, həm etiraz da, həm də məhkəmə iclasında cavabdeh verdiyi izahatında bir daha təsdiq etmişdir ki, iddiaçı və cavabdeh arasında nikah münasibətlərinin mövcud olduğu müddətdə, yəni cavabdehin aylıq gəlirləri nəticəsində uşaqların məsrəfləri və maddi tələbatlarının ödənilməsi nəticəsində uşaqlar daha əlverişli və yüksək təminatda saxlanılmışdır. Cavabdeh etirazının əsası kimi 650 manat alimentin iddiaçının təhsil xərcinin ödənilməsinə sərf edildiyini irəli sürməsinə baxmayaraq izahatında uşaqların əlavə idman məşgələləri ilə məşğul olduğunu etiraf etmiş, nəticədə 1800 manat təhsil xərcinin məhz aliment məbləği hesabına ödənilməsini, həmçinin aliment miqdarının onun aylıq qazancının hissəsindən ödənildiyi halda mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasın ı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 112-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansi yası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətinin bir sıra dəlilləri cavabdeh tərəfindən birinci instansiya məhkəməsində təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə aliment müəyyən edilərkən yalnız iddiaçının maraqlarına uyğun aliment miqdarı müəyyən etmişdir. İş materiallarında iddiaçı heç bir sübut təqdim etməmiş, lakin cavabdeh tərəfindən təqdim etdilmiş heç bir sübuta münasibət bildirməmişdir. Məhkəmə işə bir tərəfli qaydada baxmışdır. Belə ki, uşaqların saxlanılmasını tək cavabdehin üzərinə qoymuş, iddiaçını öz uşaqlarının saxlanılması öhdəliyindən azad etmişdir. Məhkəmə mübahisənin mahiyyətinə dərindən yiyələnmədiyi üçün, qanunsuz və ə sassız qətnamə qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6386/2024 nömrəli mülki iş üzrə 18 dekabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), İkram Şirinov və Xumar Mərdanova).

18. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi (artırılmasını) əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək istehlak qiymətləri və s. dəyişmiş, həmçinin, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

19. Cavabdehin səhhəti ilə əlaqədar yaranan ciddi problemlərə görə müalicə alır və buna görə maddi vəziyyətinin yaxşılaşmaması, eləcə də məhkəmənin uşaqların saxlanılmasını tək cavabdehin üzərinə qoyması, iddiaçını öz uşaqlarının saxla nılması öhdəliyindən azad etməsi və alimentin sabit deyil, qazanc və gəlirlərinin hissəsi kimi tutmasını əsalandırmaması barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla məhkəmə əksinə alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

20. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdehin səhhətində problem yaranması qanunla alimentin qazancının və gəlirlərinin 1/3 hissəsində aliment tutulmasını istisna edən hal deyil. Nə qədər ki, cavabdehin özü qeyd etmişdir ki, iddiaçıya ödənilən aliment uşaqlarının ehtiyaclarının qarşılanmasına kifayət edir və dəyişməməlidir. Kollegiya da hesab etmişdir ki, onun qazancı da alimentin 1/3 hissədə müəyyən edilməsi zamanı onun müalicəsinə (olduğu halda) təsir etməməklə həyata keçirilməsini mümkün edə bilər. O cümlədən, kollegiya qeyd etmişdir ki, hazırkı halda alimentin tutulan miqdarının dəyişdirilərək cavabdehin qazancın (gəlirin) müəyyən hissəsi kimi tutulması heç də iddiaçının da valideyn kimi uşaqlarının saxlanılması vəzifəsindən azad etməmişdir. Belə ki, uşaqların iddiaçının himayəsinə verilməklə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olan valideyn kimi onun üzərinə düşməsi nəzərə alındığında iddiaçının heç də uşaqların saxlanılması vəzifəsindən kənarda qalmaması və həmin vəzifənin yalnız cavabdehin üzərinə düşməməsi müəyyən edilir.

21. Bu səbəbdən apellyasiya məhkəməsi uşağın saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və belə qənaətə gəlmişdir ki, bu payın miqdarı tərəflərin hazırkı maddi vəziyyəti, eləcə də diqqətəlayıq olan başqa hallar nəzərə alınmaqla cavabdehin hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında müəyyən edilməlidir. Hər bir halda, alimentin bu miqdarda müəyyən edilməsi ilə uşaqların Az ərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilmiş olur.

22. Məhkəmə diqqətəlayıq olan başqa hal kimi onu da nəzərə almışdır ki, iddiaçıdan fərqli olaraq cavabdehin uşaqların saxlanılması ilə bağlı öhdəliyi yalnız ondan tutulan aliment məbləği ilə məhdudlaşdırılır. Uşaqlarla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyildir.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78 vəç 112-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4, 13 və 19-cu maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən ha nsının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (vəkil X5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti və cavabdeh tərəfindən birinci instansiya məhkəməsində təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

27. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

28. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

29. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur.

30. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların v alideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə-bir hissəsi miqdarında aliment tutulur.

31. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

32. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflər dən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

33. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

34. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətind ə dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

35. Maddə

4. Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

36. Maddə

13. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat a lmaq hüququ vardır.

37. Maddə

19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı

38. Bənd 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

39. Bənd

13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı

40. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəliri nin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən biri nin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmi n sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiy a instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya sı məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1. 5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəl miş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6386/2024 nömrəli iş üzrə 18 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar