Məhkəmə qərarları › İş №2(102)-1174/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1174/2019

21.02.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1174/2019 21.02.2019 ALİ MƏHKƏMƏ 21 fevral 2019-cu il şəhəri İş № 2(102)-1174/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1nun və vəkili Musayeva Aynur Aydın qızının, cavabdeh x2-nin vəkili Məmmədova Nərminə Rəşid qızının iştirakı ilə, iddiaçı x1nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-663/2018 saylı, 16 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddiaçı x1 nun cavabdeh x2 qarşı iş vaxtından artıq vaxtda və qeyri-iş günlərində icra etdiyi işlərə görə ona ödənilməmiş 61.085 manat əmək haqqının, dəymiş mənəvi ziyana görə 200.000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, cavabdeh x2 vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olub-olmamasının araşdırılması üçün materialların prokurorluğa göndərilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7552/2018 saylı, 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: S.Hacıyev, R.Eyvazov və F.Talışinski) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-663/2018 saylı, 16 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiy asının 2(103)-7552/2018 saylı, 14 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş vaxtından artıq vaxtda və qeyri-iş günlərində icra etdiyi işlərə görə ona ödənilməmiş 61.085 manat əmək haqqının, dəymiş mənəvi ziyana görə 200.000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə, cavabdeh x2 vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olub-olmamasının araşdırılması üçün materialların prokurorluğa göndərilməsinə dair qərardadın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15.04.2014-cü il tarixdə cavabdeh x2 ilə əmək müqaviləsi bağla yaraq həmin tarixdən bu günədək şirkətdə işləyir. Cavabdeh daimi əsaslarla iddiaçını və onun kimi bir çox işçiləri iş vaxtından artıq işə cəlb etsə də iş vaxtından artıq işə görə əmək haqqı ödəməkdən imtina edir. Əmək müqaviləsində iş vaxtı həftənin 5 günü hər gün 09.00-dan - 18.00-dək, şənbə və bazar günləri istirahət günləri kimi qeyd edilsə də əslində cavabdeh iddiaçını həftənin 5 günü 09.00-dan-19.00-dək, şənbə günü isə l0.00-dan-15.00-dək iş saatlarında işə cəlb edir və müqavilə üzrə göstərilən iş vaxtından artıq iş görməyinə görə iddiaçıya haqq ödəmir. Hazırda cavabdeh iddiaçıdan həftənin 7 günü saat 09.00-19.00-dək, yəni fasiləsiz işə çıxmasını, əks halda isə ərizə yazıb işdən çıxmasını tələb edir. Bir çox işçilər bu səbəbdən ərizə yazıb işdən çıxmışlar. İddiaçı çıxılmaz vəziyyətd ə qaldığı üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdeh x2 ilə bağladığı əmək müqaviləsinə əsasən şirkətdə əvvəlcə ümumi dəstək və təlim qrupunun mütəxəssisi vəzifəsində işləmiş, daha sonra vəzifəsi dəyişdirilərək hal-hazıradək həmin şirkətdə yardım masasının təmsilçisi vəzifəsində işləyir. İşə başlayarkən cavabdeh iş günlərinin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə günləri saat 09.00-dan l8.00-dək, şənbə və bazar günlərinin isə istirahət günləri olduğunu bildirmişdir. Əmək müqaviləsində də iş saatları belə qeyd edilmişdir. Lakin cavabdeh onu bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə günləri saat 09.00-dan 19.00-dək, şənbə günü saat 10-00dan 15.00-dək işə cəlb etmişdir. Başqa sözlə, cavabdeh iddiaçını bazar ertəsi, çərşənbə axşamı, çər şənbə, cümə axşamı, cümə günlərində 1 saat, şənbə günü isə 4 saat iş vaxtından artıq işə cəlb etmiş və vaxtından artıq işə görə əməyini ödəməmişdir. Hər gün 1 saat nahar fasiləsi verilmişdir. Əmək müqaviləsində həftəlik iş yükü 40 saat qeyd edilsə də, 15.05.2014-cü ildən etibarən iddiaçı həftədə 49 saat yəni həftədə normadan 9 saat artıq şəkildə işləmişdir. Cavabdeh nəinki iş vaxtından və normadan artıq görülən işinə dəyər verməmiş və haqqını ödəməmiş, üstəlik də hələ iddiaçıdan bazar günləri də 09.00-dan 18:00-dək işə çıxmayacağı halda onu işdən qovacağı ilə hədələyir. İş materiallarına əlavə edilmiş elektron hökümət sistemindən alınmış iş yeri haqqında arayışdan görünür ki, iddiaçı 15.04.2014-cü il tarixdən etibarən əmək müqaviləsi bağlamaqla x2-də yardım masasının təmsilçisi vəzifəsində işləyir. Əmək müqaviləsinin müddətinin bitməsi tarixi 15.04.2018-ci ildir. İş materiallarına əlavə edilmiş elektron hökümət sistemindən alınmış əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçının aylıq əmək haqqı 722,89 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 14/14/1 saylı 15.04.2014-cü il tarixli əmək müqaviləsinin 2.1-ci bəndindən görünür ki, əmək müqaviləsi 15.04.2014-cü ildən 15.04.2015-ci il tarixinədək 1 il müddətinə bağlanılmışdır. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən, sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə əmək müqaviləsi eyni müddətə uzadılmış hesab olunur. Növbəti illərdə də əmək müqaviləsinin müddəti eyni qay dada uzadılır. Göründüyü kimi 15.04.2014-cü il tarixdən etibarən bu günədək cavabdehlə əmək münasibətləri davam etdiyinə görə əmək münasibətləri 15.04.2014-cü ildən bu günədək qüvvədədir. İddiaçının cavabdeh təşkilatda işi kompüter və İT sahəsində fəaliyyətlə bağlıdır. Cavabdeh təşkilat onun iş yerini Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsas binasında müəyyən etmişdir. Yəni iddiaçı hər gün iş yerinə məhz Vergilər Nazirliyinə getmiş və əmək funksiyasını cavabdehin tapşırığına əsasən həmin binada icra etmişdir. Lakin iddiaçı cavabdehin bazar günü də işə çıxmaq barədə tələblərini icra etmədiyinə görə, cavabdeh ondan işdən çıxmasını tələb etmiş, iş yerini isə Vergilər Nazirliyinin binasından öz ofisinə dəyişmişdir. Cavabdeh iddiaçıya Vergilər Nazirliyinin binasına daxil olmağı qadağa n edilmişdir. Hazırda cavabdeh onu işdən çıxarmağa çalışır. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 13.03.2015-01.12.2017-ci il dövrlərinə aid işə giriş-çıxış vaxtlarına dair 08.02.2018-ci il tarixli **********460400 saylı arayışın verilməsi ilə bağlı iddia tələbləri dəqiqləşdirilmişdir. Əlavə edilmiş arayışdan görünür ki, həmin dövrdə cavabdeh mütəmadi olaraq iddiaçını iş vaxtından artıq işə cəlb etmiş, əmək müqaviləsinə əsasən iddiaçının iş vaxtının saat 18:00 bitməsinə baxmayaraq o, işdə 19:00, 20:00, 23:00 və bəzən də gecədən səhərədək saxlanılmışdır. Əmək müqaviləsinə görə beş günlük iş həftəsi müəyyən edilsə də iddiaçı şənbə və bazar günləri, qeyri-iş günü hesab edilən bayram günləri də işə cəlb edilmişdir. İddiaçı zorla işlədilməyib, könüllü işləmişdir. Buna görə də ca vabdeh könüllü şəkildə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada iddiaçının iş vaxtından artıq gördüyü işə görə ona əmək haqqı ödəməlidir. Öz etirazında cavabdeh illik iş vaxtı normalarını hesablamağa cəhd etsə də nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi işçinin gün ərzində 8 saatdan çox işlədilməsinə yol verilmir. Müstəsna hallarda işçi iki növbəti gün ərzində 4 saatdan çox olmayaraq iş vaxtından artıq işlərə cəlb edilə bilər. Həmin işlərə və qeyri-iş günlərində icra edilmiş işlərə görə işəgötürən işçiyə ikiqat tariflə əmək haqqı ödəməlidir. İşçini bir gün 20-30 saat işlədib digər gün isə 5 saat işlətməklə və ya qeyri-iş günlərində, gecələr işləməklə illik normanı hesablamaq və işçinin hüquqlarının pozulmamasını iddia etmək olmaz. Vergi orqanlarının verdiyi arayışda iddiaçı şənbə ba zar günlərində, bayram günlərində, gecələr, fasiləsiz hər növbəti gün iş vaxtından artıq işləmişdir. Cavabdeh iddiaçının hər gün 09.00-da iş yerində olmadığını bildirsə də, intizam qaydalarına riayət olunub-olunmaması hazırkı mübahisənin predmeti deyildir. Cavabdeh iddiaçının işindən razıdır. İddiaçının işə gəlmə vaxtları işəgötürənlə qarşılıqlı razılığa əsasən bəzən fərqli olmuşdur. Hər bir halda işəgötürənin gün ərzində iddiaçını 8 saatdan artıq işə cəlb etməyə haqqı yoxdur. Xüsusilə nəzərə alınmalıdır ki, iş vaxtından artıq görülmüş işlərin əmək haqqı ödənilməli, həmin işlərin əvəzində istirahət gününün verilməsi yolverilməzdir. Qeyri-iş günlərində görülmüş işlərin əmək haqqısı əvəzinə istirahət gününün verilməsinin mümkünlüyü əmək qanunvericiliyində nəzərdə tutulsa da, cavabdeh iddiaçı ya əvəz olaraq istirahət günü verməmiş, həmin saatları ödəməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçıya aylıq əmək haqqı, məzuniyyət haqqından başqa heç bir başqa ödəniş etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 08.02.2018-ci il tarixli **********460400 saylı arayışdan görünür ki, iş vaxtından artıq işlərə, o cümlədən qeyri-iş günlərində işə cəlb edilmişdir. Cədvəldən də görünür ki, iddiaçının inzibati binada olduğu müddət mütəmadi olaraq 11,12 saatı aşmışdır. İddiaçının iş vaxtından artıq vaxtda görülmüş işlərin müddətinin hesablaması zamanı qeyd edilmiş iş günlərində işdə olduğu cəmi müddətdən 9 saat (8 iş saatı və 1 fasilə saatı) çıxılaraq qalan iş vaxtı, qeyri-iş günlərində görülmüş işlərin hesablanması zamanı isə şənbə və bazar, bayram günl əri ərzində işdə olması bütün müddət nəzərə alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19.12.2014-cü il tarixli Qərarından görünür ki, 2015-ci il üçün orta aylıq iş günlərinin sayı 20,17 təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 29.12.2015-ci il tarixli Qərarından görünür ki, 2016-ci il üçün orta aylıq iş günlərinin sayı 20,25 təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15.12.2016-cı il tarixli Qərarından görünür ki, 2017-ci il üçün orta aylıq iş günlərinin sayı 20,08 təşkil edir. İddiaçının əmək haqqı 15.04.14-02.06.2015-ci il dövründə 602,41 manat, 02.06.2015-ci il tarixdən sonra 722,89 manat kimi təşkil edir. Belə ki, iddiaçının 1 günə olan əmək haqqı 13.03.201502.06.2015-ci il üçün (602,41/20,17) 29 manat, 02.06.2015-31.12.2015-cı il üçün (722,89/20,17) 35,8 manat, 2016-cı il üçün 35,6 manat (722,89/20,25), 2017-ci il üçün 36 manat (722,89/20,08) təşkil edir. İşəgötürənin iddiaçının hüquqlarını pozması, onu əlavə haqq ödəmədən işə cəlb etməsi nəticəsində iddiaçı mənəvi iztirab və sarsıntılar, psixoloji gərginlik keçirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7552/2018 saylı, 14 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni q ərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1nun və vəkili Musayeva Aynur Aydın qızı kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh x2-nin vəkili Məmmədova Nərminə Rəşid qızı kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini,iddiaçını və tərəflərin vəkillərinidinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilməd ən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan işəgötürən x2 ilə işçi x1 arasında bağlanmış 06.04.2015-ci il tarixli 14/14/1 saylı əmək müqaviləsinin surətindən müəyyən olunur ki, bu əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı ilə 15.04.2014-cü il tarixdən 15.04.2015-ci il tarixədək l il müddətinə bağlanmış və müqavilənin müddəti qurtardıqda müqaviləyə xitam verilir. Bu əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, bu əmək müqaviləsi eyni müddətə uzadılmış hesab olunur. Əmək müqaviləsinin 4.12-ci, 4.13-cü, 4.14-cü, 4.15-ci bəndlərindən müəyyən olunur ki, işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir, iş saat 9.00-da başlanır, saat 18.00-da qurtarır. Nahar vaxtı saat 13.00-dan saat 14.00-dəkdir. İstirahət günləri hər həftənin şənbə və bazar günləridir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə 25.12.2017-ci il tarixdə daxil edilmiş 3JCTYSJ000104 saylı əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən müəyyən olunur ki, x1 15.04.2014-cü il tarixli müddətli əmək müqaviləsi ilə x2-yə yardım masasının təmsilçisi vəzifəsinə aylıq əmək haqqı 722,89 manat olmaqla işə qəbul edilmişdir. İşdə olan x2-nin 17.01.2018-ci il tarixli 18-01/17-02 saylı arayışından müəyyən olunur ki, x1 ilə 15.04.2014-cü il tarixdən x2-də çalışır və hal-hazırda te xniki departamentin test və yardım masası şöbəsində yardım masasının təmsilçisi vəzifəsində işləyir. İşçilərin barmaq izi əsasında işləyən x2 daxili nəzarət sistemindən alınan məlumata əsasən, 01.01.2017-31.12.2017-ci il müddət üzrə adı çəkilən işçinin iş günləri və iş saatları (yalnız işçinin inzibati binada olduğu müddət nəzərə alınır, iş günü ərzində inzibati binada olmadığı saatlar/dəqiqələr ümumi iş saatlarında çıxılır) bu arayışa əlavə olunan sənəddə qeyd olunan şəkildə hesablanmışdır. İşdə olan x2-nin daxili nəzarət sistemindən çıxarışdan müəyyən olunur ki, x1 01.01.2017ci il tarixdən 31.12.2017-ci il tarixədək olan dövr ərzində yanvar ayında 153,83 saat, fevral ayında 143,98 saat, mart ayında 127,86 saat, aprel ayında 149,75 saat, may ayında 137,56 saat, iyun ayında 107,09 saat, av qust ayında195,96 saat, sentyabr ayında 151,75 saat, oktyabr ayında 127,87 saat, 188,59 saat iş yerində olmuşdur. İşdə x2-nin 15.03.2018-ci il tarixli 18-03/15-01 saylı məktubundan müəyyən olunur ki, x2nin test və yardım masası şöbəsinin yardım masası təmsilçisi x1 01.01.2017-31.12.2017-ci il tarixləri aralığında iş saatları norması daxilində (09:00-18:00) 1586 saat işləməli olduğu halda, cəmi 1181,85 (min yüz səksən bir saat 85 dəqiqə) saat işləmişdir. Buna baxmayaraq, əməkdaşa il ərzində iş saatları norması daxilində işdə olmadığı 404,15 (dörd yüz dörd saaat 15 dəqiqə) saat qarşılığı 1836,87 manat əmək haqqı ödənilmişdir. Eyni zamanda x1 01.01.2017-31.12.2017-ci il tarixləri aralığında şirkət rəhbərliyinin heç bir əmri və ya göstəriş olmadan iş saatları norması xaricində, toplam 340,22 s aat şirkətin inzibatı binası daxilində olmuşdur. İşdə olan x2-nin 26.02.2018-ci il tarixli 18-02/26-02 saylı arayışından müəyyən olunur ki, 05.05.2014-cü il tarixdən x2-də işləyən x3 hal-hazırda inzibati və insan resursları şöbəsinin insan resursları qrupunun rəhbəri vəzifəsində çalışır. İşdə olan x2-nin 11 iyul 2018-ci il tarixli 18-11/07-02 saylı məktubundan müəyyən olunur ki, x1 ilə bağlanmış əmək müqaviləsinə 17.04.2018-ci il tarixli, 8 nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq 17.04.2018-ci il tarixdən xitam verilmişdir. Hal-Hazırda x1 x2-də işləmir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanan müddətli əmək müqaviləsinin şərtlərinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməli, iş saat 9.00-da ba şlamaqla, saat 18.00-da qurtarmalı, nahar vaxtı saat 13.00-dan saat 14.00-dək, istirahət günləri isə hər həftənin şənbə və bazar günləri olaraq müəyyən edilmişdir. İddiaçının iş yeri bir başa cavabdehin nəzarəti altında olan inzibati bina deyil, Vergilər Nazirliyinin inzibati binasında yerləşmiş və iddiaçının iş yerində olması faktı onun barmaq izi ilə qeydə alınmışdır. İddiaçının işə davamiyyəti ilə bağlı turniket məlumatlarından müəyyən olunur ki, iddiaçı iş günündən, qeyri-iş günündən, iş vaxtlarından və qeyri-iş vaxtlarından asılı olmayaraq Vergilər Nazirliyinin inzibati binasına daxil olmaqla həmin binadan çıxmış və belə davamiyyət 2017-ci ilin dekabr ayınadək davam etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş - işəgötürənin əmri ( sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. Həmin Məcəllənin101-ci maddəsinə əsasən iş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir: a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün; c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda; ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda; d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda. İstinad edilən maddi hüquq normalarından görünüdüyü kim i, iş vaxtından artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır ki, hazırki işin halları ilə belə bir əmrin olması, və yaxud da iddiaçı ilə cavabdeh arasında hər hansı şəkildə belə bir rəsmi və yaxud şifahi razılaşmanın olması müəyyən edilməmişdir. İddiaçı bu şəkildə cavabdehin şifahi göstərişinin olmasını qeyd etsə də, bu halın mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericliyin bu şəkildə məcburi tələbinin məqsədi həm işçini işəgötürənin ödənişsiz əlavə iş vaxtına cəlb etmə ilə bağlı sui-istifadələrindən, hə mçinin də işəgötürəni işçinin onunla razılaşdırılmamış hər iş yerində qaldığı əlavə vaxta görə haqq tələb etməsi ilə bağlı sui-istifadə hallarından qorumaqdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki qanunvericiliyin əlavə iş vaxtı ilə bağlı belə bir məcburi tələbinin olduğu halda tərəflər arasında bu şəkildə hər hansı razılaşmanın olmasının sübuta yetirilməməsi iddiaçının iş yerində əmək müqaviləsində müəyyən edilmiş müddətdən artıq qalması hər hansı hüquqi nəticə yaratmır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar