Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1176/2020 28.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Nümayəndə1, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddiası təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F. Talışinski, hakimlər R.Eyvazov, Z.Əliyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkə n və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının sahibliyində və sərəncamında olan "X10" markalı, ** MV *** dövlət qeydiyyat şanlı avtomobilə dəymiş zərərə görə 3000 manat, hüquqi yardıma görə vəkilə ödənmiş 100 manat və 30 manat məhkəmə üçün dövlət rüsumu, cəmi 3130 manat pul məbləğinin cavabdeh "xxxx" ASCdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəm əyə müraciət etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin materialları ilə müəyyən olunur ki, ** CH *** dövlət qeydiyyat nişanlı, “İnfiniti EX35” markalı avtomobilin "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanması üçün ““xxxx” ASC ilə sığorta müqaviləsi bağlanmışdır. Həmçinin iş materiallarından görünür ki, xx xxxxxxx 2018-ci il tarixində İnfiniti EX35” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə İddiaçı idarə etdiyi ** MV *** dövlət qeydiyyat nişanlı “X10” markalı avtomobilə zərər dəymişdir. Həmin G.Əliyev “xxxx” ASC-yə müraciət edərək hadisə barədə məlumat vermişdir. Hadisə dərhal cavabdeh şirkət tərəfindən qeydiyyata alınmış və təfərrüatlar aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, hadisə ** CH *** dövlət qeydiyyat nişanlı, “İnfiniti EX-35” markalı avtomobildə sərnişin qismində əyləşmiş X2 təqsiri səbəbindən baş vermişdir. Belə ki, K.Əhmədovanın yolun hərəkət hissəsində avtomobilin arxa sağ qapısını açması nəticəsində iddiaçının maşını həmin qapıya dəyərək zədələnmişdir. Yasamal RPİ tərəfindən tərtib olunmuş X7 Protokolda hadisənin baş verməsində K.Əhmədova təqsirli tərəf kimi müəyyən olunmuşdur. Bundan başqa “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli zərər dəymi ş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “X10” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilə 1970 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Eyni Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Həmçinin,“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avt onəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, yol hərəkəti hadisəsinin baş verməsində X4 təqsirli tərəfdir. Belə ki, hadisə ** CH *** dövlət qeydiyyat nişanlı, “İnfiniti EX-35” markalı avtonəqliyyat vasitəsi dayandıqdan sonra sərnişin X3 arxa sağ qapını açaraq ətrafdakılar üçün təhlükəsizliyə əmin olmadan “X10” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəyməsinə səbəb olmuşdur. Bundan əlavə, qeyd olunan hərəkətlər (yəni sığorta hadisəsinin baş verməsinə səbəb olan hərəkət) sığortalı və ya sığorta olunan tərəfindən deyil, üçüncü şəxs (X5) tərəfindən törədilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Belə olan halda, məhkəmə hesab edir ki, “xxxx” ASC sığorta ödənişi verməməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmə dən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıkassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1176/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1176/2020
28.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver