Məhkəmə qərarları › İş №2(102)-1177/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1177/2019

07.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1177/2019 07.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1177/2019 Bakı şəhəri 07 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X5, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi ilə ( hakim İ.N.Abbasova, 2(011)-4488/2018) İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası təmin edilmiş, cavabdehdən 17 sentyabr 2010-cu il təvəllüdlü X1 üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 avqust 2008-ci il tarixli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilərək hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, alimentin yeni məbləğdə tutulmasının qətnamənin qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov, E.C.Kazımov, iş 2(103)-9165/2018) Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sa xlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 16 iyun 1998-ci il təvəllüdlü X4 və 17 sentyabr 2010-cu il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 108 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. 18 aprel 2018-ci il tarixdə İddiaçı Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına ça tanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq 154 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar araşdırılmamış və düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuş, onun xətə olması, iddiaçı və oğlunun isə tam sağlam olması və kifayət qədər aylıq gəlirlərinin olması nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müda fiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına çatana qədər cavabdeh tərəfindən ödənilməsi q ət edilən alimentin miqdarının dəyişdirilərək 154 manat sabit pul məbləğində müəyyən edilməsi təşkil edir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qa nununun 1-ci bəndinə əsasən 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların vaideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xə rclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağllamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolnacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Analoji hüquqi mövqe Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında da göstərilmişdir. Hazırkı mübahisə üzrə iddiaçı alimentin miqdarının artırılmasını əvvəllər müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün birinci instansiya məhkəməsi onun mənafeyini nəzərə alaraq iddianı təmin etməkdə haqlı olmuşdur. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar