Məhkəmə qərarları › İş №2(102)-1179/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1179/2020

24.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1179/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X2 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, ilkin iddia üzrə İddiaçı, vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh və vəkili X11 oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(001)4302/2019 saylı qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) ilk iddia t əmin olunmamış, qarşılıqlı iddia qismən olunmuş, X3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 4 nömrəli binanın 164 nömrəli mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 sentyabr 2019-cu il tarixli, 2(103)-11356/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi) Z.Ə.Əliyev və F.Ş.Talışinski) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(001)-4302/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddi anın təmin olunması və qarşılıqlı iddianın təmin olunmaması qət olunmuşdur. İŞİN HALLARİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh X4 (bundan sonra, cavabdeh) qarşı «cehiz əşyalarının evdən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının - 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd Beko markalı TV, 1 ədəd qorka, 1 ədəd stol və 4 ədəd stul, 1 ədəd şkaf, 1 ədəd taxt və 2 ədəd tumboçka, 1 ədəd ütü stolu, 1 ədəd ütü, 1 ədəd kamod, 1 ədəd divar üçün saat, 1 ədəd çərçivəli şəkil, 1 ədəd xrustal çilçıraq, 1 ədəd sadə çilçıraq, 1 ədəd Beko markalı soyuducu, 1 ədəd Beko paltaryuyan maşın, 1 ədəd elektrik soba, 1 ədəd şirəçəkən, 1 ədəd ətçəkən maşın, 1 ədəd böyük xalça, 2 ədəd balaca xalça, 1 çemodan çəngəl və qaşıq dəsti, 1 ə dəd mikser, 1 ədəd böyük qazan, 7 ədəd bagema qab, 1 ədəd böyük güldan, 1 ədəd səhəng şüşə qab, 1 ədəd farfor böyük meyvə qabı, 2 ədəd balaca farfor meyvə qabı, 1 ədəd güzgü gəlinlik, 1 ədəd laləli çay dəsti servisi, 1 ədəd madonna çay dəsti servisi, 28 ədəd xrustal bokallar (şərab və su üçün), 2 ədəd xrustal mürəbbə qabı, 1 ədəd mürəbbə qabı, 1 ədəd nahar servisi, 3 ədəd laləli qazan, 3 ədəd qazan şüşədən, paltarlar, 5 ədəd ayaqqabı, 1 ədəd pərdə, 1 ədəd tez qaynadan göy rəngli çaynikin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı «yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə» barədə qarşılqlı iddia verərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəl lə 5057/68, 4 saylı evin 164 saylı mənzilinə istifadə hüququnun tanınması, yaşayış sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili X11 oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmələr tərəflər arasında olan tələblər üzrə mübahisəyə baxarkən ilk əvvəl Cavabdeh həmin mənzilə dair qanunla müəyyən edilmiş qaydada istifadə hüququnun yaranıb-yaranmamasını müəyyənləşdirməlidir. Cavabdeh tərəfindən məhkəməyə sübut qismində təqdim olunmuş sənədlərdən görünür ki, hazırki mübahisə üzrə hüquq münasibətlərinin yaranması Cavabdeh nikaha daxil olaraq mənzilə köçdüyü 23 iyun 2008-ci il tarixdən yaranmışdır. Hazırki mübahisəyə dair hüquq münasibətləri 2000-ci il sentyabr ayının 1-dən sonra və 2009-cu ilin oktyabr ayının 1-dən əvvəl yarandığı üçün məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 iyul 2001-ci il tarixli və 08 oktyabr 2013-cü il tarixli qərarlarına əsasən Cavabdeh mübahisəli mənzilə dair istifadə hüququnun yaranıb-yaranmaması, yaranmışdırsa itirilib-itirilməməsi məsələlərinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəlarına uyğun qaydada həll olunmalıdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11356/2019 saylı 24.09.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə ilkin iddia ərizəsinin rədd olunması və qarşılıqlı iddia ərizə sinin isə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili X6 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək qeyd edilən qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)11356/2019 saylı 24.09.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında ailə münasibətlərinə artıq bir-neçə ildir ki, xitam verilmişdir. Eyni zamanda işdə olan sənədlərdən və izahatlar əsasında müəyyən edilmişdir ki, cavabdeh 2017-ci ilin sentyabr ayından evi tərk edərək başqa ünvanda yaşayır. Mübahisəli yaşayış sahəsinin statusu ilə bağlı qeyd edilmişdir k i, cavabdeh iddiaçı ilə ailə quraraq, mübahisəli mənzilə köçən zamanı mənzil xüsusi mülkiyyət hüququ üzrə X1 mülkiyyətində olmuş, sonuncu 14 may 2009-cu il tarixdə həmin mənzili iddiaçıya bağışlamışdır (iddiaçının mülkiyyət hüquqları 17 sentyabr 2009-cu ildə dövlət qeydiyyatına alınmışdır). Apellyasiya kollegiyasının iş materialları əsasında gəldiyi nəticədən görünür ki, iddiaçı mübahisəli mənzilə 2008-ci ildə gəlin köçdüyündən ilkin olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərini nəzərdən keçirməyi zəruri hesab etmişdir (həmin dövrdə yeni Mənzil Məcəlləsi qüvvəyə minməmişdir). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qanunvericiliyin qeyd edilən tələblərindən aydın olur ki, mülkiyyətçinin ailə üzvlərinin və digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ, həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə və belə hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə şərtləndirilmişdir. Lakin cavabdehlə əvvəlki mülkiyyətçi arasında Mülki M əcəllənin 228.2-ci maddəsinin tələbləri çərçivəsində notariat qaydasında təsdiq olunmuş müvafiq müqavilə bağlanmamışdır (cavabdeh belə bir müqvilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir). Belə olan halda isə, cavabdehin həmin vaxtı yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır. Lakin, mənzilin əvvəlki mülkiyyətçisi yaşayış sahəsini 14 may 2009-cu il tarixdə iddiaçıya bağışlamış, sonuncunun mülkiyyət hüquqları 17 sentyabr 2009-cu ildə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh isə həmin vaxtı iddiaçının ailə üzvü olduğundan mənzildən istifadə etmək hüquqları yaranmışdır. Belə olan halda, hazırki vaxtda da cavabdehin mənzildən istifadə etmək hüquqlarının qalması mübahisənin qanuni həlli baxımından xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi bu halı yo xlamamış, ona ümumiyyətlə hüquqi qiymət verməmişdir. Çünki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Apellyasiya kollegiyası müəyyən etmişdir ki, işin mübahisə olunmayan hallarına əsasən tərəflər 2009-cu ildən 2017-ci ilədək, yəni Mənzil Məcəlləsinin qüvvədə mindiyi vaxt və ondan sonra mübahisəli yaşayış sahəsində yaşamışlar. Apellyasiya kollegiyası Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam v erildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Tərəflər arasında isə ailə münasibətlərinə ən azı 2017-ci ilin sentyabr ayından xitam verilmiş, cavabdeh həmin tarixdə yaşayış sahəsini tərk etmiş və geri qayıtmamış (cavabdeh bu halı qarşılıqlı iddia ərizəsində göstərmişdir), başqa yaşayış sahəsində yaşamışdır. Həmin vaxtdan sonra da (hazıradək) tərəflərin ailə münasibətləri bərpa olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına və qanunvericiliyin qeyd edilən normalarına əsasən, cavabdehin hazırki vəziyyətdə mübahisə predmeti olan yaşayış sahəsindən istifadə etmək hüququ mövcud deyildir (saxlanılmır), hazırki vəziyyətdə cavabdehin mübahisəli yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün qanuni şərtlər də mövcud deyildir. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qanunverici yalnız müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılması imkanını müəyyən etmişdir. Yəni, istifadə etmək hüququ aradan qalxmış şəxsin mənzildən çıxarılması anında, məhkəmə keçmiş ailə üzvünün başqa yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsaslarının olub-olmaması baxımından məsələyə hüquqi qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi digər nəticədən görünür ki, işin faktiki hallarına əsasən isə cavabdeh 2 ildən artıq müddətdir ki, mübahisəli mənzildən çıxaraq başqa yaşayış sahəsində yaşayır və keçən müddət ərzində mənzilə qayıtmamış, ən azından buna cəhd etməmişdir (mənzilə köçürülməsi barədə iddia qaldırmamış və s.). Cavabdeh yalnız iddiaçının hazırki tələbindən (əmlakın çıxarılması) sonra, 2019-cu ilin may ayında qarşılıqlı iddia verərək mənzilə köçmək iddiasını irəli sürmüşdür. Cavabdeh mübahisəli yaşayış sahəsinə qayıdaraq, orada yaşamaq imkanında olmamasına dair məhkəməyə ümumiyyətlə hər h ansı sübut təqdim etməmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə etmək zərurəti müəyyən edilmir, bu səbəbdən onun müəyyən müddətə istifadə hüququnun saxlanılmasına da ehtiyac yoxdur. Qarşılıqlı iddia əsaslı olmamış, birinci instansiya məhkəməsi cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququnu tanımaqda və onu həmin mənzilə köçürməkdə haqlı olmamışdır. Apellyasiya kollegiyası hesab etmişdir ki, ilk iddia əsaslı sayılmalıdır. Çünki, cavabdehin əmlakının hazırki vəziyyətdə iddiaçıya məxsus yaşayış sahəsində faktiki yerləşməsi hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mübahisəyə dair hüquq münasibətləri 2000-ci il sentyabr ayının 1-dən sonra və 2009-cu ilin oktyabr ayının 1-dən əvvəl yarandığı üçün məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 iyul 2001-ci il tarixli və 08 oktyabr 2013-cü il tarixli qərarlarına əsasən Cavabdeh mübahisəli mənzilə dair istifadə hüququnun yaranıb-yaranmaması, yaranmışdırsa itirilib-itirilməməsi məsələlərinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəlarına uyğun qaydada həll olunmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələbini rədd edərkən iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellya siya instansiyası məhkəməsi tərəfindən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218 -ci maddələrinin tələblərinə riayət edilmişdir. Qeyd edilənlərə əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbay can Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11356/2019 saylı 24 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar