Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1182/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1182/2019 11 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı və vəkili ***iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli, 2(103)-8482/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2720 manat əmək haqqının və 7419,20 manat faizin, cəmi 10139,20 manatın tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim F.Ə.Məmmədov) 07 may 2018-ci il tarixli, 2(011)-57/18 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən ödənilməmiş əmək haqqına görə 1.738,67 manatın və əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində olmaqla 3.080,21 manat ödəncin, cəmi 4.818,88 manatın alınaraq iddiaçıya ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) 26.09.2018-ci il tarixli, 2(103)-8482/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelly asiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. İddiaçı və vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamədən görünür ki, 27 iyun 2017-ci il tarixli, 33 saylı əmrə əsasən 12 saylı marşrutun sürücüsü İddiaçı ilə bağlanmış 01 av qust 2016-cı il tarixli əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən 27 iyun 2017-ci il tarixindən xitam verilmişdir. Həmin əmr hələ də ona təqdim olunmayıb. Ona görə də həmin əmrin əsassız olduğunu məhkəmədə mübahisələndirə bilməmişdir. Qətnamədə cavabdeh tərəfin guya hər gün iddiaçının ona ödədiyi 180 manatdan 50 manatını iddiaçıya qaytarıb verməsi ifadəsi tamamilə yalandır. Əgər cavabdeh hər gün iddiaçının ona verdiyi 180 manatdan 50 manatını qaytarıb ona verəsi idisə, onda tərəflər məntiqlə elə 130 manata razılaşmalı idi. Hər gün iddiaçıya cavabdeh tərəfindən 50 manat məbləğində pulun verilməsini təsdiq edən bir sənəd yoxdur. Tərəflər arasınada əmək müqaviləsibağlanmışdır və orada göstərilmişdir ki, tərəflərdən biri "İşəgötürən",digəri isə "İşçidir",ona görə də onla rın arasındakı münasibətlərdə Əmək Məcəlləsinin müddəaları tətbiq edilməlidir. X1 görə "İşəgötürən" tərəfindən hər ay "İşçiyə" 160 manat əmək haqqı verilməli idi. Əmək haqqının verilməsini (maaş cədvəli, hesaba köçürmək)sübut etmək "İşəgötürənin"vəzifəsidir. İşdə olan əmək haqqı cədvəlindəki imzanın cavabdeh tərəfindən saxtalaşdırılması məhkəmədə öz təsdiqini tapmışdır. Əmək Müqaviləsindəki imzanın iddiaçıya məxsus olmaması fikri tamamilə doğrudur. Çünki iddiaçının (işçinin) imzası olan Əmək Müqaviləsi daha əvvəl bağlanmışdır və həmin müqavilə cavabdeh tərəfindən məhv edilmiş və əvəzində sonrakı tarixə bağlanmış və təbii ki, iddiaçının imzası saxtalaşdırılmış Əmək Müqaviləsi təqdim edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili *** kassasiya şikayətini m üdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat vermişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməs inin Mülki Kollegiyası qəbul etdiyi 26.09.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli qətnaməsini ləğv edib iddianı rədd edərkən haqlı olmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçının istinad etdiyi əmək müqaviləsinə əsasən, o, 08.08.2016-cı il tarixdən sürücü vəzifəsinə işə götürülmüş, əmək haqqı 160 manat təşkil etmişdir; 27.06.2017-ci il tarixli 33 saylı əmrə əsasən, 12 saylı marşrutun sürücüsü İddiaçı ilə bağlanmış 01.08.2016-cı il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən 27.06.2017-ci il tarixdən xitam verilmişdir; M əhkəmə Ekspertizası Mərkəzinin 28.12.2017-ci il tarixli, 27639 saylı ekspert rəyinə əsasən, mülki işin 57-58-ci vərəqlərində olan 7 avqust 2016-cı il tarixli əmək müqaviləsinin kserosurətinin sonuncu vərəqəsindəki “işçi” və “İmzası:” qrafalarında əks olunmuş imzalar; 59-cu vərəqəsində olan 31 avqust 2016-cı il tarixli 2016-cı il avqust ayı üzrə hesablanmış cədvəlinin kserosurətində 13-cü sırada “İddiaçı” yazıları qarşısında “imza” qrafasında əks olunmuş; 60-cı vərəqəsində olan 30 sentyabr 2016-cı il tarixli, 2016-cı il sentyabr ayı üzrə hesablanmış cədvəlinin kserosurətində 13-cü sırada, 61-ci vərəqəsində olan 31 oktyabr 2016-cı il tarixli, 2016-cı il oktyabr ayı üzrə hesablanmış cədvəlinin kserosurətində 13-cü sırada, 62-cı vərəqəsində olan 30 noyabr 2016-cı il tarixli, 2016-cı il noyabr ayı üzrə hesablanmış cədvəlinin kserosurətində 13-cü sırada, 63-cü vərəqəsində olan 31 dekabr 2016-cı il tarixli, 2016-cı il dekabr ayı üzrə hesablanmış cədvəlinin kserosurətində 13-cü sırada, 64-cü vərəqəsində olan 31 yanvar 2017-ci il tarixli, 2017-ci il yanvar ayı üzrə hesablanmış cədvəlinin kserosurətində 13-cü sırada, 65-ci vərəqəsində olan 28 fevral 2017-cı il tarixli, 2017-ci il fevral ayı üzrə hesablanmış cədvəlinin kserosurətində 13-cü sırada, 66cı vərəqəsində olan 31 mart 2017-cı il tarixli, 2017-ci il mart ayı üzrə hesablanmış cədvəlinin kserosurətində 13-cü sırada, 67-ci vərəqəsində olan 30 aprel 2017-ci il tarixli, 2017-ci il aprel ayı üzrə hesablanmış cədvəlinin kserosurətində 13-cü sırada, 68-ci vərəqəsində olan 31 may 2017-ci il tarixli, 2017-ci il may ayı üzrə hesablanmı ş cədvəlinin kserosurətində 13-cü sırada “İddiaçı” yazıları qarşısında “İmza:” qrafasında əks olunmuş imzalar – İddiaçı tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında formal olaraq əmək müqaviləsi mövcud olsa da, faktiki-həqiqi münasibətlər icarə müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qənaətini belə əsaslandırmışdır ki, Azərbaycanda illərdir oturuşmuş işgüzar təcrübəyə görə avtobus sahibləri avtobusları müəyyən xətlər üzrə sürücülərin istifadəsinə verir və sürücülər də buna müvafiq olaraq avtobus sahiblərinə gündəlik müəyyən haqq ödəyirlər, yerdə qalan məbləği isə özlərinə götürürlər. Hazırkı halda tərəflər arasında da faktiki olaraq bu prinsiplə münasibətlər qurulmu ş, razılıq əldə olunmuş və bu razılıqla münasibətləri davam etmişdir. Beləliklə, yuxarıda qeyd olunan işin hallarından-iddiaçının özünün ərizəsindən və izahatlarından da müəyyən olunmuşdur ki: - iddiaçı cavabdehdən avtobusu istifadə üçün götürmüş; - avtobusdan istifadə etdiyi üçün cavabdehə gündə 180 manat vermiş; - avtobusun yanacağı üçün gündəlik 60 manatı və sair xərcləri özü ödəmiş; - yerdə qalan gəlir-qazanc isə onun özünə çatmışdır; - iddiaçı 17 ay əmək haqqı almadan işlədiyi halda, bu barədə nə cavabdehə, nə də hər hansı quruma müraciət etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinə görə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri y erinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Bununla da apellyasya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında əmək deyil, icarə müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Əmək müqaviləsi ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin əmək müqaviləsi tərəflər arasında faktiki mövcud olan münasibətləri əks etdirməməklə, çox güman ki, son dövrlərdə işəgötürənlərin işlətdikləri işçilərlə əmək müqaviləsi bağlamasının məcburiliyi ilə bağlı həyata keçirilən tədbirlərlə əlaqədar olaraq, işəgötürənlərin müvafiq dövlət orqanlarına verdikləri hesabatlara daxil edilməsi, eləcə də müvafiq vergi və digər məcburi ödəmələrin həyata keçirilməsi məqsədilə rəsmiləşdirilmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının tələbləri baxımından qanunazidd hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. 46-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin istinad edilən müddəalarından göründüyü kimi, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlanan və özündə həmin Məcəllənin 43-cü maddəsində göstərilən bütün şərtləri və məlumatları, o cümlədən işçinin əmək funksiyalarını ehtiva edən, habelə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minən yazılı razılaşmadır. Apellyasiya instansiyası məhkəməsi isə Konstitusiyanın 60 və 127-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 9 və 88-ci maddələrinin tələblərinə əməl etməyərək, iddiaçının cavabdehlə əmək münasibətlərində olmasına dair kifayət qədər sübutların olmasına rəğmən tərəflərin digər sübutlarla təsdiq edilməyən ziddiyyətli ifadələrinə əsaslanmaqla hesab etmişdir ki, tərəflər arasında əmək deyil, məhz icarə münasibətləri olmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əs asən onlar arasında icarə münasibətlərinin olmasının müəyyən edilməsi üçün iş materiallarında tərəflər arasında bağlanmış icarə müqaviləsi olmalı idi. Konstitusiya Məhkəməsinin Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlarında nümayiş etdirilmiş mövqeyə əsasən məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə al tına alınır. Hazırkı iş üzrə də apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız tərəflərin hər hansı sübutla əsaslanmayan izahatlarına istinad etməklə onlar arasında olan münasibətləri icarə münasibəti kimi qiymətləndirərək iddianı rədd etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. İstinad edilən prosessual hüquq normalarından göründüyü kimi, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla t əsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını da dərhal əsaslı sübut kimi də qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir:- faktın etirafı işin həqiqi hallarının gizlədi lməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə sübutların qəbuledilənliyi və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, prosessual qanunvericiliyə zidd olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə (xüsusi bilik tələb edən araşdırma əsasında) təsdiq edilməli olan işin hallarını (torpaq sahəsinin zəbt edilməsini) yalnız cavabdeh tərəfin izahatları ilə sübut edilmiş hesab etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə tə sdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddia üzrə qənaətə gələrkən mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməməklə iş üzrə düzgün olmayan əsassız nəticəyə gəlmişdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qanunvericiliyin istinad edilən tələblərinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstə rişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli, 2(103)8482/2018 nömrəli qətnaməsi ləğv edilsin, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Hacıyev hakimi Sənan
Məhkəmə qərarları › İş №2(102)-1182/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1182/2019
11.02.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver