Məhkəmə qərarları › İş №2(102)-1182/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1182/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1182/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx” ASC Cavabdehlər: Cavabdeh2, Cavabdeh3 İddia tələbi: borc və tutmanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: borcun müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı1 X1 Açıq Səhmdar Cəmiyyəti ilə Adıgözəlov İkram Mahmud oğlu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən, bank borcluya illik 16% olmaqla, 60 ay müddətinə 15546 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin borcun təminatı olaraq borcluya məxsus mənzilin bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə ipoteka müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2018-ci il tarixdə İddiaçı1 İKB ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərə, Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 15257.68 ABŞ dolları əsas, 3566.43 ABŞ dolları faiz, 37.39 ABŞ dolları cərimə borcu olmaqla cəmi 18861.5 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipotek a ilə yüklü edilmiş, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, ipoteka predmeti olan əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra cavabdehin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi, həmçinin xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilm əsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-17/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim R.S.Şirinov) iş üzrə cavabdeh olmuş mərhum Cavabdeh1 onun vərəsələri Cavabdeh2 və Cavabdeh3 ilə əvəz olunması qərara alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-17/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qaətnaməsi ilə (hakim R.S.Şirinov) iddiа təmin edilmiş, cavabdehlərdən İddiaçı1 İKB ASC-nin xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 15257.68 ABŞ dolları əsas, 3566.43 ABŞ dolları faiz, 37.39 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 18861.5 ABŞ dolları məbləğində borcun, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin ilki n satış qiyməti 110000 manat müəyyən olunmaqla açıq hərracda satılması, mənzilin satışından əldə olunan vəsait hesabına İddiaçı1 İKB ASC-yə olan borcun ödənilməsi, mənzilin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq İddiaçı1 İKB ASC-yə təhvil verilməsi və İddiaçı1 İKB ASC ilə bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verməməsinə ümumiyyətlə toxunulmamış, vərəsələrin qəbul etdikləri mirasın nədən ibarət olduğunu və hansı məbləğdə olması müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsində göstərilən tələbi tam təmin etmişdir. Hansı ki, kredit müqaviləsi ilə hansı miqdarda kredit götürüldüyü, bu kreditin hansı miqdarını ödənildiyi və hansı miqdarda borc qaldığı bilinmir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsində düzgün nəticəyə gəlməmiş, borcun məbləğinin dürüst hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi zəruri olduğu halda müvafiq ekspertizalar keçirilməmişdir. İş üzrə alınmış xx xxxx 2020-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasın ın rəyinə əsasən, Cavabdeh1 İddiaçı1 İKB ASC-yə olan əsas borcu 15033.11 ABŞ dolları təşkil edir. İş üzrə alınmış “X2” MMC-nin xx xxxx 2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasın, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, 3 otaqlı, 68.6 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 88 nömrəli evin 85 nömrəli mənzilin dəyəri 116000 manat təşkil edir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-643/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Əsədli, Ə.T.Məcidov, A.A.Mahmudov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən, yəni cavabdehlərdən İddiaçı1 İKB ASC-nin xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla xx xxxxxx 2016-cı il t arixli kredit müqaviləsi üzrə 15257.68 ABŞ dolları əsas borcun tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 110000 manat müəyyən olunması, həmin mənzilin boşaldılaraq İddiaçı1 İKB ASC-ə təhvil verilməsi hissəsində ləğv edilmiş, Cavabdeh2 və Cavabdeh3 İddiaçı1 İKB ASC-nin xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 15033.11 ABŞ dollarının tutulması, ipoteka predmeti olan mənzilin ilkin sаtış qiymətinin 116000 manat məbləğində müəyyən edilməsi qət edilmiş, iddia ipoteka predmeti olan mənzilin boşaldılaraq İddiaçı1 İKB ASC-yə təhvil verilməsi hissəsində rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi göstərmişdir ki, və fat etmiş Cavabdeh1 barəsində İsmayıllı rayon notariat ofisində xx xxxx 2018-ci il tarixdə vərəsəlik işi açılaraq “Elektron notariat” avtomatlaşdırılmış informasiya sisteminə daxil edilmiş və mərhumun qanun üzrə vərəsələri kimi Cavabdeh2 və Cavabdeh3 tanınmışlar. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 445.2.1, 449.1, 472.1, 465, 317.1, 319.1, 319.6-cı maddələrinin tələbləri, məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə əsaslandırmış və göstərmişdir ki,birinci instansiya məhkəməsi tərəfindən borc məbləği və ipoteka premdetinin ilkin satış qiymət düzgün müəyyən edilməmişdir. Həmçinin, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində ipoteka predmetinin iddiaçıya təhvil verilməsi öz əksini tapmamışdır. Kassasiya şikayətini n dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olumasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmidir, Bundan başqa, ekspert rəyində cərimə borcu üzrə hesablama aparılmamış, bununla da əsas və faiz borcunun hesablanmasında yanlışlığa yol vermiş, məhkəmə isə təkrar ekspertiza təyin etməmiş, ekspert rəyini iddiaçının təqdim etdiyi sübutlarla yanaşı qiymətləndirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri bar ədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı olan Bank kassasiya şikayəti verdiyindən, şikayətin dəlilləri əsasında qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və y a eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə verilmiş ekspert (qiymətləndirmə) rəy lərinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə iddiaçı işdə olan rəylərlə bağlı bu cür hallara istinad etməmiş, işə baxarkən belə pozuntular aşkar edilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən rəylərə prosessual qanunvericiliyin tələbləri baxımın dan düzgün hüquqi qiymət verilmişdir. Eyni zamanda iddiaçı ipoteka predmetinin ilkin satış qiymətini 110000 manat müəyyən etmiş birinci instansiya məhkəməsinin qətnaməsini ümumiyyətlə apellyasiya qaydasında mübahisələndirməmiş, cavabdeh həmin qiymətlə razılaşmadığı üçün qiymətləndiricinin rəyi əsasında ilkin satış qiyməti 116000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il t arixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar