Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1189/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: ər-arvadın əmlak bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X8 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5635/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 01 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) 05 yanvar 2012-ci il tarixdə Cavabdeh (bundan sonra – cavabdeh) ilə rəsmi nikah bağlamış, bu nikahdan üç uşaqları doğulmuş, 2020-ci ildə ailə münasibətləri pozularaq nikahları xətm olunmuşdur.
2. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi küçəsi, 6-cı döngədə yerləşən 9/1 saylı fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) özbaşına tikili olmaqla X3 faktiki sahibliyində olmuş, sonuncunun ərizəsi əsasında evin qiymətləndirilməsi həyata keçirilərək, "xxxx" MMC tərəfindən verilmiş 08 avqust 2011-ci il tarixli rəyə əsasən inventar dəyəri 20000 manat müəyyən edilmişdir.
3. X5 26 aprel 2014-cü il tarixdə sözügedən fərdi yaşayış evini özəlləşdirmək, onun üzərində sərəncam vermək və sair hərəkətləri etməyə dair 26 aprel 2064-cü il tarixədək Cavabdeh adına notarial qaydada təsdiqlənmiş etibarnamə vermişdir.
4. Hazırda iddiaçı mübahisəli evin birgə nikah dövründə ümumi vəsait hesabına 35000 ABŞ dollarına satın alındığını və təmirinə 20000 manat xərc çəkildiyini göstərərək, həmin vəsaitlər üzərində payının müəyyən ediməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş vəsait hesabına mübahisəli evin alınmasına sərf edilmiş 35000 ABŞ dollarının və həmin evin tikintisinə və təmirinə sərf edilmiş 20000 manatın paylarına uyğun şəkildə aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikah dövründə əldə olunan vəsait hesabına mübahisəli ev 35000 ABŞ dollarına X1 alınmış və birgə vəsaitləri hesabına tikilmişdir. "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən, evin təmir və tikintisinə çəkilmiş xərcin bazar qiyməti, yəni birmərtəbəli fərdi yaşayış evinin təmirinə çəkilmiş xərcin 20000 manat təşkil etdiyi göstərilmişdir.
7. İddia ərizəsinə əlavə edilmiş səlahiyyətli orqanlara təqdim edilmək üçün cavabdeh tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 26 aprel 2014-cü il tarixli ərizənin kserosurətindən görünür ki, cavabdeh mübahisəli evi X2 35000 ABŞ dollarına aldığını, həmin evin 23000 ABŞ dollarını ödədiyini bildirmiş və qalan 12000 ABŞ dolları bir il ərzində ödəməyi öhdəsinə götürmüşdür.
8. Cavabdehin vəkili məhkəmə iclasında verdiyi izahatında iddiaya qarşı etiraz edərək, göstərmişdir ki, təqdim etdiyi sənədlərdən görünür ki, mübahisəli ev Nümayəndə1 məxsus olmaqla cavabdehin adına hər hansı bir əmlak alınmamış, iddiaçının təqdim etdiyi ərizə isə kserosurət olmaqla, notarial qaydada təsdiq edilməmişdir. Ərizə olan imza və notariusun qeydləri kserosurətdir və onun həqiqiliyi şübhə yaradır.
9. Cavabdehin nümayəndəsi (anası) Nümayəndə1 da iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, mübahisəli ev ona məxsusdur. Cavabdehin adına hər hansı əmlak yoxdur, ümumiyyətlə birgə nikah dövründə onun adına əmlak alınmamışdır. Həmçinin, iddiaçı tərəfindən iş materiallarında olan ərizənin əsli yox, surəti təqdim edilmişdir.
10. Cavabdeh tərəfdən məhkəməyə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi küçəsi, 5-ci döngədə yerləşən 9 saylı fərdi yaşayış evinə (bu ünvan mübahisəli evə aid deyil) dair Nümayəndə1 adına Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamənin və həmin evə dair onun sifarişi əsasında tərtib edilmiş Memarlıq planlaşdırma bölməsinin kserosurətləri təqdim edilmişdir.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-509/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia rədd olunmuşdur.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar əsaslı şübhədən kənar sübutlar deyil və iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək üçün kifayət etmir. Belə ki, iddiaçı yeganə sübut kimi cavabdeh tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2014-cü il tarixli (notarial qaydada təsdiqlənmiş) ərizənin kserosurətinə istinad etmişdir. Lakin həmin sənədin əslini və ya notarial qaydada təsdiq olunmuş surətini təqdim etmək üçün iddiaçının vəsatəti ilə məhkəmə iclası təxirə salınsa da, qeyd olunan sənəd təqdim olunmamışdır. Beləliklə, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia rədd edilməlidir.
13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, biri nci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsi ilə eyni məzmununda əsaslandırılmışdır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8909/2021 nömrəli, 26 oktyabr 2021ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi) E.Həsənov və F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, birincin instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə istinadla həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfin dən imzalanmış və notarial qaydada xx.xx.2014-cü il tarixdə təsdiqlənmiş ərizənin əsli təqdim edilmiş olsaydı belə, həmin sənəd mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı həmin qəbzə istinad edərək, alqı-satqı zamanı ödənilən 35000 ABŞ dolları vəsaitin paylara uyğun olaraq onların arasında bölünməsini tələb etsə də, həmin halları təsdiq edən alqı-satqı müqaviləsi, alqısatqının həyata keçirilməsinə dair ödəniş qəbzləri, alınması iddia olunan əmlakın dövlət reyestrindən çıxarışı və digər notariat hərəkətlərini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahi ş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2407/2022 nömrəli, 31 may 2022-ci il tarixli, qərarı ilə (hakimlər Ə.Əhmədov (məruzəçi), İ.Şəfiyev və V.Həsənov) kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
19. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsindən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən, işin 6-11-ci, 63-cü vərəqələrində olan xx.xx.2014-cü il tarixli etibarnamənin kserosurətindən, habelə "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli qiymətləndirmə rəyindən, evin 2011-ci ilin avqust ayına olan vəziyyətindən görünür ki, 2010-cu ildə inşa edilmiş mübahisəli ev Oqtay Həsənovun faktiki sahibliyində olub, sonuncunun xx.xx.2011-ci il tarixli ərizəsinə əsasən evin qiymətləndirilməsi həyata keçirilib və aparılan təhlil və hesblamalara görə evin inventar dəyəri 20000 manat müəyyən edilmişdir. Bundan sonra Oqtay Həsənov sözügedən evi özəlləşdirmək, onun üzərində sərəncam vermək və sair hərəkətləri etməyə dair xx.xx.2064-cü il tarixədək qüvvədə olmaqla cavabdehin adına notarial qaydada təsdiqlənmiş etibarnamə vermişdir. Həmçinin, işin 12-ci vərəqində olan səlahiyyətli orqanlara təqdim etmək üçün cavabdeh tərəfindən imzalanmış və notarial qaydada xx.xx.2014-cü il tarixdə təsdiq edilmiş ərizənin kserosurətindən görünür ki, cavabdeh sözügedən evi Oqtay Həsənovdan 35000 ABŞ dollarına aldığını, həmin evin 23000 ABŞ dollarını ödədiyini etiraf edib və qalan 12000 ABŞ dolların ı isə bir il ərzində ödəməyi öhdəsinə götürüb.
20. Göründüyü kimi, sözügedən evin xx.xx.2014-cü il tarixdən məhz cavabdehin faktiki sahibliyində olması qeyd olunan sənədlərin kserosurətləri ilə istisna edilmir və hazırda iddiaçı həmin sənədlərə istinad edərək, evdən payının ayrılmasını deyil, bilavasitə evin satın alınmasına görə keçmiş əri Cavabdeh tərəfindən ödənilmiş 35000 ABŞ dollarının, habelə evin təmir və tikintisinə sərf olunmuş 20000 manatın paylarına uyğun şəkildə aralarında bölünməsini iddia edir. Apellyasiya instansiyası məhkəməsi isə, iddiaçının evi satın almaları barədə alqısatqı müqaviləsini, müqavilə üzrə ödəniş qəbzlərini, evin dövlət reyestindən çıxarışını və digər notariat hərəkətlərini təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyini əsas tutub iddianı rədd etmiş birin ci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, qeyd olunan hallara diqqət yetirməmiş və iddiaçının cavabdehə qarşı tələbinin bilavasitə evdən payının ayrılmasına yönəlmədiyini nəzərə almamışdır. Bununla da məhkəmə sözügedən ev tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr alınmadan inşa edilməklə özbaşına tikinti sayıldığından, Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrinin tələblərini hazırki mülki mübahisəyə büzgün tətbiq etməmişdir. Çünki iddiaçı özü də ilk gündən evin özbaşına tikinti olduğunu inkar etmir. Belə olan halda iddia tələblərinin qeyd olunan əsasla rədd edilməsi qanuni və əsaslı olmamışdır.
21. Hazırki işdə, iddiaçının iddia etdiyi pul vəsaitinin cavabdehlə onun birgə nikahı dövrünə təsadüf etməsi mülki iş materialları isti sna edilmir, lakin həmin vəsaitin həqiqətən mövcud olub-olmadığına dair tərəflər arasında fikir ayrılığı vardır. Belə ki, iddiaçı tələbini cavabdehin imzalamış olduğu notarial qaydada təsdiq edilmiş xx.xx.2014-cü il tarixli ərizənin kserosurəti ilə əsaslandırır. Cavabdeh isə sözügedən evin ona deyil Nümayəndə1 məxsus olduğunu, onun adına hər hansı bir əmlakın alınmadığını, iddiaçının təqdim etdiyi ərizənin kserosurət olmaqla məhkəməyə əslinin təqdim edilmədiyini göstərib iddiaya etiraz edir. Əvvəla, işdə sözügedən evin Nümayəndə1 məxsus olmasını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Digər tərəfdən, məhkəməyə yazılı sübutların əslini və ya lazımi qaydada təsdiqlənmiş surətinin təqdim olunmasını nəzərdə tutan qayda ilk növbədə yazılı sübutların saxtalaşdırılmasının, təhri f edilməsinin qarşısını almaq məqsədi daşıyır. Apellyasiya məhkəməsi zərurət yarandığı halda bilavasitə cavabdehin məhkəmə iclasında iştirakını təmin edib, sözügedən yazılı ərizəyə, orada göstərilən faktlara və ümumiyyətlə iddiaçının tələblərinə münasibətini öyrənmədən, həmin ərizədə cavabdehin imzasının həqiqiliyini təsdiq etmiş Bakı şəhəri 18 saylı notariat kontorunda 7E-10898 nömrəli reyestirdə aparlmış qeydin mövcudluğunu, düzgünlüyünü yoxlamadan və bu barədə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər üzrə heç bir araşdırma aparmadan, iddiaçının cavabdehə qarşı yönəlmiş tələblərini bütövlükdə rədd etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Təkrar apellyasiya baxışında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, qeyd etmişdir ki, birgə nikah dö vründə cavabdehin atasının evi satılmış, həmin evdən pay kimi onlara 20000 ABŞ dolları verilmiş, bundan sonra onlar məbləği tamamlayaraq 35000 ABŞ dollarına yaşadıqları evi almış, evin təmiri üçün isə 20000 manat xərcləmişlər. Birgə nikahlarından üç uşaqları olmuş, münasibətləri pozulduqdan sonra cavabdeh tərəfindən küçəyə atılmış, heç bir uşağı üçün aliment ödənişini ala bilməmişdir. Həmçinin övladlarından biri xəstə olduğu halda müalicə olunmadığından ölmüşdür. Hazırda evi kirayəyə verərək gəlir əldə edirlər.
23. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5635/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər - İ.Şirinov (sədrlik edən və məruzəçi), C.Yusifov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, mübahisəli evin alınmasına sərf edilmiş 35000 ABŞ dollarının ikidə bir hissəsi, yəni 17500 ABŞ dollarının (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
24. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, səlahiyyətli orqanlara təqdim etmək üçün cavabdeh tərəfindən imzalanmış və notarial qaydada xx.xx.2014-cü il tarixdə təsdiq edilmiş ərizənin kserosurətindən görünür ki, cavabdeh sözügedən evi Oqtay Həsənovdan 35000 ABŞ dollarına aldığını, həmin evin 23000 ABŞ dollarını ödədiyini etiraf edib və qalan 12000 ABŞ dollarını isə bir il ərzində ödəməyi öhdəsin ə götürüb. Cavabdeh tərəf həmin evin Nümayəndə1 məxus olduğunu qeyd etsə də, iş materiallarında evin Nümayəndə1 məxus olmasını təsdiq edən sübut yoxdur. Əksinə, mülki iş materiallarında olan cavabdeh tərəfindən səlahiyyətli orqanlara yazılmış xx.xx.2014-cü il tarixdə yazılmış ərizədən, həm də xx.xx.2014cü il tarixli Oqtay Həsənovun sözügedən evi özəlləşdirmək, onun üzərində sərəncam vermək və sair hərəkətləri etməyə dair xx.xx.2064-cü il tarixədək qüvvədə olmaqla cavabdehin adına notarial qaydada təsdiq edilməklə verdiyi etibarnamədən evin məhz cavabdehə məxsus olması, beləliklə də, tərəflərin birgə nikah dövründə əldə etdiyi əmlak olması təsdiq olunur. Odur ki, iddia tələbi evə görə ödənilmiş 35000 ABŞ dollarının bölünməsi hissədə əsaslı olduğundan təmin edilməli, evin təmiri üçün sərf ed ilmiş 20000 manatın bölünməsinə dair hissədə isə hər hansı sübut təqdim etmədiyindən həmin hissədə iddia rədd olunmalıdır.
25. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci, Ailə Məcəlləsinin 32 və 36.3-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi MPM-in 89.3-cü maddəsinin tələbini pozmaqla, əsli və ya təsdiq olunmuş surəti olmayan sənədi sübut kimi qəbul etməklə, öz mülahizələri əsasında qətnamə qəbul etmişdir. Həmçinin, məhkəmə iddiaçı tərəfindən mübahisəli evin alınmasına sərf edilmiş, 35000 ABŞ dollarının mənbəyini tələb etməməklə MPM-in 77.1 maddəsini də pozmuşdur. Belə ki, cavabdeh və nümayəndəsi (anası) Nümayəndə1 həmin özbaşına tikilinin özlərinə məxsus daşınmaz əmlakın xx.xx.2014-cü il tarixdə satışından əldə edilmiş gəlirlə alınmasını bildirdikləri və bununla bağlı müvafiq sənəd təqdim etdikləri halda məhkəmə bu sənədi iş materiallarına əlavə etməmişdir. Həmçinin iddiaçı tərəfindən də mübahisəli tikili üçün ödənilmiş 35000 ABŞ dollarının mənbəyi barədə hər hansı sübut təqdim edilməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddia ərizəsi ilə eyni dəlill ərdən çıxış edərək, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunduğunu, kassasiya şikayətinin dəlillərinin onun ləğvi üçün əsas olmadığını bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
30. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
31. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
32. M addə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
33. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
34. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Həsənzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2015-ci il tarixli Qərar 35....ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Ma ddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən ap ellyasiya instansiyası məhkəməsinin aktı yalnız həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsi mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaçının apellyasiya şikayətinə və əvvəlki kassasiya şikayətinə etirazlarının dəlilləri ilə eyni məzmu nlu olmaqla sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, özbaşını tkili olan yaşayış evinin alınmasına sərf olunmuş 35000ABŞ dollarının tərəflərin ümumi birgə vəsaiti olması, həmin vəsaitin ikidə bir hissəsinin iddiaçıya aid olması barədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
47. Məhkəmə cavabdehin mübahisəli evi başqa şəxsdən 35000 ABŞ dollarına alması, həmin evin 23000 ABŞ dollarını ödəməsi, qalan 12000 ABŞ dollarının bir il ərz ində ödəməyi öhdəsinə götürməsi barədə notarial qaydada təsdiqlənmiş 26 aprel 2014-cü il tarixli ərizənin kserosurətində göstərilən hallar iş üzrə toplanmış digər sübutlarla təkzib olunmadığına görə sübut kimi qəbul etməkdə haqlı olmuş, evin alınmasına sərf olunmuş 35000 ABŞ dollarının mənbəyinin müəyyən edilməsi, yəni cavabdehin ayrıca mülkiyyəti olmasının sübuta yetirilməsi yükü isə prosessual qanunvericiliyə görə iddiaçının deyil, cavabdehin üzərinə düşür.
48. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5635/2022 nömrəli iş üzrə 24 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.