Məhkəmə qərarları › İş №2(102)-1191/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1191/2019

05.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1191/2019 05.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 05 fevral 2019-cu il № 2(102)-1191/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(00 6)-xx/18) İddiaçı Cavabdeh qarşı “aliment üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski-sədrlik edən və məruzəçi, hakimlər İ.Şirinov və R.Eyvazov, iş № 2 (103)xx/18) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək, Cavabdeh 01.02.1999-cu ildən 05.11.2012-ci il tarixədək olan 163 ay 04 gün üçün 32 600 (otuz iki min altı yüz) manat ödənilməmiş sabit aliment məbləğinin və həmin aliment məbləğinin ödənilməməsi nəticəsində hesablanmış 5 faizin birdəfəlik qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx xxx 1993-cü ildə ailə həyatı qurmuşlar. Tərəflərin nikahları Nəsimi Rayon Məhkəməsinin xx xxx 1998-ci il tarixli qətnaməsi ilə pozulmuş, azyaşlı övladı, xx xxx 1994-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək iddiaçının yanında saxlanılmaqla, hər ay cavabdehin əmək haqqından və digər gəlirlərinin 1/4 hissəsində aliment məbləğinin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə xx xxx 1999-cu il ta rixdə qanuni qüvvəsini alsa da, cavabdeh tərəfindən təxminən 3-4 ay ərzində aliment məbləği ödənilsə də, bundan sonra iddiaçıya aliment ödənilməmişdir. Artıq övladı X2 yetkinlik yaşına çatmışdır. Buna baxmayaraq, onu yetkinlik yaşına çatanadək iddiaçı saxlamış və cavabdehin uşağın saxlanmasında heç bir rolu olmamışdır. Eyni zamanda qətnamə ilə üzərinə düşən öhdəliyə də əməl etməmişdir. İddiaçı tərəfindən Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edilərək, Nəsimi Rayon Məhkəməsinin xx xxx 1998-ci il tarixli, 2-1020/98 saylı qətnaməsi üzrə verilmiş icra işinin yenidən icraya yönəldilməsi barədə icra vərəqi verilməsi barədə iddiaçının ərizəsi təmin edilərək, qətnamə icra edilməsi üzrə Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsində borclu Cavabdeh tərəfindən veril miş şikayətə baxılaraq Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərardadı ləğv edilərək ərizə rədd edilmişdir. Həmin qərardad ilə Apellyasiya Məhkəməsi sorğu əsasında Cavabdeh vaxtilə işlədiyi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə göndərdiyi 27.12.2017- ci il tarixli məktubu ilə müəyyən etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx xxx 1998-ci il tarixli qətnaməsinin icrasının təmin edilməsi məqsədilə 1999-cu ilin yanvar ayından 2002-ci ilin fevral ayınadək Cavabdeh aylıq qazancından müvafiq məbləğdə aliment tutularaq ödənilmişdir. Həmin Qərardad ilə müəyyən edilmişdir ki, Cavabdeh 01.02.2002-ci ildən işdən azad olunduqdan sonra 2012-ci ilədək olan dövr ərzində aliment məbləğini üzrlü səbəbdən ödəyə bilməmişdir. Cavabdehdən xx xxx 1999-cu il tarixdən xx xxx 2012-ci il tarixədək olan dövr ərzində ödənilməmiş aliment məbləği alınıb iddiaçıya ödənilməlidir. Eyni zamanda, cavabdeh aliment məbləğini ödəmədiyinə görə hər gün üçün aliment məbləğinin 5%-i məbləğində faiz məbləği ödəməlidir. xx xxx 1999-cu il tarixdən təxminən 3-4 ay ərzində ayda 37000 manat məbləğində aliment məbləği ödənilsə də, sonradan həmin ödəniş də heç bir üzrlü səbəb göstərilmədən dayandırılmışdır. Baxmayaraq ki, cavabdeh ayda 148000 manat əmək haqqı alırdı. Lakin, təxminən 1999-cu ilin aprel ayından uşağın yetkinlik yaşına çatanadək, yəni xx xxx 2012-ci ilədək ödənilməli olan aliment məbləği cavabdeh tərəfindən ödənilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti maddi və prosessual hüquq normalarının pozulması və həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili T.Əlirzayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyərək, kassasiya şikayətini n dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx xxx 1998-ci il tarixli qətnaməsi ilə tərəflər arasında 1993-cü il tarixdə bağlanmış nikah pozulmuş, azyaşlı övladları, xx xxx 1994-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək iddiaçının yanında saxlanılmaqla, hər ay cavabdehin əmək haqqından və digər gəlirlərinin 1/4 hissəsində aliment məbləğinin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. "İcra haqqında" Azərbaycan Respublikasının Qanunu 27.12.2001-ci il tarixdə qəbul edildiyindən Nəsimi Rayon Məhkəməsinin xx xxx 1998-ci il tarixli, 2-1020/1198 saylı qətnaməsi icra edilməsi üçün həmin Qanunun tələblərinə uyğun olaraq icra məmuruna deyil, birbaşa borclunun iş yerinə təqdim edilmiş və borclu işdən azad edildiyi 01.02.2002-ci il tarixədək qətnamənin icrası təmin edilmiş, həmin tarixədək ödənilməmiş aliment borcu qalmamışdır. Borclunun həmin tarixdən sonra rəsmi iş yeri, aylıq qazancı olduğuna dair ərizəçi tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Ailə Məcəlləsinin tələbinə görə saxlanılması üçün aliment tutulmuş uşaq yetkinlik yaşına çatdıqdan sonra əvvəlki dövr üç ün borcludan o halda aliment tutula bilər ki, aliment tutulması barədə icra vərəqəsi verildikdən sonra borclu şəxsin təqsiri üzündən aliment ödənilməmiş və icra məmuru tərəfindən aliment borcu müəyyənləşdirilmiş olsun. Ərizədə qeyd edilənlər və tərəflərin izahatlarından görünür ki, İddiaçı borclu işdən azad edildiyi tarixdən (01.02.2002-ci ildən) sonra qətnamənin icrasının təmin edilməməsi ilə bağlı nə məhkəməyə, nə də digər hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Borclunun nümayəndəsi Cavabdeh 2002-cı ildən sonra həm borclu, həm də onlar tərəfindən uşağın saxlanılmasına maddi yardım göstərildiyini, bu səbəbdən tələbkarın qətnamənin icrasını tələb etmədiyini bildirmişdir. Tələbkar İddiaçı isə məhkəmə iclasında verdiyi izahatında yalnız 3-4 il ərzində borclunun anasının maddi yard ım etdiyini, bazarlıq edib gətirdiyini, bundan sonra ona maddi yardım göstərilmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 106.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, 2002-ci ildən sonra məhkəmə qətnaməsi əsasında yaranmış alıment öhdəliyinin borclunun təqsiri üzündən icra edilmədiyi məhkəmə araşdırması zamanı təsdiq edilmədiyindən və hazırda saxlanılması üçün aliment tutulmuş X3 yetkinlik yaşına çatdığından Cavabdeh aliment öhdəliyi xitam olunduğundan xitam verilmiş öhdəlik üzrə icra vərəqəsi verilməsinə dair İddiaçı ərizəsi əsassız hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxr 1998-ci il tarixli qətnaməsinin icraya yönəldilməsi barədə İddiaçı ərizəsi Bakı A pellyasiya Məhkəməsinin 11.01.2018-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Ailə Məcəlləsinin 106.2-ci, MPMnin 14.2, 76.1, 76.2, 77.1-ci və s. maddələrinə əsasən yoxlayan apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalara uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır. Diqqətə çatdırılmalıdır ki, iddiaçı illər öncə qəbul edilmiş və rəsmi icraya yönəlməmiş qətnamənin aqibəti ilə maraqlanmamış və sonradan qətnamənin yenidən icraya yönəldilməsi barədə müraciəti qüvvədə olan məhkəmə qərarı ilə təmin olunmamışdır. Məhkəmə kollegiyası ap ellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda göstərilənlərə əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərin in və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şik ayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar