Məhkəmə qərarları › İş №2(102)-1192/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1192/2019

25.02.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1192/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7621/2018 nömrəli iş üzrə 22 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Səadət Səlimova) 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh fırmasına qarşı 2006-cı ildən 2016-cı ilin dekabr ayınadək əmək haqqının hesablanıb ödənilməsinə dair iddia ərizəsi rədd edilmişdir. Məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Fuad Talışinski- sədrlik edən və məruzəçi, Sənan Hacıyev, Rəfael Eyvazov) 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. İşin halları: İddiaçı Cavabdeh firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona 2006-cı ildən 2016-cı ilin dekabr ayına kimi əmək haqqının hesablanıb ona ödənilməsinə dair qətnamə çıxarılm asını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh firmasında 2006-cı ildən nəzarətçi vəzifəsində işləmiş, 2016-cı ilin dekabr ayından işdən çıxarılmışdır. İşlədiyi müddət ərzində cavabdeh ona heç vaxt əmək haqqı ödəməmiş, o, “Təbrik” restoranında müxtəlif firmalara məxsus şirələrin və digər içkilərin qəbulu ilə məşğul olmuş, həmin işinə görə firmalar ona vəsait ödəmiş, o, bu vəsaitlə öz tələbatını ödəmiş və bu şərtlərlə 2016-cı ilədək firmada işləmişdir. Cavabdeh firmada işlədiyi müddət ərzində o, əmək haqqı almaması barədə heç bir orqana şikayət etməmiş, firmanın rəhbərliyinə yazılı qaydada müraciət etməmişdir. Bundan başqa o, restoranda işləyən inzibatçılara kömək etmiş, bu işinə görə də ona pul vəsaiti ödənilmişdir. Bununla da aylıq qazancı 300-400 manat olmuşdur. O, işlədiyi dövrlər üçün əmək haqqını tələb etdikdə ona artıq həmin firmada işləmədiyini, hara istəyirsə şikayət etməsini bildirmişlər. O, Cavabdeh firmasının əməkdaşlarına həmin firmada işləməsi barədə ona arayış verildiyini və həmin rəsmi arayışa əsasən bankdan kredit də götürdüyünü bildirmişdir. Firmadan ona həmin arayışın saxta olduğu və onun özü tərəfindən düzəldildiyi bildirilmişdir. O, məcbur olub Əmək Müfəttişliyinə müraciət etmiş, onun qanunsuz olaraq işdən çıxarılmasına görə cavabdehin cərimələndiyi bildirilmişdir. Lakin ona əmək haqqı barədə heç bir sənəd təqdim edilməmişdir. Məhkəməyə əmək haqqı barədə təqdim etdiyi arayışın əsli bankda olduğundan həmin sənədin əslini məhkəməyə təqdim edə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayə tinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin və apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırır ki, o, iddia vermə müddətini pozduğundan iddia tələbi təmin olunmamalıdır. Mülki Məcəllənin tələbinə görə iddia vermə müddətinin axımı huququn pozu lduğunu bildiyi və ya bilməli olduğu vaxtdan başlanır və ona cavabdeh təşkilat tərəfindən hüququnun pozulması 2016-cı il tarixdə məlum olmuş və dərhal hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddia vermə müddəti ötürülməmiş və qanunvericiliyin tələbinə müvafiq olaraq vaxtında verilmişdir. Məhkəmə qətnaməsini cavbdeh tərəfındən məhkəməyə təqdim olunmuş onun 2012 ildən işə qəbul edilməsi və 2016-cı ildə işdən azad olunmağını təsdiq edən əmrlərlə əsaslandırmış, həmın sənədləri mötəbər sübut kimi qiymətləndirmişdir. Onun əmrlərdən xəbəri olmamış və əmrlər saxta olmuşdur. Qeyd olunan əmrlərin saxla olmasını məhkəmə özü qətnaməsində göstərməsinə baxməyaraq onları mötəbər sübut kimi qəbul etmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apel lyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən,Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmış 27.10.2015-ci il tarixli 63 saylı arayışın surətindən görünür ki, İddiaçı 01.10.2006-cı il tarixdən Cavabdeh firmasına məxsus “Təbrik” şadlıq evində nəzarətçi işləyir və əmək haqqı 500 manat təşkil edir. Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi y anında X11 Xidməti 5 saylı region üzrə X6 İddiaçı Agahüseyn oğluna ünvanladığı 05.06.2017-ci il tarixli 480 saylı məktubuna əsasən Cavabdeh firmasının təqdim etdiyi sənədlərdən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq xitam verilməsi, lakin əmək qanunvericiliyinin tələbi pozularaq əmək müqaviləsinə düzgün xitam verilmədiyindən Cavabdeh firmasının rəhbərliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq İnzibati Xəta haqqında protokol tərtib edilməsi, eyni zamanda əmək haqqının verilib-verilməməsi barədə Cavabdeh fırmasına məktub ünvanlanmasına baxmayaraq bu günədək firma rəhbərliyi tərəfindən heç bir cavab verilməməsi, qeyd edilənlərlə razılaşmadığı təqdirdə məhkəməyə müraci ət etmək hüququnun olması İddiaçı bildirilmişdir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında X11 Xidməti 5 saylı region üzrə X7 ünvanladığı 16.05.2017-ci il tarixli izahatının surətinə əsasən o, Cavabdeh firmasında son 3 ildə əmək haqqını ala bilmədiyini göstərmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 05.06.2017-ci il tarixli 000172 saylı inzibati xəta haqqında protokolun və həmin tarixli qərarın surətindən müəyyən edilir ki, Cavabdeh fırmasının direktoru X9 həmin firmanın sabiq işçisi İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozmaqla xitam verdiyindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinin tələblərinə əsasən inzibati xəta törətmiş və 1800 manat cərimə olunmuşdur. Cavabdeh fırmasının 01.06.2012- ci il tarixli 98 saylı əmrin surətinə əsasən X5 01.06.2012-ci il tarixdən Cavabdeh firmasına administrator vəzifəsinə qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə əsasən müəyyənləşdirilmişdir. Cavabdeh firmasının 14.07.2016-cı il tarixli 166/16 saylı əmrindən müəyyən olunur ki, X5 14.07.2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (öz təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmiş, əmək müqaviləsinə xitam verilmişdir. 01.06.2012-ci il tarixli 34 saylı əmək müqaviləsinin surətinə əsasən işəgötürən Cavabdeh firması işçi X3 “Təbrik” şadlıq evində baş inzibatçı işinə qəbul etmişdir. Əmək müqaviləsinin 4-cü bəndindən müəyyən olunur ki, işəgötürən aylıq tarif (vəzifə) maaşı əsasında işçiyə 01.06.2012-ci il tarixdən başlayaraq hər işlənmiş toy günü üçün 26 manat məbləğində əmək haqqı ödəməyi öhdəsinə götürmüşdür. Əmək müqaviləsinin surətindən daha sonra müəyyən olunur ki, müqavilə İddiaçı tərəfındən imzalanmamışdır. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 10 ildən çox Cavabdeh firmasında işləməsini, lakin əmək haqqı almadığını bildirsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh tərəfindən inzibatçı vəzifəsinə, hər işlənmiş toy günü üçün 26 manat məbləğində əmək haqqı ödəmək şərti ilə işə qəbul edilmiş, işlədiyi müddət ərzində işçi işəgötürənə maddi ziyan vurduğundan sonuncu məhkəməyə müraciət etmiş, həmin məhkəmə baxışı zamanı tərəflər aralarında olan mübahisələri barışıq sazişi ilə həll etmiş və bu barədə məhkəmə aktı qanuni qüvvəsini almışdır. Həmin vaxt İddiaçı işə götürənə qarşı heç bir tələbinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin məhkəmədə iştirakının təmin edilməsi mümkün olmadığından hər tərəfli araşdırma aparılması məqsədi ilə auditin keçirilməsi qərara alınsa da, audit ətraflı araşdırma aparmadan səthi yoxlama keçirmiş və işdə olan materiallar əsasında məhkəməyə “məsləhətlər” ünvanlamışdır. Ona görə (15.02.2018-ci il tarixli 24229 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyi ilə ziddiyyət təşkil edən) audit rəyində əks edilənlər mütləq həqiqəti müəyyən etmədiyindən mötəbər sübut sayıla bilməz. İddiaçı əmək haqqı hesablanıb-hes ablanmaması barədə Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyindən iddiaçının özü (əgər sığortaolunan olmuş olsaydı) məlumat əldə edib məhkəməyə təqdim edə bilərdi. Ümumiyyətlə iddiaçı əmək qanunvericiliyində müəyyən edilmiş müddətləri ötürməklə iddia vermişdir. Belə ki, özünün izahatına görə 27.10.2015-ci il tarixdə əmək haqqı barədə arayış aldığı zaman artıq hüquqlarının pozulduğu ona məlum olan iddiaçı ərizəsini 12.07.2017ci il məhkəməyə təqdim etmiş və bununlada (cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı yazılı etirazında qeyd edilən) hazırki tələb üzrə iddia müddətini ötürmüşdür. Bundan əlavə, qanuni qüvvəsini almış məhkəmə aktı ilə məcburi hüquqi qüvvəyə malik olan (icraya yönəldilən) tərəflər arasında başqa mülki mübahisə üzrə barışıq razılaşması olmuş, iddiaçı bu razıla şmaya zidd və hüquqlardan sui-isifadə edərək yenidən iddia qaldırmışdır. Nəzərə alınmalıdır ki, qanunvericilikdən, habelə diskresion səlahiyyətlərdən (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hüquqtətbiqetmə yolverilməzdir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun ə saslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırki tələb üzrə iddia müddətini üzrlü səbəblər olmadan buraxmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, iddia müddətinin buraxıldığı qənaətinə gələn məhkəmə iddia müddətinin axımının hansı vaxtdan başlamasını düzgün müəyyən etməmişdir. Əmək Məcəlləsinin 296.4-cü maddəsinin tələbinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hazırki işdən iddiaçı cavabdeh firmanın əmri ilə işdən çıxarılana kimi aralarında hər hansı bir mübahisənin olması müəyyən edilmir. İddiaçı iddia tələbində göstərmişdir ki, cavabdeh firma ilə ona əmək haqqının firmada işlədiyi dövrlər üçün ümumilikdə yığılmış məbləğinin birdəfəlik ödənilməsinə razılaşmışlar. Belə olan halda iddiaçının hüququnun pozulmasının bildiyi gün onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi, yəni işdən çıxarıldığı gün hesab edilməlidir. Çünki iddiaçı işdən çıxarılana qədər on a əmək haqqının verilməyəcəyi barədə mübahisənin olacağını bilə bilməzdi. Məhkəmə iddia tələbini rədd edərkən həmçinin göstərmişdir ki, iddiaçı 10 ildən çox Cavabdeh firmasında işləməsini, lakin əmək haqqı almadığını bildirsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Lakin məhkəmə bu nəticəyə gələrkən işdə olan sübutları araşdırmamış, sübutlara tam, hərtərəfli, obyektiv qiymət verməmişdir. Belə ki, iş materiallarında iddiaçının cavabdeh firmada işləməsi və aldığı əmək haqqı barədə firma tərəfindən verildiyi iddia edilən arayışlar mövcuddur. İddiaçı həmin arayışları bankdan kredit götürmək məqsədi ilə cavabdeh tərəfindən ona verildiyini, həmin arayışların əsllərinin bankda qaldığından məhkəməyə təqdim edə bilmədiyini göstərmişdir. Cavabdehin nümayəndəsi isə həmin arayı şların iddiaçı tərəfindən tərtib edildiyini, arayışlardakı imzanın firmanın rəhbərinin imzası ilə eyni olmadığını bildirmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmənin 09.07.2018-ci il tarixli qərardadı ilə məhkəmə mütəxəssis rəyinin alınmasını qərara almış və rəyin verilməsi Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilmişdir. Həmin orqan tərəfindən məhkəməyə təqdim olunmuş 29.08.2016-cı il tarixli rəydən görünür ki, mütəxəssis sorğu üzrə tədqiqat apararkən iddiaçının istinad etdiyi əmək haqqı barədə 29.10.2014 və 27.10.2015-ci il tarixli arayışları “xxxx” ASC tərəfindən əsli ilə düzdür qeydi aparılmış sürətlərini bankdan almış və verdiyi rəyə əlavə etmişdir. Cavabdeh həmin arayışlardakı imzanın və möhürün firmaya məxsus olmadığını qeyd etmiş, lakin məh kəmə bu halı müəyyən etmək üçün zəruri prosessual addımları atmamışdır. Digər tərəfdən iş materiallarına iddiaçının cavabdeh firmada işləməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən elektron çıxarışlar əlavə edilmiş və həmin çıxarışlarda iddiaçının 2012-ci il tarixdən 2016-ci il tarixə qədər cavabdeh Fimadan işləməsi qeyd olunmuşdur. Belə ki, əmək müqaviləsinin bağlanması ilə bağlı 25.09.2014-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən müəyyən edilir ki, Cavabdeh firması İddiaçı ilə 01.06.2012-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlamışdır. İddiaçının 01.06.2012-ci il tarixdən 14 iyul 2016-cı il tarixə kimi firmada administrator işində işləməsini cavabdeh firma inkar etmir, bu barədə sənədləri özü məhkəməyə təqdim etmişdir. İddia tələbini rədd edən məhkəmə idd iaçının işlədiyi müddət ərzində əmək haqqı almaması barədə sübut təqdim etmədiyini qeyd etmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən sübut etmə yükünü düzgün bölüşdürməmişdir. İddiaçıya işlədiyi dövrdə əmək haqqının ödənilməsini sübut etmək iddiaçının deyil, cavabdehin vəzifəsidir, bu barədə olan sənədlər cavabdehdədir. İşdən müəyyən edilir ki, iddiaçının Əmək və Əhalisinin Sosial Müdaifəsi Nazirliyinə müraciəti zamanı, həmçinin iş üzrə ekspertiza keçirilərkən və mütəxəssis rəyi alınarkən cavabdeh firmaya iddiaçıya əmək haqqının ödənilməsi barədə sənədlər təqdim edilməsi təklif edilsə də, cavabdeh bu barədə sənədləri verməkdən imtina etmişdir. Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında X11 Xidməti 5 saylı region üzrə X6 İddiaçı Agahüseyn oğluna ünvanladığı 05.06.2017-ci il tarix li 480 saylı məktubda qeyd edilmişdir ki, əmək haqqının verilib-verilməməsi barədə Cavabdeh fırmasına məktub ünvanlanmasına baxmayaraq bu günədək firma rəhbərliyi tərəfindən heç bir cavab verilməmişdir. Apellyasiya instansiya məhkəməsi bu hala qiymət verməmiş, tələb edilən sənədlərin təqdim edilməməsi halının iddiaçının əleyhinə qiymətləndirilməməsinə diqqət verməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak et məkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyinə qiymət verərkən qeyd etmişdir ki, audit ətraflı araşdırma aparmadan səthi yoxlama keçirmiş və işdə olan materiallar əsasında məhkəməyə “məsləhətlər” ünvanlamışdır. Ona görə (15.02.2018-ci il tarixli 24229 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyi ilə ziddiyyət təşkil edən) audit rəyində əks edilənlər mütləq həqiqəti müəyyən etmədiyindən mötəbər sübut sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə görə, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bil ik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Bakı Apellyasiya Məhkəməsinin 09.07.2018-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Auditorlar Palatası sərbəst auditor X8 tətəfindən verilmiş SA/024 saylı 29.08.2016-ci il tarixli rəyində qeyd edilmişdir ki, iddiaçıya əmək haqqı kimi 2012-ci il yeddi aya 4900 manat, 2013-cü ilə 8400 manat, 2014-cü ilə 8400 manat, 2015-ci ilə 8400 manat, 2016-cı il üçün 6 ay 14 günə 4503 manat məbləğ hesablanmalı idi. İddiaçı ona əmək haqqı hesablanmaması və qanunsuz işdən çıxarılması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinə şikayət ərizəsi yazmış və həmin Nazirliyin X1 şikayət ərizəsinə baxılmışdır. Nəticədə Cavabdeh fırmasının direktoru Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi müəyyən edilmişdir və 1800 manat məbləğində cərimə edilmişdir. Lakin, həmin nazirlik tərəfındən sənəd təqdim edilməmək adı ilə iddiaçıya əmək haqqının hesablanmaması araşdırılmamış və məhkəməyə müraciət edilməsi məsləhət bilinmişdir. Halbuki, Nazirliyin sistemindəki fərdi uçotdan İddiaçı göstərilən müddətdə əmək haqqı hesablanıbhesablanmaması barədə məlumat alına bilərdi. İddiaçı işçi kimi əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin sistemində yerləşdirilsə də, ona “ Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən Dövlət Sosial Sığorta şəhadətnaməsi alınıb verilməmişdir. Həmin qanuna əsasən sığorta olunanlar öz sığorta şəhadətnamələrini öz sığorta edənləri vasitəsilə müvafıq icra hakimiyyəti orqanlarından 1 ay müddətində almalıdırlar. İşdən çıxan tarixədək İddiaçı sığorta şəhadətnaməsini almamışdır. Bununla da göstərilən qanunun tələbi pozulmuşdur. Qarşısına qoyulan zərurətlərin cavablandırılması üçün əsas sənəd olan Cavabdeh fırması tərəfindən 2006-2016-cı illərin əmək haqqının hesablanması və ödənilməsi cədvəlləri, Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunalar haqqında məlumat təqdim edilmədiyindən yalnız iş materiallarındakı məlumatlara əsasən öz mülahizələrini bildirdi. Qəra rdadda göstərilən müddət ərzində (2006 - 2016-cı illər) İddiaçı əmək haqqı hesablanıb - hesablanmaması barədə Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinə sorğu verib cavab almaq olar. Apellyasiya instansiyası məhkəməsi heç bir əsaslandırma aparmadan mütəxəssis məsləhətində göstərilən məlumatların həqiqəti müəyyən etmədiyini qeyd etmiş, həmçinin rəyin keçirilmiş ekspert rəyinə zidd olduğunu göstərmişdir. Halbuki ekspert rəyi ilə mütəxəssisin məsləhəti arasında hansı ziddiyətin olmasını qeyd etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.02.2018-ci il tarixli 24229 saylı rəyində qeyd edilmişdir ki, Cavabdeh Firması tərəfındən təqdim edilən arayışın ksero surətində İddiaçı 01.10.2006-cı il tarixdə Cavabdeh Firmasına məxsus “Təbrik” şadlıq evində nəzarətçi işlədiyi və aylıq əmək haqqınm 500 manat təşkil etməsi əsaslı hesab edildiyi təqdirdə ödəməli olan əmək haqqı məbləği 61000 manat, 01.10.2016-cı il tarixdən 01.12.2016-cı il tarixədək işlədiyi dövr əmək məzuniyyətinə çıxmadığı halda isə İddiaçı istifadə etmədiyi məzuniyyətlərə görə ödənilməli olan məbləğ 3684,21 manat müəyyən edilmişdir. Digər tərəfdən mütəxəssis verdiyi rəydə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin sistemindəki fərdi uçotdan İddiaçı göstərilən müddətdə əmək haqqı hesablanıbhesablanmaması barədə məlumat alına biləcəyini qeyd etmişdir. Məhkəmə həqiqətin müəyyən edilməsi üçün qeyd edilən orqana sorğu ilə müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmi n etməlidir Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa iş materiallarından müəyyən edilir ki, cavabdeh firmanı məhkəmədə təmsil edən nümayəndəsi X10 birinci instansiya məhkəməsinin 14.08.2017-ci il tarixli iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçının 2006-cı ildə firmada işlədiyini, lakin sonradan işdən çıxdığını, işlədiyi müddət ərzində ona əmək haqqının ödənildiyini göstərmişdir. (iş v № 50 məhkəmə iclas protokolu). Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara m əlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iddia tələbini rədd edərkən həmçinin ona istinad etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə məcburi hüquqi qüvvəyə malik olan (icraya yönəldilən) tərəflər arasında başqa mülki mübahisə üzrə barışıq razılaşması olmuş, iddiaçı bu razılaşmaya zidd və hüquqlardan sui-isifadə edərək yenidən iddia qaldırmışdır. Nəzərə alınmalıdır ki, qanunvericilikdən, habelə diskresion səlahiyyətlərdən (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hüquq tətbiqetmə yolverilməzdir. Məh kəmə kollegiyası məhkəmənin bu qənaətini əsaslı hesab etmir. Belə ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 27.04.2017-ci il tarixli qərardadından müəyyən edilir ki, iddiaçı Cavabdeh Firmasının direktoru X12, cavabdehlər X13 və İddiaçı arasında bağlanmışdır. İddiaçı həmin barışıq sazişinə əsasən həmin məhkəmə işi üzrə aralarında yaranmış mübahisə ilə bağlı cavabdeh firmaya qarşı hazırda və gələcəkdə 1-ci tərəfə və onun istənilən vəzifəli şəxslərinə (əməkdaşlarına) qarşı hər hansı bir pretenziya və ya iddia tələbinin olmayacağına dair öhdəlik götürmüşdür. Həmin iş üzrə tərəflər arasında olan iddia tələbi Cavabdeh Firmasının İddiaçı və digərlərinə qarşı “cavabdehin hərəkətlərinin qnaunsuz hesab edilməsi, qanunsuz həsəkətlərə son qoyulması, öhdəliyin lazımi qaydada yerinə yetirilməməsi nəticə sində dəymiş maddi və qeyri-əmlak zərərinin ödənilməsi” barədə olmuşdur. Həmin işdən idddiaçının cavabdeh firmaya qarşı əmək haqqının ödənilməsi barədə tələb irəli sürməsi və bu tələblə bağlı tərəflər arasında razılıq əldə edilməsi, əmək haqqı tələbi ilə bağlı iddiaçının gələcəkdə cavabdeh təşkilata qarşı iddia qaldırmaması öhdəliyinin götürməsi müəyyən edilmir. Ona görə də, istinad edilən qərardad iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıran və iddia tələbini rədd edilməsinə əsas olan hal sayıla bilməz. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlaralazımihüquqiqiymətvermədəniş üzrə gəldiyinəticəsiqanunivəəsaslısayılabilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, iddiaçının hansı müddət ərzində Firmada işləməsini müəyyən etməli, bunun üçün işə əlavə edilmiş arayışların həqiqiliyini müəyyən etmək zərurəti yaranarsa məhkəmə xəttşünaslıq ekspertizasını keçirilməsini təmin etməli, iddiaçının firmada işlədiyi dövrü müəyyən etmək üçün müvafiq qurumlara sorğular verməli, iddiaçının firmada işlədiyi dövr müəyyən edildiyi halda həmin dövr üçün əmək haqqının hesablanması üçün zəru rət yaranarsa məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini təmin edilməli, iddia müddətinin tədbiqi ilə bağlı məsələyə qiymət verən zaman qərarın əsaslandırıcı hissəsində qeyd edilən maddi hüquq normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə istinad etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib iş i yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməs i mülki kollegiyasının 2(103)-7621/2018 nömrəli iş üzrə 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar