Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-12/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3tariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, subyektiv hüquq) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3tariat ofisinə və maraqlı şəx s Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-210/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X8 ilə X9 rəsmi nikaha daxil olaraq evlənmiş, onların birgə nikahlarından Cavabdeh2 və İddiaçı adlı övladları anadan olmuşdur. Cavabdeh2 ilə X12 arasında 02 oktyabr 1992-ci i ldə nikah bağlanmışdır.
2. Astara şəhəri, Həzi Aslanov küçəsində istifadədə olan 1.0704 ha torpaq sahəsində yerləşən 745,3 kv.m ümumi, 480,2 kv.m əsas, 261 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi X4 xüsusi mülkiyyətində olmuş, Cavabdeh1 mülkiyyətçinin ona verdiyi AR-İ 790804 saylı 12 iyun 2019-cu il tarixli etibarnamə əsasında həmin əmlakı həyat yoldaşı Cavabdeh2 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən bağışlamışdır.
3. X8 10 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3tariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə q arşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara şəhəri, Həzi Aslanov küçəsində istifadədə olan 1.0704 ha torpaq sahəsində yerləşən 745,3 kv.m ümumi, 480,2 kv.m əsas, 261 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (süd zavodu) mülkiyyət hüququ üzrə İddiaçı atası X6 məxsus olmuşdur. X8 2019-cu ildə ağır xəstə olmuşdur. Bundan istifadə edən oğlu Cavabdeh2 arvadı Cavabdeh1 adına etibarnamə alaraq, Himmətəli Hüseynovun mülkiyyətində olan həmin əmlak kompleksini bağışlama müqaviləsi bağlama qla öz mülkiyyətinə keçirmişdir. Həmin müqavilə aldatma, mülkiyyətçinin sağlamlıq vəziyyətinin pis olmasından sui - istifadə etməklə bağlanmış müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəssində qeyd edilir ki, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılı gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Himmətəli Hüseynovun nümayəndəsi Cavabdeh1 pis niyyətlə Cavabdeh2 ilə razılaşmış, onun ağır xəstə olmasından istifadə edərək ona ağır şərtlərlə əqd imzalatmışlar. Bu hal əqdin etibarsız hesab edilməsi üçü n əsasdır. Həmin Məcəllənin 339.4-cü maddəsində qeyd edilir ki, xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvad (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldikdə də əqdin mübahisələndirilməsinə əsas verir. X16 nümayəndəsi, həm bağışlama müqaviləsində tərəf olmuş hədiyyə alan Cavabdeh2 xaraktercə əqdi bağlayana təsir göstərə biləcək, onun əmlakının real təhlükədə olmağını ona təlqin edə biləcək şəxslərdir ki, bu da məcburetmə kimi qiymətləndirilməlidir və bu zaman Himmətəli Hüseynovun həyat şəraiti, xəstə olması və artıq hərəkətl ərinin nəticəsini başa düşməməsi kimi qiymətləndirilməlidir. Digər tərəfdən X2 tərəfindən Cavabdeh1 verilmiş olan etibarnamədən cavabdehlər şəxsi mənafeləri üçün və qanunsuz olaraq istifadə etmişlər. Belə ki, həmin etibarnamə ilə Cavabdeh1 X2nu üçüncü şəxslər qarşısında təmsil etməli olduğu halda etməmiş, həmin etibarnamə ilə X2na məxsus əmlakı öz adlarına, yəni əri Cavabdeh2 adına bağışlama yolu ilə ələ keçirmişdir. X8 həmin bağışlama müqaviləsi bağlanmasından bir ay iyirmi gün sonra, yəni 10 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı atasından miras qalmış əmlakla bağlı vərəsəlik məsələsi həll olunan zaman qeyd olunan etibarnamə və bağışlama müqaviləsi üzə çıxdığı üçün hazırki mülki mübahisə yaranmışdır.
6. İddiaçı X10 məhkəmə iclasının gedişi zamanı iddia tələbinin həcmini azalda raq AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir.
7. Astara Rayon Məhkəməsinin (hakim Z.İbrahimov) 2(018)-1162/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X8 ilə Cavabdeh2 arasında bağlanılmış və Cavabdeh3tariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 19 sentyabr 2019-cu il tarixli, 4Ə-631 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab olunmuşdur.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 X2ndan aldığı etibarnamədən öz iradəsinə və şəxsi maraqlarına uyğun istifadə edərək, həmin əmlakı əvəzsiz olaraq əri, iş üzrə digər Cavabdeh2 bağışlamış, nəticədə hər iki şəxs, yəni cavabdehl ər ər və arvad kimi əvəzsiz olaraq, etibarnamə əsasında X4 əmlakına yiyələnmişlər. Bu isə hazırda iddiaçı olan İddiaçı vərəsəliklə və miras əmlakla bağlı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia həmin hissədə təmin olunmalı, Cavabdeh3tariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 19 sentyabr 2019-cu il tarixli, 4Ə-631 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab olunmalıdır.
9. Məhkəmə iddiaçının digər tələbi, yəni etibarnamənin ləğvi ilə bağlı onu qeyd etməyi zəruri hesab etmişdir ki, artıq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxs öldüyü üçün etibarnamənin qüvvəsinə xitam verilmişdir. Ona görə də iddia həmin hissədə təmin olunmamalıdır.
10. Məhk əmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 359.4, Mülki Prosessual Məcəllənin 119.1,14.2, 77.1, 217.4-cü maddələrə istinadla əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmiş, işin müəyyən edilmiş hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan, tədqiq olunan sübutlara obyektiv qiymət vermədən, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-525/2022 nömrəli iş üzrə 3 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və İ.Q.Əsədov) apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 359.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsızlığına dəlalət edən, müqavilənin aldatma nəticəsində bağlanmasını göstərən hər hansı bir hal sübut mövcud deyil. H.Hüseynov öz iradəsinə uyğun olaraq Cavabdeh1 12.6.2019-cu il tarixdə etibarnamə vermişdir və bu əməliyyat notariusun iştirakı ilə həyata keçirilmişdir. Məhkəmə qətnaməsində cavabdehlərin öz mənafeləri üçün həmin bağışlama müqaviləsinin b ağlanması göstərilmişdir. Halbuki, Cavabdeh1 Murarza qızı bağışlama müqaviləsi üzrə əmlakı mərhum H.Hüseynovun etibarnamə üzrə nümayəndəsi kimi həyat yoldaşı Cavabdeh2 ilə bağlasa da, bu müqavilə onun öz mənafeyinə xidmət etmir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinin tələbinə uyğun olaraq, Cavabdeh1 bağışlama müqaviləsini digər cavabdeh olan əri Cavabdeh2 ilə bağlasa da, həmin müqavilə üzrə olan əmlak ümumi birgə mülkiyyət hesab edilməməklə yalnız Rafiqin mülkiyyəti sayılacaqdır. Belə olduğu təqdirdə, məhkəmə müqavilənin etibarnamə verilən şəxsin mənafeyinə uyğun olmasını müəyyən etməkdə haqlı olmamışdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə təqdim edilmiş sübutları mötəbər saymamış, amma iddiaçının heç bir sübutla təsdiq edilməyən izaha tlarını əsas gətirməklə bağışlama müqaviləsini etibarsız əqd kimi qiymətləndirmişdir. Məhkəmə iddiaçıdan öz iddia tələbini əsaslandıracaq mötəbər sübutları tələb etməmişdir. Belə ki, iddiaçı mərhum atası H.Hüseynovun ağır xəstə olması, öz hərəkətlərinin mənasını başa düşməməsi və aldatma nəticəsində etibarnamə verdiyini göstərsə də, bununla bağlı sübutları –tibbi sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia tələbinin əsası kimi tibbi sənədləri mövcud idisə, həmin sənədləri məhkəməyə təqdim etməli iddi. Məhkəmə isə həmin sənədlər əsasında H.Hüseynovun xx.xx.2019-cu il tarixli etibarnamə verərkən öz hərəkətlərinin mənasını dərk edib, öz hərəkətlərini idarə etmək qabiliyytinə malik olması məsələsinin müəyyən edilməsi üçün X4 ölümündən sonrakı məhkəmə psixiatrik ekspertizası təyin edil məli idi.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər E.Vəliyeva, A.Abbasov, E.Şamayev) 2(102)-4066/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-525/2022 nömrəli, iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir.
19. Kassasiya instansiyası məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, işə baxan məhkəmə, o cümlədən tam mhüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.İddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vərəsəlik hüququndan əməl gə lir. Lakin onun bu hüququ yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. İşə baxmış apellyasiya instansiyası məhkəməsi 10 noyabr 2019-cu il tarixdə vəfat etmiş Hümmətəli Hüseynovun vərəsəsi kimi iddiaçının iddiasını təmin edərkən sonuncunun MMin 1243.2-cü maddəsinə müvafiq olaraq mirası qəbul etməsini, yəni subyektiv hüququnun birinci elementinə malik olub-olmamasını müəyyən etməmişdir. Çünki iddiaçı əgər qanunla müəyyən edilmiş müddətdə mərhumun mirasını qanunla müəyyən edilmiş qaydada qəbul etməmişdirsə, hazırkı mübahisənin predmetini təşkil edən əmlaka dair bağışlama müqaviləsi etibarsız hesab edilərək həmin əmlak miras kütləsinə daxil edilsə belə, həmin əmlakdan pay tələb etmək hüququ olmayacaqdır. Buna görə də miras əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmasını göstərmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-210/2023 nömrəli iş üzrə 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – C.F.İmanov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və P.T.Əhmədov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş birgə apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 2(018)-1162/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi məhkəmə ilk növbədə iddiaçının ha zırki tələblə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması məsələsini nəzərdən keçirilməsini zəruri hesab edir.
22. Aydındır ki, subyektin bu və ya digər şəkildə subyektiv hüququnun olması üçün qanunvericilikdə bü münasibətləri tənzimləyən maddi hüquq norması olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahi sənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı tə şkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
24. Buna görə də Konstitusiya Məhkəməsinin Plenum Qərarı göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdiri lməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər.
25. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.
26. Məhkəmə kollegiyası Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarının məzmununda göstərilənlərə əsasən hesab etmişdir ki, İddiaçı cavabdehlərə qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
27. Məhkəmə işin faktiki hallarına əsasən müəyyən etmişdir ki, Cavabdeh1 mərhum qaynatası X3 aldığı etibarnamədən öz iradəsinə və şəxsi maraqlarına uyğun istifadə edərək, həmin əmlakı əvəzsiz olaraq əri, iş üzrə digər Cavabdeh2 bağışlamış, nəticədə hər iki şəxs, yəni cavabdehlər olan ər və arvad etibarnamə əsasında öz aralarında bağışlama müqaviləsi bağlamaqla məhrum X4 əmlakına əvəzsiz olaraq yiyələnmiş, bu isə X1 birinci növbə vərəsələrindən olan qızı İddiaç ı atasından miras qalmış əmlakdan pay almaqı hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
28. Məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin X8 ilə Cavabdeh2 arasında bağlanılmış və Cavabdeh3tariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 19 sentyabr 2019-cu il tarixli, 4Ə-631 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır.
29. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 337.1, 337.2, 337.4, 359.1, 359.3, 666.1, 667.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 08 yanvar 2021-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
30. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iş materiallarını yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
31. Kass asiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337 və 339-cu maddələrini tətbiq etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 337-ci maddəsi əqdlərin etibarsızlığını ehtiva edir. Mülki Məcəllənin 339-cu maddəsi isə, hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığını ehtiva edir. Halbuki, hazırkı mübahisədə 19 sentyabr 2019cu il tarixli bağışlama müqaviləsinin etibarsızlığına dəlalət edən, müqavilənin aldatma nəticəsində bağlanmasını göstərən hər hansı bir hal –sübut mövcud deyil. X2 öz iradəsinə uyğun olaraq Cavabdeh1 xx.xx.2019-cu il tarixdə etibarnamə vermişdir və bu əməliyyat notariusun iştirakı ilə həyata keçirilmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda da qeyd edilir ki, notarius etibarnaməni rəsmiləşdirərkən məhz verilən etbarnamənin tərəfin iradəsinə uyğun olubolmadığını aydınlaşdırır və eyni zamanda etibarnamənin verilməsinin hüquqi nəticələrini etibarnamə verən şəxsə izah edir. Notarius tərəfindən bu hərəkətlər həyata keçirildikdən sonra etibarnamə rəsmiləşdirilir. Mərhum etibarnamə verərkən notarius tərəfindən göstərilən hərəkətlər həyata keçirilmişdir.
32. Məhkəmə mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359-cu maddəsini düzgün qaydada tətbiq etməmişdir.Məhkəmə əsassız olaraq qətnamədə göstərmişdir ki, Cavabdeh1 X3 aldığı etibarnamədən öz iradəsinə və şəxsi maraqlarına uyğun istifadə edərək həmin əmlakı əvəzsiz olaraq əri iş üzrə digər Cavabdeh2 bağışlamış, nəticədə hər iki şəxs, yəni cavabdehlər ər və arvad etibarnamə əsasında öz aralarında bağışlama müqaviləsi bağlamaqla X1ə mlakına əvəzsiz olaraq yiyələnmiş bu isə mərhum X5 birinci növbə vərəsələrindən olan qızı İddiaçı atasından miras qalmış əmlakdan pay almaq hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəllənin 359.3-cü maddəsində qeyd edilir ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən isə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. X1 Cavabdeh1 xx.xx.2019-cu il tari xdə verdiyi etibarnamədə sonuncuya onun adından müqavilələr bağlamaq səlahiyyəti verilmişdir. Mərhumun sağlığı dövründə sözügedən bağışlama müqaviləsi bağlanmış və eibarnamə etibarsız hesab edilməmiş, mərhumun sağlığı dövründə özü tərəfindən ləğv edilməmişdir. Sadəcə Mülki Məcəllənin 365-ci maddəsinə əsasən etibarnamə verənin ölümü ilə etibarnaməyə xitam verilmişdir. Belə olduğu təqdirdə, qüvvədə olmuş etibarnamə əsasında bağlanan bağışlama müqaviləsi necə etibarsız hesab edilə bilərdi?!
33. Məhkəmə qətnaməsində cavabdehlərin öz mənafeləri üçün həmin bağışlama müqaviləsinin bağlanması göstərilmişdir. Halbuki, Cavabdeh1 bağışlama müqaviləsi üzrə əmlakı X1 etibarnamə üzrə nümayəndəsi kimi həyat yoldaşı Cavabdeh2 ilə bağlasa da, bu müqavilə onun öz mənafeyinə xidmət etmir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Qanunvericiliyin bu normasından görünür ki, Cavabdeh1 bağışlama müqaviləsini digər cavabdeh olan əri Cavabdeh2 ilə bağlasa da, həmin müqavilə üzrə olan əmlak ümumi birgə mülkiyyət hesab edilməməklə yalnız Rafiqin mülkiyyəti sayılacaq. Belə olduğu təqdirdə, məhkəmə müqavilənin etibarnamə verilən şəxsin mənafeyinə uyğun olmasını müəyyən etməkdə haqlı olmamışdır. Etibarnamə əsasında isə etibarnamə verən şəxsin adından nümayədə kimi etibarnamə verilən şəxsin başqa şəxslə müqavilə bağlamasını qanunvericilik qadağan etmir.
34. Ka ssator Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci və 1202-ci maddələrinə istinad edərəkj göstərmişdir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi 10 noyabr 2019-cu il tarixdə vəfat etmiş Hümmətəli Hüseynovun vərəsəsi kimi iddiaçının iddiasını təmin edərkən sonuncunun mirası qəbul etməsini, yəni subyektiv hüququnun birinci elementinə malik olub-olmamasını müəyyən etməmişdir. Kassasiya instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli qərarında da iddiaçının subyektiv hüququnun olub-olmamasının araşdırılması göstərişini vermişdir.
35. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin göstərişini düzgün araşdırmayaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına istinad etməklə iddiaçının subyektiv hüququ malik olması qənaətinə gəlmişdir.
36. Məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə tərəflərindən təqdim edilmiş sübutları mötəbər saymamış, amma iddiaçının heç bir sübutla təsdiq edilməyən izahatlarını əsas gətirməklə bağışlama müqaviləsini etibarsız əqd kimi qiymətləndirmişdir, iddiaçının isə subyektiv hüquqa malik olması qənaətinə gəlmişdir.
37. Məhkəmə iddiaçıdan öz iddia tələbini əsaslandıracaq mötəbər sübutları tələb etməmişdir. Belə ki, iddiaçı mərhum atası X4 ağır xəstə olması, öz hərəkətlərinin mənasını başa düşməməsi və aldatma nəticəsində etibarnamə verdiyini göstərsə də, bununla bağlı mötəbə r sübutları – tibbi sənədləri (mərhumun hansı xəstəlikdən əziyyət çəkməsi, müstəqil olaraq iradə ifadəsini həyata keçirməyə mane ola biləcək xəstəliyinin olması barədə sənədlər) məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia tələbinin əsası kimi tibbi sənədləri mövcud idisə, həmin sənədləri məhkəməyə təqdim etməli idi. Məhkəmə isə həmin sənədlər əsasında X1 AR -İ790804 saylı, 12 iyun 2019-cu il tarixli etiabrnamə verərkən öz hərəkətlərinin mənasını dərk edib, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olması məsələsinin müəyyən edilməsi üçün X4 ölümündən sonrakı məhkəmə psixiatrik ekspertizası təyin etməli idi.
38. Məhkəmə təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verməmiş, yalnız iddiaçının heç nə ilə təsdiq edilməyən izahatları əsas götürülmüşdür.
39. Məhkəmə tərəfindən tərəfləri n bərabərliyi və çəkişmə prinsipinə riayət edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 42. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
43. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə ala n tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.
44. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmasın.
45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
46. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə xətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
47. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hü quqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
48. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
49. Maddə 359.3 Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu ş əxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
50. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
51. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründəhədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və n əzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətinə əsasən apellyas iya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, kollegiya apellyasiya instansiyası məhkəməsinin iddiaçının iş üzrə iddianı qaldırmağa subyektiv hüququnun olduğu barədə qənaəti ilə razılaşır. Belə ki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Mə cəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş üzrə iddiaçının mirasdan imtina etdiyini təsdiq edən sübutlar yoxdur. Yuxarıda göstərilən qərarla mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi də qərara alınmışdır.
62. Apellyasiya instansiyası məhkəməsinin digər qənaəti ondan ibarət olmuşdur ki, Cavabdeh1 mərhum qaynatası X3 aldığı etibarnamədən öz iradəsinə və şəxsi maraqlarına uyğun istifadə edərək, həmin əmlakı əvəzsiz olaraq əri, iş üzrə digər Cavabdeh2 bağışlamış, nəticədə hər iki şəxs, yəni cavabdehlər olan ər və arvad etibarnamə əsasında öz aralarında bağışlama müqavil əsi bağlamaqla məhrum X4 əmlakına əvəzsiz olaraq yiyələnmiş, bu isə X1 birinci növbə vərəsələrindən olan qızı İddiaçı atasından miras qalmış əmlakdan pay almaq hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
63. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmır. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halıdır ki, Astara şəhəri, Həzi Aslanov küçəsində istifadədə olan 1.0704 ha torpaq sahəsində yerləşən 745,3 kv.m ümumi, 480,2 kv.m əsas, 261 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi X4 xüsusi mülkiyyətində olmuş, Cavabdeh1 mülkiyyətçinin ona verdiyi AR-İ 790804 saylı 12 iyun 2019-cu il tarixli etibarnamə əsasında həmin əmlakı həyat yoldaşı Cavabdeh2 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən bağışlamışdır.
64. Cavabdeh2 ilə Cavabdeh1 ər-arvad olsa da Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Göstərilən normaların təhlilindən görünür ki, Cavabdeh1 mülkiyyətçinin ona verdiyi etibarnamə əsasında əmlakı mülkiyyətçinin adından öz əri Cavabdeh2 bağışlasa da, bağışlama nəticəsində Cavabdeh1 həmin əmlak üzərində mülkiyyət hüququ yaranmır, yəni həmin əmlak ər-arvadın birgə mülkiyyəti hesab olunmur.
65. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 mərhum qaynatası X3 aldığı etibarnamədən öz iradəsinə və şəxsi maraqlarına uyğun istifadə etdiyini qeyd etsə də bu mövqeyini kifayət qədər əsaslandıra bilməmişdir.Yəni əsaslandırılmamışdır ki, X4 əmlakı onun oğlu Cavabdeh2 bağışlanarkən bu bağışlama nəyə görə əmlakın mülkiyyətçisi olmuş X4 deyil, məhz Cavabdeh1 maraqlarına uyğun olmuşdur.
66. Azərbaycan Respublikasının MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsasl andırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
67. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının tələbləri, xüsusilə MPM-in sübutetmə yükünün müəyyən edilməsi və sübutların qiymətləndirilməsi ilə bağlı müddəaları baxımından kifayət qədər əsaslandırmamışdır.
68. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
69. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
70. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məh kəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
71. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
72. O na görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2023-cü il tarixli 2(106)-210/2023 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.
73. Apellyasiya instansiyası mhəkməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə cavab verən, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilməlidir.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2023-cü il tarixli 2(106)-210/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.