Məhkəmə qərarları › İş №2(102)-1201/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1201/2024

04.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1201/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (yığılmış aliment məbləğinin silinməsi və aliment öhdəliyindən azad edilmə) Kateqoriya: Alimentdən azadetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yığılmış aliment məbləğinin silinməsi və aliment öhdəliyindən azad edilmə” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)1824/2023 nömrəli iş üzrə 07 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X19 01 may 2012-ci il tarixdə Lənkəran rayonu Kərgəlan kəndində doğulmuşdur. X3, atası X4r.

2. X24 29 oktyabr 2009-cu il tarixdə Lənkəran rayonu Mollakənd kəndində doğulmuşdur. X3, atası X4r.

3. X14 26 iyul 2005-ci il tarixdə Lənkəran rayonu Mollakənd kəndində doğulmuşdur. Anası Cavabdeh, atası X4r.

4. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2447/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

5. Lənkəran şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən, Lənkəran rayonunun Mollakənd kəndinin sakini, 6 sentyabr 1977-ci il təvəllüdlü İddiaçı qardaşı X6 üzərində qəyyum təyin edilmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1878/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)555/2018 nömrəli qətnaməsi «qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 26 iyul 2005-ci il tarixdə anadan olmuş X14, 29 oktyabr 2009-cu il tarixdə anadan olmuş X24 və 01 may 2012-ci il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 120 manat olmaqla, hər ay üç uşaq üçün cəmi 360 manat sabit pul məbləğində aliment cavabdeh X1 tutularaq iddiaçı X7 verilməsi» hissəsində dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 26 iyul 2005-ci il tarixdə anadan olmuş X14, 29 oktyabr 2009-cu il tarixdə anadan olmuş X24 və 01 may 2012-ci il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 aylıq qazancının yarısı, əlavə olaraq hər bir uşaq üçün 69 manat olmaqla, cəmi 207 manat miqdarında sabit aliment tutularaq X7 verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(106)-1878/2018 saylı qətnaməsi ilə X2 üzərinə qoyulmuş 26 iyul 2005-ci ildə anadan olmuş X15, 29 oktyabr 2009-cu ildə anadan olmuş X18 və 01 may 2012-ci ildə anadan olmuş X12 yetkinlik yaşına çatanadək aylıq qazancının yarısı, əlavə olaraq hər bir uşaq üçün 69 manat manat olmaqla cəmi 207 manat miqdarında sabit alimentin tutularaq X9 verilməsinə dair ali ment öhdəliyindən azad edilməsi və yaranmış 5.592 (beş min beş yüz doxsan iki) manat aliment borcunun silinməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı qardaşı və qəyyumu X6 2004-cü ildə Cavabdeh ilə ailə həyatı qurmuş, birgə nikahdan onların üç övladları dünyaya gəlmişdir - 26 iyul 2005-ci il təvəllüdlü X13, 29 oktyabr 2009-cu il təvəllüdlü X20 və 01 may 2012-ci il təvəllüdlü X16. Ailə həyatı qurduqdan sonra uzun müddət münasibətləri yaxşı olmuşdur. Lakin 2016-ci ildən başlayaraq qardaşı Məlikov Fizulinin ailəsində baş verən xoşagəlməz hadisələrə görə nikahları pozulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1878/2018 saylı 07 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən 26 iyul 2005-ci il təvəllüdlü X13, 29 oktyabr 200 9-cu il təvəllüdlü X20 və 01 may 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər X1 aylıq qazancın yarısı, əlavə olaraq hər uşaq üçün 69 manat olmaqla cəmi 207 manat miqdarında sabit alimentin tutularaq X10 ödənilməsi qət edilmişdir. X23 2008-ci ildən ikinci qrup əlillik dərəcəsi təyin edilmş və hər 5 ildən bir Tibbi Sosial Ekspert Komissiyasından keçməklə pensiya təyin edilirdi. Fizuli Məlikovun psixi qüsurları üzündən sonralar öz hərəkətlərini anlaya bilməməsi və idarə edə bilməməsi nəticəsinə görə nə dövlət sektorunda, nə də özel sektorda hər hansı işə düzələ bilmirdi. Zaman-zaman fiziki və psixiki qüsurları onun psixoloji və mənəvi durumunda kəskin gərginliklər yaratdı, şəxsi təsərrüfat işləri ilə də məşğul ola bilmədi. 2021-ci ilin iyun ayında Fizuli Məlikovun xaricdə müalicə də olmasına və Azərbaycanda olmamasına görə pensiyası dayandırıldı. Nəticədə 8 ay alimenti pensiyasından ödənilmədi. 2022-ci ilin yanvar ayında pensiyanın yenidən təyin edilməsi üçün ekspert komissiyasından keçdi, yenidən pensiya təyin edildi, ikinci qrup əlilliyi bərpa edildi. Bundan sonra onun öz hərəkətlərini idarə edə bilməməsinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs olması barədə Lənkəran Rayon Məhkəməsinə müraciət etdilər. Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan edildi. Lənkəran Rayon İcra Hakimiyyətin Başcısının 16 mart 2023-cü il tarixli sərəncamı ilə İddiaçı onun üzərində qəyyum təyin edildi. Məlikov Fizulinin 2007-ci ildən bəri (şizofreniya fasiləsiz gedişli paranoid forma remissiya baş verməyən psixotik) və ziyyət xəstəliyindən müalicə olunduğuna, əqli cəhətdən zəifliyi və ruhi xəstəliyinin olmasına görə istər dövlət sektorunda istərsə də özəl sektorda işə düzələ bilmir. Habelə öz hərəkətlərini idarə edə bilmədiyi və onların mənasını anlaya bilmədiyinə görə şəxsi təsərrüfatla da məşqul ola bilmir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Fizulinin pensiyasının ödənilməsinin dayandırılması ilə əlaqədar, Fizuli Məlikovun 5592 manat məbləğində aliment borcu yaranmışdır. Hal-hazırda Fizuli Məlikovun əqli zəyifliyi və ruhi xəstəliyi ilə əlaqədar Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında həkim nəzarəti altında müalicəsini davam edir. Fəaliyyət qabiliyyəti olamayan şəxsin aliment ödəməsi, yaranmış 5592 manat borcun ödənilməsi onun tərəfindən mümkünsüzdür. Onun xəstəliyi ilə əlaqədar aldı ğı pensiya öz şəxsi tələbatını ödəmək iqtidarında deyil. Digər tərəfdən onun üzərində aliment öhdəliyinin olması və yaranmış borcun işləyib verməməsi icra orqanı ilə bir sıra problemlər yaradır. Ona görə də yaranmış borc silinməli, o, fəaliyyət qabiliyyəti olmadığına görə aliment öhdəliyindən azad edilməlidir.

9. Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, o iddianı qəbul etmir. Belə ki, İddiaçı onun xəbəri olmadan uşaqların atası X5 2016-cı ildən həmişə uşaqlardan və ondan gizlətmişdir. Saxta sənədlər əsasında X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Aliment borcun silinməsinə gəldikdə isə bu uşaqların haqqıdır. Bundan əlavə aliment borcu yaranan zaman X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməmişdir. Xahiş edir ki, İddiaçı ona qarşı aliment öhdəliyində n azad edilməsi və yaranmış 5.592 manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsi barədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilsin.

10. Lənkəran Rayon Məhkəməsinin (hakim R.Məmmədov) 29 avqust 2023-cü il tarixli, e-2(049)-1967/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmənin mövqeyi belə olmuşdur ki, Cavabdeh və X6 ilə birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tələbinə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən baxılarkən və müvafiq aliment təyin edilərkən aliment öhdəliyi olan X2 2-ci dərəcəli əlil olması nəzərə alınmış və aliment təyin edilmişdir. Fizuli Məlikovun iddiada qeyd olunan xəstəliyi aliment təyin edildikdən sonra, aliment təyin edilməmişdən əvvəl də mövcud olmuş və məhkəmə həmin halları nəzərə alaraq aliment təyin etmişdir. İddianın təmin edilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2 və 112.1 -ci maddələrinin dispoziya şərtləri mövcud deyil, mövcud olsa belə bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2, 112.1, Mülki Məcəllənin 28.8, 28.9, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. X2 fəaliyyət qabiliyyəti olmadığından məsuliyyət daşımaq qabiliyyəti də yoxdur. Lənkəran Rayon Məhkəməsi tərəfindən artıq X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qərar qəbul edilib. Artıq onun delikt qabiliyyəti yoxdur. Delikt qabiliyyəti olmadığı zaman onun hələdə öhdəlik daşımasının məhkəmə tərəfindən saxlanması, mülki hüquqi məsuliyyət daşımasını saxlamaq qanunsuz və əsassızdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi AM-in qeyd edilən maddəsini tətbiq etməmişdir və tətbiq etməməsini onunla əlaqələndirmişdir ki, Cavabdeh onun və X6 ilə birgə nikahıdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimen t tələbinə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən baxılarkən və müvafiq aliment təyin edilərkən aliment öhdəliyi olan X2 2-ci dərəcəli əlil olması nəzərə alınmış və aliment təyin edilmişdir. Göründüyü kimi Fizuli Məlikovun iddiada qeyd olunan xəstəliyi aliment təyin edildikdən sonra, aliment təyin edilməmişdən əvvəl də mövcud olmuş və məhkəmə həmin halları nəzərə alaraq aliment təyin etmişdir. Hazırkı yanaşma tamamilə yanlışdır. AR qanunverciliyi ikinci qrup əlilin, eyni zamanda qeyd edir ki, birinci qrup əlilin işləməsini qadağan etmir və onlar işləyib öz ailəsini dolandıra bilər. Amma burada məsələ mütləq fəaliyyət qabiliyyəti olmayan, öz hərəkətlərinə görə hesabat, cavab verə bilməyən, eyni zamanda məsuliyyət daşıya bilməyən şəxsdən söhbət gedir. Aliment təyin edilərkən işin bu halları yox idi. Şəxsin fəaliyyət qabiliyyəti məhdudlaşdırılmamışdır. Yeni hal məhz onun mütləq fəaliyyət qabiliyyətinin olmamasıdır. Hazırda F.Məlikov ikinci qrup əlil olmasına görə 180 manat müavinət alır. İşləməsidə qanunla qadağan edilib. AR Prezidentinin fərmanı ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat müəyyən edilib. 246 manat yalnız ən zəruri ehtiyacları üçündür. Qeyd edir ki, ağır formalı şizofreniya xəstəliyinə görə daima həkim nəzarəti altında olmalı və bahalı dərmanlar qəbul etməlidir. Bu halda iddiaçının aliment ödəməsi imkansız bir duruma düşübdür. Lənkəran Rayon Məhkəməsinin hakimi sübutlara obyektiv qiymət verməmiş, qərəzli və birtərəfli yanaşmışdır. Belə ki, tərəflərindən təqdim edilən sübutların iş üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq hüquqi qiymət verilm əmişdir.

15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2(106)-1824/2023 nömrəli qətnaməsi ilə (hakim C.İmanov sədrliyi və məruzəsi ilə, hakimlər P.Əhmədov və T.Kərimovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur.

17. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Resp ublikası Ailə Məcəlləsinin 56.1, 78.1, 78.2, 107.2, 112.1, “Uşaq hüquqları haqqında” Qanunun 3, 8, 13, Mülki Məcəlləsinin 28.8, 28.9-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi qeyd edir ki, Ailə Məcəlləsinin 107 və 112-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri mövcud deyil. Amma, bu halın olmasını AM-nin 107 və 112-ci maddələrinə əsasən yox, qeyd olunduğu kimi AR MM-nin 28-ci maddəsinə əsaslanaraq azad edilməsi xahiş edilmişdir. Ailə Mə cəlləsinin 107 və 112-ci maddələrində nəzərdə tutulmuş hallar daha çox şəxsin (aliment ödəyənin) maddi və ailə vəziyyətində olan dəyişikliklər ilə əlaqədardır, MM-nin 28-ci maddəsində aliment ödəyən şəxsin delikt qabiliyyətinin olmaması ilə bağlıdır. Bir şəxs əgər öz hərərkətlərinə görə məsuliyyət daşımırsa, necə olar ki, borclu qismində çıxış etsin, öhdəlik daşısın. Digər bir hal isə bunu delikt qabiliyyəti olmayan şəxsin işləmək imkanının olmaması ilə bağlıdır. Birinci və ya ikinci qrup əlil olan şəxsin işləməsi mümkündür. Bunu Əmək Məcəlləsi və digər əmək qanunverciliyi qadağan etmir. Amma fəaliyyət qabiliyyəti olmayan şəxsin işləməsi, öz vəsaiti, əşyası və əmlakı üzərində sərəncam verə bilmir. Şirvan Apellyasiya Məhkəməsinin mövqeyi əsassızdır. Ona görə AR MM-nin 28-ci maddəsi tətbiq e dilərək iddia təmin edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi nin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

23. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

24. Maddə 78.1. Aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

25. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

26. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

27. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olundu qdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

28. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə e tibarlı hesab edilə bilər.

29. Maddə 28.9. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2 Apellyasiya instansiyası məhkəm əsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, alimentin tutul ması zamanı onun xəstə olması, qazancı nəzərə alınmış, alimentin məbləği həmin vaxt müəyyən olunan minimum məbləğdən aşağı həddə müəyyən olunmuşdur. Bu hal isə alimentin tutulmasından sonra aliment öhdəliyi olan şəxsin xəstəliyə tutulması təkzib edir. Yaranmış halda Ailə Məcəlləsinin 107.2-ci maddəsinin və bununla yanaşı 112-ci maddəsinin tətbiqi istisna olunur.

39. Alimentin tutulmasından sonra şəxsin fəaliyyət qabliyyəti olmayan şəxs elan olunması heç bir halda qəyyumluq təyin olunan müddətdən əvvəl ödəməli olduğu və ödəmədiyi alimentin ödənilmsəindən azad edilmsəi məqsədəuyğun hesab edilə bilməz.

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

41. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya icraatında nəinki yeni faktların, ümumiyyətlə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılmas ı vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassa siya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1824/2023 nömrəli, 07 dekabr 2023-cü il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar