Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1203/2020 21.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin y enidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası DİN-nin Baş DYP İdarəsi və X2 cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə, Cavabdeh İddiaçı qarşı “avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva, iş № 2(008)-1510/2019) ilkin iddia tələbi təmin edilmiş, 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli «Mercedes Benz VİT O CDİ» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AR DİN BDYPİ QİŞ-də Cavabdeh ilə X2 arasında bağlanmış «nəqliyyat vasitəsinin alqı-satqısı» haqqında 03.07.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına verilmiş nəqliyyat vasitəsinin 04.07.2017-ci il tarixli AC № 955944 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsivə Cavabdeh İddiaçı qarşı «avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (məruzəçi), X.Mərdanova, F.Babayev, iş № 2(103)12736/2019) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkə məsinin 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh izahatı dinlənilmə mişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzg ün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh bilavasitə özü izahatında qeyd etmişdir ki, X4 ona 10 000 manat borcu olmuş, borcu ödəyə bilmədiyindən avtomobili 15 000 manat müqabilində etibarnamə əsasında ona sat mış, sonradan avtomobili adına rəsmiləşdirə bilmək üçün öz oğluna etibarnamə vermiş, oğlu ilə alqı-satqı müqaviləsi bağlayarkən hər hansı pul vəsaiti ödəməmişdir; Cavabdeh apellyasiya baxışı zamanı təqdim etdiyi sənədlərdən isə aydın olur ki, onunla X6 arasında 06.04.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə görə o, X4 aylıq faiz dərəcəsi 10% olmaqla və 06.08.2017-ci il tarixədək qaytarılması şərtilə 10 000 manat borc vermiş, sonuncu, yazdığı qəbzdə həmin borcun təminatı (girov) kimi mübahisəsi gedən avtomobili Cavabdeh verdiyini göstərmiş, məhz həmin tarixdə (06.04.2017-ci il tarixdə) Cavabdeh etibarnamə vermişdir. Mübahisəsi gedən avtomobil İddiaçı (ilkin iddiaçının) verdiyi etibarnamə əsasında hərəkət edən qardaşı X4 tərəfindən öz borcunun təminatı (girovu) qismində Cav abdeh verilmiş, sonuncu, ona verilən etibarnamədən istifadə edərək avtomobili adına qeydiyyata aldırmışdır. Başqa sözlə, ilkin iddiaçı (təmsil olunan), Salman Səmədə həmin etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti vermiş, X4 onun maraqlarından deyil, öz maraqlarından hərəkət edərək avtomobili borcunun təminatı qismində Cavabdeh vermiş, sonuncu avtomobili öz adına rəsmiləşdirmiş, avtomobilin formal satışından hər hansı pul vəsaiti əldə olunmayaraq ilkin iddiaçıya (təmsil olunana) verilməmişdir; bu o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuşdur. Mübahisəsi gedən avtomobil 04.07.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alındıqdan sonra o, yenidən X5 etibarnamə vermişdir və işin müəyyən olunan halına görə hazırda həm avtomobil, həm avtomobilə dair sənədlər ilkin iddiaçıdadır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 337-ci maddəsinə görə isə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiyası məhkəməsi iddia tələbini təmin edərək 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli «Mercedes Benz VİTO CDİ» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AR DİN BDYPİ QİŞ-də Cavabdeh ilə X2 arasında bağlanmış «nəqliyyat vasitəsinin alqı-satqısı» haqqında 03.07.2017-ci il tarixli müqaviləni etibarsız hesab etmiş, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına verilmiş nə qliyyat vasitəsinin 04.07.2017-ci il tarixli AC № 955944 saylı qeydiyyat şəhadətnaməsini ləğv etmişdir. Mülki işin materialları ilə müəyyən edilir ki, mübahisəli avtomaşının alqı-satqısı ilə bağlı 03 iyul 2017-ci il tarixli müqavilə Cavabdeh ilə X2 arasında deyil, İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. Beləliklə birinci instansiyası məhkəməsinin etibarsız hesab etdiyi müqavilə mülki işin materiallarında mövcud deyildir. Birinci instansiyası məhkəməsinin qətnaməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldığına görə apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutların araşdırılması və iddia tələbinin təminində səhvə yol vermişdir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd edir ki, “mübahisəsi gedən avtomobil 04.07.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alındıqdan sonra o, yenidən X5 etibarnamə vermişdir və işin müəyyən olunan halına görə hazırda həm avtomobil həm avtomobilə dair sənədlər ilkin iddiaçıdadır”. Deməli iddiaçı 04.07.2017-ci il tarixdə mübahisəli avtomaşının Cavabdeh adına qeydiyyata alındığını bilmişdir. Mülki işə əlavə edilmiş BDYPİ Qeydiyyat-imtahan İdarəsinin 14 noyabr 2018-ci il tarixli məktubundan müəyyən edilir ki, cavabdeh tərəfindən X5 mübahisəli avtomaşın ilə bağlı etibarnamə 23.08.2017-ci il tarixdə verilmişdir. Beləliklə iddiaçı həmin tarixdən məhkəməyə müraciət edərək avtomaşının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edə bilərdi. Lakin iddiaçı bu cür tələblə məhkəməyə bir il dörd ay sonra müraciət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə m üəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri ni pozmuş, yol verilən prosessual pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasə n və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1203/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1203/2020
21.02.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver