Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1208/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12170/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.A.Xəlilov, iş № 2(006)-3710/2019) İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdi r. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, Cavabdeh İddiaçı xeyrinə mənəvi zərərin əvəzi olaraq 500 manat tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayət işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Bundan sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli məktub göndərilərək İddiaçı kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsinə dair ərizəsinin daxil olduğu göstərilərək işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti baxışdan çıxarılmalı və iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məh kəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. (67.2.) Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətin də kassasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti baxışdan çıxarılmalı və İddiaçı kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsinə dair ərizəsinə baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 403-409-cu maddələrinin tələblərini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş kassasiya baxışından çıxarılsın və İddiaçı kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsinə dair ərizəsinə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1208/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1208/2020
19.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver