Məhkəmə qərarları › İş №2(102)-1209/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-1209/2018

20.02.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1209/2018 20.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 20 fevral 2018-ci il № 2(102)-1209/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Rüstəmli İlkin Şahin oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin vəkili P.Məmmədovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyul 2016-ci il tarixli qə tnaməsi ilə (hakim N.Bağırov, iş № 2(009)-2879/16) iddia qismən təmin edilərək, "xxxx" ASC-də sığortalanmış İddiaçı1 məxsus “Chevrolet Cruze” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 09 dekabr 2015-ci il tarixdə avtomobilin mühərrikxanasında elektrik naqillərində qısaqapanma səbəbindən baş vermiş yanğın nəticəsində zərər dəymə faktının sığorta hadisəsi olması müəyyən edilməklə, 4471 (dörd min dörd yüz yetmiş bir) manat məbləğində sığorta ödənişi və iddianın qaldırılması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzi, ümumillikdə isə 4.481 (dörd min dörd yüz səksən bir) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutulub İddiaçı1 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2016-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Əs ədov-sədrlik edən və məruzəçi, A.İmanov və F.Talışinski, iş № 2 (103)-10076/16) cavabdeh "xxxx" ASC-nin və üçüncü şəxs Cavabdeh2 MMC-nin apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyul 2016-cı il tarixli 2(009)-2879/2016 saylı qətnaməsi ləğv olunmuş, İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta hadisəsinin baş verməsinin müəyyən edilməsi və sığorta ödənişinin tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Əliyev-sədrlik edən və məruzəçi, Q.Allahverdiyev və G.Quliyev, iş № 2 (102)-4013/2017) İddiaçı1 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MKnın 28 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv olunmu ş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova-sədrlik edən və məruzəçi, V.Həsənov və N.Cəfərov, iş № 2 (103)-9746/17) cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, 3-cü şəxs Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin olunaraq, Səbail Rayon Məhkəməsinin 2(009)-2879/2016 saylı, 21 iyul 2016-cı il tarixli qətnaməsinin nəticə (qət etdi) hissəsinin 2-ci abzası aşadığdakı kimi dəyişdirilmişdir: “Cavabdeh1 tərəfindən sığortalanmış İddiaçı1 məxsus “Chevrolet Cruze” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobildə 09 dekabr 2015-ci il tarixdə baş vermiş yanğın faktının sığorta hadisəsi olması müəyyən edilərək bununla əlaqədar İddiaçı1 müvafiq məbləğdə sığorta ödənişi ödənilməsi "xxxx" ASC-nə həvalə edilsin və cavabdeh "xxxx" ASC-dən İddiaçı1 xeyrinə 10 manat dövlət rüsumu tutulsun”. Birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı1 Cavabdeh1-yə qarşı iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinə əlavə təqdim edərək Cavabdeh1-də sığortalanmış İddiaçı1 məxsus “Chevrolet Cruze” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğın hadisəsinin sığorta hadisəsi sayılm ası və Cavabdeh1-nin üzərinə müvafiq məbləğdə sığorta ödənişinin İddiaçı1 verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən sığortalanmış avtomobili 26.11.2013-cü il tarixdə alqı-satqı ilə Cavabdeh2 MMC-dən almışdır. Avtomobil Cavabdeh1-də kasko sığorta növündə sığortalanmışdır. 09.12.2015-ci il tarixdə saat 18-40 radələrində Qaraməryəm-Müsüslü avtomobil yolunun 10-cu km-nin Göyçay rayonu, İncə kənd ərazisində iddiaçının özü tərəfindən idarə olunarkən avtomobildə yanğın baş vermişdir. FHN-nin yanğınsöndürənlər tərəfindən yanğın söndürülmüşdür. Lakin yanğın söndürülənədək avtomobil yanıb məhv olmuşdur. Yanğından dərhal sonra telefon vasitəsilə Cavabdeh1-nə bu barədə məlumat verilmiş, şirkətin əməkd aşı hadisə yerinə gəlmiş, ona bildirmişdir ki, sığorta məbləği ödənilməsi üçün ərizədə iş ardınca getdiyimi bildirməliyəm. Əks halda sığorta ödənişi verilməyəcək. İddiaçı sığortanın əməkdaşına 2 ildir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını bildirmiş, həmin şəxs bu problemi özü həll edəcəyini bildirmişdir. Sığorta hadisəsinin qeydə alınması üçün 24.12.2015-ci il tarixdə Cavabdeh1-nin ofisinə yaxınlaşmış, ona elan edilmişdir ki, müqavilənin 6-ci bəndini pozduğuna görə “Sığorta qaydaları”nın 16.1.1-ci bəndinə əsasən sığortalanmış avtomobildən təyinatı üzrə istifadə etmədiyinə görə sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. Sığorta müqaviləsi imzalanarkən ona sığorta qaydaları barədə heç bir məlumat verilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Ka ssasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh "xxxx" ASC-nin vəkili P.Məmmədov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. İddiaçı1 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gə lməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdeh "xxxx" ASC-nin vəkili P.Məmmədovun izahatını dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 26 sentyabr 2017-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə g ələrkən aşağıdakıları nəzərə alır. İşin apelyasiya instansiyası məhkəməsinin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 26 noyabr 2013-cü il tarixdə "X1" MMC-dən 19.650 manat məbləğində "Chevrolet Cruze" markalı minik avtomobili almış və avtomobil "xxxx" ASC tərəfindən hər il kasko sığortası üzrə sığortalamış, tərəflər arasında eyni zamanda 26.11.2015-ci il tarixli 054353 saylı “Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi” imzalanmışdır. 09.12.2015-ci il tarixdə saat 18:40 radələrində Qaraməryam-Müsüslü avtomobil yolunun 10-cu km-nin Göyçay rayonu ərazisində İddiaçı1 "Chevrolet Cruze" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomobildə yanğın hadisəsi baş vermiş, avtomobil yanıb yararsız hala düşmüşdür. İddiaçı sığorta hadisəsinin qeydə al ınması üçün 24 dekabr 2015-ci ildə "xxxx" ASC-yə müraciət etmiş, sığorta şirkəti sığorta ödənişi verməkdən ona görə imtina etmişdir ki, sığortalı müqavilə şərtlərinin 6-cı bəndini pozmuş və "Sığorta qaydalarının" 16.1.1-ci bəndinə əsasən sığortalanmış avtomobildən təyinatı üzrə istifadə etməmişdir. İddiaçının sığorta ödənişinin verilməsi ilə bağlı müraciətinə cavab olaraq "xxxx" ASCnin 17.12.2015-ci il tarixli məktubunda bildirilmişdir ki, sığorta müqaviləsi bağlanarkən İddiaçı1 sorğu anketində avtomobildən yalnız şəxsi (ailəvi) məqsədlər üçün istifadə edəcəyini qeyd etdiyi halda, sığorta ödənişinin verilməsi barədə ərizədən avtomobili razılaşdırılmış təyinatına uyğun olmayaraq işgüzar məqsədləri üçün istifadə etdiyi məlum olmuşdur. Odur ki, "xxxx" ASC "Fiziki şəxslərin sahibliyində olan m inik avtomobillərinin tam sığortası üzrə Sığorta Qaydaları"nın 16.1.1.1-ci maddəsinə istinad edərək sığortalanmış avtomobilin təyinatı üzrə istifadə edilmədiyinə görə sığorta ödənişinin verilməsindən imtina etmişdir. 26.11.2015-ci il tarixli 054353 saylı “Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi”ndə “Sığorta riskləri” bölməsində yanğın hadisəsi sığorta riski kimi müəyyən edilmişdir. Cavabdeh1 apellyasiya şikayətində 09.12.2015-ci il tarixdə sığortalanmış nəqliyyat vasitəsinin yanması faktı və yanğın hadisəsinin sığorta hadisəsi olması mübahisələndirilmir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin mübahisəsiz halı olduğundan İddiaçı1 məxsus “Chevrolet Cruze” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobildə 09 dekabr 2015-ci il tarixdə baş vermiş yanğın faktının sığorta hadisəsi olmasının müəyyən edilməsinə dair hissədə iş üzrə qəbul edilmiş qətnamə qanuni və əsaslıdır. İş materiallarından göründüyü kimi, "xxxx" ASC-nin sığorta ödənişinin verilməsindən imtinasının əsası kimi "Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə Sığorta Qaydaları"nın 16.1.1.1-ci maddəsinə istinad etmiş və sığortalanmış avtomobilin təyinatı üzrə istifadə edilmədiyini əsas göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, "xxxx" ASC –nin sığorta ödənişinin verilməsindən imtinasının əsası kimi tərəflər arasında 26.11.2015-ci il tarixli 054353 saylı “Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi” imzalanarkən qüvvədən düşmüş Sığorta Qaydaları"nın 16.1.1.1-ci maddəsinə istinad etdiyindən imtina əsassız hesa b edilməlidir. Tərəflər arasında 26.11.2015-ci il tarixli 054353 saylı sığorta müqaviləsi bağlanarkən qüvvədə olmuş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Q-20 saylı qərarı ilə 23.09.2014-cü il tarixdə təsdiq edilmiş) 17-ci maddəsində sığorta təminatı verilməli olmayan hallar sadalanmışdır. Qaydaların 17.1.1.1-ci maddəsində avtomobilin texniki təyinatı üzrə istifadə edilməməsi sığorta təminatı verilməli olmayan hal kimi nəzərdə tutulmuşdur. 17.2-ci maddəsində qeyd edilmişdir ki, bu Qaydaların 17.1.1.1-ci yarımbəndində “avtomobilin texniki təyinatı üzrə istifadəsi” dedikdə, onun sərnişin daşınması və ya yük daşınması, yaxud da adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yedəy ə alınması üçün istifadə olunması başa düşülür. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının sığortalanmış avtomobildən Qaydalarının 17.2-ci maddəsində sadalanan məqsədlər üçün istifadə edildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin imtinanın əsası istinad etdiyi İddiaçı1 sığorta ödənişinin verilməsi üçün cavabdehə ünvanlanmış ərizəsində avtomobildən işgüzar məqsədlə istifadə edildiyi göstərilsə də iddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında verdiyi izahatlarında avtomobildən şəxsən özünün istifadə etdiyini, həmin sözün ərizəyə sığorta şirkətinin əməkdaşının məsləhəti ilə yazdığını göstərmişdir. İddiaçı izahatlarında hadisə baş verərkən nəqliyyat vasitəsinin onun özü tərəfindən idarə olunduğunu və tək olduğunu bildirmiş, bu hal cavabdeh tərəfindən təkzib edilməmişd ir. 9 saylı Ərazi Vergilər İdarəsinin 28.12.2015-ci il tarixli məktubundan görünür ki, iddiaçı 26.09.2012-ci il tarixdə fərdi sahibkar kimi qeydiyyatdan keçsə də, 28.01.2013-cü il tarixdən 28.01.2018-ci il tarixədək sahibkarlıq fəaliyyətini dayandırmışdır. Göründüyü kimi sığorta hadisəsi baş verdiyi dövrdə iddiaçı hər hansı sahibkarlıq fəaliyyəti, o cümlədən sərnişin daşıma fəaliyyəti ilə məşğul olmamışdır. Cavabdeh tərəfindən iddiaçının sərnişin daşıma fəaliyyəti ilə məşğul olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən işə apellyasiya qaydasında baxan məhkəmə iddia tələbinin əsaslı olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, "xxxx" ASC-nin apellyasiya şikayətini isə əsassız hesab etmişdir. Apellyasiya instan siyası məhkəməsi eyni zamanda hesab etmişdir ki, iddiaçı tərəfindən “Chevrolet Cruze” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanma səbəbinin müəyyən edilməsi barədə tələb irəli sürülmədiyi halda birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində avtomobilin mühərrikxanasında elektrik naqillərində qısaqapanma səbəbindən yandığını qeyd etməklə iddia tələbindən kənara çıxmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, 3-cü şəxs "X1" MMC-nin apellyasiya şikayəti təmin edilərək qətnamə həmin hissədə dəyişdirilməklə qeyd edilən hissə nəticə hissəsinin 2-ci abzasından çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki,Cavabdeh1-nin apellyasiya şikayəti təmin edilməməli, 3-cü şəxs "X1" MMC-nin apellyasiya şikayəti təmin edilməli, Səbail rayon Məhk əməsinin 2(009)-2879/2016 saylı 21 iyul 2016-cı il tarixli qətnaməsinin nəticə hissəsinin 2-ci abzası dəyişdirilərək"xxxx" ASC tərəfindən sığortalanmış İddiaçı1 məxsus “Chevrolet Cruze” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobildə 09 dekabr 2015-ci il tarixdə baş vermiş yanğın faktının sığorta hadisəsi olması müəyyən edilərək bununla əlaqədar iddiaçı İddiaçı1 müvafiq məbləğdə sığorta ödənişi ödənilməsi "xxxx" ASC-nə həvalə edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci mad dəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndi rilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Re spublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 26 sentyabr 2017-ci il tarixli, 2 (103)-9746/17 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlikedən: A.İsgəndərov Hakimlər: Ə.Əhmədov İ.Dəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar