Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-121/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı MTK-nin Cavabdeh1 və digərlərinə qarşı eyni zamanda Cavabdeh1 İddiaçı MTK-nə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-121/21 (Açar sözlər: müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı MTK-nin vəkili Vəkil, Cavabdeh: Cavabdeh1 vəkili Nümayəndə1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3903/2020 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı MTK məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh1la bağlanmış xx xxxxx 2016-cı il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və tələbini belə əsaslandırıb ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yüksək mərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi, dövlət orqanlarında təsdiq edilmiş layihəyə müvafiq olaraq tikintiyə başlamaq üçün maliyyə vəsaiti çatışmadığından dostluq münasibətində olduqları Cavabdeh2 məsləhəti və təqdimatına əsasən Ca vabdeh1la xx xxxxx 2016-cı il tarixli müqavilə bağlayıb. Razılaşmaya görə Cavabdeh1 tikintiyə 150.000 manat pul ödəyir və İddiaçı MTK sözügedən binadan 950 kv.metr qeyri-yaşayış sahəsini pay qismində ona verir. Cavabdeh1 qeyd olunan şərtlərlə müqavilə bağlamağa razılaşır və pulu bir həftəyə ödəyəcəyinə söz verir, lakin pulu ödəmir. Bundan sonra, Cavabdeh1 hansısa bir bankdan külli miqdarda pul götürmək istədiyini, lakin bunun üçün İddiaçı MTK ilə bağlanmış müqavilə və həmin müqavilə üzrə pulun odənilməsini təsdiq edən arayış tələb olunur. İddiaçı MTK-nin rəhbərliyi təcili pul lazım olduğunu, Cavabdeh1 müsbət xarakterizə edildiyini nəzərə alaraq, bir manat da olsun pul ödəmədiyi halda onunla rəsmi müqavilə bağlayır və onun adına 150.000 manat pulun tam ödənilməsinə dair maliyyə arayışı veri r. Buna baxmayaraq Cavabdeh1 öz vədinə əməl etmir, qeyd olunan sənədləri əldə etdikdən sonra yoxa çıxır və İddiaçı MTK ilə əlaqə saxlamır və pulu ödəyib-ödəməyəcəyi barədə məlumat vermir. Ayrı-ayrı şəxslər tərəfindən İddiaçı MTK-dən yaşayış və ya qeyri-yaşayış sahələri satın alınarkən ödənilən pul vəsaitləri mühasibatlığa daxil olur və həmin şəxslərin adlarına müvafiq ödəniş qəbzləri verilir. Lakin Cavabdeh1 adına belə bir qəbz verilməyib. Bu da onu göstərir ki, Cavabdeh1 tərəfindən heç bir ödəniş edilməyib. Buna görə də onunla bağlanmış müqavilə və onun adına verilmiş maliyyə arayışı etibarsız hesab edilməlidir. Cavabdeh1 isə məhkəmədə İddiaçı MTK-nə və digərlərinə qarşı iddia qaldıraraq, Tamara Əliyeva ilə bağlanmış xx xxxxxxxx 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barə də qətnamə qəbul edilməsini xahiş edib və tələbini belə əsaslandırıb ki, xx xxxxx 2016-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən binanın birinci mərtəbəsində ümumi sahəsi 950 kv.metr olan qeyri-yaşayış sahəsini İddiaçı MTK ilə müqavilə bağlayaraq satın alıb və sonuncu tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri olan 150.000 manat pay haqqınının tam məbləğdə ödəməsinə dair onun adına maliyyə arayışı verilib. İlk iddiada adı çəkilən Cavabdeh2 ümumiyyətlə tanımır. İlk iddiada qeyd edilir ki, guya o, maliyyə arayışını alandan sonra “yoxa çıxıb”, əslində isə vəziyyət tam tərsinədir. O, dəfələrlə İddiaçı MTK-nə gedib və hər dəfə Rauf Əliyev məsələni həll edəcəyinə söz versə də, vədinə əməl etməyib. Sual oluna bilər ki, “bəs Cavabdeh1 nə üçün Rauf Əliyev in əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin olub-olmaması ilə bağlı müvafiq orqanlara müraciət etməyib?”. Bu sualın cavabı odur ki, ona Rauf Əliyevin tutulması deyil, əmlakının adına rəsmiləşdirilməsi və pullarının qaytarılması əhəmiyyətlidir. Mübahisəli qeyri-yaşayış sahəsini öz adına rəsmiləşdirmək istərkən ona məlum olub ki, həmin binanın birinci mərtəbəsində yerləşən sahəsi 1.250 kv.metr olan qeyri-yaşayış sahəsi bütövlükdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cu il tarixli Qərarı ilə Tamara Əliyevanın adına rəsmiləşdirildiyi üçün onun adına qeydiyyat aparıla bilməz. Bundan sonra həmin Qərarın surətini alıb və Qərar onun maraqlarına toxunduğu üçün məhkəməyə müraciət edərək, üçüncü şəxs qismin də işə cəlb edilməsini və sözügedən Qərarın Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə yerləşən binanın birinci mərtəbəsində ümumi sahəsi 950 kv.metr olan qeyri-yaşayış sahəsinə aid hissədə ləğv edilərək, işə həmin hissədə iştirakı ilə yenidən baxılması və iddianın həmin hissədə rədd edilməsi barədə Qərar qəbul edilməsini xahiş edib. xx xxxxxxx 2018-ci il tarixdə ərizəsi təmin edilərək, qeyd olunan Qərar ləğv edilib və həmin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilib. İş materialları ilə tanış olduqda birinci mərtəbə ilə bağlı məhkəmə qərarının qəbul edilməsinə əsas olan hər hansı müqavilənin işdə olmadığı müəyyən edilib. Ərizəyə baxılması üçün təyin edilən məhkəmə iclasına İddiaçı MTK-i nə nümayəndəsini göndərib, nə də ki, müqavilənin surətini məhkəməyə təqdim edib. Bundan sonra ona məlum olub ki, İddiaçı MTK hazırki iddia tələbi ilə məhkəməyə müraciət edib. Həmçinin mülki iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 1.250 kv.metr olan qeyri-yaşayış sahəsinə dair İddiaçı MTK ilə Tamara Əliyeva arasında xx xxxxxxxx 2006-cı il tarixli müqavilə bağlanıb. Qeyri-yaşayış sahəsinə dair onun adına bağlanmış müqavilə mövcud olduğu halda, həmin qeyri-yaşayış sahəsinə dair Tamara Əliyeva ilə də müqavilənin bağlanması cinayət əməlidir. Ona görə də, İddiaçı MTK-nın rəhbərliyi və bu hadisənin iştirakçısı olan şəxslər barəsində xüsusi qərardad çıxarılmalı və mübahisəli qeyri-yaşayış sahəsinə dair Tamara Əliyeva ilə bağl anmış xx xxxxxxxx 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim F.X.Mirzəyev) ilk iddia təmin, qarşılıqlı iddia rədd edilərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasından 950 kv.metr qeyri-yaşayış sahəsinin Cavabdeh1 pay verilməsinə dair sonuncu ilə İddiaçı MTK arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, qüvvədə olan normativ hüquqi aktlara görə k assa mədaxil orderləri pul vəsaitinin ödənilməsini təsdiq edən yeganə sənəd hesab edilir. Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsinə görə İddiaçı MTK-nə 150.000 manat pay haqqı ödədiyini iddia etsə də, bu barədə kassa mədaxil orderinin surətini məhkəməyə təqdim etməyib. Hazırki mülki mübahisə ilə bağlı Cavabdeh1 verdiyi izahatla onun məhkəməyə gətirdiyi şahidlərin ifadələri arasında kəskin ziddiyyətlər vardır. İşə əlavə edilmiş sübutlarla belə nəticəyə gəlmək olur ki, Cavabdeh1la İddiaçı MTK arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı işin əsl hallarını əks etdirmir. Həmin sübutlarla müqavilənin formal olaraq, görüntü yaratmaq üçün bağlanmış bir əqd olması, maliyyə arayışının isə müqaviləyə “müəyyən hüquqi don geyindirmək” məqsədilə tərtib olund uğu ehtimal edilir. Bu ehtimalın həqiqətə daha yaxın olması işin digər faktiki halları ilə də öz təsdiqini tapır. Belə ki, işin hallarına görə mübahisəli qeyri-yaşayış sahəsinin 1 kv.metri Cavabdeh1 158,8 manata satıldığı halda, Tamara Əliyevaya 450 manata satılıb. Cavabdeh1 İddiaçı MTK-nin ona bu qədər güzəştə getməsinin səbəbləri barədə məhkəməyə ağlabatan bir sübut təqdim etməyib. Eyni zamanda Cavabdeh1la Rauf Əliyev arasında başqa icraatda xx xxxxx 2016-cı il və xx xxxxx 2016-cı il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsinə dair məhkəmə mübahisəsinin olması da, tərəflər arasında müəyyən münasibətlərin mövcudluğu baxımından hazırki iş üçün əhəmiyyətlidir. Belə ki, Cavabdeh1 Sabunçu Rayon Məhkəməsinə verdiyi iddiada onunla İddiaçı MTK arasında bağlanmış sözügedən müqavilə və maliyyə arayışı barədə hər hansı bir cümlə yoxdur. Halbuki, həm qeyd olunan müqavilənin, maliyyə arayışının, həm də X2 Məmmədov arasında bağlanmış sözügedən kredit müqavilələrinin 2016-cı ilin aprel ayında təqribən 10 gün müddətində (02 apreldən 12 aprelədək) bağlanması da diqqətdən yayınmır. Bütün bunlar isə Cavabdeh1la İddiaçı MTK arasında bağlanmış müqavilənin uydurma əqd olmaqla ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığı nəticəsinə gəlməyə əsas verir. Eyni zamanda işə əlavə edilmiş sübutlarla müəyyən edilir ki, Tamara Əliyeva qeyri-yaşayış sahəsini Cavabdeh1 xeyli əvvəl xx xxxxxxxx 2006-cı il tarixli müqaviləyə əsasən əldə edib. Həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması ilə bağlı Cavabdeh1la müvafiq müqavilə bağlanmamışdan ə vvəl məhkəməyə müraciət edib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cu il tarixli Qərarı ilə iddiası təmin edilib. Cavabdeh1 qarşılıqlı iddiada qeyri-yaşayış sahəsinə dair Tamara Əliyeva ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, həmin müqavilənin etibarsız əqd olmasını əsaslandıra bilməyib. Bu baxımdan ilk iddia əsaslı olduğundan təmin, qarşılıqlı iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 340.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Şahid5 sədrlik edən, məruzəçi, V.T.Həsənov və F.Ş.Talışinski) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, ilk və qarşılıqlı iddia ərizələri rədd edilib. İddiaçı MTK və Cavabdeh1 ayrı-ayrılıqda qətnamədən kasasiya şikayətləri veriblər. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva sədrlik edən, məruzəçi Q.A.Əsgərov və S.F.Hacıyev) kasasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsi işin müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, maddi və prossual hüquq normalarının təl əblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh1 apelyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 339, 340.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, eyni zamanda İddiaçı MTK rəhbərliyi və bu hadisənin iştirakçısı olan şəxslər barəsində xüsusi qər ardad çıxarılmaqla prokurora məlumat verilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlməyib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 vəkili Nümayəndə1 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı MTK-nin vəkili Vəkil məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyiş dirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Tamara Əliyeva məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi n əticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 354.1-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunduğundan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi qarışlıqlı iddianın rədd edilməsi hissəsində apelyasiya instans iyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, qarşılıqlı iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də kasasiya instansiyası məhkəməsi bu hissədə Cavabdeh1 apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayətinin dəlillərini təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, qarşılıqlı iddianın rədd edilməsi hissəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, apelyasiya instansiyası məhkəməsi İddiaçı MTK ilə Cavabdeh1 arasında bağl anmış müqaviləni uydurma əqd hesab edib, həmin əqdə münasibətdə restitusiyanın tətbiqini istisna edərkən gəldiyi nəticəni kifayət qədər əsaslandırmayıb. Belə ki, əvvəla Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddənin mənasına görə, əqdin uydurma əqd hesab edilməsi üçün aşağıdakı şərtlərin hamısının eyni vaxtda mövcud olması zəruridir: 1) əqdi bağlayanlar ona uyğun heç bir hüquqi nəticə, yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olmadan həmin əqdi bağlamış olmalıdırlar. Başqa sözlə, əqdin tərəfləri həmin əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olmalıdırlar. 2) uydurma əqd sırf başqalarını aldatmaq məqsədilə bağlanmış olmalıdır. Digər tərəfdən, mülki qanunvericiliyə görə, əqdin etibarsızılığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hüquq normasına uyğun gəlməyən əqdlər bağlandığı andan buna aid iddianın qaldırılmasından və məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə əhəmiyyətsiz əqdlərdir. Bu cür əqdlərin etibarsızlığı nəticələrinin tətbiq edilməsi tələbini hər bir maraqlı şəxs irəli sürə bilər. Hətta məhkəmənin bu cür nəticələri öz təşəbbüsü ilə tətbiq etmək ixtiyarı vardır. Apelyasiya instansiyası məhkəməsi İddiaçı MTK ilə Cavabdeh1 arasında bağ lanmış xx xxxxx 2016-cı il tarixli müqaviləni uydurma əqd, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığı nəticəsinə gələrkən, həmin müqavilə üzrə tərəflərin əslində hüquq və vəzifələrinin əmələ gəlməsi barəsində öz aralarında razılığa gəlibgəlməmələrini, həmin müqavilənin başqasını, yəni üçüncü şəxsi aldatmaq məqsədilə bağlanıb-bağlanmamasını, bir sözlə müqavilənin bağlanması zamanı tərəflərin iradə ifadəsinin Mülki Məcəllənin 340.1-ci maddəsinin tələbləri ilə uzlaşıb-uzlaşmamasını, habelə müqavilənin uydurma əqdə aid əlamətləri özündə ehtiva edib-etməməsini araşdırmayıb. Daha sonra mülki qanunverciliyə görə, bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr yaradan, lakin etiraz nəticəsində məhkəmə qaydasında etibarsız hesab edilən əqdlər mübahisə edilən əqdlər adlanır. Bu əqdlər məhkəmədə mübahisələndirilməmişsə və onlar tərəfindən etibarsız sayılmamışsa, qüvvədə qalır. Əgər mübahisəli əqdi məhkəmə etibarsız sayırsa o, bağlandığı andan belə hesab edilir ki, məhkəmənin qətnaməsi geriyə qüvvəyə malik olur. Əqdin etibarsız sayılmasının birinci nəticəsi onun icrasının yolverilməzliyidir. Belə əqd tərəflərdən biri və yaxud hər ikisi tərəfindən icra edilmişsə, belə olan halda restitusiya tətbiq olunur. Mülki hüquqda əqd etibarsız sayıldıqda, əqd bağlamış tərəflərin əvvəlki vəziyyətlərinə qaytarılması restitusiya adlanır. Əqdin etibarsız sayılması aşağıdakı nəticələrə səbəb olur: 1) ikitərəfli restitusiyanın tətbiq edilməsi; 2) birtərəfli restitusiyanın tətbiq edilməsi; 3) restitusiyanın rədd edilməsi. Mülki Məcəllənin 337.5-ci maddəsi ndə göstərilir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. Belə nəticələr ikitərəfli restitusiya adlanır. Eyni zamanda mülki qanunvericilikdə əqdin etibarsız sayılmasının xüsusi bir nəticəsini restitusiyanın rədd edilməsi və yaxud restitusiyaya yol verilməməsi təşkil edir. Restitsiyanın rədd edilməsi dedikdə- tərəflərdən heç birinin əvvəlki vəziyyətə qaytarlmaması başa düşülür. Bu qayd a əsasən, tərəflərin hər ikisinin hərəkətlərində mülki hüquq pozuntusu olduğu halda tətbiq olunur. Eyni hüquqi mövqe “T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının x xxxxxxx 2010-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2011-ci il tarixli Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarda qeyd edilib ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Apelyasiya instansiyası məhkəməsi, tərəflər arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli müqavilədə və Cavabdeh1 adına verilmiş eyni tarixli maliyyə arayışında qeyri-yaşayış sahəsinin dəyərinin onun tərəfindən tam məbləğdə ödənilməsinin qeyd edilməsinə və bunun əksinin işə əlavə edilmiş hər hansı yazılı sübutlarla təsdiq edilməməsinə diqqət yetirmədən, ümumiyyətlə bu istiqamətdə heç bir araşdırma aparmadan, həmin dövrə aid mühasibat sənədlərini məhkəməyə təqdim etməyi İddiaçı MTK-nə təklif etmədən, Cavabdeh1 tərəfindən sözügedən pay haqqının İddiaçı MTK-nin hesabına köçürülüb-köçürülməməsini araşdırmadan, yalnız sonuncunun irəli sürdüyü arqumentlərlə razılaşaraq Cavabdeh1 həmin pay haqqını ödəməməsi qənaətinə gəlmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi, bir tərəfdən müqavilənin uydurma əqd olmaqla bu yöndə hüquqi nəticə əmələ gətirmək niyyəti olmadan yalnız görünüş üçün bağlandığını qeyd etdiyi halda, digər tərəfdən həmin müqavilənin Cavabdeh1, İddiaçı MTK-nin faktiki təsisçisi olduğunu bildiyi Rauf Əliyevə verdiyi borcun təminatı qismində bağladığını qeyd etməklə əslində ziddiyyətli nəticə gəlib və Mülki Məcəllənin 340.1 və 340.2-ci maddələrinin tələblərinə görə, uydurma və yalan əqdlərin fərqli anlayışlar olmaqla, onların etibarsızlığının fərqli nəticələrə səbəb olduğunu nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmal ıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3903/2020 saylı qətnaməsi qismən- İddiaçı MTK-nin Cavabdeh1 və digərlərinə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” ilk iddianın təmin edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın, qala n hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-121/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-121/2021
02.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver