Məhkəmə qərarları › İş №2(102)-121/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-121/2023

31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-121/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ iş № 2(102)-121/23 Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi 31.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 2(103)5116/2022 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı, X “N” saylı hərbi hissəsinin müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu olmaqla sürücü-radiotelefonçu vəzifəsində işləyib. İddiaçı 01 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib və onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətinə, yəni 27 iyun 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilib, 24 iyun 2021-ci il tarixli qərarla İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə, yəni 27 avqust 2021-ci il tarixədək uzadılıb. Füzuli hərbi prokurorluğunun 26 avqust 2021-ci il tarixli, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibinə xitam verilməsi və həbsdən azad edilməsi barədə qərarına əsasən, təqsirləndirilən şəxs İddiaçı c inayət törədilməsinə aidiyyəti olmadığı müəyyən edildiyinə görə barəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə aparılan cinayət təqibinə Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilib və təqsirləndirilən şəxs kimi statusu ləğv edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X ona vurulmuş maddi ziyanın əvəzi olaraq işsiz qaldığı 8 ay müddətində məhrum olduğu əmək haqqının 9.600 manatının birdəfəlik qaydada və həmin işə bərpa olunana qədər hər ay üçün 1.200 manat pulun, mənəvi ziyana görə isə 100.000 manat təzminatın və çəkdiyi məhkəmə xərclərinin (hüquqi yardım, sənədləri n təsdiqi və sair) cavabdeh X onun nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun barəsində 01 mart 2021-ci il tarixdə Füzuli rayon Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 206.3.2, 234.4.3 və 230.3.2-ci maddələri ilə əsassız cinayət işi başlanıb və bu səbəbdən də o, xidmət etdiyi hərbi hissədən tərxis edilib. Barəsində qaldırılmış cinayət işi üzrə istintaq 5 ay davam edib, həmin müddətdə o, həbsdə olub, onun təqsirsizliyi sübuta yetdiyi üçün 26 avqust 2021-ci il tarixli qərarla Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilib və onun təqsirləndirilən şəxs statusu ləğv olunub. Bundan başqa, onun tutulması barədə məlumat televiziya və kütləvi informasiya vasitələrində dəfələrlə tirajlanıb və adı çəkilib, hətta vəziyyət o həddə çatıb ki, o, özünə qəsd etmək fikrinə də düşüb. Bütün bu hadisələr ona ömrünün ən ağır anlarını, əzablarını yaşadıb, o, stress və əzablara düçar olub. Onun adı ağır cinayət hadisəsində hallandığı və işdən çıxarıldığı üçün 44 günlük döyüş zamanı uğrunda döyüşdüyü rayonların azad edilməsi uğrunda verilməli olan medallardan məhrum olub. Artıq onun 4 ay bundan qabaq həbsdən buraxılmasına baxmayaraq o, hələ də öz işinə bərpa edilməyib. Ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 100.000 manat pul tutulmalıdır. Bundan başqa, onun aylıq əmək haqqı 1.200 manat təşkil etmiş, həbsdə olduğu vaxt işdən çıxarılıb və hal-hazırki vaxta kimi o, öz işinə bərpa edilməyib və gəlirdən məhrum olub, buna görə də ona vurulmuş maddi ziyan da cavabdeh tərəfindən ona ödənilməlidir. Həmin maddi ziyan həbsdə yatdığı 5 ay və hazırki işsiz qaldığı 3 ay da nəzərə alınmaqla 9.600 manat (aylıq əmək haqqı 1.200 manat təşkil etmişdir) məbləğində müəyyən edilməklə cavabdehdən tutularaq ona ödənilməli və işə bərpa olunana qədər onun aylıq əmək haqqı – 1.200 manat vəsait də cavabdeh tərəfindən ona ödənilməlidir. Ona vurulmuş mənəvi ziyana görə təzminat məbləğini isə 100.000 manat məbləğində qiymətləndirir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov) iddia qismən təmin edilərək, iddiaçıya vurulmuş mənəvi zərərə görə 5.000 manat, iddiaçının işsiz qaldığı müddət üçün 5.792,40 manat maddi ziyanın cavabdehin vasitəsilə dövlət büdcəsindən iddiaçının xeyrinə tutu lması və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı kifayət qədər uzun müddət ərzində (01 mart 2021-ci ildən 26 avqust 2021-ci il tarixədək- 6 aya yaxın müddət ərzində) əsassız yerə həbsdə saxlanılıb, həmçinin ona qarşı irəli sürülmüş ittihamla bağlı ordu sıralarından tərxis olunub. İddiaçıya bununla bağlı həm mənəvi, həmçinin işsiz qaldığı dövr ərzində hər ay aldığı əmək haqqı miqdarında maddi ziyan vurulub. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 5.000 manat məbləğində mənəvi ziyan tutulmalıdır. Məhkəmə qeyd etmişdir ki, id diaçıya ödənilməli mənəvi ziyanın həcmini 5.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etmişdir ki, N saylı hərbi hissəsinin N mart 2022-ci il tarixli, 554 saylı arayışına əsasən o, hərbi hissədə xidməti dövründə N manat vəzifə maaşı, 92 manat rütbə maaşı, 44,50 manat məharət dərəcəsi, 80,55 manat xidmət ili və 62 manat ərzaq pulu olmaqla, cəmi 724,05 manat pul almışdır. İddiaçı 8 ay işsiz qaldığı dövrdə 5.792,40 manat aylıq gəlirdən məhrum olub. Göründüyü kimi, iddiaçı iş yerindən və aylıq stabil gəlirdən məhrum olub. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, iddiaçıya vurulmuş mənəvi zərərə görə 5.000 manat pul və işsiz qaldığı dövrlə bağlı hər ay 724,5 manat olmaqla, cəmi 5.792,40 ma nat maddi ziyan cavabdehin vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1096, 1100, 1101.1, 1101.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 avqust 2022-ci il tarixli qətn aməsi ilə (hakimlər M.Məmmədov sədrlik edən, məruzəçi, Ş.Məmmədova və F.Babayev) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mənəvi ziyana görə 5.000 manat pulun tutulması ilə bağlı düzgün nəticəyə gəlib. Belə ki, iddiaçının yuxarıda göstərilən müddətdə əsassız olaraq cinayət təqibinə məruz qalması ona narahatlıq, məyusluq hissləri, stresslər yetirsə də bunun qarşılığının iddia edilən məbləğdə (100.000 manat) ödənilməsi ağlabatan deyildir. Birinci instansiya məhkəməsinin iddiaçının xeyrinə tutulmasını qət etmiş məbləğ ağlabatandır. İddiaçının apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı istintaq orqanı tərəfindən qanunsuz olaraq cinayət təqibi həyata keçirilməsi səbəbindən işburaxdığı müddət üçün 1.200 manat əmək haqqından məhrum olması nəticəsində 9.600 manat maddi ziyanın vurulduğunu qeyd etsə də, aylıq əmək haqqının 1.200 manat təşkil etməsinə dair sübutları məhkəmələrə təqdim etməyib. Lakin, onun qulluq etdiyi hərbi hissə tərəfindən verilmiş N mart 2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı, həmin hərbi hissədə xidməti dövründə ayda N manat vəzifə maaşı, 92 manat rütbə maaşı, 44,50 manat məharət dərəcəsi, 80,55 manat xidmət ili və 62 manat ərzaq pulu alıb. Göründüy ü kimi, iddiaçı, ayda 1.200 manat əmək haqqı almasını sübuta yetirə bilmir. Əksinə, işdə olan arayışa əsasən müəyyən edilir ki, işlədiyi yerdə iddiaçıya hər ay 724,05 manat ödənilirdi. Göstərilənləri və MPM-nin 77.1 və 14.2-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddianın müzakirə edilən hissəsi qismən əsaslıdır və birinci instansiya məhkəməsi iddiaçının işsiz qaldığı müddət üçün maddi ziyanın məbləğini (724,05 manat x 8 ay =) 5.792,40 manat müəyyən etməkdə haqlı olub. Bundan başqa, iddiaçının apellyasiya şikayətində əmək haqqından məhrum olduğu üçün işə bərpa olunana qədər hər ay üçün 1.200 manat pulun cavabdehin vasitəsilə dövlət büdcəsindən onun xeyrinə tutulması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, istintaq orqanın yuxarıda qeyd edilən cinayət i şi üzrə qəbul etdiyi 26 avqust 2021-ci il tarixli qərarı ilə iddiaçının barəsində aparılan cinayət təqibinə xitam verilib və o, həbsdən azad edilib. Belə olan halda qeyd edilməlidir ki, iddiaçının əvvəlki işinə bərpa edilibedilməməsi iddiaçıya münasibətdə işəgötürən təşkilatdan asılıdır və əgər həmin təşkilat iddiaçını əsas olmadan işə bərpa etmirsə, iddiaçı, həmin təşkilata qarşı müvafiq iddia ilə müvafiq məhkəməyə müraciət etməli və digər tələblər ilə yanaşı “məcburi işburaxmaya görə əmək haqqının və vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” tələbi də həmin iddiaya daxil etməlidir. Məhkəmə, apellyasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş X haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə istinad ed ərək qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə, həmçinin nəzərə almışdır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1101.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətlərinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbulk edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi onun əsassız ol araq həbs edilməsi nəticəsində məhrumiyyətlərə məruz qalmasını, hətta onun həbsinin “X” vasitəsi ilə kütləvi informasiya vasitələrində yayımlanması nəticəsində böyük mənəvi stress keçirməsini və bu əsassız həbsin 44 günlük döyüşdə əldə edilmiş qələbədə payı olan bir hərbçi barəsində olmasını, iddiaçının iş yerini itirməsini, 3 körpə uşaqlarının maddi təminatdan məhrum olmasını nəzərə alaraq onun iddia tələbini tam həcmdə təmin etməli olduğu halda bunu etməyib. İddiaçı bu həbs nəticəsində döyüşdə göstərdiyi şücaətlərə görə ona verilməli olan təltiflərdən və əlavə mükafatlardan məhrum olub və həmin hadisədən 1 il 6 ay müddətin keçməsinə baxmayaraq öz işinə bərpa edilməyib. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rə dd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayətini etiraz ərizəsi ilə eyni məzmunda əsaslandırmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya münasibətdə cavabdeh heç bir delikt törətməyib və iddiaçıya cavabdeh tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən istintaq orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Cavabdeh heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq MX iş üzrə delikt törətmiş şəxs kimi göstərilib. İşə baxan apellyasiya instansiya məhkəməsi də bu məsələnin üzərindən öz formal mülahizələri ilə keç ib və konkret qanunverciliyə istinad etməyib. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməyib. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və sair) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərinə qoyulur. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə X y önəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı və əməkdaşlarıdır) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul edən isə məhkəmədir (hakimdir). Lakin, məhkəmə praktikasında bu məsələ hər dəfə cavabdeh tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məfhumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız X dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə X cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozub. Göstərilənlərə əsasən, iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi barədə tələbi X münasibətdə təmin edilə bilməz. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin a di mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir; Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Ci nayət Prosessual Məcəlləsi: Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir; Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir; “Təhqi qat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır; Maddə

5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; Maddə 6.1. bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir; Madd ə

7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir; Maddə

12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənə vi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər- adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlar ını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasınınmüstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasın ın Maliyyə Nazirliyi haqqında Əsasnamə: İ hissəsinin 1-ci bəndi: Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən halla ra yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının şikayəti əsasında qismən, cavabdehin kassasiya şikayəti əsasında isə tam yoxlanıldı. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Tərəflər ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu göstərsələr də, kassasiya instansiyası məhkəməsi tərəflərin bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya insta nsiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı, X “N” saylı hərbi hissəsinin müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu olmaqla sürücü-radiotelefonçu vəzifəsində işləyib. İddiaçı 01 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib və onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətinə, yəni 27 iyun 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilib, 24 iyun 2021-ci il tarixli qərarla İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə, yəni 27 avqust 2021-ci il tarixədək uzadılıb. Füzuli hərbi prokurorluğunun 26 avqust 2021-ci il tarixli, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibinə xitam verilməsi və həbsdən azad edilməsi barədə qərarına əsasən, təqsirləndirilən şəxs İddiaçı c inayət törədilməsinə aidiyyəti olmadığı müəyyən edildiyinə görə barəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə aparılan cinayət təqibinə Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilib və təqsirləndirilən şəxs kimi statusu ləğv edilib. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cina yət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir; Həmin Məcəllənin 58.2-ci maddəsində göstərilir ki, fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir; Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mənəvi ziyana görə 5.000 manat pulun tutulması ilə bağlı düzgün nəticəyə gəlib. Belə ki, iddiaçının yuxarıda göstərilən müddətdə əsassız olaraq cinayət təqibinə məruz qalması ona narahatlıq, məyusluq hissləri, stresslər yetirsə də bunun qarşılığının iddia edilən məbləğdə (100.000 manat) ödənilməsi ağlabatan deyildir. Birinci instansiya məhkəməsinin iddiaçının xeyrinə tutulmasını qət etmiş məbləğ ağlabatandır. İddiaçının apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı istintaq orqanı tərəfindən qanunsuz olaraq cinayət təqibi həyata keçirilməsi səbəbindən işburaxdığı müddət üçün 1.200 manat əmək haqqından məhrum olması nəticəsində 9.600 manat maddi ziyanın vurulduğunu qeyd etsə də, aylıq əmək haqqının 1.200 manat təşkil etməsinə dair sübutları məhkəməyə təqdim etməyib. Lakin, onun qulluq etdiyi hərbi hissə tərəfindən verilmiş N mart 2022-ci il tarixli a rayışdan görünür ki, iddiaçı, həmin hərbi hissədə xidməti dövründə ayda N manat vəzifə maaşı, 92 manat rütbə maaşı, 44,50 manat məharət dərəcəsi, 80,55 manat xidmət ili və 62 manat ərzaq pulu alıb. Göründüyü kimi, iddiaçı, ayda 1.200 manat əmək haqqı almasını sübuta yetirə bilmir. Əksinə, işdə olan arayışa əsasən müəyyən edilir ki, işlədiyi yerdə iddiaçıya hər ay 724,05 manat ödənilirdi. Göstərilənləri və Mülki Prosessual Məcəllənin 77.1 və 14.2-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddianın müzakirə edilən hissəsi qismən əsaslıdır və birinci instansiya məhkəməsi iddiaçının işsiz qaldığı müddət üçün maddi ziyanın məbləğini (724,05 manat x 8 ay ) 5.792,40 manat müəyyən etməkdə haqlı olub. Bundan başqa, iddiaçının apellyas iya şikayətində əmək haqqından məhrum olduğu üçün işə bərpa olunana qədər hər ay üçün 1.200 manat pulun cavabdehin vasitəsilə dövlət büdcəsindən onun xeyrinə tutulması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, istintaq orqanın yuxarıda qeyd edilən cinayət işi üzrə qəbul etdiyi 26 avqust 2021-ci il tarixli qərarı ilə iddiaçının barəsində aparılan cinayət təqibinə xitam verilib və o, həbsdən azad edilib. Belə olan halda qeyd edilməlidir ki, iddiaçının əvvəlki işinə bərpa edilibedilməməsi iddiaçıya münasibətdə işəgötürən təşkilatdan asılıdır və əgər həmin təşkilat iddiaçını əsas olmadan işə bərpa etmirsə, iddiaçı, həmin təşkilata qarşı müvafiq iddia ilə müvafiq məhkəməyə müraciət etməli və digər tələblər ilə yanaşı “məcburi işburaxmaya görə əmək haqqının və vurulmuş zərərin əvəzinin öd ənilməsi barədə” tələbi də həmin iddiaya daxil etməlidir. Məhkəmə, apellyasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “x haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə istinad edərək qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassasının icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanları nın qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; Həmin Məcəllənin 1101.1-ci maddəsində göstərilir ki, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati t ənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir; Həmin Məcəllənin 1101.2-ci maddəsinə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri ni müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, tərəflərin kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Resp ublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı və cavabdeh X ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 2(103)-5116/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar