Məhkəmə qərarları › İş №2(102)-1211/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1211/2025

22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1211/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1211/2025 (Açar sözlər: cehiz əşyalarının qaytarılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5337/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Ali Məh kəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh ilə İddiaçı 26 oktyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından 11 avqust 2014-cü il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2234/2019 nömrəli, 22 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbinə əsasən İddiaçı və Cavabdeh aralarında olan nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, dəyəri 13.250 manat olan cehiz və məişət əşyalarının cavabdehdən natura və ya pul formasında alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, nikah dövründə cavabdehin atası Rafiq Babayevə məxsus ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışlar və ona məxsus cehiz əşyalarından istifadə etmişlər. Bir müddət sonra aralarında yaranan mübahisələr nəticəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2234/2019 nömrəli, 22 may 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Həmin tarixdən birgə yaşadıqları mənzili tərk etmiş və ona məxsus cehiz əşyalarını qismən çıxararaq qalan ona məxsus cehiz əşyalarını (böyük mebel və böyük məişət texnikası) çıxartmağa imkan olmadığından, cavabdehin razılığı ilə həmin evdə saxlamışdır. Lakin iki il ərzində cavabdeh və onun ailəsi tərəfindən he ç bir narahatlıq olmadığından və bu müddətdə Cavabdeh orda olan əşyaları nasaz hala salaraq istifadə etmişdir. Bir müddət sonra onunla əlaqə saxlayaraq cehiz əmlakının çıxarılmasını xahiş etmişdir. O da öz növbəsində ona neçə ay vaxt verilməsini xahiş etmişdir. Sonra özü yenidən əlaqə saxlayaraq qeyd etmişdir ki, ona məxsus cehiz əşyalarını onlara məxsus olan qaraja yerləşdirmişlər. Vaxt təyin etmiş, qaraja yaxınlaşanda ona məxsus böyük məişət texnikasının, mebel dəstlərinin hec birini orda aşkarlamamışdır. Soruşanda ki, bəs onlar haradadır, cavabdeh qeyd etmişdir ki: “Nə varsa, burdadır, götür, get. Üstündən üç il keçib, qanunla 3 il keçib, haqqın yoxdu tələb etməyə...”. O qeyd etmişdir ki, orada tək deyildi və oradan çıxarılan əşyaları təsdiqləyən şəxs var. Qarajdan çıxarılan cehiz əmlak ının yarısı yararsız halda idi. Bundan sonra cavabdeh və onun ailə üzləri ilə dəfələrlə əlaqə yaratmağa çalışsa da, onlar tərəfdən rədd cavabı almışlar.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini, iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru A.Cəbiyev tərəfindən tərtib edilmiş 5 mart 2024-cü il tarixli akta əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-96/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, H.Seyidzadə küçəsində yerləşən 38 saylı evin 16 saylı mənzilində yerləşən bir ədəd dolabın, bir ədəd divanın, bir ədəd stol + altı ədəd oturacağın, trumo + güzgünün, mətbəx mebelinin, mətbəx stolu + dörd ədəd oturacağın, bir ədəd soyuducunun, bir ədəd sobanın, bir ədəd paltaryuyanın, bir ədəd qabyuyanın və bir ədəd TV-nin üzərinə həbs qoyulması, həmin əmlakların siyahıya alınması və onlar barəsində hər-hansı hərəkətlərin edilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bu səbəbdən də, sözügedən icra sənədinin icrası ilə əlaqədar həmin ünvana baxış keçirilmiş, həmin əmlakların sözügedən mənzildə olması müəyyən edilməmişdir. 7. "xxxx" MMC “Hüquq və qiymətləndirmə şirkəti” tərəfindən verilmiş 6 iyun 2024-cü il tarixli hesabata əsasən, bir ədəd dolabın, bir ədəd divanın, bir ədəd masa və altı oturacağın, trumo və güzgünün, mətbəx mebelinin, mətbəx masası və dörd ədəd oturacağın, bir ədəd “HotPoint” markalı soyuducunun, bir ədəd “Hitech” markalı sobanın, bir ədəd “LG” markalı paltaryuyanın, bir ədəd “Bosch” markalı qabyuyanın və bir ədəd “LG” markalı televizorun iş materiallarında olan foto-şəkillərlə tədqiqat aparılmaqla 6 iyun 2024-cü il tarixinə orta bazar qiymətinə uyğun olaraq satış məbləği manatla 12.050 manat təşkil etmişdir.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadə verərək, iddiaçının atası olmaqla yanaşı, sözügedən cehiz əşyalarının məhz onun tərəfindən alınaraq qızına hədiyyə edilmiş əşyalar olmasını, mebellərin rəhmətlik bacısı tərəfindən sifariş edildiyini, əşyaların hansı markadan olmasını xatırlamadığını bildirmişdir.

9. Birinci instansiya məhkəmə sində şahid qismində dindirilmiş X2 ifadə verərək, iddiaçının ailə dostu olmaqla yanaşı, iddiaçı tərəfindən cavabdehin atasına məxsus cehizlərin aparılmasını, İddiaçı gəlin köçərkən həmin mənzilin tam hazır olmasını, toydan qabaq həmin mənzildə mebel yığmasını, həmçinin iş materiallarında olan “QAZ-31” markalı avtomobilin ona məxsus olmasını bildirmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(001)-1860/2024 nömrəli, 04 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdehdən cehiz əmlaklarının dəyəri olan 12.050 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi ilk növbədə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə münasibətdə qeyd etmişdir ki, birgə nikaha daxil olarkən arvada verilmiş cehiz əşyaları, habelə birgə nikaha daxil olanadək və ya nikah dövründə onlardan birinə üçüncü şəxslərin hədiyyə etdiyi əşyalar ərarvadın ayrıca əmlakı (mülkiyyəti) olduğundan, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən həmin əşyaların başqasının, o cümlədən ərin (arvadın) qanunsuz sahibliyindən geri tələb olunması barədə iddialara iddia müddəti tətbiq oluna bilməz. Eyni mövqe, “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli Qərarının 9.8-ci bəndində öz təsdiqini tapmışdır.

12. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia tələbinin h üquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil etmişdir. Baxılan iş üzrə iddianın təmin edilməsi üçün iddiaçı tələb etdiyi əmlakın mövcudluğunu, birgə nikah dövründə əldə edildiyi və ya hədiyyə edildiyini, hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu, habelə ona göstərilən məbləğdə maddi zərər vurulduğunu sübuta yetirməlidir.

13. Məhkəmə onu da qeyd etmişdir ki, nikah pozulduqdan sonra cehiz əşyalarının cavabdehin atasına məxsus evdə qaldığını sübut etdiyi üçün, cavabdeh tərəf həmin əşyaların iddiaçı tərəfindən aparıldığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməli, cavabdehdən iddia ərizəsində göstərilən əşyaların dəyəri olaraq 12.050 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, iddiaçıya verilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 384.0.4-cü, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34-cü maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia nın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübut kimi iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru A.Cəbiyev tərəfindən tərtib edilmiş 05 mart 2024-cü il tarixli akta istinad etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-96/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, H.Seyidzadə küçəsində yerləşən 38 saylıevin 16 saylı mənzilində yerləşən bir ədəd dolabın, bir ədəd divanın, bir ədəd stol + altı ədəd oturacağın, trumo + güzgünün, mətbəx mebelinin, mətbəx stolu + dörd ədəd oturacağın, bir ədəd soyuducunun, bir ədəd sobanın, bir ədəd paltaryuyanın, bir ədəd qabyuyanın və bir ədə d TV-nin üzərinə həbs qoyulması, həmin əmlakların siyahıya alınması və onlar barəsində hər-hansı hərəkətlərin edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bu səbəbdən də sözügedən icra sənədinin icrası ilə əlaqədar həmin ünvana baxış keçirilmiş, həmin əmlakların sözügedən mənzildə olması müəyyən edilməmişdir. Lakin bu o demək deyil ki, sözü gedən mənzildə soyuducu, paltaryuyan, qabyuyan, mətbəx mebeli, stol, stul və sair əmlaklar olmayıb. İcra məmuru mənzilə baxış keçirərkən evdə əşyalar mövcud olmuş, lakin həmin əmlakların iddiaçıya aid olması faktı öz sübutunu tapmamışdır. Belə ki, məhkəmədə iddia qaldırılarkən iddiaçı tərəfindən tələb edilən texnikaların markaları, modelləri barədə heç bir məlumat göstərilməmiş, yalnız məhkəmədə cavabdeh tərəfindən bu barə də dəqiqləşmə istədikdən sonra texnikaların adları qeyd edilmişdir. İcra məmuru əmlaklara baxış keçirərkən isə hansı markalı, hansı modelli əmlaklardan söhbət getməsi barədə məlumatsız olmuşdur. Məhkəmə prosesin gedişatında iddiaçı iddia ərizəsində tələb etdiyi əşyaların onun tərəfindən gətirilməsini sübut edəcək heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Onun atasına məxsus olan, əvvəllər yaşadıqları evdə mövcud olan əmlakların şəklini çəkib məhkəməyə təqdim etmiş, məhkəmə də cavabdeh tərəfin sözlərini deyil, nədənsə iddiaçı tərəfin sözlərini doğru hesab edərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə prosesi zamanı sözü gedən mübahisəli əmlakların cavabdehin atası tərəfindən alındığını, iddiaçı tərəfindən həmin əmlakların gətirilmədiyini dəfələrlə qeyd etmişdir. Onun atası səh həti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməmişdir. Notarial qaydada təsdiqlənmiş ərizənin təqdim edilməsi isə mümkün olmamışdır. Belə ki, notariat ofisində onun anasının ifadəsini təsdiq etməmişlər ki, bu yalnız məhkəmə prosesi zamanı mümkündür. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş, iddiaçının öz əmlaklarını avtomaşına yükləyərək aparması barədə sübutlarını qəti surətdə nəzərə almamış, həmçinin uzun illər keçdikdən sonra niyə iddiaçının əmlak davası döyməsi barədə suallara cavab olaraq iddiaçının yerinin olmaması cavabına səthi yanaşmışdır. Halbuki iddiaçı məhkəmə iclasında bir neçə evinin olmasını özü dilə gətirmişdir. Bundan başqa məhkəmə mübahisəli əmlakların qiymətləndirilməsi üçün iş materiallarını "xxxx" MMC-nə göndərmiş, sözü gedən təşkilat tərəfindən verilmiş 06 iyun 2 024-cü il tarixli hesabata əsasən bir ədəd dolabın, bir ədəd divanın, bir ədəd masa və altı oturacağın, trumo və güzgünün, mətbəx mebelinin, mətbəx masası və dörd ədəd oturacağın, bir ədəd “HotPoint” markalı soyuducunun, bir ədəd “Hitech” markalı sobanın, bir ədəd “LG” markalı paltaryuyanın, bir ədəd “Bosch” markalı qabyuyanın və bir ədəd “LG” markalı televizorun iş materiallarında olan foto-şəkillərlə tədqiqat aparılmaqla 06 iyun 2024-cü il tarixinə orta bazar qiymətinə uyğun olaraq satış məbləğimanatla 12.050 manat təşkil etmişdir. Burdan belə nəticəyə gəlmək olar ki, iddiaçı cavabdehin əmlakının şəkillərini yaşadığı vaxt çəkib, özünə məxsus olmasını iddia edərək işin qiymətləndiriciyə göndərilməsinə nail olmuşdur. Hər bir halda əmlakların iddiaçıya aid olmasını qəbul etməsələr belə və i şin qiymətləndiriciyə göndərilməsinin qətnamənin nəticəsinin onlar üçün əvvəlcədən hansı nəticələrin doğuracağını anladıqları üçün məhkəmə iclasında cavabdehə aid əmlakların qiymətləndirilməsi zamanı "xxxx" MMC” tərəfindən fantastik qiymətlər təyin edildiyini, əmlakların köhnəlmə əmsallarının nəzərə alınmadığını qeyd edərək, əlavə ekspertiza təyin edilməsini xahiş etsələr də, bu vəsatət gözlənildiyi kimi təmin edilmədi. İddiaçının iddia ərizəsində iddia etdiyi əmlaklar onun dediyinə görə 10 ildən artıq müddət əvvəl, yəni nikaha girərkən cehiz əmlakı kimi gətirilmişdir. Hazırkı vəziyyətdə məhkəmə həmin əmlakların köhnəlmə əmsallarının nəzərə alınaraq qiymətləndirilməsi barədə "xxxx" MMC qarşısında sual qoymalı olduğu halda, hansısa səbəbdən bunu etməmiş, nəticədə qiymətləndirici tərəfində n müəyyən edilmiş 10 ildən artıq müddət əvvəl alınmış əmlaka təzə əmlakların dəyəri kimi 12.050 manat məbləğində qiymət qoyulmuş, bu qiymət isə qətnamədə iddianın əsasını təşkil etmişdir. Hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, nəticədə cavabdehin hüquqları pozulmuşdur.

17. İşə apellyasiya məhkəməsində baxılarkən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3-16-16/29/8850/2024 saylı məktubu ilə iş materiallarına əlavə olunmuş video və fotoşəkillərə əsasən təhqiqat aparılmasının məhkəmə-əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid olmaması səbəbindən tədqiqatın aparılmasından imtina edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5337/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki ddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

20. Məhkəmə kollegiyası ilk növbədə sübutetmə yükünün düzgün bölüşdürülməsi ilə bağlı qeyd etmişdir ki, hazırki təbiətli mülki mübahisələrdə mübahisə predmeti olan əşyanın, ümumiyyətlə, mövcudluğunun sübut edilməsi iddiaçı, onun olduğu yerdən aparılması isə cavabdeh tərəfindən sübuta yetirilməli və işin halları ilə təkzibedilməz olmalıdır. Hazırkı iş üzrə iddiaçı bir sıra cehiz əşyalarının cavabdehin atasına məxsus mənzilə köçərkən özü ilə gətirdiyini bildirmiş və tərəflər arasındakı münasibətlər pozulduqdan sonra evi tərk etdiyindən həmin əşyaların mənzildə qaldığını iddia etmişdir. Cavabdeh isə istər birinci instansiya məhkəməsində verdiyi ifadələrdə, istərsə də apellyasiya icraatı zamanı həmin cehiz əşyalarının aparılması və artıq həmin evə olmaması ilə bağlı fikirlər səsləndirsə də, ümumiyyətlə, onların varlığını danmamış və nə vaxtsa mövcudluğunu dolayısı ilə qəbul etmişdir. Həmçinin iddiaçının ailə həyatı qurarkən cehizlərini yaşayacağı evə gətirməsi və həmin əşyaların ilkin olaraq məhz onun mülkiyyətində olması işin mübahisəsiz halını təşkil et məklə heç bir tərəf bunu təkzib edəcək hər hansı mülahizə ilə çıxış etməmiş, cavabdeh həmin əşyaların mövcudluğunu inkar etməmişdir. O cümlədən istər ailə, istərsə də mülki qanunvericiliyin də tələblərinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Bu da o deməkdir ki, həmin əşyaların ilkin olaraq iddiaçıda olması normal bir hal kimi qəbul edilməlidir. Daha sonra işin hallarından və verilən ifadələrdən də məlum olduğu kimi iddiaçı tərəflər arasındakı münasibət pozulduğu zaman evdən getməyə məcbur olmuşdur və bu halda ona məxsus olan digər zəruri əşyaların, o cümlədən cehiz əşyalarının göt ürülməsinə imkanının olmaması ehtimallardan birinə çevrilmiş olur. Həmçinin iş materiallarında olan foto-şəkillər və flash-kartda olan videolardan görünür ki, iddiaçının tələb etdiyi cehiz əşyaları cavabdeh tərəfin istifadəsindədir. Belə ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərdən aşağıdakılar müəyyən olunur: 1 saylı fotoşəkildə “QAZ-31” markalı avtomobil, həmin avtomobilin üzərində xalça, avtomobilə söykənmiş vəziyyətdə komodun və TV stendin bir hissəsi, avtomobilin içində tumboçka və bir ədəd qutu və polietilen torba əks olunmuşdur. 2 saylı fotoşəkildə “Geely” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqaj hissəsində dörd ədəd qutu əks olunmuşdur. 3 saylı şəkildə qarajda sökülmüş mebel hissələri əks olunmuşdur. İddiaçı izahatında həmin mebel hissələrinin onun tələb etdiyi əşyalara aidiyyətinin olmadığını bildirmişdir. 4 və 5 saylı şəkillərdə 1 ədəd komod, yuxarı hissəsində güzgü və bir ədəd yataq mebeli əks olunmuşdur. İddiaçı izahatında həmin foto-şəkillərin məhz 3 may 2019-cu il tarixdə övladı cavabdehin atasına məxsus mənzildə olarkən çəkildiyini bildirmişdir. 6 saylı şəkildə divan, 1 ədəd stol və ədəd oturacaq əks olunmuşdur. İddiaçı izahatında həmin foto-şəkillərin məhz 5 may 2019-cu il tarixdə övladı cavabdehin atasına məxsus mənzildə olarkən çəkildiyini bildirmişdir. Digər şəkillərdə iddiaçının tələb etdiyi və hazırda cavabdeh tərəfin istifadəsində olan dəhlizdə yerləşən dolab – bir ədəd, mətbəx mebeli-mətbəx stolu + dörd ədəd oturacaq, Məişət texnikası: Soyuducu – bir ədəd, Soba – bir ədəd, Paltaryuyan – bir ədəd, Qabyuyan – bir ədəd və TV – bir ədəd əks olunmuşdur. Həmçinin birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 iddiaçının atası olmaqla yanaşı, sözügedən cehiz əşyalarının məhz onun tərəfindən alınaraq qızına hədiyyə edilmiş əşyalar olmasını, mebellərin rəhmətlik bacısı tərəfindən sifariş edildiyini, əşyaların hansı markadan olmasını xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 iddiaçının ailə dostu olmaqla yanaşı, iddiaçı tərəfindən cavabdehin atasına məxsus cehizlərin aparılmasını, İddiaçı gəlin köçərkən həmin mənzilin tam hazır olmasını, toydan qabaq həmin mənzildə mebel yığmasını, həmçinin iş materiallarında olan “QAZ-31” markalı avtomobilin ona məxsus olmasını bildirmişdir.

21. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, qeyd edilənlərdən də göründüyü kimi, mü lki prosessual qanunvericiliyin tələblərinə əsasən yuxarıda göstərilən və mövcudluğu iddiaçı tərəfindən və işin halları ilə öz təsdiqini tapmış cehiz əşyalarının aparılması ilə bağlı sübutetmə yükü artıq cavabdehin üzərinə keçmiş olur və bu barədə mötəbər sübutlar məhz cavabdeh tərəfindən təqdim edilməlidir. Hazırkı iş üzrə isə cavabdeh bu barədə hər hansı mötəbər dəlilləri məhkəməyə təqdim etməmiş, bu barədə sadəcə mülahizələr səsləndirmişdir.

22. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, cavabdeh tərəfindən istinad edilən və iş materiallarında olan Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru A.Cəbiyev tərəfindən tərtib edilmiş 5 mart 2024-cü il tarixli aktdan gorunmüşdür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-96/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərardadı na əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, H.Seyidzadə küçəsində yerləşən 38 saylı evin 16 saylı mənzilində yerləşən bir ədəd dolabın, bir ədəd divanın, bir ədəd stol + altı ədəd oturacağın, trumo + güzgünün, mətbəx mebelinin, mətbəx stolu + dörd ədəd oturacağın, bir ədəd soyuducunun, bir ədəd sobanın, bir ədəd paltaryuyanın, bir ədəd qabyuyanın və bir ədəd TV-nin üzərinə həbs qoyulması, həmin əmlakların siyahıya alınması və onlar barəsində hər-hansı hərəkətlərin edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bu səbəbdən də, sözügedən icra sənədinin icrası ilə əlaqədar həmin ünvana baxış keçirilmiş, həmin əmlakların sözügedən mənzildə olması müəyyən edilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin akta istinad edərək mübahisə predmet i olan əşyaların mənzildən aparılması halının sübut olunmasına dair fikirlərinə münasibətdə qeyd etmişdir ki, məhz akt tərtib edilən zaman əşyaların orda olmaması onların məhz iddiaçı tərəfindən evi tərk edərkən özü ilə aparılmasını təsdiq etməməklə bərabər onların cavabdeh tərəfindən başqa yerdə saxlanılması ehtimalını istisna etmir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi bu məzmunlu mübahisələrdə artıq cavabdeh tərəfindən əşyaların məhz iddiaçı tərəfindən aparılması mötəbər dəlillərlə təsdiq olunmalıdır.

24. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, apellyasiya baxışı zamanı cavabdehin anası X4 məhkəməyə şahid qismində ərizə ünvanlayaraq mübahisə predmeti olan əmlakların onun özü və əri (cavabdehin atası) tərəfindən nikahdan öncə öz vəsaitləri hesab ına alındığını, keçmiş gəlininin isə gətirdiyi cehizlərin hamısını apardığını bildirmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi sözügedən şahid ifadəsinə münasibətdə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən şahidlərin məhkəməyə çağırılması prosesi işin məhkəmə hazırlanmasının yekunlaşmasına kimi həll edilməli, əgər şahidlərin dindirilməsi birinci instansiya məhkəməsində mümkün olmazsa, bu barədə məsələyə tərəflərin əsaslandırılmış vəsatəti əsasında məhkəmə tərəfindən baxılmalıdır. Lakin hazırkı iş üzrə cavabdeh tərəfindən şahidlərin dindirilməsi ilə bağlı hər hansı vəsatət məhkəməyə ünvanlanmamış, o cümlədən bunun birinci instansiya məhkəməsində mümkünsüzlüyünə dair kifayət qədər əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə Mülki Prosessual Məcəllənin 1 04.2-ci maddəsinə əsasən məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. Hazırkı iş üzrə isə məhkəmənin belə bir tələbi olmamış, yazılı formada təqdim edilmiş şahid ifadəsinin həqiqiliyi isə məhkəmədə şübhə doğurmuşdur.

26. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən sözügedən şahid ifadəsinin iş üzrə mötəbər sübut qismində dəyərləndirilməsini məqsədəuyğun hesab etməmişdir.

27. Məhkəmə kollegiyası cavabdehin mübahisəli cehiz əşyalarının dəyərinin qiymətləndirilməsi ilə bağlı müvafiq ekspert rəyinin əsassızlığına dair dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 6 iyun 2024-cü il tarixli hesabatdan görünmüşdür ki, bir ədəd dolabın, bir ədəd divanın, bir ədəd masa və altı oturacağın, trumo və güzgünün, mətbəx mebelinin, mətbəx masası və dörd ədəd oturacağın, bir ədəd “HotPoint” markalı soyuducunun, bir ədəd “Hitech” markalı sobanın, bir ədəd “LG” markalı paltaryuyanın, bir ədəd “Bosch” markalı qabyuyanın və bir ədəd “LG” markalı televizorun iş materiallarında olan foto-şəkillərlə tədqiqat aparılmaqla 6 iyun 2024-cü il tarixinə orta bazar qiymətinə uyğun olaraq satış məbləği manatla 12.050 manat təşkil etmişdir. Cavabdeh sözügedən rəylə müəyyən olunan məbləğin şişirdilmiş olduğunu bildirərək apellyasiya şikayətində yenidən ekspertiza təyin edilməsini xahiş etmiş, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/8850/2024 nömrəli məktubu ilə iş materiall arına əlavə olunmuş video və fotoşəkillərə əsasən təhqiqat aparılmasının məhkəmə-əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid olmaması səbəbindən tədqiqatın aparılmasından imtina edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən cavabdehin vəsatətində göstərilən halların araşdırılması məqsədilə təşəbbüs göstərilsə də, yuxarıda qeyd edilən obyektiv səbəblərdən bunun icrası mümkün olmamış, cavabdehin özü tərəfindən də "xxxx" MMC tərəfindən verilmiş rəyin iş üzrə nəzərə alınmamasına əsas verəcək hər hansı digər bir sübut məhkəməyə təqdim olunmamışdır.

28. Məhkəmə kollegiyası göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayətini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh tərəf öz mülahizələrini sübut edəcək hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir.

29. Apellyasiya instansi yası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 225.2-ci, Ailə Məcəlləsinin 34.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1 və 385.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

30. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsində iddiaçı sözügedən əmlakı cavabdehin yaşadığı evə gətirməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməsə də iddianın təmin edil məsi ilə bağlı qətnamə qəbul edilmiş, apellyasiya instansiyası məhkəməsi də buna düzgün hüquqi qiymət verməyərək qətnaməni qüvvədə saxlamışdır. Məhkəmə prosesi zamanı hakim birinci instansiya məhkəməsi tərəfindən tələb olunan əmlakların qiymətlərinin yeni əmlaka münasibətdə qiymətləndirildiyini hesab edərək ekspertizanın təyin edilməsi ilə bağlı qərardad çıxarmışdır. İş materialları ekspertizadan qayıtdıqdan sonra məlum olmuşdur ki, ekspertin rəyinə əsasən əmlakın qiymətləndirilməsini mümkün olmamışdır. Bununla bağlı qarşı tərəf məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının başqa vaxta keçirilməsi ilə bağlı xahiş etmişdir. Onlar da öz növbəmizdə məhkəmə prosesinin təxirə salınacağını düşünərək eyni məzmunlu məktubla müraciət etmiş, lakin hakim məktubları nəzərə almayaraq qətnamə çıxarm ışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

32. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

33. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülki yyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

34. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

37. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi.

38. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, s əs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

45. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əh əmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsind ə nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddia tələbinin təmin olunması hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticə lənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

56. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayətində qeyd olunan dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üç ün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Kassasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.

57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gə linmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi möv qeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsini n qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

61. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini ya radan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

62. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

64. Bu səbəbdən, kassasiy a şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5337/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar