Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1213/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək münasibətlərindən irəli gələn mübahisələr, əmək hüquqlarının pozulması səbəbindən ödənilməmiş məbləğin, vəzifə maaşının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əziağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı “əmək hüquqlarının pozulması səbəbindən ödənilməmiş məbləğin, vəzifə maaşının ödənilməsi ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-743/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2018-ci il tarixdən Bakı şəhəri Nizami Bələdiyyəsində xidməti müqavilə üzrə vergi mütəxəssisi vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdə isə tərəflər arasında əmək müqaviləsi bağlanmış və İddiaçı Bakı şəhəri Nizami Bələdiyyəsinin “Vergi Qeydiyyatı” şöbəsinə vergi mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Həmin əmək müqaviləsi bir il müddətinə bağlanmış və iddiaçının əmək haqqısı yığılan vergilərin 25 faizi olaraq müəyyən edilmişdir. xx.xx.2022-ci il t arixdə isə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
2. Hazırda İddiaçı əmək müqaviləsi ilə işlədiyi müddət ərzində ona əmək haqqı verilmədiyini göstərməklə həmin müddət ərzində ödənilməli olan əmək haqqının və əmək haqqının gecikdirildiyi hər il üçün 5 faiz miqdarında vəsaitin ona ödənilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əmək hüquqlarının pozulması səbəbindən ona ödənilməmiş məbləğin, 5430,93 manat vəzifə maaşının ödənilməsi və ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər geçikdirilmi ş gün üçün faizlərin ödənilməsinə dair cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2 noyabr 2020-ci il tarixdən Bakı şəhəri X1 Qeydiyyatı Şöbəsinə vergi mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. 10 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «c» bəndi ilə əmək şəraitinin dəyişdirilməsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 02 noyabr 2020-ci il tarixdən 10 may 2022-ci ilə kimi o vergi mütəxəssisi kimi Nizami Bələdiyyəsində işləsə də əmək haqqı almamışdır. 2022-ci ildə o, Bakı şəhəri Nizami Bələdiyyəsinin sədrinə nə səbəbdən əmək haqqının verilmədiyini soruşduqda və əmək haqqı tələb etdikdə Nizami Bələdiyyəsinin sədri onu işdən azad etmişdir. O işdən çıxdıqdan sonra dəfələrlə işlədiyi müddət ərzində yığılıb qalmış vəzifə maaşını tələb etsə də, bu günə kimi həmin vəzifə maaşı ona verilməmişdir. 2022-ci ilin may ayından bu günə kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə də müraciət etmişdir. Həmin müraciətlərinə də müsbət cavab verilmədiyindən o məkhəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qeyd etmişdir ki, cavabdeh uzun müddətdə onun pulunu qanunsuz saxlamaqla ona vurduğu zərərin əvəzini ödəməlidir (zərərlə bağlı tələb Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 448.1 və 449.1-ci maddələri ilə əsaslandırılmışdır).
5. Cavabdeh etiraz ərizəsi verərək etirazının onunla əsaslandırmışdır ki, iddiaçı ilə sonuncu müqavilə xx.xx. 2020-ci il tarixdə bağlanmışdır. Həmin müqaviləyə xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “C" bəndinə (əmək şəraitinin dəyişdirilməsi) əsasən xitam verilmişdir. Müqavilənin 4-cü bəndinin 4.1-ci yarım bəndində əmək haqqı ödənişi işçinin hər ay topladığı yerli vergi məbləğinin 25 faiz hissəsinin ona ödənilməsi yolu ilə müəyyən edilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən işçiyə 2020-ci ilin noyabr ayında 276,02, dekabr ayında 314,44 manat, 2021-ci ilin yanvar ayında 252,77, fevral ayında 258,9, mart ayında 186,18, aprel ayında 254,99, may ayında 297,88, iyun ayında 523,88, avqust ayında 332,15, sentyabr ayında 218,45, oktyabr ayında 463,73, noyabr ayında 399,3, dekabr ayında 545,54 manat, 2022-ci ilin yanvar ayında 278,14, fevra l ayında 257,92, mart ayında 183, aprel ayında 323,28, may ayında 361,52 manat əmək haqqı ödənilmişdir. Bundan başqa, əmək müqaviləsinə xitam verilərkən iddiaçıya 268,28 manat son haqq-hesab hesablanıb verilmişdir. İddiaçı ödənilmiş aylıq əmək haqları müqavilənin 4-cü bəndinin 4.1-ci yarım bəndinə uyğun olaraq onun hər ay yığdığı yerli verginin məbləğinə uyğun olaraq hesablanmışdır. Bu səbəbdən aylıq əmək haqları sabit olmamışdır. Eyni zamanda cavabdeh qeyd etmişdir ki, yuxarıda sadalanan aylıq əmək haqqı məbləğləri qanunda nəzərdə tutulmuş vergilər çıxıldıqdan sonra onun maaş kartına köçürülən məbləğlərdir. Hal-hazırda Nizami bələdiyyəsinin iddiaçıya əmək haqqına görə heç bir borcu qalmamışdır.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(007)775/2024 nömrəli qə tnaməsi ilə iddia tələbi rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən göründüyü kimi iddiaçı əmək müqaviləsinin şərtləri ilə tanış olmuş və bu şərtlərlə razılaşaraq Bakı şəhəri Nizami rayon Bələdiyyəsi ilə əmək müqaviləsi bağlamış, vergi mütəxəssisi vəzifəsi üzrə işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.1-ci bəndində əsasən İddiaçı əmək funksiyası Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 198.1.1-ci maddəsinin qaydalarına əsəsən fiziki şəxslərin xüsusi mülkiyyətində olan müfəttişə təhkim olunmuş ərazidən əmlak, torpaq vergisinin BAMS-dan verilən tədiyyə bildirişi əsasında topla nılması olmuşdur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən isə tərəflər hər ay 25 faiz məbləğində əmək haqqı ödənilməsi barədə razılığa gəlmişlər.
8. Məhkəmə iclasında tədqiq edilən iş materialları (əmək haqqının hesablanması cədvəli, sosial arayış) əsasında müəyyən edilmişdir ki, 2020-ci il noyabr ayında iddiaçıya 303,96 manat, dekabr ayında 347,34 manat, 2021-ci ilin yanvar ayında 279,27 manat, fevral ayında 286,44 manat, mart ayında 201,38 manat, aprel ayında 281,86 manat, may ayında 332 manat, iyun ayında 596,35 manat, avqust ayında 372,11 manat, sentyabr ayında 239,12 manat, oktyabr ayında-526 manat, noyabr ayında-450 manat, dekabr ayında-621,83 manat, 2022-ci ilin yanvar ayında 312,59 manat, fevral ayında 288,66 manat, mart ayında 200 manat, aprel ayında 366,02 manat və may ayında 142,99 manat və son haqq hesab olaraq 268,28 manat əmək haqqı ödənilmişdir. Həmçinin tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.30-cu bəndinin şərtinə uyğun olaraq iddiaçıya məzuniyyətə çıxdığı üçün 100 manat müavinət ödənilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq minimum əmək haqqı məbləğindən az olmayan əmək haqqı ödənilməklə əmək qanunvericiliyinin əməyin ödənilməsinə dair tələbləri cavabdeh tərəfindən pozulmamışdır.
10. Məhkəmə daha sonra qeyd etmişdir iddiaçı məhkəmə iclaslarında işin faktiki halları barədə bir-birinə zidd izahatlar vermişdir. Belə ki, iddiaçının xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatda onun əmək müqaviləsi bağladığı zaman əmək haqqının sabit pul məbləğində müəyyən edildiy ini, sonradan onun məlumatı olmadan əmək müqaviləsinin əmək haqqına dair şərtlərin qeyd edildiyi səhifəsinin dəyişdirildiyini qeyd etmiş, lakin digər məhkəmə iclasında verdiyi izahatda isə (xx.xx.2024-cü il tarixli) sabit məbləğdə əmək haqqı ilə deyil, faizlə əmək haqqı ilə razılaşdığını qeyd etmişdir. Həmçinin bir məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, o əmək müqaviləsi bağlandıqdan sonra ilk ay ödənilən əmək haqqının sabit olmadığını yığıma görə faizlə ödənildiyini görmüş və digər bələdiyyələrlə maraqlanmış, həmin bələdiyyələrdə vergi müfəttişlərinə həm əmək haqqı, həm də vergi yığımına görə faiz ödənildiyini müəyyən etmiş, tək vergi yığımına görə faiz ödənilməsi ilə razı olmadığı üçün işə götürəndən həm də əmək haqqı ödənilməsini tələb etmişdir.
11. İşin faktiki halların dan görünür ki, 2020-ci ilin noyabr ayından əmək müqaviləsinə xitam verildiyi 2022-ci ilin may ayının 10-dək öz əmək fəaliyyətini davam etdirmişdir.
12. İddiaçı onun işəgötürənlə sabit məbləğdə əmək haqqına dair əmək müqaviləsi bağladığını, əmək müqaviləsinin ilk səhifələrinin yenidən tərtib edilməsini təsdiq edən sübutları, o cümlədən işəgötürəndən əmək haqqı tələb etməsini, digər bələdiyyələrdə vergi müfəttişlərinin həm əmək haqqı, həm də vergi yığımına görə faiz ödənilməsini, həm də Nizami Bələdiyyəsində digər vergi müfəttişlərinə həm sabit məbləğdə əmək haqqı, həm də vergi yığımına görə faiz ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
13. İddiaçının məhkəmə iclasında verdiyi izahatlardan və işin faktiki hallarından aydın olur ki, iddiaçı ona həm 250, 300 manat sabit məbləğdə əmək haqqı ödənilməsi, həm də əlavə olaraq vergi yığımlarına görə faiz ödənilməsi barədə işəgötürənlə razılığa gəlməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında da qeyd etmişdir ki, digər bələdiyyələrdə vergi müfəttişlərinə həm əmək haqqı, həm də vergi yığımlarının 14 faizi miqdarında ödəniş edilir. Nizami Bələdiyyəsi tərəfindən isə bu halı ört-basdır etmək üçün vergi yığımlarının 25 faizi miqdarında ödəniş edilirdi (xx.xx.2024-cü il tarixli iclas).
14. Məhkəmə iddiaçının öz tələbinin faktiki əsası qismində istinad etdiyi əmək müqaviləsi bildirşində, e-sosial portalında qeyd edilən əmək haqqı məbləği ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilən və tərəflərin imzaları ilə təsdi q edilən yazılı əmək müqaviləsinə işəgötürən tərəfdən birtərəfli qaydada elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinə münasibətdə daha üstün hüquqi qüvvəyə malikdir. Həmçinin nəzərə almaq lazımdır həmin sistem yeni yaradılmışdır, tam təkmilləşdirilməmişdir.
15. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarından görünür ki, ilk əmək müqaviləsi bildirişi sistemdə qeydə alınarkən əmək haqqı 250 manat qeyd edilmişdir, minimum əmək haqqı miqdarı artırıldıqdan sonra isə 18 yanvar 2022-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməklə əmək haqqı miqdarı artırılaraq 300 manat olaraq müəyyən edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsi bildirişi sistemə daxil edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, əmək mü qaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmasına baxmayaraq, əmək müqaviləsi bildirişi sistemə xx.xx.2020-ci il tarixdə daxil edilmişdir. Halbuki, əmək qanunvericiliyinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Lakin işin faktiki hallarından görünür ki, tərəflər arasında əmək münasibətləri əmək müqaviləsi yazılı şəkildə bağlandığı zaman yaranmış və işçiyə əmək haqqı ödənilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Nizami Bələdiyyəsi tərəfindən əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsinə münasibətdə formal yanaşılmaqla qanunvericiliyin tələbi pozulmuşdur.
18. Cavabdeh tərəfin dən əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsində qanunvericiliyin tələblərinin pozulması hesab edilsə belə, əmək haqqınının faizlə müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğun olmaması hazırki iddia tələbi daxilində işə baxan məhkəmə üçün iddia tələbinin təmin edilməsi üçün əsas deyildir.
19. Məhkəmə həmçinin tərəflər arasında bağlanmış əmək müqaviləsinin xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək qüvvədə olması ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında əmək müqaviləsinin müddətinin qurtarmasına baxmayaraq, tərəflərdən heç biri əmək müqaviləsinin ləğv etmədiyi üçün əmək münasibətləri əvvəlki şərtlərlə davam etmişdir. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatda cavabdeh ilə yalnız xx.xx.2020-ci il tarix də əmək müqaviləsi bağladığını, sonradan əmək müqaviləsi bağlamadığını və ya dəyişiklik etmədiyini qeyd etmişdir.
20. İddiaçı cavabdeh tərəfindən ona 250-300 manat əmək haqqı hesablandığını, lakin həmin əmək haqqı məbləğinin cavabdeh tərəfindən mənimsənildiyini qeyd etməsinə baxmayaraq bu hallar işdə olan digər materiallarla da öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehin Azərbaycan Respubllikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciətləri əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən araşdırılma aparılmış və son haqq-hesabın gecikdirilməsi halı öz təsdiqini tapmış və cavabdeh tərəfindən gecikdirilmiş 361,52 manat əmək haqqı borcunun ödənildiyi qeyd edilmi şdir.
21. Tədqiq edilmiş iş materiallarına (sosial arayış, əmək haqqının hesablanması cədvəli) əsasən müəyyən olunmuşdur ki, iddiaçının əmək haqqısından aparılan tutulmalar ona faiz ilə hesablanaraq əmək haqqı qismində verilmiş məbləğlərdən aparılmışdır. Yəni iddiaçının istinad etdiyi cavabdeh tərəfindən sistemə daxil edilərək mənimsənilən 250, 300 manat əmək haqqı məbləğindən tutulmalar aparılması halı müəyyən olunmamışdır.
22. Belə olduqda məhkəmə hesab etmişdir ki, İddiaçı Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı olan tələbi əsassız olduğundan həmin hissədə təmin edilməməlidir.
23. Məhkəmə iddiaçının ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər gecikdirilmiş gün üçün faizlərin cavabdehin üzərinə öhdəlik qoyulmasını tələb etməsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, həmin birinci iddia tələbi əlaqəli olduğundan və birinci tələbdən doğduğundan birinci iddia tələbinin təmin edilmədiyi üçün ikinci iddia tələbi də rədd olunmalıdır.
24. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2, 2.1, 2.2, 2.3, 3.5-1, 3.5, 7, 9, 42.1, 43.1, 43.2, 44.1, 44.3, 46.6, 49.1, 54.1, 56.2, 154.1,154.2,154.3,154.6,155.1,157.1, 173.1, 173.2 və 173.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsinin qətnaməsi özlüyündə ziddiyyətlidir, məhkəmə tam və hərtərəfli tədqiqat aparmamış, işin hallarına düzgün hüquqi qiymət ver məmişdir. Məhkəmə qeyd etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsi bildirişi sistemə daxil edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmasına baxmayaraq əmək müqaviləsi bildirişi sistemə xx.xx.2020-ci il tarixdə daxil edilmişdir. Halbuki, əmək qanunvericiliyinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Lakin işin faktiki hallarından görünür ki, tərəflər arasında əmək münasibətləri əmək müqaviləsi yazılı şəkildə bağlandığı zaman yaranmış və işçiyə əmək haqqı ödənilmişdir. Qeyd edilən hallar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsinə münasibətdə formal yanaşılmaqla qanunvericiliyin tələbi pozulmuşdur. Məhkəmə cavabdeh tərəfindən əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsində qanunvericiliyin tələblərinin pozulmasını göstərmiş, lakin bu hala düzgün hüquqi qiymət verməmişdir. Əmək müqaviləsi bildirişində aylıq əmək haqqının məbləği konkret göstərilsə də, məhkəmə əsassız olaraq bu halı nəzərə almamışdır.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-743/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər:Xumar Mərdanova-sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Sabit Bəhrəmzadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya məhkəməsi rayon məhkəməs inin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya minimum əmək haqqı məbləğindən az olmayan məbləğdə əmək haqqı hesablanıb ödənilməklə əmək qanunvericiliyinin əməyin ödənilməsinə dair tələblərinə cavabdeh tərəfindən riayət olunmuşdur.
29. Bundan başqa, iddiaçının dəlilləri ilə razılaşmayan məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmasına baxmayaraq əmək müqaviləsi bildirişi sistemə xx.xx.2020-ci il tarixdə daxil edilmişdir. Halbuki, əmək qanunvericiliyinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Lakin işin faktiki hallarından görünür ki, tərəflər arasında əmək münasibətləri əmək müqaviləsi yazılı şəkildə bağlandığı zaman yaranmış və işçiyə müqavilədə nəzərdə tutulan əmək haqqı ödənilmişdir.
30. Qeyd edilən hallar onu deməyə əsas verir ki, cavabdeh Nizami Bələdiyyəsi tərəfindən əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsinə münasibətdə formal yanaşılmaqla qanunvericiliyin tələbi pozulmuşdur.
31. Göründüyü kimi cavabdeh Bakı şəhər Nizami Bələdiyyəsi tərəfindən əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsində qanunvericiliyin tələblərinin pozulması, o cümlədən hesab edilsə ki, cavabdeh tərəfindən əmək haqqınının faiz ilə müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğun olmaması belə, hazırki iddia tələbi daxilində işə baxan məhkəmə üçün iddia tələbinin təmin edilməsi üçün əsa s deyildir.
32. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında əmək müqaviləsinin müddətinin qurtarmasına baxmayaraq tərəflərdən heç biri əmək müqaviləsinin ləğv etmədiyi üçün əmək münasibətləri əvvəlki şərtlərlə davam etmişdir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında verdiyi izahatda cavabdeh ilə yalnız xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağladığını, sonradan əmək müqaviləsi bağlamadığını və ya dəyişiklik etmədiyini qeyd etmişdir. Digər tərəfdən iddiaçı cavabdeh tərəfindən ona 250-300 manat əmək haqqı hesablandığını, lakin həmin əmək haqqı məbləğinin cavabdeh tərəfindən mənimsənildiyini qeyd etməsinə baxmayarq bu hallar işdə olan digər materiallarla da öz təsdiqini tapmamışdır.
33. İş materiallarından görünür ki, cavabdehin Azərbaycan Respubllikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciətləri əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən araşdırılma aparılmış və son haqq-hesabın gecikdirilməsi halı öz təsdiqini tapmış və cavabdeh tərəfindən gecikdirilmiş 361.52 manat əmək haqqı borcunun ödənildiyi qeyd edilmişdir.
34. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının əmək haqqısından aparılan tutulmalar ona faiz ilə hesablanaraq əmək haqqı qismində verilmiş məbləğlərdən aparılmışdır. Yəni iddiaçının istinad etdiyi cavabdeh tərəfindən sistemə daxil edilərək mənimsənilən 250, 300 manat əmək haqqı məbləğindən tutulmalar aparılması halı müəyyə n edilməmişdir.
35. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı olan “əmək hüquqlarının pozulması səbəbindən ödənilməmiş məbləğin, vəzifə maaşının ödənilməsi” tələbi əsassız olduğundan həmin hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
36. İddiaçı iddia ərizəsində eyni zamanda “vəzifə maaşının ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər gecikdirilmiş gün üçün faizlərin ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinin üzərinə qoyulması” tələb etsə də həmin tələblə “əmək hüquqlarının pozulması səbəbindən ödənilməmiş məbləğin, vəzifə maaşının ödənilməsi” tələbi birbiri ilə əlaqəli olduğundan, eləcə də birinci iddia tələbinin təmin edilmədiyi üçün ikinci iddia tələbi də t əmin edilə bilməz.
37. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 2.1, 2.2, 2.3, 3.5-1, 3.5, 7, 9, 42.1, 43.1, 43.2, 44.1, 44.3, 46.6, 49.1, 54.1, 56.2, 154.1,154.2,154.3,154.6, 155.1,157.1, 173.1, 173.2 və 173.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla göstərilmişdir ki, məhkəmə iş üzrə toplanmış sübutlara mülkiprosessual qanunvericliyin tələblərinə uyğun qiymət verməmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, təqdim edilmiş sübutları düzg ün qiymətləndirməmişdir.
40. Məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsi bağlanılarkən İddiaçı sabit məbləğdə əmək haqqı ilə deyil, faizlə əmək haqqı ilə razılaşmışdır. Lakin məhkəmə əmək müqaviləsinin zəif tərəfi olan işçinin hansı şərtlər daxilində belə bir şərtlə razılaşdığını müəyyən etməmişdir. Əmək müqaviləsinin 4-cü bəndinin 4.1-ci yarımbəndində göstərilir ki, işçiyə hər ay 25 faiz məbləğində əmək haqqı ödənilir. Lakin müqavilədə bu 25 faiz nəyin faizi olduğu göstərilmir.
41. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı onun işəgötürənlə sabit pul məbləğində əmək haqqı barədə əmək müqaviləsi bağladığını, əmək müqaviləsinin ilk səhifələrinin yenidən tərtib edilməsini təsdiq edən sübutları, o cümlədən işəgötürəndən əmək haqqı tələb etməsini, digər bələdiyyələrdə vergi müfəttişlərinin həm əmək haqqı, həm də vergi yığımına görə faiz ödənilməsini, həm də Nizami Bələdiyyəsində digər vergi müfəttişlərinə həm sabit məbləğdə əmək haqqı, həm də vergi yığımına görə faiz ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Lakin nəzərə almaq lazımdır ki, sübutetmə vəzifəsi iddiaçıya aid olsa da, İddiaçı tərəfindən bu faktların toplanması qeyr-mümkündür. Əksinə məhkəmə tərəfindən bələdiyyədə baş verən korrupsiya faktlarının araşdırılması üçün aidiyyatı üzrə məlumatlar göndərilməsi məsələsi müzakirə olunmalıydı.
42. İddiaçı ilə əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmasına baxmayaraq, əmək müqaviləsi bildirişi sistemə xx.xx.2020-ci il tarixdə daxil edilmişdir. Nizami Bələdiyyəsi tərəfindən əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsinə münasibətdə Ə mək Məcəlləsinin 7.2-ci maddəsinin tələbləri pozulmuşdur. Lakin məhkəmələr düzgün olmayaraq qeyd edir ki, cavabdeh Bakı şəhər Nizami Bələdiyyəsi tərəfindən əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsində qanunvericiliyin tələblərinin pozulması, o cümlədən hesab etsək ki, cavabdeh tərəfindən əmək haqqınının faiz ilə müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğun olmaması belə, hazırki iddia tələbi daxilində işə baxan məhkəmə üçün iddia tələbinin təmin edilməsi üçün əsas deyildir.
43. Kassasiya şikayəti Əmək Məcəllənin 3.5, 3.5-1, 7.2, 43.3 və 155-ci maddələrinə istinadla əsaslandırılmışdır. b)
44. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
45. Maddə 2.1. Azər baycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
46. Maddə 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
47. Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərin ə əsaslanır.
48. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
49. Maddə 3.5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd.
50. M addə 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
51. Maddə Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; o) elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək.
52. Maddə 42.1. Əmək müqav ilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
53. Maddə 43.1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
54. Maddə 43.2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması.
55. Maddə 44.1. Əmək müqaviləsi yazılı formada bağlanır.
56. Maddə 44.3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
57. Maddə 46.6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
58. Maddə 49.
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
59. Maddə 54.1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi.
60. Maddə 56.2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
61. Maddə 154.1. Əmək haqqı - müva fiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
62. Maddə 154.2. Minimum əmək haqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
63. Maddə 154.3. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.
64. Maddə 154.6. Minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müə yyən edilir.
65. Maddə 155.1. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
66. Maddə 157.1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir.
67. Maddə 173.1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.
68. Maddə 173.2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutul an məbləğlər-tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.
69. Maddə 173.3. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
73. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
77. Maddə 416.2. Apellyas iya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
78. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhk əmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
81. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
82. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
83. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmi r.
84. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təm in edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-743/2025 nömrəli iş üzrə 13 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.