Məhkəmə qərarları › İş №2(102)-1215/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1215/2022

05.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1215/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı MMC-nin Cavabdeh Şəmsəddin qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1215/22 (Açar sözlər: ödənilmiş məbləğin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 2(105)-2111/2021 saylı qətnaməsindən İddiaçı MMC kassasiya şikayəti üzrə işə 05 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı MMC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehlə aralarında bağlanmış 12 dekabr 2017-ci il tarixli, 004 saylı müqavilənin və kassa mədaxil orderinin qəbzlərinin 31.158 manat pulun qaytarılmaqla ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.A.Abbasova) iddia təmin edilərək, tərəflər arasında bağlanmış 12 dekabr 2017-ci il tarixli, 004-saylı müqavilənin və kassa mədaxil orderinin qəbzlərinin ləğv edilib, iddiaçıdan 31.158 manat pulun tutulub cavabdehə geri qaytarılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər a rasında bağlanmış 12 dekabr 2017-ci il tarixli, 004 saylı müqaviləyə əsasən, iddiaçı cəmi qiyməti 72.414 manat olan ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 4-cü blok, 15-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 120,69 kv.metr olan 272 saylı mənzili tikib cavabdehə təhvil verməyi, sonuncu isə həmin mənzili qəbul edib 18 ay müddət ərzində hər ay 2.579 manat ödəmək şərti ilə cəmi 72.414 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürüb. 12 dekabr 2017-ci il, 06 fevral 2018-ci il və 24 fevral 2018-ci il tarixli kassa mədaxil orderi qəbzlərinə əsasən, cavabdeh iddiaçıya cəmi 31.158 manat ödəniş edib. Lakin, sonradan cavabdehin maddi vəziyyəti pisləşdiyi üçün qalan 41.256 manat ödənişi edə bilməyib. Bununla da cavabdeh sözügedən müqaviləni əhəmiyyətli dərəcədə pozub. Ona görə də iddia təm in edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421.1, 421.2, 421.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni 5.118 manat puldan artıq ödənilməsi hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 12 dekabr 2017-ci il tarixli, 004 saylı müqavilənin və kassa mədaxil orderinin qəbzlərinin 5.118 manat pulun cavabdehə qaytarılmaqla ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Ap ellyasiya icraatı mərhələsində iddiaçı, iddiadan qismən imtina etməsi barədə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında mübahisənin məhkəmədən kənar həll olunacağını nəzərə alınıb, iddiadan qismən, yəni cavabdeh tərəfindən 31.158 manat pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə geri qaytarılması hissəsində iddiadan imtina etdiyini və qətnamənin həmin hissədə ləğv olunmaqla icraata xitam verilməsini xahiş edib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan imtinası qəbul edilməyib. Eyni zamanda, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun i ştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu s ayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.4-cü maddəsinə görə, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiym ət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etsə də, işə əlavə edilmiş sübutlara tətbiq edilməli olan maddi hüquq normalarının təfsirində səhvə yol verib. Əvvəla iddiaçı, birinci instansiya məhkəməsinin qətnaməsini qismən, yəni 5.118 manatdan artıq pulun ondan tutulub cavabdehə geri qaytarılması hissəsində mübahisələndirdiyi və apellyasiya instansiyası məhkəməsi isə qətnamənin əsaslandırıcı hissəsində sözügedən qətnamənin əsaslığını həmin hiss ədə yoxladığını qeyd etdiyi halda, qətnamənin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilməyən hissədə də yoxlamaqla Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini pozub. Halbuki, həmin maddənin mənasına görə, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını o, vaxt tam yoxlamağa borcludur ki, birincisi, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəlmiş olsun; ikincisi, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olsun. Hazırki halda tərəflər, ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 4-cü blok, 15ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 120,69 kv.metr olan 272 saylı mənzilə dair onlar aras ında bağlanmış 12 dekabr 2017-ci il tarixli, 004 saylı müqavilənin və kassa mədaxil orderinin qəbzlərinin ləğv edilməsinə razıdırlar. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən, yəni 5.118 manat puldan artıq hissəsinin ondan tutulub cavabdehə geri qaytarılması hissəsində mübahisələndirib. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, iddia mübahisələndirilən hissədə qismən təmin edilməlidir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 12 dekabr 2017-ci il tarixli, 004 saylı müqaviləyə əsasən, iddiaçı cəmi qiymə ti 72.414 manat olan ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 4-cü blok, 15ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 120,69 kv.metr olan 272 saylı mənzili tikib cavabdehə təhvil verməyi, sonuncu isə həmin mənzili qəbul edib 18 ay müddət ərzində hər ay 2.579 manat ödəmək şərti ilə cəmi 72.414 manat pulu iddiaçıya ödəməyi öhdələrinə götürüblər. Cavabdeh tərəfindən iddiaçıya 12 dekabr 2017-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən 26.000 manat, 06 fevral 2018-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən 2.579 manat, 24 fevral 2018-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən 2.579 manat olmaqla, cəmi 31.158 manat pul ödənilib. Hazırda iddiaçı, sözügedən müqavilənin müddətinin 12 iyun 2019-cu il tarixdə bitdiyini, cavabdehin müqavilə üzrə öhdəliklərini yer inə yetirmədiyini, mənzilin ümumi dəyərini təşkil edən 72.414 manat puldan onun cəmi 31.158 manat ödəniş etdiyini, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin qalan 41.256 manat pulu ödəmədiyini, bununla da müqavilənin şərtlərini pozduğunu, eyni zamanda cavabdeh ödənilməyən pulun əvəzinə sonradan iddiaçıya 26.000 manat dəyərində tikinti materialları versə də, bir müddətdən sonra həmin tikinti materiallarını yığıb geri apardığını göstərib, sözügedən müqavilənin, kassa mədaxil orderinin qəbzlərinin 31.158 manat pulun cavabdehə qaytarılmaqla ləğv edilməsini iddia edir. Cavabdeh isə maddi vəziyyətinə görə sözügedən müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyini, həmin müqavilə üzrə kassa mədaxil orderinin qəbzlərinə əsasən iddiaçıya cəmi 31.158 manat pul ödədiyini, qalan 41.2 56 manat pulu isə ödəyə bilmədiyini, müqavilənin ləğv edilməsinə etiraz etmədiyini, ödədiyi puldan iddiaçının ona cəmi 5.000 manat pul qaytardığını göstərib, iddiaya etiraz edir. Göründüyü kimi tərəflər arasında sözügedən müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlib və iddiaçı həmin müqavilə üzrə öhdəliklərini icra etsə də, cavabdeh öhdəliklərini vaxtında və lazımınca icra etməyib. İşin bu halı mülki iş materialları ilə istisna edilmir. Hazırki halda, tərəflər arasında sözügedən müqavilənin ləğv edilməsi ilə bağlı fikir ayrılığı yoxdur və cavabdeh müqavilənin ləğv edilməsinə razıdır. Lakin, tərəflər arasında sözügedən mənzilin dəyərinə görə ödənilmiş, həmçinin sonradan iddiaçı tərəfindən cavabdehə qaytarılmış pul vəsaitinin məbləği ilə bağlı fikir ayrılığı vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bi lər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.4-cü maddəsinə görə, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Sadalanan normaların mənasına görə, müqavilə üzrə tərəflərdən birinin tələbi ilə müqavilə o, halda ləğv edilə bilər ki, digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuş olsun və bunun digər tərəfə vurduğu zərər nəticəsində tərəf, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş olsun. Həmçinin, müqavilə üzrə tərəf müqavilənin ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını o, vaxt geri tələb edə bilər ki, tərəflər arasında bağlanmış müqavilədə, razılaşmada ayrı qayda müəyyənləşdirilməmiş olsun. Qanunun bu müddəası hər şeydən əvvəl müqavilə intizamını möhkəmlətməyə və tərəflərin müqavilə münasibətlərinə daxil olarkən məsuliyyət hisslərinin artırılmasına yönəlib. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində göstərilir ki, “payçı” cəmiyyətin üzvlüyündən çıxmaq istədikdə bu barədə “cəmiyyəti” əvvəlcədən yazılı şəkildə xəbərdar edir. “Payçı”nın üzvlüyünə xitam verildikdə onun ödədiyi pay haqqı mənzil başqa “paçı”ya satıldıqdan sonra və həmin mənzilin dəyəri sonuncu tərəfindən ödənilən məbləğə uyğun olaraq payçıya qaytarılır. Bu baxamdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış sözügedən müqavilədə tərəfin müqavilənin ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını geri tələb edə bilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi iddiaçının geri qaytardığı məbləği nəzərə almadan iddianı mübahisələndirilən hissədə tam təmin etməklə, yəni iddiaçıdan 31.158 manat pulun tutulub cavabdehə ödənilməsini qət etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla qeyd olunan normaların tələblərini pozub. Halbuki, cavabdehin nümayəndəsi Fa zil Əmiralıyevin məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq olunur ki, mənzilin dəyərinə görə iddiaçıya ödənilmiş 31.158 manat puldan sonuncu tərəfindən ona 5.000 manat pul artıq geri qaytarılıb. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə geri qaytarılmış 5.000 manat pul vəsaiti cavabdehə cəmi geri qaytarılmalı olan 31.158 manat pul vəsaitindən çıxılmayıb. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddia mübahisələndirilən hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən cavabdehə qaytarılmış 5.000 manat çıxılmaqla, ondan cəmi 26.158 manat pul tutulub cavabdehə geri qaytarılmalıdır. İddiaçı, apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətində cavabdehin ona 31.158 manat deyil, cəmi 5.118 manat verdiyini, 26.000 manat dəyərində verdiyi tikinti materialları nı isə sonradan geri apardığını və cavabdehə 26.158 manat qaytarmağa borclu olmadığını və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən idd iaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Əksinə, işə əlavə edilmiş kassa mədaxil orderinin qəbzləri ilə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya 12 dekabr 2017-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən 26.000 manat, 06 fevral 2018-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən 2.579 manat, 24 fevral 2018-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən 2.579 manat olmaqla, cəmi 31.158 manat pul ödənilib və işdə, bunun əksinə təsdiq edən heç bir sənəd yoxdur. Kassasiya instansiyası məhkəməsi eyni zamanda Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərini nəzərə alıb hesab edir ki, cavabdehin iddiaçıya qeyd olunan məbləğdə pul vəsaitini ödə məsi sözügedən kassa mədaxil orderinin qəbzləri ilə təsdiq edildiyi üçün, cavabdehin iddiaçıya 26.000 manat pulu ödəməməsi, həmin vəsaitin əvəzinə tikinti materialları verməsi və sonradan da həmin tikinti materiallarını geri aparmasına dair işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia mübahisələndirilən hissədə qismən təmin edilməli, iddiaçıdan 26.158 manat pul tutulub cavabdehə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçın kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 2(105)-2111/2021 saylı qətnaməsi ləğv edilsin, yeni qərar qəbul edilsin. İddia mübahisələndirilən hissədə qismən təmin edilsin, İddiaçındən 26.158 manat pul tutulub Cavabdeh geri qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar