Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1217/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X9 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh “X9 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-59/2022 nömrəli mülki iş üzrə 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə 10 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı və “X9 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında xx.xx.2012-ci il tarixdə S0410 saylı əmək müqaviləsi bağlanmışdır.
2. Əmək müqaviləsinin müddəti xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, əmək haqqı hər iş günü üçün 149 manat, istirahət günü 98 manat (qarşılıqlı razılığa əsasən istirahət günü üçün əmək haqqı əsas iş günün əmək haqqı ilə bir yerdə ödənilə bilər) müəyyən edilmişdir. 3. 23.04.2013-cü il tarixdə əmək müqaviləsinə 001 saylı əlavəyə görə müqavilənin 4.1-ci maddəsinə dəyişiklik edilə rək, işçinin gündəlik əmək haqqı vergilər daxil olmaqla, hər iş günü üçün 256 manat müəyyən edilmişdir.
4. Tərəflər arasında yenidən xx.xx.2014-cü il tarixdə S0410 saylı müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin qüvvəyə minmə tarixi xx.xx.2015-ci il, müddəti isə xx.xx.2015-xx.xx.2015-ci il olaraq razılaşdırılmışdır. Müqaviləyə görə əmək haqqı işçiyə ayda bir dəfə, növbəti təqvim ayının 6-cı iş günündən gec olmayaraq bank hesabına köçürülməklə, hər iş günü üçün 371 manat, istirahət günü üçün 217 manat məbləğində müəyyən edilmişdir.
5. Həmin müqaviləyə dəyişiklik haqqında xx.xx.2015-ci il tarixdə bağlanmış (xx.xx.2016-cı il tarixdən qüvvəyə minməklə) 1 saylı sazişə görə işçinin gündəlik əmək haqqı vergilər daxil olmaqla hər iş günü üçün 419 manat, hər istirahət günü üçün 244 manat, xx. xx.2015-ci il tarixdə bağlanmış (xx.xx.2016-cı il tarixdən qüvvəyə minməklə) 2 saylı sazişə görə işçinin əmək haqqı vergilər daxil olmaqla 10778 manat, xx.xx.2016-cı il tarixdə bağlanmış (xx.xx.2016-cı il tarixdən qüvvəyə minməklə) 3 saylı sazişə görə işçinin əmək haqqı vergilər daxil olmaqla 14467 manat, xx.xx.2017-ci il tarixdə imzalanmış (xx.xx.2018-ci il tarixdən qüvvəyə minməklə) 5 saylı sazişlə 15648 manat müəyyən edilmişdir. Həmçinin, həmin müqavilənin müddətsiz bağlanması barədə xx.xx.2017-ci il tarixdə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minməklə) 6 saylı saziş də bağlanmışdır. 6. xx.xx.2018-ci il tarixdə tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi barədə qarşılıqlı razılaşma sazişi bağlanmış, xx.xx.2018-ci il tarixli, 045/TO/18 saylı əmrlə iddiaçı ilə cavabdeh arasında xx. xx.2014-cü il tarixdə bağlanmış S0410 saylı əmək müqaviləsinə xitam verilmiş, həmin tarixdə 16619,80 manat pul vəsaiti iddiaçıya ödənilmiş və iddiaçı həmin tarixdə əmək kitabçasını almışdır.
7. İş üzrə qəbul edilmiş məhkəmə aktları
8. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər ay üçün “Tabel-Qeydiyyat (uçot)” cədvəlinə müvafiq olaraq bayram günlərində iş üçün əmək haqqı və işlədiyi artıq saatlar üçün əmək haqqının qanunvericiliyə uyğun olaraq hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 1 may 2012-ci il tarixində 50410 tabel nömrəli, gəmi kapitanı vəzifəsi üçün müqavilə imzalanmışdır. Bundan sonra müqavilənin kökü qalmaqla, düzəlişlər və əlavələr edilməklə əmək haqqı artımı ilə bağlı dəyişikliklər olunmuşdur. 05 fevral 2014-cü il tarixə qədər "X5" dalğıc gəmisində, 26 fevral 2014-cü il tarixdən 21 İyun 2018-ci İİ tarixə qədər "X10" (X7) şirkətinə məxsus Xüsusi xidmət və tədqiqat "Seabed Supporter" gəmisində müddətsiz müqavilə ilə qeyd olunan vəzifədə işləmişdir. 21 iyun 2018-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin, 2a bəndinə əsasən Proyektin başa çatması ilə əlaqədar olaraq, tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinə xitam verilmişdir. Əmək fəaliyyətinə başladığı gündən 2014-cü ilin iyun ayına qədər hər iş günü və istirahət günü üçün gündəlik ödənilən əmək haqqı ilə işləmişdir. Lakin 2 014-cü ilin iyun ayından etibarən aylıq əmək haqqı metoduna keçirildi. Bu metod tətbiq olunduqdan sonra indiyə qədər hələ də qaranlıq olan "B" bayram günlərinin hansı düstura əsasən hesablanması ilə əlaqədar şifahi və yazılı sorğusuna kadrlar şöbəsindən və mühasibatlıqdan cavab verən olmamışdır. Uzun yazışmadan sonra mühasibatlıqdan ona bu düsturu göndərmişlər: "Salam. Aylıq maaşınız (10788) bölünür ayın iş günlərinə və vurulur işlədiyiniz günün sayına, yəni 10778/30*30 və əgər bayram günü varsa həmin gün 10778/30* bayram günlərinin sayına. İyun ayı Sizin maaşınız 28 iş, 2 istirahət və 2 bayram 10778/30*32=11496.53”. Bu hesablama düsturunun onu qane etmədiyi, hətta belə hesablama metodu qanunda olmadığı üçün uzun-uzadı mübahisələr və yazışmalar davam etdi. Sonda kadrlar şöbəsinin əməkdaş ları ilə görüşsələr də, ona həmin hesablama metodunun Əmək Məcəlləsinə uyğun olduğuna dair sübut təqdim edə bilmədilər. Müzakirənin sonunda kadrlar şöbəsinin meneceri Səbinə Əliyeva bu barədə X2 sorğu göndərəcəyini bildirdi. Lakin "B" bayram günlərinin hansı hesablanması bərədə heç bir əsaslı cavab verilmədi. Cavabdehin ona olan əmək haqqının verilməməsi ilə əlaqədar X2 müraciət etmiş, həmin qurum tərəfindən ona cavab məktubunda qeyd olunub ki, şikayəti haqlıdır və artıq saatlar aşkar olunub və ödənilməsi üçün cavabdeh şirkətin rəhbərliyinə məktub göndərilib. X1 rəsmi cavabını xx.xx.2019-cu il tarixdə aldıqdan sonra, Novruz bayram günlərini gözləmiş və prosesin uzun olmasını nəzərə alaraq cavabdehə xx.xx.2019-cu il tarixdə müraciət etsə də, ona heç bir cavab verilməmişdir.
11. Cavabdeh məh kəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli S0410 saylı əmək müqaviləsinə 21 iyun 2018-ci il tarixdə tərəflər arasında imzalanmış qarşılıqlı razılıq sazişi əsasında xitam verilmişdir. Sazişin 2-ci bəndində qeyd edilir ki, iddiaçı qəbul edir və təsdiq edir ki, hazırkı Sazişin 1-ci bəndində göstərilən öhdəliklər cavabdeh tərəfindən yerinə yetirildikdən sonra iddiaçı tərəfindən cavabdehə qarşı hər hansı iddia və tələbləri olmayacaqdır. Sazişin 1-ci bəndində iddiaçıya son haqq-hesabdan əlavə onun orta aylıq əmək haqqının 2 mislində bir dəfəyə könüllü olaraq ödəniş edilməsi nəzərdə tutulmuşdur və cavabdeh bu öhdəliyini icra etmişdir. Əmək Məcəlləsinə əsasən işçi və işəgötürən qarşılıqlı razılaşma əsasında əmək münasibətlərini öz iradələri ilə tənzimləyə bilərlər. Tərəflər yuxarıda qeyd edilən razılaşmanı imzalayaraq müqavilənin xitam olunması nəticəsində yaranacaq öhdəliklərini qabaqcadan həll etmiş, iddiaçıya aldığı əmək haqqının iki misli müqabilində, vergi çıxıldıqdan sonra 16619,80 manat ödəniş edilmiş və sonuncu cavabdehə qarşı hər hansı tələbi irəli sürməyəcəyini öhdəsinə götürmüşdür. İddiaçının qarşılıqlı razılaşma müqaviləsi bağlayaraq 2 aylıq əmək haqqı mislində vəsaiti aldıqdan sonra belə bir iddia qaldırması əslində onun tərəfindən öz hüququndan sui-istifadə sayılır. Bundan başqa, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı xx.xx.2018-ci ildə müqavilə bağlayıb əmək münasibətlərinə son qoymuşdur. Əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi barədə əmr xx.xx.2018-ci il tarixdə imzalanaraq cavabdeh tərəfindən iddiaçıya təqdim edilmişdir. Bundan başqa, iddiaçı xx.xx.2018-ci il tarixdə imza ataraq əmək müqaviləsinə xitam verilməsi və işdən azad edilmə ilə bağlı müəyyən təhvil-təslim işlərinin aparılması barədə qeyd vərəqəsinə imza atmışdır. Beləliklə, iddiaçı xx.xx.2018-ci il tarixindən işdən azad edildiyini və hüquqlarının pozulduğunu bilirdi.
12. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir.
13. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6790/2019 nömrəli iş üzrə 9 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia rədd olunmuşdur.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisəsiz hallarından da gö ründüyü kimi iddiaçı ilə cavabdeh xx.xx.2014-cü il tarixli, S0410 saylı əmək müqaviləsinin xitam verilməsi barədə xx.xx.2018-ci il tarixdə qarşılıqlı razılaşma sazişi bağlamış, həmin sazişlə tərəflər üzərinə müəyyən öhdəliklər də götürmüşlər. Cavabdeh saziş imzalandıqdan sonra 1 iş günü müddətində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar son haqq-hesab ödəmələrindən əlavə iddiaçıya orta aylıq əmək haqqının 2 misli məbləğində birdəfəlik ödəniş etməyi (sazişin 1-ci bəndi) öhdəsinə götürmüş, iddiaçı isə həmin sazişin 1-ci bəndində göstərilən ödəlikləri yerinə yetirdikdən sonra cavabdehə qarşı hər hansı iddia və tələblərinin olmayacağını təsdiq etmişdir. Həmçinin, xx.xx.2018-ci il tarixdə iddiaçı ilə cavabdehin nümayəndəsi arasında “Qeyd vərəqəsi” adlı saziş imzalanmış, iddiaçı həmin s ənəddə cavabdehlə əmək münasibətlərinə xitam verməsini, işlədiyi zaman qanunvericiliyə və əmək müqaviləsinə əsasən bütün əmək haqqı, müavinətlər və digər ödənişləri aldığını, bu səbəbdən şirkətdə çalışdığı müddətdə, indi və ya yaxın gələcəkdə yarana biləcək hər hansı iddia və öhdəliklərdən azad etməsini, ərizəni özü könüllü olaraq yazdığını qeyd etmişdir.
15. Həmçinin, cavabdeh əmək müqaviləsinə xitam verildiyi gün, yəni xx.xx.2018ci il tarixdə əmək kitabçasını, əmri və son haqq-hesabı almışdır.
16. Məhkəmə həmçinin iddia müddətinin ötürülməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə sazişi imlayaraq, həmin gün müvafiq kitaba imza edərək əmək kitabçasını və son haqq-hesabını alsa da, iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məh kəməyə müraciət etmişdir.
17. Eyni zamanda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edənə qədər ona işlədiyi bayram və istirahət günlərinə görə əmək haqqının düzgün hesablanmaması və verilməsi barədə cavabdehin əməkdaşları ilə dəfələrlə elektron yazışmalar aparmış, hətta bu barədə X4 müraciət etmişdir. İddiaçı iddia müddətini qanunda göstərilən üzrlü hallardan ötürməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
18. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia tələbi təmin edilə bilməz.
19. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü, 4-cü və 6-cı maddələrinə və “Azərbaycan Respublikası nın Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
20. Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. İddiaçı şikayətini belə əsaslandırmışdır ki, onunla şirkət arasında bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilən zaman ona işdən çıxarma müavinəti ödənilmişdir. Bu da Əmək Məcəlləsinin tələbinə əsasən olmuşdur. Onun hazırkı tələbi isə işlədiyi bütün müddətdə artıq işlədiyi saatlar üçün əmək haqqının Əmək Məcəlləsinə əsasən hesablanıb ödənilməsi ilə bağlıdır. Rayon məhkəməsi onun tərəfindən bir ill ik iddia müddətinin ötürülməsinə və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə istinad etməklə iddia tələbini təmin etməmişdir. Halbuki, onun tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Şirkətlə bağlanmış xx.xx.2018-ci il tarixli sazişdən sonra, ilk dəfə xx.xx.2018-ci il tarixdə o, hazırkı tələblə bağlı məsələ ilə şirkətə müraciət etdi, lakin onun müraciətinə cavab verilmədi. Bundan sonra o, xx.xx.2018-ci il tarixdə X6 Xidmətinə müraciət etmiş, X6 Xidməti onun məktubuna cavab olaraq şikayətdə haqlı olması, artıq saatların aşkar edilməsi və ödənilməsi üçün cavabdeh şirkətə məktub göndərilməsin bildirmişdir. Həmin məktubu rəsmi olaraq xx.xx.2019-cu il tarixdə aldığından, Əmək Məcəlləsində nəzərdə tutulan bir illi k müddət həmin tarixdən hesablanmalıdır. Bundan başqa cavabdeh hazırkı məsələ ilə bağlı 2015-ci ildə müraciət etdiyini qeyd edir. Halbuki, o, 2015-ci ildə Əmək Məcəlləsinin 164-cü maddəsinə istinad edərək şirkətə məktub yazmışdır. Hazırda iddia tələbinin maddi əsasını isə Əmək Məcəlləsinin 165-ci maddəsi təşkil edir.
23. Apellyasiya instansiya məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qərardadı ilə, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 1676 saylı, xx.xx.2020-ci il tarixli rəyində cavabdehin təqdim etdiyi hesablama vərəqlərindəki məlumatlara əsasən, iddiaçıya işlədiyi əlavə saatlara görə ödənməli olan vəsaitin məbləği 22940,69 manat təşkil etdiyi müəyyən olunmuşdur.
24. Məhkəmə Ekspertizası Mərkəzinin 9/4208 saylı, xx.xx.2021-ci il tarixli təkrar keçirilmiş ekspert rəyi ilə cavabdehin təqdim etdiyi hesablama vərəqlərindəki məlumatlara əsasən, iddiaçıya işlədiyi əlavə saatlara görə ödənməli olan vəsaitin məbləği 22940,69 manat təşkil etdiyi müəyyən olunmuşdur. Həmin rəy iş materiallarına əsaslanmaqla verilmiş, həmçinin ekspertiza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən mütəxəssisin iştirakı olmadan (mütəxəssislə əlaqə saxlamaq mümkün olmadığından) keçirilmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-59/2021 nömrəli iş üzrə 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Anar Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək c avabdehdən 22940,69 (iyirmi iki min doqquz yüz qırx manat altmış doqquz) manat məbləğində pul vəsait alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsi hazırkı iddia tələbini ancaq iddia müddəti tətbiq etməklə rədd etmişdir. İddiaçı rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmamış, həm şikayətində, həm də izahatlarında X6 Xidmətinə müraciət etdiyini, həmin müraciətinə Xidmətin 23 saylı region üzrə X1 xx.xx.2019-cu il tarixli cavabını xx.xx.2019-cu ildə aldığını, həmin müddətdən hasabladıqda isə iddia müddətinin ötürülmədiyini bildirmişdir. İddiaçının müddətə dair bildirdikləri, yəni onun DƏMX-yə müraciət etməsi, müraciətinə xx.xx.2019-cu il tarixində cavab verilməsi, həmin cavabın iddiaçıya xx.xx.2019-cu il tarixində çatdırılması, iddiaçının hazırkı iddia ərizəsinin isə xx.xx.2019-cu il tarixdə rayon məhkəməsinə daxil olması hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunur.
27. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, müddətin axımının başlanğıcının iddiaçının bildirdiyi kimi, onun DƏMX-yə müraciətinə verilmiş cavabın alınması tarixdən, yəni xx.xx.2019-cu il tarixindən hesabladıqda bir illik müddətin ötürülmədiyi bəlli olur. Belə olan halda aydın olur ki, iddiaçının hazırkı iddia tələbinə iddia müddəti tətbiq oluna bilməz.
28. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh tərəfin iddiaya etirazının yeganə dəlili iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən ƏM-nin 296-cı maddəsinin dördüncü bəndində təsbit olunmuş bir illik müddətin ötürülməsi olmuşdur. Ca vabdeh tərəf nə iddia tələbinin mahiyyəti ilə bağlı halları, nə də ki, tələb olunan məbləği mübahisələndirməmişdir.
29. Bundan başqa, apelyasiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçıya 2012-ci ilin may ayından əmək müqaviləsinə xitam verildiyi xx.xx.2018-ci il tarixədək iş vaxtından artıq işlədiyi saatlara görə (Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən) işəgötürən tərəfindən ödənməli olan vəsaitin məbləğinin müəyyən edilməsi üçün dəfələrlə ekspertiza təyin edilmiş, icra edilməsi üçün göndərilmiş, dolğun rəyin verilməsi təmin edilməmiş, iddiaçının vəsatətinə əsasən (ekspertiza orqanına etimad etməməsi dəlilinə görə) sonuncu dəfə mülki iş materialları rəy verilməsi üçün bu sahədə ixtisaslaşmış qurum kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə təqdim edilmiş, b una baxmayaraq, həmin orqan tərəfindən də müvafiq rəyin verilməsi təmin olunmamışdır.
30. Cavabdehin təqdim etdiyi hesablama vərəqlərindəki məlumatlara əsasən keçirilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ekspert rəyləri ilə iddiaçıya işlədiyi əlavə saatlara görə ödənməli olan vəsaitin məbləği 22940,69 manat təşkil etdiyi müəyyən olunmuşdur. Buna görə də iddia tələbi qismən, 22940,69 manat məbləğə dair hissədə sübut olunmuş hesab edilməli və təmin edilməlidir.
31. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətlərinin dəlilləri
33. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, cavabdeh “X8 Limited”şirkətinin Azərbaycan Respublikasındakı filialından onun xeyrinə 22940,69 (iyirmi iki min doqquz yüz qırx manat altmış doqquz qəpik) manat pul tutulması hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmaqla, təmin olunmayan hissədə ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
34. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə qərardadı olmasına rəğmən “İş vaxtının uçotu” barədə tabelləri məhkəməyə təqdim etməmiş, bununla da onun normadan artıq olan əmək haqqı nə könüllü, nə də məhkəmə qaydasında ödənməmişdir. Eyni zamanda, qanun pozuntularına görə (iş vaxtı normasından artıq görülən işə görə əmək haqqı ikiqat məbləğdə ödənilmədiyi üçün) əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən X6 Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haq qında protokol tərtib edilmişdir, lakin apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən bu xüsusatlar da diqqətdən kənarda qalmışdır. Verilmiş ekspert rəyinin kifayət qədər aydın, konkret və qoyulan suallara tam cavab verməməsinə baxmayaraq, əlavə ekspertiza təyin olunmamışdır. İddia ərizəsində, izahatlarında, dəfələrlə qaldırdığı yazılı və şifahi vəsatətlərində “işlədiyi bütün müddət üzrə hər ay üçün “Tabel – Qeydiyyat (uçot)” cədvəlinin təsdiqlənmiş surətinin cavabdeh şirkətdən alınaraq məhkəməyə təqdim edilməsini və işlədiyi artıq saatlar üçün əmək haqqının Əmək Məcəlləsinin 165-ci maddəsinə uyğun olaraq hesablanıb onun xeyrinə ödənilməsini tələb etsə də heç bir ciddi nəticəsi olmamış, yalnız bir dəfə xx.xx.2022-ci il tarixdə apellyasiya məhkəməsinin iclasında protokola əlavə edi lib cavabdeh şirkətə xəbərdarlıq edilmişdir. Xəbərdarlığa məhəl qoymayan cavabdeh şirkət yenə də tələb olunan sənədləri məhkəməyə təqdim etməmiş, məhkəmə isə heç bir tədbir görməmiş və səbəbi barədə məlumat verməmişdir. Cavabdeh və onu təmsil edənlər məhkəmə iclasında dəfələrlə bildirdilər ki, guya ona qarşı bütün ödənişlər və öhdəliklər yerinə yetirilib. Lakin işdən çıxan müddətdə, yəni 21 iyun 2018-ci il tarixdə “Xitam verilməsi haqqında qarşılıqlı razılıq sazişi” əmək müqaviləsinin müddətsiz olduğu üçün bağlanmışdır. Bu razılıq sazişi əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Cavabdehin nümayəndəsi və vəkili proses zamanı izahat verdilər ki, belə bir ödəniş qanunda yoxdur. Onda belə çıxır ki, cavabdeh şirkət bu pulu qanunsuz verib. Məhkəmə Ekspertizası Mərkəzinin 9/4208 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyi kifayət qədər əsaslı deyil və şübhə doğurur. Açıq – aşkar görünür ki, ekspert təcrübəsiz və yaxud bu iş üzrə mütəxəssis deyildir. İş vaxtından artıq işlədiyi bütün saatları əhatə etməmişdir. Ekspert ancaq 28 günlük ev (istirahət) növbəsində olarkən “əlavə işə cəlb olunma” günlərini və həmin istirahət günlərində işlədiyi saatları aşkar edib. Əlavə iş saatları dedikdə, ilk növbədə işçinin “İş vaxtının uçot tabeli” əsasında hesabat aparılır və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən iş vaxtı norması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İstehsalat Təqvimi” ilə tənzimlənir. İstehsalat Təqvimində iş saatlarının günlük, həftəlik, aylıq və illik miqdarı müəyyən edilmişdir. Belə olan halda illik iş vaxtı norması əsas götürülməklə illik faktiki işlənilmiş saatların müqayisəsi aparılır və nəticədə illik artıq işlənilmiş saatların miqdarı müəyyən olunmalıdır. Ancaq göründüyü kimi ekspert rəyi qanunvericiliyin bu tələblərinə cavab vermir.
35. Həmçinin, cavabdeh apelyasiya şikayəti verərək (Vəkil2) apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
36. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən işdən azad edildiyini və özünün iddia etdiyi kimi hüquqlarının pozulduğunu bilirdi. Birinci instansiya məhkəməsinə xx.xx.2019-cu il tarixdə müraciət etməklə 1 illik iddia müddətini ötürmüşdür. Əmək Məcəlləsinin 296.4-cü bəndi açıq-aydın “hüququnun pozulmasının aşkar edildiyi gün”ü “işçiyə müvafiq əmrin, (sərəncam ın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün” kimi müəyyən etsə də, apellyasiya instansiya məhkəməsi qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi qətnaməsində istinad etdiyi qərarlarının iş üzrə heç bir məcburi qüvvəsi yoxdur. Məhkəmənin gətirdiyi arqument və analogiya üzrə istinadlar qanunvericiliyə ziddir və cavabdehin hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı məhkəməyə iddia müddətinin hansı səbəblərdən buraxılması barədə heç bir dəlil və ya sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinə iddia müddətinin bərpasına dair ərizə ilə müraciət etməmişdir. Apellyasiya instansiya məhkəməsi qətnamədə iddia müddətinin bərpasının hansı ərizə və ya əsaslarla üzrlü hesab etdiyi göstərməmişdir. İddiaçı birinci instansiya məhkəməsində verdiyi şifahi izahatlarda onun məhkəməyə 1 ildən gec müraciət etməsinə səbəb olan hər hansı bir maneənin mövcud olmadığını bildirmişdir. Həmçinin, iddiaçı ilə cavabdeh arasında 01 may 2012-ci il tarixdən mövcud olmuş əmək münasibətlərinə 21 iyun 2018-ci il tarixdə tərəflərin qarşılıqlı razılığına əsasən tərəflər arasında imzalanmış “30 dekabr 2014-cü il tarixli SO410 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında qarşılıqlı razılıq sazişi”nə (bundan sonra “Saziş”) əsasən – yəni, Əmək Məcəlləsinin 75.2-ci bəndinin “a” yarımbəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verilmişdir. Sazişin 2-ci bəndində qeyd edilir ki, işçi qəbul edir və təsdiq edir ki, hazırkı Sazişin 1-ci bəndində göstərilən öhdəliklər işəgötürən tər əfindən yerinə yetirildikdən sonra işçi tərəfindən işəgötürənə qarşı hər hansı iddia və tələbləri olmayacaqdır. Eyni zamanda, Sazişin 1-ci bəndində işəgötürən tərəfindən işçiyə son haqq hesabdan əlavə onun orta aylıq əmək haqqının 2 (iki) mislində bir dəfəyə könüllü olaraq ödəniş edilməsi nəzərdə tutulmuşdur və işəgötürən bu öhdəliyini müvafiq olaraq icra etmişdir. Tərəflər yuxarıda qeyd edilən razılaşmanı imzalayaraq müqavilənin xitam olunması nəticəsində yaranacaq öhdəliklərini qabaqcadan həll etmiş, iddiaçıya aldığı əmək haqqının iki misli müqabilində ödəniş edilmiş və sonuncu cavabdehə qarşı hər hansı tələbi irəli sürməyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində də (1-ci abzasın son cümləsində) belə bir qarşılıqlı razılaşmanı imzaladığını bildirir. İddiaçının qarşılıqlı raz ılaşma müqaviləsi bağlayaraq vergi çıxıldıqdan sonra 16619,80 manat məbləğində 2 aylıq əmək haqqı mislində vəsaiti aldıqdan sonra belə bir iddia qaldırması əslində onun tərəfindən öz hüququndan sui-istifadə sayılır. İddiaçı qanunvericiliklə almalı olduğu bütün ödəniş və müavinətləri aldığını təsdiq edən Sazişi və “Qeyd Vərəqəsini” (iş materiallarına əlavə edilib) imzalamasına baxmayaraq, xx.xx.2018-ci il tarixdən 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsi ilə tərəflərin hüquqlarından sui-istifadə etməsinə görə məsuliyyət daşımaları müəyyən edilib. Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə göstərilmiş əsaslar iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmə miş, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilməmiş və qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmamışdır. 37.
38. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
39. Tətbiq edilən hüquq
40. Əmək Məcəlləsi
41. Maddə
165. Hissə
1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir.
42. Hissə
2. Əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
43. Hissə
3. Əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
44. Əmək müqaviləsində, koll ektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.
45. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
46. Maddə
296. Bənd
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
47. Hissə
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
48. Hissə
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əm ək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
49. Hissə
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
50. Hissə
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
51. MPM) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra -
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın rədd olunması hissədə, cavabdeh tərəfindən isə iddianın təmin olunması hissədə mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hes ab edir ki, iddianın rədd olunması hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Apellyasiya instansiya məhkəməsinin haqlı olaraq hesab etmişdir ki, cavabdehin şirkətin təqdim etdiyi hesablama vərəqlərindəki məlumatlara əsasən, iddiaçıya işlədiyi əlavə saatlara görə ödənməli olan vəsaitin məbləği 22940,69 manat təşkil etməsi müəyyən edilmiş, artıq məbləğin hesablanması üçün əsaslar olmamış, iddiaçıya əlavə iş s aatlarına görə daha çox məbləğin ödənilməli olması barədə sübutlar təqdim edilməmişdir.
62. İddiaçının kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
63. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunması hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də həmin hissədə qətnamə ləğv olunmaqla iş yeni apellyasiya baxışına göndərilməlidir.
64. İddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə cavabdehin təqdim etdiyi hesablama vərəqlərindəki məlumatlara əsasən keçiri lmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ekspert rəyləri ilə iddiaçıya işlədiyi əlavə saatlara görə ödənməli olan vəsaitin məbləği 22940,69 manat təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfin iddiaya etirazının yeganə dəlili iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən ƏM-nin 296-cı maddəsinin dördüncü bəndində göstərilən bir illik müddətin ötürülməsi olmuşdur. Cavabdeh tərəf nə iddia tələbinin mahiyyəti ilə bağlı halları, nə də ki, tələb olunan məbləği mübahisələndirməmişdir. Ona görə də ekspert rəyləri ilə müəyyən edilmiş 22940,69 manat məbləğə dair hissədə iddia tələbi sübut olunmuş hesab edilməlidir.
65. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəf həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində iddiya qarşı verdiyi etirazlarında iddiaçı tərəf indən iddia müddətinin ötürülməsini göstərməklə bərabər iddiaçı ilə olan əmək müqaviləsinə 21 iyun 2018-ci il tarixdə tərəflər arasında imzalanmış qarşılıqlı razılıq sazişi əsasında xitam verildiyini, iddiaçıya son haqq-hesabdan əlavə onun orta aylıq əmək haqqının 2 mislində bir dəfəyə könüllü olaraq ödəniş edildiyini, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin qalmadığını, bütün ödənişlərin həyata keçirildiyini qeyd etmişdir. Cavabdeh şirkət iddiaçıya işlədiyi əlavə saatlara və digər əsaslara görə borclu qalması, hər hansı ödənişlərin verilməli olması barədə hallar göstərmiş, əksinə iddanın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin nə iddia tələbinin mahiyyəti ilə bağlı halları, nə də ki, tələb olunan məbləği mü bahisələndirməməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti işin hallarına uyğun olmamışdır.
66. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ekspert rəylərinə görə iddiaçıya işlədiyi əlavə saatlara görə ödənilməli olan vəsaitin məbləği 22940,69 manat təşkil edir. Ekspertlərin bu qənaətə gəlməsinə əsas isə cavabdeh “X8 Limited” şirkəti tərəfindən ekspertizaya təqdim olunmuş sənədlərdir. Həmin sənədlərdə iddiaçının işlədiyi dövrdə əlavə işə cəlb olunması haqqında əmrlər, iş saatları və əlavə iş saatlarında görə ödənilməli olan məbləğlər öz əksini tapmışdır, bu məbləğ cavabdeh şirkət tərəfindən hesablanmışdır.
67. İşə axan apellyasiya məhkəməsi isə həmin məbləğin iddiaçının əlavə iş saatlarına görə işəgötürən tərə findən artıq hesablanmış məbləğ olmasını nəzərə almamış, bu məbləğin əmək müqaviləsinin qüvvədə olduğu dövrdə və əmək müqaviləsinə xitam verilərkən iddiaçıya ödənilib-ödənilmədiyini müəyyən etməmiş, iddia tələbinin isə əlavə iş saatlarına görə hesablanmamış əmək haqqının ödənilməsi barədə olmasını diqqətdən qaçırmışdı.
68. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunması hissədə qanuni və əsaslı hesab edilə bilməz, ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara aldı: Cavabdeh “X9 Limited” şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-59/2022 nömrəli mülki iş üzrə 20 oktyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunması hissədə ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.