Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1221/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Ümidvar qızı İddia tələbi: alimentin bir hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi Açar sözlər: alimentin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun nümayəndəsi və vəkili Vəkil1 və iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qə tnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxxx 2011-cı il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılmasına görə İddiaçı onun qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutularaq iddiaçı Cavabdeh verilməsi və alimentin tutulma vaxtının xx xxxxxx 2018-ci il tarixdən hesablanması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh Ümidvar qızına qarşı alimentin bank hesabına köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, onun hazırki aylıq əmək haqqı cəmi 3910 manat təşkil edir. Aylıq əmək haqqı məbləğini nəzərə alanda məhkəmə qətnaməsi ilə həmin məbləğin 1/4 hissəsi, 977,50 manat ödənilməlidir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin 50%-i (488 manat təşkil edir) uşağın qidalanması, tərbiyəsi və təhsili üçün tam kifayət edəcək bir məbləğdir. Minimum əmək haqqı 250 manat və yaşayış minumumu 180 manat təşkil edir, belə olan halda tərəfindən nəğd şəkildə ödəmək istədiyi 488 manat bir uşağın aylıq tələbatını tam ödəmək iqtidarındadır. Bununla yanaşı qalan 50% təşkil edən 488 manat isə, uşağın adına açılmış bank hesabına köçürülməsi daha məqsədəuyğun olar. Belə ki, uşağın 18 yaşına qədər yığılmış məbləğ onun ali təhsilinə və bir sıra zəruri xərclərin ödənilməsinə yönələ bilər və uşağın maraqları baxımından, gələcəkdə pulsuz qalmaq təhlükəsinin qarşısını alar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-318/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin 50 faizinin X2 adına açılmış bank hesabına uşaq yetkinlik yaşına çatanadək köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin q ətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Belə ki, aliment məbləğinin 50 faizinin bank hesabına köçürülməsi uşağın gələcək həyatının nəzərə alınması və gələcəkdə formalaşacaq xərclərinin ödənilməsinə yönəlmişdir, lakin, bu zaman uşağın günümüzdəki maddi ehtiyacları da nəzərə alınmalıdır. O, mütəmadi işdə olduğundan, uşaq üçün dayə və sürücü tutmuşdur. İddiaçının ödədiyi aliment məbləği sürücü və dayənin əmək haqlarının ödənilməsinə kifayət etmir. Həmçinin uşağın böyüməsi ilə əlaqədar olaraq, onun tələbatlarının artması müvafiq olaraq maddi ehtiyaclarının da artması ilə nəticələnir ki, bu baxımdan məhkəmənin mövqeyi aliment məbləğinin artırılması yönündə olmalı idi ki, bunun əksinə məhkəmə ona ödənilən alimenti n məbləğinin azaldılması ilə bağlı qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6105/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov, A.N.İmanov, V.N.Sadıqov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, iddiaçı yüksək gəlirlərə malik olmaqla, onun aylıq əmək haqqısı 3910 manat təşkil edir. Bu halda, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ol unmasını və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili kasasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçü n kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcə lləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərara çıxarılarkən məhkəmə aliment alan val ideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsiri, uşağın saxlanılması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və sair bu kimi halları nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessu al hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1221/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1221/2021
24.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver