Məhkəmə qərarları › İş №2(102)-1223/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1223/2019

21.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1223/2019 21.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının QƏRARİ 21 fevral 2019-cuil İş № 2(102)-1223/2019 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, cavabdehin vəkili Paşalı Ceyhun Məsud oğlunun iştirakı ilə, iddiaçı x1nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7558/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsi nin 29 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Ş.Mirzəzadə, iş № 2(004)-1289/2018) iddiaçı x1nun cavabdeh x2 Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehin üzərinə sığortaladığı ******** ünvanda yerləşən fərdi yaşayış evində sığorta hadisəsi baş verməsi ilə əlaqədar olaraq 12.08.2015-ci il tarixli PRM100110016 saylı əmlak sığortası şəhadətnaməsi üzrə ödənilməli olan 55000 manat pulun ona ödənilməsi öhdəliyinin qoyulmasına dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), V.Baxışova və V.Həsənov, iş № 2(103)-7558/2018) iddiaçı x1nun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmı şdır. Göstərilən qətnamədən iddiaçı x1 kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə sığortaladığı ******** ünvanda yerləşən fərdi yaşayış evində sığorta hadisəsi baş verməsi ilə əlaqədar olaraq 12.08.2015-ci il tarixli PRM100110016 saylı əmlak sığortası şəhadətnaməsi üzrə ödənilməli olan 55000 manat pulun ona ödənilməsi öhdəliyinin qoyulmasına dair qətnaməçıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ******** ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı tərəfindən x2 ASC-nin Şirvan filialında ipoteka ilə yüklü edilərək alınmışdır. İddiaçı ilə x2 ASC arasında 12.08.2015-ci il tarixdə həmin əmlaka dair sığorta müqaviləsi bağlanmışdır. Bağlanılmış sığo rta müqaviləsinə əsasən sığortalanan fərdi yaşayış evinə baxış keçirilərək evin qiyməti 55000 manat qiymətləndirilmiş və sığorta məbləğinin 55000 manat olması müəyyən edilmiş, iddiaçı tərəfindən sığorta təşkilatına 330 manat sığorta haqqı ödənilmişdir. Bu barədə iddiaçıya 12.08.2015-ci il tarixli PRM100110016 saylı əmlak sığortası şəhadətnaməsi verilmişdir. Təxminən bir il əvvəl evin divarlarında çatlar əmələ gəlmişdir. Həmin çatlar o dərəcəyə çatmışdır ki, ev sökülərək yenidən tikilməlidir. Sığorta hadisəsi baş verdiyinə görə iddiaçı cavabdehə müraciət etmiş, lakin cavabdeh sığorta ödənişi verməkdən imtina etmiş, bildirmişdir ki, sığorta hadisəsinin olub-olmadığının müəyyən edilməsi üçün bu sahədə fəaliyyət göstərən x3 MMC-yə müraciət edilmiş, həmin MMC tərəfindən aparılmış araşdırma nəti cəsində müəyyən olunub ki, evdə çatların əmələ gəlməsinin səbəbi sığorta hadisəsi deyil, tikilinin drenaj sisteminin mövcud olmamasıdır, buna görə də sular bünövrəaltı torpaqları yuyub aparıb, bünövrənin dayanıqlığını zəiflədib. Bundan başqa, evin ön tərəfində talvar inşa edilib, bu talvar evin ön hissəsini və həyət içinin sol tərəfində ön həyət hasarına qədər davam edir. Bütün bu konstruksiya evin ön ana divarının üzərinə bərkidilib və bünövrənin üzərinə düşən yükü artırıbdır. İddia tələbinə görə cavabdehin bu imtinası iddiaçının konstitusion hüquqlarını pozmaqla onu çıxılmaz vəziyyətdə qoymuşdur. Belə ki, sözügedən sığorta müqaviləsi bağlanarkən fərdi yaşayış evinə baxış keçirilmiş, həmin baxış əsasında da sığorta müqaviləsi bağlanmışdır. Bundan başqa, x3 MMC tərəfindən sığorta hadisəsi tam araşdırılmamışdır. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 və onun vəkili Mirzəyev Ruslan Soltanağa oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsi maddivəprosessualhüquqnormalarınıntələblərinə riayət etməmiş, mübahisənin maddihüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə madd i və prosessual hüquq normalarının pozulmasıiləçıxarılmışdır. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdehin vəkili Paşalı Ceyhun Məsud oğlu kassasiya şikayətinin əsassız, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu bildirmiş, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7558/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və onun vəkili heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPMnin 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilini dinləyib, işin materiallarını tədqiq edib, kassasiya şikayətinin dəlillərini yoxlamaqla aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, tərəflər arasında əmlak sığortası münasibəti mövcuddur, id diaçı sığortalı, cavabdeh isə sığortaçıdır, sığorta predmeti iddiaçıya məxsus olan fərdi yaşayış evidir, ev Şirvan şəhəri, ******* ünvanında yerləşir. İddiaçı iddia edir ki, ev zədələnib, ona görə də sığorta ödənişi verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məcəllənin 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaç ı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sığorta hadisəsinin baş verdiyi müəyyən olunmur. Belə ki, sığorta şəhadətnaməsində sığorta hadisəsi kimi yanğın, partlayış, təbii fəlakətlər (sel və su basması, qasırğa, yer sürüşməsi, çökmə), zəlzələ, nəqliyyat vasitəsinin sığorta predmetinə dəyməsi, 3-cü şəxslərin qərəzli qanunazidd hərəkətləri, yanğın və partlayış nəticəsində buxar və hərarət, daxili su, tüstü göstərilib. Bu hadisələrdən hər hanı birinin baş verdiyi müəyyən olunmur. Apellyasiya instansiyası məhkəməsi əsaslı vurğulamışdır ki, iddiaçı sığorta ödənişi almaq üçün cavabdehə müraciət edib, cavabdeh isə öz növbəsində sığorta hadisəsinin olub-olmadığının müəyyən edilməsi üçün bu sahədə fəaliyyət göstərən x3 MMC-yə müraciət edib. Həmin MMC tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunub ki, evdə çatlar əmələ gəlib, lakin bunun səbəbi sığorta hadisəsi deyil, tikilinin drenaj sisteminin mövcud olmamasıdır, buna görə də torpaq sular bünövrəaltı torpaqları yuyub aparıb, bünövrənin dayanıqlığını zəiflədib. Bundan başqa, evin ön tərəfində talvar inşa edilib, bu talvar evin ön hissəsini və həyət içinin sol tərəfində ön həyət hasarına qədər davam edir. Bütün bu konstruksiya evin ön ana divarının üzərinə bərkidilib və bünövrənin üzərinə düşən yükü artırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi doğru qənaətə gəlmişdir ki, sığorta hadisəsi baş vermədiyinə görə cavabdeh iddiaçıya sığorta ödənişi verməli deyil. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir, qətnamən in ləğv edilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində iddiaçı evinə zərər vurulmasını hərbi zavodda baş vermiş partlayışla əlaqələndirmişdir. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir və qeyd edir ki, iddiaçı nə həmin hadisə, nə də ki, həmin hadisə ilə evində yaranmış çatların səbəbli əlaqəsi barədə, eləcə də kassasiya şikayətində göstərdiyi digər dəlilləri ilə bağlı heç bir sübut təqdim etməmişdir. İşin halları məhkəmə instansiyaları tərəfindən lazımi qaydada araşdırılmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdı r. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı x1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7558/2018 saylı 11 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar