Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1224/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin vəkili X4 iştirakı ilə, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8611/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Rəşid Səmədov) x x xxxxx 2019-cu il tarixli, 2(006)-97/2019 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunmuş, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/KXM-003/GM saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 2, mənzil 14 ipoteka yüklülüyündən azad edilməsi qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rafael Eyvazov sədrlik edən və məruzəçi, Fuad Talışinski, Zaur Əliyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindənverilmişapellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh2-y ə və Cavabdeh1-yə qarşı iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/KXM-003 GM saylı ipoteka müqaviləsinin nəticələrinin etibarsız sayılması, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/KXM-003/GM saylı ipoteka müqaviləsinə xitam verilməsi, Bakı şəhəri, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 2, mənzil 14 ünvanı üzərindən ipoteka yüklülüyünün götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə iddiaçı arasında bağlanan xx.xx.2014-cü il tarixli lizinq müqaviləsinə əsasən, Bakı şəhəri, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 2, mənzil 14 ünvanında yerləşən, ümumi sahəsi 51,7 kvadrat met r, yaşayış sahəsi 27,73 kvadrat metr, yardımçı sahəsi 23,97 kvadrat metr olan 2 otaqlı mənzil 8500 manata qiymətləndirilməklə, 36 ay müddətinə iddiaçıya lizinqə verilmişdir. Müqavilənin şərtlərinə görə, Cavabdeh2 mənzili lizinq obyektinə çevirərək, bunun müqabilində iddiaçıya 8500 manat dəyərində lizinqə vermiş və bu məbləği 36 ay ərzində hər ay 340 manat hissələrlə geri ödəməyi öhdəsinə götürmüşdür. Lakin xx xxxx 2015-ci il tarixdə Cavabdeh1 tərəfindən yaşadıqları ünvana, yəni ünvan 1ərilmiş 2703 saylı pretenziya məktubundan iddiaçıya məlum olmuşdur ki, lizinq obyektinə çevrilmiş mənzil Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış müqavilə üzrə ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında müqavilənin şərtləri cavabdehin verdiyi şikayət üzrə göstərilmişdir. İddiaçı və cavabdeh arasında b ağlanan müqavilə məlum olduğu andan Cavabdeh2 və Cavabdeh1-yə qarşı iddia tələbini dəqiqləşdirməklə ərizə verərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 0024 daxili lizinq müqaviləsi üzrə qalan 5272,34 manat məbləğində borcun iddiaçıdan tutularaq xx xxx 2014-cü il tarixli, 0024 nömrəli daxili lizinq müqaviləsinə xitam verilməsi və əmlakın lizinq obyektindən çıxarılaraq, iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsində və ən sonda Ali Məhkəməyə Cavabdeh1 tərəfindən verilən şikayətlərə məhkəmələr ədalətli və qanuni yanaşaraq şikayətlərini təmin etməmiş və birinci instansiya məhkəməsinin iddiaçının xeyrinə olan qərarını qüvvədə saxlamışlar. Belə ki, iddiaçı ilə Cavabdeh 2 arasında bağlanmış 0024 daxili lizinq müqaviləsinə xitam verilməsi, müqavilə üzrə qalan 5272,34 manat məbləğində borcun iddiaçıdan tutularaq Cavabdeh2-yə qaytarılması, Bakı şəhəri, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 2, mənzil 14 ünvanındakı mənzilin lizinq obyektindən çıxarılaraq iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə bütün instansiyalarda qüvvəsini saxlamışdır. 2017-ci ilin avqust ayında əldə etdikləri xx xxxxxx 2016-cı il 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsindən göründüyü kimi, iddiaçı Cavabdeh1nın Cavabdeh2-yə qarşı ümumilikdə 31359,51 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 2, mənzil 14 ünvanında yerləşən 2 otaqlı mənzilin açıq hərraca çıxarılaraq satılma sı və həmin əmlakın satıldıqdan sonra 1 ay müddətində boşaldılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin ödənilməsi və ya tələbin girov predmetinə yönəldilməsi mümkün olmadıqda tələbin Cavabdeh2-dən tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarmışdır. Bununla da, məhkəmə qərarı ilə yuxarıda göstərilən mənzilin iddiaçının mülkiyyətində olması faktı təsdiqlənmişdir. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış müqavilə etibarsızdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı və onun vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdiril mədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər Cavabdeh2 ilə Cavabdeh1-nin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellya siya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. A pellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh1 ilə «Vestmark, X2 Company» ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/KXM-003/GM saylı ipoteka müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, Cavabdeh2 ona məxsus ünvan 2 ünvanda yerləşən mənzili banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 47000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı, Babaşov Cəlal Mahir oğlu, Babaşov Faris Mahir, Babaşov Mahir Abdulla oğlunun razılıq ərizələrinin kserosurətlərindən görünür ki, onlar ünvan 3 ünvanında yerləşən mənzilin kreditin təminatı kimi ipoteka qoyulmasına etiraz etməmişlər. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-395/2016 saylı qanuni qüvvəyə m inmiş qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 0024 saylı daxili lizinq müqaviləsi üzrə qalan 5272,34 manat borcun İddiaçı tutularaq Cavabdeh2yə ödənilməsi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 0024 saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən 2 saylı evin 14 saylı mənzilinin lizinq obyektindən çıxarılaraq İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-907/2017 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh 1-nin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının bu iş üzrə müvafiq qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 3 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2112 saylı reyestr kitabının 195440 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəməsi iddianı qism ən təmin edərkən göstərmişdir ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli lizinq müqaviləsinə əsasən Bakı şəhəri, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 2, mənzil 14 ünvanı 8500 manata qiymətləndirilməklə, 36 ay müddətinə lizinqə verilmiş, xx.xx.2014-cü il tarixdə Cavabdeh2 Cavabdeh1 ilə aralarında bağlanmış ipoteka müqaviləsinə əsasən sözügedən mənzili Banka ipotekaya qoymuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-395/2016 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 0024 saylı daxili lizinq müqaviləsi üzrə qalan 5272,34 manat borcun İddiaçı tutularaq Cavabdeh2-yə ödənilməsi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 0024 saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən 2 saylı evin 14 saylı mənzilinin lizinq obyektindən çıxarılaraq İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu mə hkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi qeyd edilən qərarı üzrə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi, həmçinin cavabdeh Bankın nümayəndəsinin əmlakın ipotekaya qoyulmasına razılıq verilməsi ilə bağlı ərizələrin nəzərə alınması ilə bağlı izahatına qiymət verərək göstərmişdir ki, İddiaçı, xxxxxxxxxxxxx əmlakın ipotekaya qoyulmasına dair razılıq ərizələrinin əsli məhkəməyə təqdim edilməmişdir. İşdən də göründüyü kimi əvvəllər hazırki iş üzrə iddiaçı ilə Cavabdeh2 arasında hazırda mübahisələndirilən mənzil ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Eyni zamanda, əvvəlki iş üzrə Cavabdeh1» ASC də icraata cəlb olunmuşdur. Qanuni qüvvəsini almış məhkəmə aktına əsasən mübahisəli mənzil - Bakı şəhəri, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 2, mənzil 14 ünvanı lizinq obyekti ndən çıxarılaraq İddiaçı mülkiyyətinə verilmişdir. Lakin, qətnamədə əmlakın ipoteka ilə yüklü vəziyyətdə İddiaçı mülkiyytinə keçməsi barədə hər hansı qeyri-şərt müəyyən olunmamışdır. Halbuki, ipoteka ilə bağlı məsələ Cavabdeh1 tərəfindən də irəli sürülmüşdür. Cavabdeh1 tərəfindən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-395/2016 saylı qətnaməsi, eləcə də həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilsə də, apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Mülki Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Birinci instansiya məhkəməs inin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli yaşayış sahəsi lizinqə verildiyi və lizinq ödəyənin həmin əmlaka gələcəkdə qanuni mülkiyyət gözləntisi olduğu halda, əmlakın Cavabdeh2 tərəfindən ipotekaya qoyulması iddiaçının hüquqlarının məhdudlaşdırılıması ilə nəticələnmişdir. Hazırki vəziyyətdə isə, qanuni qüvvədə olan məhkəmə qərarının icrası nəticəsində həmin daşınmaz əmlak iddiaçının mülkiyyətinə keçmişdir. Belə hüquqi vəziyyətdə isə, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın ipoteka ilə yüklü vəziyyətdə qalması, sonuncunun mülkyyət hüquqlarının əsassız məhdudlaşdırılması isə nəticələni bilər. Halbuki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.) «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi h aqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüq uqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8611/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1224/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1224/2020
24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver