Məhkəmə qərarları › İş №2(102)-1225/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1225/2023

13.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1225/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1225/2023 (Açar sözlər: əmlak tələbi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının özünün və ya dəyərinin qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4178/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikay ətinə 13 mart 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh 25 fevral 2014-cü il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 23 may 2014-cü il təvəllüdlü X2 və 30 oktyabr 2018-ci il təvəllüdlü X3 adlı iki uşaqları doğulmuşdur. Ağstafa Rayon Məhkəməsinin 2(015)-71/2020 saylı, 16 mart 2020ci il tarixli qətnaməsi ilə tərəflərin aralarında olan nikah Cavabdeh iddiasına əsasən pozulmuş, nikah pozulduqdan sonra 23 may 2014-cü il təvəllüdlü X2 və 30 oktyabr 2018-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalması qət edilmişdir.

2. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-502/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şika yəti təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin 2(015)-71/2020 saylı, 16 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 3. “Tural” adına qiymətli daş-qaşların və qızıl-zinət əşyalarının alğı-satqı mağazası tərəfindən verilmiş rəyə əsasən “1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü, qiyməti 1.280 manatdır. 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük qiyməti 2.550 manatdır. 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı dəsti qiyməti 4.000 manatdır. 1 ədəd 585 əyyarlı, çəkisi qram olan üzük qiyməti 360 manatdır. 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük qiyməti 315 manatdır. 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük qiyməti 340 manat, ümumi qiyməti 8.845 manatdır.

4. Əmlak Ekspert Mərkəzinin xx.xx.202 2-ci il tarixli ƏEM/48-693/22 saylı mütəxəssis rəyinə əsasən, 1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü 1.000 manat, 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük 2.300 manat, 1 ədəd 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı dəsti 3.750 manat, 1 ədəd 585 əyyarlı, çəkisi 4 qram olan üzük 280 manat, 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük 250 manat, 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük 270 manatdır. Qızıl-zinət əşyalarının ümumi qiyməti 7.850 manatdır.” İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının özünün və ya dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdə n ona məxsus qızıl-zinət əşyalarının özünün və ya 8.845 manat dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2013-cü ildə ailə qurmuş, həmin nikahdan onların 23 may 2014-cü il tarixdə Duyğu və 30 oktyabr 2018-ci il tarixdə Cihan adlı iki övladları anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 15 mart 2020-ci il tarixli qətnaməsi ilə uşaqlarının saxlanması üçün aliment ödənilməsi qeyd edilmişdir. Cavabdehlə ailə qurduğu vaxt, yəni toy zamanı ona qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Həmin qızıl-zinət əşyalarını dəfələrlə cavabdehdən tələb etməyinə baxmayaraq, heç bir nəticə əldə edə bilmir. Cavabdehlə yaşadığı evdən gələrkən özü ilə uşaqlarından başqa heç bir qızıl-zinət əşyası götürməmişdir. Gəlin olduğu vaxtdan ona alınmış qızıllar cavabdeh tərəfindən əlindən alınmışdır. Hazırda isə iki uşağı ilə birlikdə atası evinə sığınmış, özü heç bir yerdə işləmir. Ona məxsus qızıl-zinət əşyalarının cavabdehdən alınması ən azından onun uşaqlarının bir müddət diqqətə layiq ehtiyaclarının ödənilməsinə köməklik edərdi. Cavabdeh ona təyin olunmuş aliment öhdəliklərini də pozur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1320/2021 saylı, 11 yanvar 2022ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh 1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü; 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük; 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı dəsti; 1 ədəd 585 əyyarlı, çəkisi qram olan üzük; 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük; 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük olan qızıl-zinət əşyalarının alınıb İddiaçı qaytarılması, Cavabdeh 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə iddia ərizəsinin qızıl-zinət əşyalarının dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı qızıl-zinət əşyalarının dəyərinin 8.845 manat olmasını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 25.2-ci, Ailə Məcəlləsinin 34-cü və Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 106.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qızıl-zinət əşyalarının onda olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş üzrə iddia tələbinin tam təmin olunması üçün iddiaçının tələb etdiyi əmlakların mövcudluğu, nikaha daxil olanadək ona mənsub olduğu və ya hədiyyə edildiyi, həmçinin tələb olunan əşyaların iddia ərizəsində göstərilən dəyərdə olduğu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi fotoşəkillər özü-özlüyündə tələb edilən əşyaların cavabdehdə olduğunu və göstərilən dəyərdə olduğunu təsdiq edən birmənalı sübut kimi qəbul oluna bilməz. Tələb olunan qızılzinət əşyalarının cavabdehin yaşadığı evdə qalıb-qalmadığının müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyətə malikdir. Lakin iddiaçının evdən sonuncu dəfə hər hansı təzyiq altında və ya məcburiyyət qarşısında getmədiyi işin mübahisəsiz halıdır. Çünki iddiaçıya edilmiş təzyiqlərlə bağlı iddiaçı məhkəməyə sübut təqdim etməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4178/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

13. Əmlak Ekspert Mərkəzinin xx.xx.2022-ci il tarixli ƏEM/48-693/2 2 saylı mütəxəssis rəyinə əsasən, 1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü 1.000 manat, 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük 2.300 manat, 1 ədəd 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı dəsti 3.750 manat, 1 ədəd 585 əyyarlı, çəkisi 4 qram olan üzük 280 manat, 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük 250 manat, 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük 270 manatdır. Qızıl-zinət əşyalarının ümumi qiyməti 7.850 manatdır.”

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4178/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər i Nəsimi Rayon Məhkəməsinin 2(006)-1320/2021 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilmişdirş. İş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh dəyəri 1.000 manat olan 1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü, dəyəri 2.300 manat olan 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük, dəyəri 3.750 manat olan 1 ədəd 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı dəsti, dəyəri 280 manat 1 ədəd 585 əyyarlı, çəkisi 4 qram olan üzük, dəyəri 250 manat olan 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük, dəyəri 270 manat olan 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük və yə onların ümumi qiyməti 7.850 manat alınıb İddiaçı qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

15. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi ədəddə və qiymətdə, eləcə də, onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman bu əmlakların iddiaçı tərəfindən evdən aparıldığını (yəni artıq özünün sahibliyində olmadığını) sübut etməlidir. İddiaçı tərəf qızılzinət əşyalarının ona qaytarılmamasını Ağstafa Rayon Məhkəməsinin 2(015)-71/2020 saylı, 16 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasına dair Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-502/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qətnaməsində qeyd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, həmin iş üzrə cavabdeh olan İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, ona hədiyyə edilən qızıl-zinyət əşyalarını iddiaçı Cavabdeh geri qaytardıqdan sonra nikahın pozulmasına razılıq verə bilər. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-502/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qətnaməsində İddiaçı apellyasiya şikayətinin dəlillərinə qiymət verilərək onun iddiaçıya qarşı qızıl-zinət tələbi nikahın pozulmasını istisna edən hal kimi qəbul edilə bilməz, yəni tərəflər arasında olan nikah akt qeydinin pozulması, sonradan qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə əmlak tələbi barədə iddia qaldırmaq hüququnu istisna etmir. İşin materiallarından görünür ki, iddiaçı hazırki iddia ilə xx.xx.202 1-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından qızıl-zinət əşyalarının saxlanıldığı yerdən (ər evindən) aparıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh apellyasiya şikayətində tələb edilən əmlakların mövcudluğunu (hədiyyə edildiyini) sübuta yetirilməli olmasına dair dəlili əsassızdır. Belə ki, əvvəla həmin qızıl əşyalarının iddiaçıya hədiyyə edilməsi işdə olan fotoşəkillərlə təsdiq edilir. Həmçinin də apellyasiya şikayətinin məzmunundan da aydın olur ki, cavabdeh əsasən iddiaçıya hədiyyə verilmiş olduğunu təsdiq etməsə də tam inkar etmir. Lakin qızıl-zinət əşyalarının iddiaçı tərəfindən, qızıl-zinət əşyalarının saxlanıldığı yerdən götürüldüyünü, gedərkən özü ilə aparıldığını bildirsə də, b u halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qiymətinin göstərilməməsi hissəsi ilə bağlı mövqeyi ilə razılaşmamışdır. Belə ki, əvvəla iş materiallarında olan qızıl-zinət əşyalarının təxmini olaraq, ümumi qiyməti 8.845 manat olmasına dair “Tural” adına qiymətli daş-qaşların və qızıl-zinət əşyalarının alğı-satqısı mağazası tərəfindən verilmiş rəy vardır. Həmin rəyə əsasən “1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü, qiyməti 1.280 manatdır. 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük qiyməti 2.550 manatdır. 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı dəsti qiyməti 4.000 manatdır. 1 ədəd 585 əyyarlı, çəkisi qram olan üzük qiyməti 360 manatdır. 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 q ram olan tək qaş üzük qiyməti 315 manatdır. 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük qiyməti 340 manatdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd edilən rəylə hansı əsaslarla razılaşmayaraq onun sübut əhəmiyyətli olub-olmamasına hüqüqi cəhətdən əsaslandırmamış, eyni zamanda qətnamənin nəticəsi hissəsi Azərbaycan Respublikasının MPM-nin 222.1-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Həmin normaya əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hiss əsində göstərir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamədə Cavabdeh 1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü; 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük; 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı dəsti; 1 ədəd 585 əyyarlı, çəkisi qram olan üzük; 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük; 1 ədəd 585 əyyarlı, çəkisi 3,8 qram olan qırmızı qaşlı üzük olan qızıl-zinət əşyaları alınıb İddiaçı qaytarılmasını qeyd etsə də, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edilən prosessual normanın tələblərinə əsasən qaytarılması tələb edilən əmlakların dəyərini müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının iddia tələbləri tələb etdiyi qızıl-zinyət qaytarılması hissəsində irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır, lakin həmin əşyalarının dəyəri baxımından iddia Əmlak Ekspert Mərkəzinin xx.xx.2022-ci il tarixli ƏEM/48-693/22 saylı mütəxəssis rəyinə uyğun olaraq qismən əsaslıdır.

18. Apellyasiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci, Mülki Məcəllənin 152, 157.2, 225.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

19. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək (vəkil Nümayəndə) birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 9.3, 14.2, 77.1, 88, 157.2, 77, 103.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Heç bir sübutun qabaqcadan qüvvəsi olmadığı halda məhkəmə olmayan sübutlara əsaslanmışdır. İşdə olan sübutlar iddianın təmin olunmasına əsas ola bilməzdi. Cavabdeh tərəfindən iddiaçının hansısa əmlakına qanunsuz sahiblik edilmir. İddi açının cavabdehdə hər hansı bir əmlakı mövcud deyildir. İddiaçı istinad etdiyi halları təsdiq edə bilməmişdir. İddia tələbində göstərilən qızıl-zinət əşyalarının cavabdehlərdə olması ilə bağlı iddiaçı heç bir sübut təqdim etməmişdir. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, buna məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və Mülki Prosessual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndiril ir. İş üzrə verilmiş mütəxəssis rəyi sübut kimi qiymətləndirilə bilməz. Çünki həmin rəyin ümumiyyətlə əsası yoxdur. Fərziyyələr və iddiaçının diqtəsi əsasında verilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi fotoşəkillər özü-özlüyündə tələb edilən əşyaların cavabdehdə olduğunu və göstərilən dəyərdə olduğunu təsdiq edən birmənalı sübut kimi qəbul oluna bilməz. Tələb olunan qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qalıb-qalmadığının müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyətə malikdir. Lakin iddiaçının evdən sonuncu dəfə hər hansı təzyiq altında və ya məcburiyyət qarşısında getmədiyi işin mübahisəsiz halıdır. Çünki iddiaçıya edilmiş təzyiqlərlə bağlı iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Ağstafa Rayon Məhkəməsinin qətnaməsindən veril miş şikayət belə qızıl-zinət əşyalarının cavabdehdə olmasını sübut etmir. Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.

21. İddiaçının nümayəndəsi və vəkili X7 oğlu kassasiya şikayətinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh qeyd olunan qətnamədən əsassız olaraq kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi bütün madi və prosessual hüquq normalarının pozuntusuz tətbiq olunması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə müvafiq olaraq məhkəmə sübutlara düzgün qiymət vermişdir. Azərbaycan Respublikası MPM-in 157.2-ci maddəsinə müvafiq olaraq məhkəmə hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq iddiaçı kimi istinad etdiyi halları tə sdiq etmiş və məhkəmə haqlı olaraq iddiasını təmin etmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən məhkəmə araşdırma zamanı ortaya çıxan büyün hallara əsaslı şəkildə hüquqi qiymət vermişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsi araşdırmanı ədalətli aparmışdır. İddiaçı kimi cavabdehdə qalan bütün qızıl-zinət əşyalarını sübut etmiş və məhkəmə bu halları məhkəmə araşdırması zamanı qiymətləndirmişdir. Etirazda kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4178/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

22. Maddə

152. Mülkiy yət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi.

25. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

41. Qeyd olunmalıdır ki, iddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

42. İş materiallarından görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi işin hallarını bu əsaslar üzrə ətraflı araşdırılmış, onlara mülki pros essual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya məhkəməsində iştirak edərək izahatında Bakıda yaşamalarını, cavabdehlə birgə yaşayarkən qızılların onda olmadığını, 2-ci övladını dünyaya gətirmək üçün rayona, valideyinlərinin evinə getdiyini, ikinci övladını dünyaya gətirdikdən sonra cavabdehlə münasibətlərinin pozulmağa başladığını, sonra evinə qayıtdığını, bir müddətdən sonra cavabdehin başqa qadınla münasibəti olduğunu öyrənməsini, cavabdehlə münasibətinin pozulmasını, dava edib uşaqları da götürüb evdən çıxdığını, evdən gedərkən qızılları ona vermədiklərini, bir müddət sonra atası gedib cehizlərini götürdüyünü qeyd etmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının izahatı ilə bağlı hər hansı fikir söyləyə bilməmiş, yalnız evdən gedərkən iddiaçının qızılı özü ilə aparmasını göstərmiş, cavabdeh isə heç bir məhkəmə iclasında iştirak etməməklə iddianın nəticəsi ilə şəxsən maraqlı olmasını nümayiş etdirməmişdir.

44. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

45. Kas sasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, müb ahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

46. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

47. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

49. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4178/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar