Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1232/2019 22.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin X1 qarşı müqavilənin ləğv edilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 may 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 oktyabr 2017-cı il tarix li qətnaməsi ilə (hakim V.Həsənov) İddiaçı-nin X1 qarşı müqavilənin ləğv edilməsi və sair tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış 13 may 2013-ci il tarixli lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 3621.76 manat əsas borc və 100 manat cərimə olmaqla cəmi 3721 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" açıq səhmdar cəmiyyətinə ödənilməsi, Cavabdeh tərəfindən "xxxx" ASC-dən lizinqə götürtmüş lizinq obyekti olan 6 baş DE 03545 77553, DE 03541 02226, DE 03 545 81019, DE 03 545 81020, 03 546 87 321, DE 03546 87303 inventar nömrəli Holştin-friz cins damazlıq heyvanların sağlam vəziyyətdə "xxxx" ASC-yə geri qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 may 2018-ci il tarixli qətnaməs i ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Sarıyev və E.Nağıyeva) Sabunçu Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı-nin X1 qarşı müqavilənin ləğv edilməsi və sair tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" ASC ilə arasında bağlanmış 13 may 2013-ci il tarixli lizinq müqaviləsinin ləğv edilməsi, əsas borcun əvəzi kimi 3.621.76 manat əsas borcun gecikdirilməsinə görə tətbiq edilmiş cərimə qismində 100 manat, cəmi 3721 manat məbləğində pulun, habelə ödənilmiş dövlət rüsumunun əvəzi - 30 manat Cavabdeh tutularaq iddiaçı Aqrolizinq” ASC-yə ödənilməsi, Cavabdeh tərəfindən "xxxx" ASC-dən lizinqə götürtmüş lizinq obyekti olan 6 baş DE 03545 77553, DE 03541 02226, DE 03 545 81019, DE 03 545 81020, 03 546 87 321, DE 0 3546 87303 inventar nömrəli Holştin-friz cins damazlıq heyvanların sağlam vəziyyətdə "xxxx" ASC-yə geri qaytarılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə onun arasında Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 13 may 2013-cü il tarixli, 68-LD/13 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 6 baş “Holştin-friz” cinsi damazlıq mal cavabdeh lizinqə verilmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh həmin damazlıq heyvanların ümumi dəyərinin - 10.701,84 manatın 5.350,91 manatını əvvəlcədən, qalan 5.350,93 manatını 3 il ərzində hissə-hissə ödəməl i idi. Cavabdeh ilkin ödəniş kimi 5.350,91 manatı ödəmiş, 3 il ərzində ödəməli olduğu 5.350,93 manatdan cəmi 1.729 manat ödəniş etmişdir. Hesab edir ki, iddiaçı həm qalıq lizinq ödənişini, həm də 6 baş heyvanı geri tələb etməkdə haqlı olmamışdır. Çünki iddiaçı heyvanların qalıq qiymətini tələb edirsə, bu halda həmin heyvanlar məhz cavabdehin təsərrüfatında qalmalıdır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 4 may 2018-ci il tarixli qətnaməsinin qismən, yəni cavabdehin 6 baş “Holştin-friz” cinsi damazlıq malı iddiaçıya qaytarması hissəsində ləğv olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı müqavilənin ləğv edilərək damazlıq heyvanların sağlam vəziyyətdə geri qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən id diaçının xeyrinə 3.621,76 manat əsas borc, 2.796,12 manat cərimə borcu və 30 manat dövlət rüsumunun əvəzinin tutulması və müqavilənin ləğv edilərək lizinq obyekti olan damazlıq heyvanların sağlam vəziyyətdə geri alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. İşin mübahisəsiz hallarından aydın olur ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanla rın güzəştli qaydada lizinqə verilməsi barədə 13 may 2013-cü il tarixli, ******** nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 6 baş “Holştin-friz” cinsi damazlıq mal cavabdeh lizinqə verilmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh həmin damazlıq heyvanların ümumi dəyərinin - 10.701,84 manatın 5.350,91 manatını əvvəlcədən, qalan 5.350,93 manatını 3 il ərzində hissə-hissə ödəməli idi. Cavabdeh ilkin ödəniş kimi 5.350,91 manatı ödəmiş, 3 il ərzində ödəməli olduğu 5.350,93 manatdan cəmi 1.729 manat ödəniş etmişdir. İddiaçı 29 aprel 2016-cı ildə ASC/2-1137 saylı pretenziya ilə cavabdehə müraciət edərək 1 aprel 2016-cı il tarixə yaranmış 3.621 manat borcun ödənilməsini tələb etmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh T. Hacıyeva lizinq müqavil əsi üzrə öhdəliyini lazımınca icra etməmişdir. Nəticədə iddiaçı lizinq şirkətinin müqaviləni ləğv etmək və lizinq obyektini mübahisəsiz geri almaq hüququ yaranmışdır. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsini gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. 13 may 2013-cü il tarixli Lizinq müqaviləsinin 1.1-ci bəndinə görə, tərəflər damazlıq heyvanların güzəştli satış dəyərinin lizinq ödəniş qrafiki üzrə tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə keçməsi barədə razılıq əldə etmişlər. Lizinq müqaviləsinin 4.2-ci bəndinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alanın borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin müqavilənin 5.1.10-cu bəndinə görə, ödəniş qrafikində nəzərdə tutulan məbləğin ödəniş müddətləri üzrə iki dəfədən artıq ödənilməməsi lizinq alan tərəfindən müqavilə şərtlərinin pozulması hesab edilir. Sözügedən müqavilənin 5.2-ci bəndinə görə, göstərilən (yəni 5.1-ci bənddə öz əksini tapmış) hallardan biri mövcud olduqda, lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə damazlıq heyvanları və onun yerləşdiyi tövləni (tikilini) kommunikasiyası ilə birlikdə sağlam vəziyyətdə təhvil götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Həmin müqavilənin 5.5-ci bəndinə görə, lizinq alan müqavilənin 5.2-5.4-cü bəndlərinin tələblərini yerinə yetirmədikdə, lizinq verən bir tərəfli qaydada bu müqaviləni ləğv edir, vurulan zərərin və damazlıq heyvanların dəyərinin 10 faizi məbləğində cərimənin lizinq alan tərəfindən ödənilməsi üçün məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 424.2-ci maddəsinə görə, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Göründüyü kimi, cavabdeh lizinq müqaviləsi üzrə ödənişləri ardlıcıl olaraq iki dəfədən artıq yerinə yetirməmişdir. Bu halda, iddiaçı "xxxx" ASC-nin iki tələb hüququ yaranmışdır: birincisi, müqavilədən irəli gələn öhdəliyin icrasını tələb etmək (b. 4.2); ikincisi, müqaviləni ləğv edərək lizinq obyektini geri almaq və vurulmuş zərərin əvəzini tələb etmək (b. 5.2). İddiaçı bu iki hüquqdan birini seçməkdə sərbəstdir. Lakin hazırkı iş üzrə iddiaçı hər iki tələbi eyni zamanda irəli sürmüş, işə baxan məhkəmələr isə buna lazımı hüquqi qiymət verməmişlər. Belə ki, iddia ərizəsindən göründüyü kimi, "xxxx" ASC əslində, müqavilə üzrə qalıq borcu və dəbbə pulunu tələb etmişdir, başqa sözlə, öhdəliyin icrasını istəmişdir. Bu halda, müqavilənin ləğvi mümkün deyildir, çünki xitam verilmiş müqavilə üzrə hər hansı öhdəlik mövcud ola bilməz. Əgər iddiaçı "xxxx" ASC müqavilənin ləğvini və vurulmuş zərəri tələb etmişdirsə, onda vurulmuş zərərlə bağlı sübut təqdim etməli idi. Lakin işdə bu barə də hər hansı sübut yoxdur. Bu da, təsadüfi deyildir. Çünki iddiaçı zərərin əvəzini deyil, qalıq borcun ödənilməsini tələb edir. Beləliklə, iddiaçı "xxxx" ASC-nin hazırkı tələbi öhdəliyin icrası haqqında olduğundan, lizinq müqaviləsinin ləğvindən söhbət gedə bilməz. Eyni zamanda, cavabdehdən lizinq obyektlərinin əvəzinin (qalıq borcun) alınması ilə birlikdə lizinq obyektlərinin özünün də alınması ədalətli sayıla bilməz. Çünki müqavilə şərtlərinə görə, cavabdeh lizinq ödənişlərini tam yerinə yetirikdən sonra lizinq obyektləri üzərində mülkiyyət hüququ məhz cavabdehə keçməlidir (b. 1.1). Bu mənada, öhdəliyin icrası haqqında tələb üzrə lizinq obyektlərinin qalıq dəyərinin cavabdehdən tutulması, onlar üzərində mülkiyyət hüququnun lizinq alanda qalmasını istisna edir. Beləliklə işin göstərilən h alları onu təsbit edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 may 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1232/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1232/2019
22.02.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver