Məhkəmə qərarları › İş №2(102)-1239/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1239/2022

05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1239/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə, X4 və Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinə qarşı (Sumqayıt şəhəri üzrə İcra idarəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: İpotekaya xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki koll egiyasının 2(103)-9336/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X11 və Cavabdeh1 BOKT ASC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 9E nömrəli binada yerləşən 12 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X6 adına dövlət qeydiyyatına alınmışdır. "xxxx" ASC ilə X14 arasında bağlanmış 09.12.2009-cu il tarixli, 464 pbs/pk saylı kredit (borc) müqaviləsinə əsasən, X12 illik 33 faiz olmaqla, 12 ay müddətinə 500 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə X14 arasında bağlanmış 09.12.2009-cu il tarixli, 464 pbs/pk saylı kredit (borc) müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditorun borcluya kredit verdiyi pul vəsaitinin və ona hesablanan faizlərin, habelə borclunun təqsiri üzündən öhdəliyin icrasının gecikdirilməsilə əsaqədar hesablana bilən dəbbə pulunun, kreditorun tərəfindən çəkilmiş mümkün ola bilən məhkəmə xərclərinin və məlikəmə aktının icrası üzrə qanunla müəyyən edilmiş sair xərclərin əvəzinin kreditora qaytarılmasını təmin etmək məqsədilə tərəflər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 09 dekabr 2009-cu il tarixli 464 pbs №-li ipoteka müqaviləsini bağlamışlar. "xxxx" ASC ilə X14 arasında bağlanmış 09.12.2009-cu il tarixli, 464 pbs saylı kredit (borc) müqaviləsinə əsasən, X12 illik 18 faiz olmaqla, 18 ay müddətinə 13500 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə X14 arasında bağ lanmış 09.12.2009-cu il tarixli, 464 pbs saylı kredit (borc) müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditorun borcluya kredit verdiyi pul vəsaitinin və ona hesablanan faizlərin, habelə borclunun təqsiri üzündən öhdəliyin icrasının gecikdirilməsilə əsaqədar hesablana bilən dəbbə pulunun, kreditorun tərəfindən çəkilmiş mümkün ola bilən məhkəmə xərclərinin və məlikəmə aktının icrası üzrə qanunla müəyyən edilmiş sair xərclərin əvəzinin kreditora qaytarılmasını təmin etmək məqsədilə tərəflər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 09 dekabr 2009-cu il tarixli 464 pbs №-li ipoteka müqaviləsini bağlamışlar. "xxxx" ASC ilə X14 arasında bağlanmış 09.12.2009-cu il tarixli, 464 pbs saylı ipoteka (girov) müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti borclu X14 ilə ipoteka saxlayan "xxxx" ASC-nin Sumqayıt filialı arasında bağlanmış 09 dekabr 2009-cu il tarixli 464 pbs №-li kredit müqaviləsi üzrə: illik 33 faizlə 18 (on səkkiz) ay müddətinə 13500 (on üç min beş yüz) ABŞ dolları kredit məbləği nəğd və 09 dekabr 2009-cu il tarixli 464 pbs/pk №-İi kredit kartı müqaviləsi üzrə 33 faiz məzənnə ilə 12 (on iki) ay müddətinə 500 (beş yüz) ABŞ dolları məbləğində kredit kartla aldığı borc öhdəliklərinin icrasının təmin edilməsidir. İpotekanın predmeti X6 mülkiyyətindəki, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsində dövlət reyestrində qeydə alınmaqla verilmiş seriya MH № 00300291, 86 nömrəli reyestr kitabının 104 nömrəli vərəqində ********** qeydəalma nömrəsilə 03.06.2009-cu il tarix li Çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayonda istifadədə olan 0,16 ha torpaq sahəsində yerləşən 9E №-li, 5 mərtəbəli binamn 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən 68,03 kvadrat metr ümumi, 47,31 kvadrat metr yaşayış sahədən ibarət 3 otaqlı, 12 №-li mənzildir (yaşayış sahəsi). (2.1-ci bənd). Tərəflərin qarşılıqlı razılığına əsasən ipotekanın predmeti 28000 (iyirmi səkkiz min) manat qiymətləndirilmişdir. (3.1-ci bənd). Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-2687/2012 saylı, 19.06.2012-ci il tarixli qətnaməsi ilə iddiaçılar X9 və X10 cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə, maraqlı şəxs Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC Hərrac Mərkəzinə qarşı əmlakın qiymətləndirilməsi üçün yeni ekspertizasının keçirilməsin ə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2012-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 28 fevral 2012-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3937/2012 saylı, 13.09.2012-ci il tarixli qətnaməsi ilə xx.xx.1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X2 “Mirzəyev”dən dəyişdirilərək “Cəfərov”, adı isə “Elçin”-dən dəyişdirilərək “Əli” kimi qeydə alınması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(102)-704/11 saylı icra vərəqəsindən görünür ki, cavabdeh X13 məxsus ünvan 3-də yerləşən 12 nömrəli mənzilin açıq hərracda satıldıqdan sonra bir ay müd dətində həmin mənzildə yaşayan və qeydiyyatda olan şəxslərin oradan çıxarılması, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1040/2010 saylı 03 noyabr 2010-cu il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X12 və qeyrilərinə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin və kredit faizinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi qət edilmiş, borc üzrə tələbin ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayonda istifadədə olan 0,16 hektar torpaq sahəsində yerləşən 9E №-li, beşmərtəbəli binada, X6 mülkiyyətindəki 68,03 kvadrat metr ümumi sahədən, 47,31 kvadrat metr yaşayış sahəsindən ibarət üç otaqlı, 12 №-li mənzilə yönəldilməsi, ipoteka predmeti olan X13 məxsus mübahisəli mənzilin açıq hərr acda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X7 "xxxx" ASCnə 09.12.2009-cu il tarixli 464 pbs №-li kredit müqaviləsi üzrə 12303,48 ABŞ dolları əsas, 2.255,70 ABŞ dolları gecikdirilmiş faiz, 1894,74 ABŞ dolları dəbbə pulu, cəmi 16453,92 ABŞ dolları və 09.12.2009-cu il tarixli 464 pbs/pk №-li kredit müqayiləşyjüzrə isə 494,13 ABŞ dolları əsas, 93,06 ABŞ dolları gecikdirilmiş fazi, cəmi 587,19 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi hesablanmaqla hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 20 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və mənzilin satışından artıq qalan məbləğin X13 qaytarılması qərara alınmışdır. Sumqayıt şəhər icra şöbəsinin 25.04.2011-ci il tarixli icraata başlamaq haqqında qər arın surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.03.2011-ci il tarixli, 2(102)-704/11 saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Sumqayıt şəhər icra şöbəsinin 05.05.2011-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 17.03.2011-ci il tarixli, 2(102)-704/11 saylı icra sənədinə əsasən üzərinə həbs qoyulmuş əmlakların qiymətləndirilməsi üçün Azərbaycan Respublikası "xxxx" MMC-dən qiymətləndirici ekspertin dəvət edilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş 251 saylı, 15.07.2011-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, X13 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9E syalı evin 12 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 30000 manat təşkil edir. "xxxx" MMC tərəfindən "xxxx" BOKT ASC-yə, Sumqayıt şəhəri üzrə icra idarəsinə, X12, X13, Mirzəyev Pərviz yaşar oğluna, X5 və X8 ünvanlanmış 02.02.2021-ci il tarixli, 01 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Sumqayıt şəhəri üzrə icra idarəsinin № 10/42 saylı 25.01.2021-ci il tarixli və Azərbaycan Ali Məhkəməsinin 2(102)704/11 saylı 17.03.2011-ci il tarixli İcra vərəqi üzrə ipoteka qoyulan Sumqayıt səhəri, 9-cu mikrorayon, ev 9 “E” ünavanında yerləşən 12 saylı mənzilə yönəldilməsi, hərracda 30000 manat ilkin satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın 26.02.2021-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, X13 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9E syalı evin 12 saylı mənzil ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. 05.03.2012-ci il tarixli İpoteka predmetinin əldə olunmasına dair təklifin surətindən görünür ki, Sumqayıt şəhər İcra Şöbəsinin 17/63-67 saylı 19.08.2011-ci il sifariş məktubuna əsasən «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə müvafiq olaraq keçirilən hərracların yekunlaşdırılması ilə əlaqədar bildirir ki, üzərinə tələb yönəldilmiş X13 məxsus ipoteka ilə yüklənmiş Sumqayıt şəhəri, 9-cu mikrorayonda yeləşən 9E saylı evin 12 saylı mənzilini təklif daxil olan tarixdən «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən əgər həmin ə mlak satılmazsa 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 19125 manat olmaqla alına bilər. "xxxx" ASC-nin 09.04.2012-ci il tarixli Sumqayıt şəhər İcra şöbəsinə ünvanlanmış məktubunun surətindən görünür ki, "xxxx" ASC-də ipoteka ilə yükül edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 9 E saylı evin X6 mülkiyyətindəki 12 saylı mənzilini Sumqayıt şəhər İcra şöbəsinin icraatındakı icra işləri üzrə sifarişə əsasən keçirilmiş təkrar hərracda satılmadığına görə, tələbkar "xxxx" ASC "xxxx" MMC Hərrac Mərkəzinin 2012-ci il 05 mart tarixli 01/740 №-li təklifini qəbul edir, həmin evi borcun əvəzinə almağa razılıq verir. Hesab və müvafiq sənədlər təqdim edildikdə, ödəniş aparılacaq. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə, X4, Cavabdeh1 BOKT ASC-yə qarşı (Sumqayıt Şəhəri üzrə İcra idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində 09 dekabr 2009-cu il tarixli 464 pbs nömrəli İpoteka müqaviləsi əsasında Cavabdeh1 BOKT ASC-nin xeyrinə edilmiş yüklülüyün ləğv edilməsi və ünvan 3 mənzil 12 üzrə ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 17 mart 2011-ci il tarixli qərarın icra olunması ilə bağlı Ali Məhkəmə tərəfindən icra vərəqəsi verilərək Sumqayıt İcra Şöbəsinə göndərilmişdir. Sumqayıt İcra Ş öbəsi tərəfindən 15 aprel 2011-ci il tarixində icraata başlamaq haqqında Qərar qəbul edilmiş və 05.05.2011-ci ildə qiymətləndirici olaraq "xxxx" MMC-və mənzilin qiymətləndirilməsi məqsədilə sifariş göndərilmişdir. Qiymətləndiricinin 15.07.2011- ci il tarixli ekspert rəyi ilə həmin mənzilə ilkin satış qiyməti olaraq 30000 manat məbləğində dəyər verilmişdir. "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərraclar zamanı alıcı olmadığından 05 mart 2012-ci il tarixli məktubla mənzilin İpoteka saxlayan olaraq bank tərəfindən əldə edilməsi təklif edilmişdir. Bank tərəfindən həmin təkliflə 09.04.2012-ci il tarixində mənzilin əldə edilməsinə razılıq verilməsi yönündə yazılı cavab verilmişdir. Bu fakt sübut edirki icraçının sifarişi əsasında başlanmış hərrac prosesi bitmişdir və mənzil banka təkl if edilmişdir. Lakin mənzilin əldə edilməsi ilə bağlı faktiki heç bir hərəkət edilməmişdir və həmin vaxtan 9 il keçməsinə baxmayaraq mənzil hal-hazırda da ipoteka qoyanın mülkiyyətində qalmaqdadır. Qiymətləndiricinin 15.07.2011-ci il tarixli ekspert rəyi ilə həmin mənzilə ilkin satış qiyməti olaraq 30000 manat məbləğində dəyər qoyulanda borclu bu qiymət ilə razılaşmamış və yenidən qiymətləndirilmə keçirilməsi barədə Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2012-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bu məhkəmə iclası davam edərkən və qətnamə qəbul edilərkən yuxarıda göstərilən hərrac prosesi davam edirdi və heç bir dayandırma olmamışdır. Borclu birinci insantansiya məhkəməsinin qətnaməsindən şikayət versə də, Bakı A pellyasiya Məhkəməsinin 19 iyun 2012-ci il tarixli qətnaməsi ilkin qətnamə qüvvədə saxlanılmışdır. Beləliklə, göründüyü kimi, ilkin satış qiymətində heç bir dəyişiklik olmamışdır. Həmçinin sonrakı müddətdə keçirilmiş hərracın ləğvi, etibarsızlığı ilə bağlı heç bir məhkəmə icraatları olmamışdır. Nəticə etibarı ilə keçirilən hərracın öz məntiqi sonluğuna uyğun olaraq "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən alıcı olmadığından 05 mart 2012-ci il tarixli təklifi və bankın 09.04.2012-ci il tarixli razılıq məktubu ilə bitmişdir. Lakin həmin tarixdə indiyə qədər mənzil ipoteka saxlayan tərəfindən əldə edilməmiş və hərrac protokolu imzalanmamışdır. Lakin "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən iddiaçının ünvanına 02.02.2021-ci il tarixli 01/509 nömrəli bildiriş göndərilmiş və Sumqayıt şəhəri üzrə icra id arəsinin 25.01.2021-ci il tarixli və Ali Məhkəməninin 17.03.2021-ci il tarixli icra vərəqi üzrə ilkin hərracın 26 fevral 2021-ci il tarixinə təyin edildiyi göstərilmişdir. Bu mənzil üzrə yenidən hərracın keçirilməsi əhəmiyyətsizdir və heç bir hüquqi nəticələr yarada bilməz. Çünki yuxarıdakı faktlardan da göründüyü kimi, 2011-2012-ci illər aralığıda hərrac keçirilmiş və alıcı olmadığından ipoteka saxlayana təklif edilmişdir. Lakin həmin əmlak indiyə qədər əldə edilməmişdir. Həmçinin 2011-2012-ci illər aralığında keçirilmiş hərrac ləğv edilməmiş və etibarsız hesab edilməmişdir. Yəni həmin harrac tam qanuni şəkildə olmuş və mənzil ipoteka saxlayana təklif edilmişdir. Yəni hərrac prosesi tam bitmişdir. İndi keçirilən hərrac isə kredit təşkilatı tərəfindən vaxtında buraxılmış hüquqi səhvləri “sığortalamaq” məqsədi daşıyır və hüququn müəyyənliyi prinsipinin birbaşa pozulmasıdır. Həmçinin borclunun qiymətləndirməni mübahisələndirməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi faktı belə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-cı maddəsinin də təsiri altına düşmür. Çünki qiymətləndirmənin mübahisələndirilməsi ilə bağlı iddia müstəqil iddiadır. Yəni tamam başqa predmet ilə verilmiş müstəqil iddia başqa bir predmet üzrə verilmiş icra sənədinin icrasınının dayandırılması üçün əsas deyil. Bunun üçün müvafiq iddianın təmin tədbiri barədə qərardad və ya “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində göstərilən əsaslardan biri olmalı idi. Bu isə Hərrac Mərkəzi tərəfindən cavabdehə ünvanlanmış 05.03.2012-ci il tarixli təklifə cavab verilməsi üçün nəzərdə tutulmuş müddətin axımın davam etdiyini gösətərir. Həmçinin bankın 9 ildir ki, əmlakı qəbul etməməsi laktı da ipoteka saxlayanın icra intizamına münasibətini göstərir. Göründüyü kimi İpoteka saxlayan 2012-ci ilində bu imkanı əldə etmiş, lakin ondan istifadə etməmişdir. Çünki İpoteka haqqında Qanununa görə ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Bura əldə etmə dedikdə konkret fəal iradə ifadəsi olaraq hərəkətlər edilməsi başa düşülməlidir. Belə ki, burada ipoteka saxlayan, icra məmuru və hərrac mərkəzi arasında üçtərəfli horrac protokolu imzalanmalı idi. İpoteka saxlayanın razılıq məktubu isə İpoteka haqqında Qanuna görə heç bir hüquqi əhəmiyyətə malik deyildir. Çünki Qanunun özündə konkret belə anlayış mövcud deyil, həmçinin bu məktubun davamı olaraq üçtərəfli hərrac protokolu imzalanmalı və o vaxtın manatın ABŞ dollarına məzənnəsinə nəzərə alsalar ki, ipoteka qoyana aradakı fərq ödənməli idi. Yalnız bu hərəkətlər İpoteka Saxlayanın ipoteka predmetini əldə etməsini real olaraq göstərə bilərdi. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində 09 dekabr 2009-cu il tarixli 464pbs nömrəli ipoteka müqaviləsi əsasənda Cavabdeh1 BOKT ASC-nin xeyrinə edilmiş yüklülüyün ləğv edilməsi və ünvan 3 mənzil 12 üzrə ipotekaya xitam verilməsi və X3 adına verilmiş 10.03.2021- ci il tarixli, ********** qe ydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, istər İpoteka haqqında Qanununda, istərsə də, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarından belə anlaışılır ki, əslində hərrac mərkəzlərinin alıcı olmadığı üçün əmlakların ipoteka saxlayana təklif edilməsi ilə bağlı məktubları və ipoteka saxlayanların bu təkliflərə razılıq məktublarının heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, İpoteka haqqında Qanunun 43.8-ci maddəsində görə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Göründüyü kimi buradan 2 vacib məqamı anlamaq olar. 30 gün müddətin axımı hərrac mərkəzinin yazılı təklifindən yox, təkrar hərracın baş tutmasının elan edilməsi (ixtisaslaşmış qazetlər vasitsəi) ilə başlayır. İpoteka saxlayana yalnız bir dəfə ipoteka predmetini əldə etmək imkanı verilir. Göründüyü kimi İpoteka saxlayan 2012-ci ilində bu imkanı əldə etmiş, lakin ondan istifadə etməmişdir. Çünki İpoteka haqqında Qanununa görə ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Bura əldə etmə dedikdə k onkret fəal iradə ifadəsi olaraq hərəkətlər edilməsi başa düşülməlidir. Belə ki, burada ipoteka saxlayan, icra məmuru və hərrac mərkəzi arasında üçtərəfli hərrac protokolu imzalanmalı idi. İpoteka saxlayanın razılıq məktubu isə İpoteka haqqında Qanuna görə heç bir hüquqi əhəmiyyətə malik deyildir. Çünki Qanunun özündə konkret belə anlayış mövcud deyil, həmçinin bu məktubun davamı olaraq üçtərəfli hərrac protokolu imzalanmalı və o vaxtın manatın ABŞ dollarına məzənnəsinə nəzərə alsaq ipoteka qoyana aradakı fərq ödənməli idi. Yalnız bu hərəkətlər İpoteka Saxlayanın ipoteka predmetini əldə etməsini real olaraq göstərə bilərdi. İddiaçı yuxarıda göstərilən ipoteka müqaviləsini imzalayarkən adı və soyadı X15 idi. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə ad və soyadı dəyişidirilərək X16 olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü maddəsinə görə Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Həmçinin məhkəmə tərəfindən 01.03.2021-ci il tarixli Qərardad ilə göstərilən mənzilin üzərinə özgəninkiləşdirmə ilə bağlı qadağa qoyulsa və qərardadla bağlı icra vərəqəsi hazırlanaraq 02 mart 2021-ci il tarixində məhkəmə elektron sistemində yerləşdirilmişdirsə də, bundan 8 gün sonra çox müəammalı şəkildə həmin mənzil X3 adına özgəninkiləşdirilmişdir. Halbuki göstərilən qərardad hazırkı vaxtadək də qüvvədədir və ləğv edilməmişdir. Yəni həmin mənzil üzərində məhkəmə aktı il ə qadağa ola ola mənzilin özgəninkiləşdirilməsi tam qanunsuzdur və etibarsız hesab edilməlidir. Digər tərəfdən X11 həm hərrac keçirilməmişdən əvvəl bu hüquqi mübahisədən məlumatlı idi, həm də məhkəmənin mənzilin üzərinə qadağa qoymasından tam xəbərdar idi. Maraqlıdır ki, həmin şəxs 09 mart 2021-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək üçüncü şəxs kimi tanınmasını xahiş etmişdir. Bundan 1 gün sonra isə “surətləndirilmiş” şəkildə həmin mənzilə çıxarış əldə etmşdir. Bütün bunlar həmin şəxsin “vicdanlılıq dərəcəsindən xəbər verir ki, bu məqamda məhkəmə müstəvisində öz hüquqi qiymətini almalıdır. Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddia müddət inin tətbiqinə dair ərizə onunla əsaslandırımışdır ki, iddiaçı iddia ərizəsində ipoteka predmeti olan mənzilə dair məhkəmə proseslərini sadalamış və əmlakın qiymətləndirilməsinə dair 15.07.2011-ci il tarixli ekspert rəyini mübahisələndirdiyini və əmlaka dair alıcı olmadığından "xxxx" MMC Hərrac Mərkəzinin 05.03.2012-ci il tarixli təklifinə bank tərəfindən əmlakın mülkiyyətə götürülməsinə 09.04.2012-ci il tarixli razılıq məktubu verildiyi bildirilir. Göründüyü kimi iddiaçı bütün proseslərdən xəbərdar olmuş və əmlakın 05.03.2012-ci il tarixdə Banka təklif edildiyini bilmişdir. Lakin həmin tarixdən 2021ci ilə kimi məhkəməyə müraciət etməmişdir. Bununla da iddia müddətini itirmişdir. Göstərilənlərlə yanaşı bildirir ki, 2012-ci il tarixindən bu günə kimi 8 ilə yaxın bir müddət keçmişdir. İddiaç ı isə 2021-ci ildə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı əqdlərin mübahisələndirilməsinə dair MM-nin nəzərdə tutduğu müqavilələrdən irəli gələn işlər üzrə üç illik və daşınmaz əmlaklara dair altı illik iddia müddətlərini buraxmışdır. İşə əlavə edilmiş Hərrac Mərkəzi "xxxx" MMC-nin məhkəmə sorğusuna verilmiş 10.06.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsi hərrac təşkilatına 25.01.2021-ci il tarixdə məktub ünvanlayaraq icra sənədinin icrasını təmin etmək məqsədilə yuxarıda göstərilən əmlakın hərrac vasitəsilə satışını təmin edilməsi və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə rəsmi məlumat verilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə icra idarəsi tərəfindən İddiaçı ünvanlanmış 16.03.2021-ci il tarixli, 3807 /42 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-704/11 saylı, 17.03.2021-ci il tarixli icra sənədi üzrə borclular İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 68,03 kvadrat metretr, yaşayış sahəsi 47,31 kvadrat metretr olan, 3 otaqlı, 12 nömrəli mənzil açıq hərrac vasitəsilə satılmış və satışdan əldə olunmuş vəsait hesabına icra sənədində qeyd olunan borc məbləği banka ödənilmiş, artıq qalan 515 (beş yüz on beş) manat pul vəsaitinin sizin xeyrinizə ödənilməsi üçün bank rekvizitlərinizi Sumqayıt şəhəri üzrə icra idarəsi təqdim etməyiniz təklif olunur. Qeyd olunanlara əsasən, mənzilin könüllü olaraq boşaldılması təklif olunur, əks halda məhkəmə qərarının icrası məcburi qaydada təmin ediləcəkdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında D aşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ********** qeydiyyat nömrəli, 10.03.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9E syalı evin 12 saylı mənzil X3 tam mülkiyyətindədir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubun təsdiq olunmuş surətindən görünür ki, “hazırda icraatınızda Sumqayıt şəhəri üzrə icra idarəsinin 25.01.2021-ci il tarixli sifariş məktubu və Ali Məhkəməninin 17.03.2011-ci il tarixli icra vərəqi üzrə Sumqayıt şəhəri, 9-cu mikrarayon, ev 9E mənzil 12nin açıq hərracda satılması ilə bağlı iş mövcuddur. Bununla bağlı olaraq tərəfinizdən müvafiq tərəflərə sözügedən ipoteka predmeti üzrə açıq hərracın 26 fevral 2021-ci il tarixində keçiriləcəyi barədə 02.02.2021-ci il tarixli, 01/509 nömrəli Bildiriş də göndərilib. Diqqətinizə çatdırmaq istərdik ki, açıq hərracdan satılmasını planlaşdırığınız adıçəkilən mənzil üzrəində Cavabdeh1BOKT ASC-nin ipoteka yüklülüyünün ləğv edilməsi ilə bağlı iddia ərizəsi artıq Nərimanov Rayon Məhkəməsinə təqdim edilmişdir. Hərracda satışı nəzərdə tutulan mənzilin üzərində olan ipoteka yüklülüyünün xitamı ilə bağlı iddia ərizəsinə baxılarkən və həmin-ərizəyə dair yekun məhkəmə aktı qəbul edilənədək bildirişdə göstərilə hərracın keçirilməsinin heç bir hüquqi və praktiki əhəmiyyəti yoxdur. Belə ki, ipoteka haqqında Qanuna görə əmlak hərracın ilk mərhələsində belə satıla bilər və ya sonda alıcı olmadıqca ipoteka saxlayana təklif edilə bilər. Ona görə də ortalıqda ipotekanın özünün ləğvi məsələsi mübahisələndirilərkən onun barəsində hər hasnı hərrac hərəkətlərinin edilməsi mənasızdır. İpotekaya məhkəmə qaydasında xitam vermək isə bu halda iddiaçının hüququdur. Hər şey bu hüququn reallaşmasından aşlıdır və biz bu hüququmuzdan rəsmi olaraq istifadə etdiyimiz üçün ipotekaya xitam verilməsində iddialıyıq. Bu səbəbdən mübahisələndirilən ipoteka predmetinin bankın və digər şəxslərin mülkiyyətinə keçməməsi tərəfinizdən istənilən hərrac hərəkətləri dayandırılmalıdır. Əks halda Nəsimi Rayon Məhkəməsində iddiamız təmin ediləcəyi və ipoteka predmeti üçcüncü şəxslərə satıldığı halda İddiaçı dəymiş maddi ziyanın tələbinə dair Sizə qarşı məhkəmədə iddia qaldırılacaqdır.” Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) 2(005)1835/2021 saylı, 06 iyul 2021-ci il tari xli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ipotekaya xitam verilməsini tələb etməkdə haqlıdır. Çünki ipoteka predmeti olan mənzil birinci və təkrar hərraclarda satılmamış və təkrar hərracdan sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Bank “İpoteka haqqında” Qanunla ona verilmiş hüquqlardan istifadə etməmiş, hərraca çıxarılmış mənzili təkrar hərrac baş tutulmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində əldə edilməsi barədə Hərrac Mərkəzi ilə müvafiq müqavilə bağlamamışdır. İşin hallarından məlum olduğu kimi, hərrac təşkilatının təklifinə müsbət cavab verilsə də, ötən müddət ərzində ipoteka predmeti iddiaçının mülkiyyətində qalmaqda davam etmiş, "xxxx" BOKT ASC 30 gün müddətində ipoteka predmetin i əldə etmək istiqamətində hər hansı hərəkətlərin edilməsini həyata keçirməmişdir. Belə olan halda isə ipoteka qoyanın tələbi ilə əmlakın üzərində olan yüklülük ləğv olunmalı, ipotekaya xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında bildirildiyi kimi də, "İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir. Habelə "İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən 30 günlük müddət kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əmlakı əldə etmək hüququnu itirir (həmin hüquqa xitam verilir). Bununla yanaşı qanunun birbaşa göstərişinə əsasən ipotekaya xitam verildiyindən, 26 fevral 2021- ci il tari xli hərracın nəticələrinə dair protokola əsasən E.Məhərrəmovun mənzili əldə etməsi qanunsuz olmuşdur. Məhkəmə qeyd etmişdir ki, müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Məhkəmə qeyd etmişdir ki, artıq 2012-ci il tarixdə başa çatmış hərracla bağlı yenidən hərrac təşkilatına sifariş verilməsi qanunazidd olmuşdur. Belə ki, icra məmuru tərəfindən yenidən hərracın keçirilməsi barədə sifarişin verilməsi “İpoteka haqqında” Azərbaycan Respu blikası Qanununun 43.8-ci maddəsinə və “İcra haqqında” Azərbaycan Respublikası 53.3-cü maddəsinin tələblərinə ziddir. Belə olan halda ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən 12 nömrəli mənzilin həmin sifarişin nəticəsində keçirilmiş hərrac vasitəsilə cavabdeh X1 açıq aşkardır, iş materiallarında E.Məhərrəmovun vicdanlı əldə edən olduğu müəyyən edilməmişdir. Bu baxımdan cavabdeh E.Məhərrəmovun adına verilmiş 10.03.2021-ci il tarixli ********** saylı Çıxarış etibarsız hesab edilməlidir. Qətnamədən cavabdeh X11 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız işdə olan sübutları sadalamaqla kifayətlənmiş, cavabdeh tərəfin iddia nın tətbiqi barədə ərizəsinə münasibətdə isə, İpoteka haqqında qanunda bununla bağlı hər hansı bir müddəa olmadığına istinad etmişdir. Halbuki, iddia müddətinin tətbiqi ilə bağlı məsələlər Mülki Məcəllə ilə tənzim olunur ki, məhkəmə həmin Məcəlləyə istinad etməmiş, tətbiq edilməli olan maddi hüquq normasın tətbiq etməmişdir. Məhkəmənin qətnaməsinin nəticə hissəsindən göründüyü kimi, məhkəmə hərracın nəticələrinin etibarsız sayılması barədə hər hansı bir qərar qəbul etmədən, onun adına verilmiş çıxarışı etibarsız hesab etmişdir. Halbuki, keçirilmiş hərrac və onun nəticələri ləğv edilməyib, etibarsız sayılmayıb. Belə olan halda onun mülkiyyət hüququna dair çıxarışın etibarsız sayılmasının heç bir hüquqi əsası yoxdur və məhkmənin qətnaməsi qanunsuz olduğu üçün ləğv edilməli, iddia tələbi rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Vahid Sadıqov) 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqinə dair qeyd etmişdir ki, ipoteka qoyan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi barədə tələblərini irəli sürməsi hər hansı hallarla və ya müddətlə şərtləndirilməmiş və ipoteka qoyan istəni lən vaxt həmin iddianı irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində işin hallarını sadalamaqla kifayətlənmiş, apellyasiya şikayətində yalnız hərracın nəticələrinin mübahisələndirilmədiyi və vicdanlı alıcı olduğunu əsas gətirərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş etimişdir. İş materiallarından görünür ki, cavabdeh Eldar Məhərrəmov əmlakın mübahisəli əmlak o lmasında və məhkəmə mübahsəindən məlumatlı olmuşdur. O da, nəzərə alınmalıdır ki, qanunsuz keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilib-edilməməsindən aslı olmayaraq iddiaçı tərəfindən cavabdehin adına verilmiş çıxarışın ləğvini tələb edilməsi hüququnu məhdudlaşdırıla bilməz. Belə ki, qanunun birbaşa göstərişinə əsasən ipotekaya xitam verilməli olduğu halda, 26 fevral 2021-ci il tarixli hərracın nəticələrinə dair protokola əsasən E.Məhərrəmovun mənzili əldə etməsi qanunsuz olmuşdur. Göründüyü kimi, hazırki halda hərracın nəticələri hüquqi mahiyyət etibarı ilə əhəmiyyətsizdir və hər hansı hüquqi nəticə yaratmır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nətic əyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Cavabdeh E.Məhərrəmov (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 BOKT ASC (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri Kassasiya şikayətlərinin dəlilləri Hər iki kassasiya şikayətinin dəlilləri E.Məhhərəmovun apellyasiya şikayətinin dəli lləri ilə eyni olmaqla şikayətlərdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə iddia müddətinin keçməsinə və cavabdeh E.Məhərrəmovun vicdanlı əldə edən olmasına qiymət verməmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdehlər qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şə xs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun; Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə

317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Satış həmin Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satm aq hüququna malikdir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 43.8. “İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Qərarının 1-ci bəndinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” Qərarın 2-ci bəndinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanı n yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Qərarın 3-cü bəndinə əsasən “İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şika yətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında bax ıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9336/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar