Məhkəmə qərarları › İş №2(102)-1248/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1248/2019

04.03.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1248/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh vəkili Vəkil, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)5290/2018 nömrəli iş üzrə 08 iyun 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhər Nərimanov rayon məhkəməsinin (hakim Gültəkin Əsədova) 01 mart 2018-ci il tarixli qətnaməsi ilə ilk id dianın qismən təmin edilməsi, dəyəri 3000 manat olan 1 dəst brilyant qaşlı komplekt (üzük, sırğa, qolbaq, sep üstündə kulon ilə), dəyəri 600 manat olan 1 ədəd brilyant qaşlı nişan üzüyü, dəyəri 200 manat olan 1 ədəd qızıl sırğa, dəyəri 200 manat olan 1 ədəd nazik qızıl sep üstündə “A” formalı kulon ilə, dəyəri 110 manat olan 1 cüt qızıl sırğa, cəmi 4110 manat dəyərində olan qızıl-zinət əşyalarının Cavabdeh alınaraq İddiaçı verilməsi, o yuxarıda göstərilən qızıl-zinət əşyalarından hər hansı biri mövcud olmadıqda, onların dəyərinin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət etmiş, ilk iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddianın təmin edilərək 1 ədəd 750 əyarlı, 5 ədəd briliyant qaşlarla bəzədilmiş və 1200 manat olan nişan üzüyünün, mövcud olmadıqda isə onun dəyərinin iddiaçıdan alınaraq cavabdehə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Xəyal Sarıyev) 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 01 mart 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni 1 dəst brilyant qaşlı komplektin (üzük, sırğa, qolbaq, sep üstündə kulon ilə) və 1 ədəd brilyant qaşlı nişan üzüyünün dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, 1 dəst brilyant qaşlı komplektin (üzük, sırğa, qolbaq, sep üstündə kulon ilə) dəyəri 2500 manat, 1 ədəd brilyant qaşlı nişan üzüyünün dəyəri isə 450 manat müəyyən edilmiş, qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni 1 dəst brilyant qaşlı komplektin (üzük, sırğa, qolbaq, sep üstündə kulon ilə) və 1 ədəd brilyant qaşlı nişan üzüyünün, habelə dəyəri 200 manat olan 1 ədəd qızıl sırğa, dəyəri 200 manat olan 1 ədəd nazik qızıl sep üstündə “A” formalı kulon ilə, dəyəri 110 manat olan 1 cüt qızıl sırğanın Cavabdeh alınaraq İddiaçı verilməsi, yuxarıda göstərilən qızıl-zinət əşyalarından hər hansı biri mövcud olmadıqda, onların dəyərinin Cavabdeh tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin nəticə hissəsində həmçinin qeyd olunmuşdur ki, Nərimanov rayon məhkəməsinin 01 mart 2018-ci il tarixli qətnaməsinin qalan hissəsi, yəni ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı 1 ədəd 750 əyarlı 5 ədəd brilyant qaşlarla bə zədilmiş nişan üzüyünün və ya onun dəyəri kimi 1200 manat məbləğində pulun alınaraq Cavabdeh verilməsi hissəsi apellyasiya baxışının predmeti olmamışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı ilk iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək aşağıdakı tələblər üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir: - dəyəri 3000 manat olan 1 dəst brilyant qaşlı komplektin (üzük, sırğa, qolbaq, zəncir üstündə kulon ilə), dəyəri 600 manat olan 1 ədəd brilyant qaşlı nişan üzüyün (2 il qabaq nişan zamanı ona hədiyyə olunmuşdur), dəyəri 200 manat olan 1 ədəd qızıl sırğanın, dəyəri 200 manat olan 1 ədəd nazik qızıl zəncirin üstündə “A” formalı kulonu ilə, dəyəri 110 manat olan 1 cüt qızıl sırğanın (toy hədiyyəsi kimi verilmişdir) və ya onların dəyərinin cavabdehdən alınaraq ona verilməsi; - ona məxsus geyim əşyalarının: dəyəri 150 manat olan 2 ədəd don, dəyəri 50 manat olan 2 ədəd cins şalvarın, dəyəri 60 manat olan 3 ədəd gecə köynəyin, dəyəri 30 manat olan 3 dəst alt paltarının, dəyəri 60 manat olan 3 ədəd yay koftasının, dəyəri 60 manat olan 2 ədəd payız koftasının, dəyəri 50 manat olan 2 ədəd isti qış koftasının, dəyəri 20 manat olan 1 ədəd qırmızı rəngli şarfın, dəyəri 20 manat olan 2 ədəd ev başmağının (domaşnik), 1 cüt ağ rəngli ayaqqabının, 1 cüt ağ rəngli idman ayaqqabısının (ketlər), dəyəri 70 manat olan 1 cüt ağ rəngli sandalın (bosonoşka), dəyəri 60 manat olan hamam dəstinin, dəyəri 10 manat olan 1 ədəd ətirin, dəyəri 30 manat olan 1 ədəd əl çantasının, dəyəri 30 manat olan 1 ədəd rəngli portmanatın, dəyəri 60 manat olan 3 dəst pijamanın, dəyəri 70 manat olan 1 ə dəd toy güzgüsünün lampaları ilə birlikdə, dəyəri 50 manat olan 5 ədəd kolqotkanın, dəyəri 30 manat olan 1 ədəd qış pijamasının və ya onların dəyərinin cavabdehdən alınaraq ona verilməsi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 2017-ci ilin əvvəlində nikahlarını rəsmiləşdirsələr də, toyları 02.07.2017-ci il tarixdə olmuş və iddiaçı həmin tarixdə cavabdehə məxsus olan və Bakı şəhəri, Xətai rayonun ərazisində, Neapol dairəsi tərəfdə təzə tikili evdə yerləşən mənzilə gəlin köçmüşdür. İddiaçının cehiz əşyaları toyundan 5-6 ay qabaq həmin mənzilə yerləşdirilmişdir. Belə ki, cavabdehin valideynləri öz evlərini kirayə verib cavabdehin mənzilində onlarla birlikdə yaşamaq qərarına gəlmişlər. Cavabdehin valideynlərinin ev əşyalarını kirayədar işlətdiyi üçün iddiaçının cehizlə ri həmin evə tez gətirilmişdir ki, onlar istifadə etsinlər. Cavabdeh Gəncə şəhərində yerləşən hərbi hissədə zabitdir. İddiaçı ilə cavabdeh 1 il 9 ay müddətində nişanlı olmuşlar. 2 həftə ərzində öz evlərində, yəni Bakı şəhərində yaşadıqdan sonra cavabdeh iddiaçını Gəncə şəhərinə aparmışdır. Cavabdehin işi ilə əlaqədar olaraq iddiaçı orada yaşamaq məcburiyyətində idi. İddiaçı Gəncəyə gedəndə ona aid əşyaları öz evində qoydu. Yay fəsli olduğu üçün iddiaçı özünə məxsus 3-4 yay paltarı götürüb getmişdir. İddiaçı, özünə məxsus qızıl-zinət əşyalarını da götürmək istəyəndə qaynanası demişdir ki, onları itirə biləcəyinə görə götürməsin. Ona görə iddiaçı qızıl-zinət əşyalarını evdə qoymuşdur. Artıq Gəncədə yaşadıqları dövrdə iddiaçı ilə cavabdehin arasında mübahisələr yaranmağa başlamışdır. Münasibə tləri o dərəcədə pisləşmişdir ki, cavabdeh iddiaçıya anası ilə hətta telefon vasitəsi ilə əlaqə yaratmağa imkan vermirdi. İddiaçı anası ilə telefonla danışmaq istəyəndə cavabdeh öz telefonunu iddiaçıya verərək yalnız həmin telefon ilə danışmağa icazə verirdi. Cavabdeh evdə olmadığı zaman, iddiaçı həmin telefondan anasına zəng etmiş və danışmışdır. Söhbət zamanı onlar cavabdehin valideynlərinə şikayətlənmişlər. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh telefonu səsyazma proqramına qoymuşdur. Cavabdeh işdən gəldikdən sonra telefonunu alıb səsə qulaq asmış və iddiaçı ilə dalaşmağa başlamışdır. İddiaçıya 19 günlük evliliyi olan gəlinə layiq olmayan sözlər demiş, sillə vurmuş, stoldakı qabqacağı yerə çırpıb sındırmışdır. Sonra iddiaçının valideynlərinə zəng edərək demişdir ki, onlar gedib cavabdehin anasından üzr istəməli, əks təqdirdə gəlib iddiaçını aparmalıdırlar. Növbəti gün iddiaçının anası onu Bakıya qaytarmaq məqsədi ilə Gəncə şəhərinə yola çıxmışdır. Bundan xəbər tutan cavabdeh iddiaçıya demişdir ki, əgər o anası ilə getsə, bir də geriyə yolu olmayacaq. Buna baxmayaraq iddiaçı valideynlərinin yanına qayıtmışdır. Nişanlı olduqları dövrdə və birgə nikah dövründə iddiaçıya nə hədiyə olunubsa, nə alınıbsa, hamısı (iddia ərizəsində qeyd edilən əşyalar) cavabdehdə qalmışdır. Cavabdeh öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan 750 əyarlı 5 ədəd brilyant qaşlarla bəzədilmiş 1 ədəd nişan üzüyünün və ya onun dəyəri kimi 1200 manat məbləğində pulun iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etm işdir. Qarşılıqlı iddia, habelə ilk iddiaya qarşı onda ifadə olunan etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər ASAN Xidmət mərkəzinə müraciət edib 25.09.2017-ci il tarixdə rəsmi şəkildə boşanmışlar. İlk iddia ərizəsində qeyd edilən əşyalar tam şəkildə iddiaçıya təhvil verilmişdir. Belə ki, iddiaçının qohumları 26.08.2017-ci il tarixdə ərizədə qeyd edilən iddiaçının şəxsi istifadə üçün nəzərdə tutulmuş əşyalarını da cehizləri ilə bərabər tam şəkildə aparmışlar. İddiaçı, 21.07.2017-ci il tarixdə öz anasını Gəncə şəhərində yerləşən xidməti mənzilinə çağırmış, həmin mənzildə olan şəxsi əşyalarını və özünə məxsus cavabdeh tərəfindən iddiaçıya hədiyyə alınmış bütün qızıl-zinət əşyalarını tam şəkildə götürərək evdən çıxmışdır. Hətta onlar gedərkən dolabdakı mücrüdən nişanlı olduqları z aman cavabdehə hədiyyə aldıqları nişan üzüyünü də digər əşyalarla birlikdə aparmışlar. Həmin üzük 750 əyarlı 5 ədəd brilyant qaşlarla bəzədilmiş 1200 manat dəyərindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün h üquqi qiymət verməmişdir. Tərəflərin izahatları: Cavabdeh vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlədilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiy mət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,iddiaçı ilə cavabdeh 2017-ci ilin əv vəlində nikahlarını rəsmiləşdirsələr də, toyları 02.07.2017ci il tarixdə olmuş və iddiaçı həmin tarixdə cavabdehə məxsus olan və Bakı şəhəri, Xətai rayonun ərazisində, Neapol dairəsi tərəfdə təzə tikili evdə yerləşən mənzilə gəlin köçmüşdür. Tərəflər arasında olan münasibətlər pisləşdiyindən aralarında olan nikah 25.09.2017-ci il tarixdə birgə razılıqları əsasında 2 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsində pozulmuşdur. Hazırkı iddia tələbində iddiaçı ona hədiyyə olunmuş qızıl-zinət, geyim və digər əşyalarını, cavabdeh isə qarşılıqlı iddia tələbində nişan üzüyünü tələb edirlər. Qarşılıqlı iddianın təmin edilən hissəsi iddiaçı tərəfindən mübahisləndirilmədiyindən apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə, yəni ilkin iddianın təmin edilmiş h issəsini apellyasiya qaydasında yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda müzakirə edilən mübahisənin əsasını aşağıdakı əşyalar təşkil edir: dəyəri 3000 manat olan 1 dəst brilyant qaşlı komplekt (üzük, sırğa, qolbaq, sep üstündə kulon ilə), dəyəri 600 manat olan 1 ədəd brilyant qaşlı nişan üzüyü, dəyəri 200 manat olan 1 ədəd qızıl sırğa, dəyəri 200 manat olan 1 ədəd nazik qızıl sep üstündə “A” formalı kulon ilə, dəyəri 110 manat olan 1 cüt qızıl sırğa, cəmi 4.110 manat dəyərində olan qızıl-zinət əşyaları. İddiaçı həmin əşyaların cavabdehdə olduğunu, cavabdeh isə iddiaçının özü ilə apardığını bildirmişdir. Mövcud mülki mübahisənin həlli ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyy ət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Mülki Məcəllənin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə görə, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Cavabdeh mübahisəli əşyaların mövcudluğunu qəbul etmişdir, lakin iddiaçının evdən gedərkən həmin əşyaları özü ilə aparmasını bildirmişdir. Mülki Pros essual Məcəllənin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin cavabdeh qızıl-zinət əşyalarının iddiaçıya verilməsini təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddia apellyasiya baxışının predmeti olan qızıl-zinət əşyalarının tələb edilməsi hissəsində əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi 1 dəst brilyant qaşlı komplekt (üzük, sırğa, qolbaq, sep üstündə kulon ilə) və 1 ədəd brilyant qaşlı nişan üzüyünün dəyərini düzgün müəyyən etm əmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən rəyi alınmış Əmlak Ekspert Mərkəzinin ƏEM/Q 02 - 112/18 №-li, 08.06.2018-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1 dəst brilyant qaşlı komplektin (üzük, sırğa, qolbaq, sep üstündə kulon ilə) dəyəri 25002700 manat, 1 ədəd brilyant qaşlı nişan üzüyünün dəyəri 450-500 manat, 1 ədəd qızıl sırğanın dəyəri 180-220 manat, 1 ədəd nazik qızıl sepin (üstündə “A” formalı kulon ilə) dəyəri 250-290 manat, 1 cüt qızıl sırğanın dəyəri isə 150-180 manatdır. Apellyasiya instansiyası məhkəməsi həmin rəyi nəzərə alaraq tələb edilən qızıl-zinət əşyalarının dəyərini dəyişdirmiş, aşağı hədlər götürülməklə komplektin dəyərini 2500 manat, nişan üzüyünün dəyəri isə 450 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərl ə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və qarşılıqlı iddia tələbində və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosess ual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5290/2018 nömrəli iş üzrə 08 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məh

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar