Məhkəmə qərarları › İş №2(102)-1253/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1253/2019

15.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməs
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1253/2019 15.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 15 fevral 2019-cu il İş № 2(102)-1253/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi ilə, X2, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: X2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti ver ərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, X2 iddiasının rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X2 Bakı şəhəri 6 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin üçüncü şəxs kimi qeyd olunduğu Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 qarşı “qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, qeyri-yaşayış sahəsindən çıxarılma və pulun tutulması” haqqında ilkin; Cavabdeh1 X2rşı “pul vəsaitinin tutulması” və Cavabdeh2 X3 və Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia ərizələri ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmişdilər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tаrixli qətnaməsi ilə (sədrlik edən Z.Əliyev, iş 2(009)-159/2016) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh1 3.213 (üç min iki yüz on üç) manat məbləğində pulun alınaraq X3 verilməsi, ilkin iddianın qalan hissələrdə, qarşılıqlı iddia tələblərinin isə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şir inov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov, iş № 2(103)- 64/2018) X2 apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi qismən, iddianın təmin olunan hissəsində dəyişdirilmiş, Cavabdeh1 12861 (on iki min səkkiz yüz altmış bir) manatın alınaraq iddiaçı X2 verilməsi, qətnamənin iddiaçının apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: X2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, X2 iddiasının rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olma dan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya ins tansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,mübahisəli ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 92,6 kv.m olan qeyri-yaşayış sahəsi 73% hissədə Cavabdeh1, 13,5% hissədə X2, 13,5% hissədə isə X5 məxsus olmuşdur. Lakin Cavabdeh1 11 yanvar 2014-cü il tarixdən həmin qeyri-yaşayış sahəsini icarəyə versə də, bu müddət ərzində sahənin icarəsindən əldə olunan vəsaitdən X2 hər hansı məbləğdə pul ödəməmişdir. “xxxx” MMC-nin 27.06.2018-ci il tarixli, MB 11-558 saylı rəyinə əsasən ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (92,6 kv.m) 2014-cü il üzrə illik icarə haqqı cəmi 19 779 manat, 2015-ci il üzrə cəmi 18 409 manat, 2016-cı il üzrə cəmi 15 964 manat, 2017-ci il üzrə cəmi 25 521 manat, 2018-ci il üzrə cəmi 15 600 manat olmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsi 92,6 kv.m olduğundan və L.Şeverdyayevanın 13,5 % payına uyğun olaraq ona (92,6 X 13,5%=12,5) 12,5 kv.m. sahə düşür ki, həmin sahəyə görə də 2014-cü il üçün icarə haqqı kimi (19 779 X 13,5%=2670) 2670 manat, 2015-ci il üçün icarə haqqı kimi (18 409 X 13,5=2485) 2485 manat, 2016-cı il üçün icarə haqqı kimi (15 964 X 13,5%=2155) 2155 manat, 2017-ci il üçün icarə haqqı kimi (25 521 X 13,5%=3445) 3445 manat, 2018-ci il üçün icarə haq qı kimi (15 600 X 13,5%=2106) 2106 manat, cəmi (2670+2485+2155+3445+2106=12861) 12861 manat Cavabdeh1 alınaraq X2 verilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 222.1, 222.2, 22.3-cü maddələrinin tətbiqi ilə razılaşmış, həmçinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1,1092.1, 1092-ci maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni ə sas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. X2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə, işin hallarına qeyri-obyektiv yanaşılaraq tamamilə əsassız qətnamə qəbul edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericili yin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, təkrar texniki-tikinti ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar