Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1300/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)-1920/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC X14rşı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi”xxxx” MMC Təmir Tikiııti İNŞAAT-ın qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 37000 (otuz yeddi min) manat maddi zərərin və 5000 (beş min) manat mənəvi zərərin və ödənilmiş dövlət rüsumu 31 manat (otuz bir) cavabdeh “xxxx” MMC Təmir Tikinti İNŞAAT-dan tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindəki, Donuzçuluq Kökəltmə sovxozu adlanan ərazidə X3 alğı-satqı müqaviləsi əsasında 12000 manata 4 sot torpaq sahəsi almış və ondan məlumat almışdır ki, həmin sahədə “xxxx” MMC Təmir Tikinti İNŞAAT tikinti təşkilatı ev tikintisi ilə məşğul olur. O, həmin təşkilata müraciət etmiş və xx xxxxxx 2019-cu il tarixdə Podrat müqaviləsi bağlamış və həmin təşkilatın nümayəndəsi 130 kv.m yaşayış sahəsini ona tam təmirli təhvil verilməsi üçün İlkin ödəniş kimi 15000 borc müqaviləsi əsasında və 5000 manat məbləğində nəqd qaydada, cəmi 20.000 manat pul ödəmişdir. Bundan sonra cavabdeh ondan müxtəlif bəhanələrlə, müxtəlif vaxtlarda əlavə olaraq 5000 manat pul almış və bunun əvəzində qəbz verilmişdir. Müqavilə öhdəliklərinin vaxtı ötdüyündən o, cavabdehə müraciətlər etmiş, lakin cavabdehlər müxtəlif bəhanələrlə öhdəliklərin icrasından yayınmışdır. O, həmin sənədlərlə Suraxanı rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə müraciət etmiş və ona bildirilmişdir ki, həmin torpaq sahəsində tikintiyə icazə verilməmişdir. Belə olan halda çıxılmaz vəziyyətində qalaraq cavabdeh “xxxx” MMC Təmir Tikinti İNŞAAT təmsilçilərinin özbaşılığı ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində ona vurulan maddi zərər bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə, mənəvi ziyan isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulduğundan cavabdeh “xxxx” MMC Təmir Tikinti İNŞAAT tərəfindən ödənməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)-1920/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “xxxx” MMC X17 8935 manat pul vəsaiti və 20 manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək iş üzrə Suraxanı rayon Məhkəməsinin 2(010)-1920/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin Cavabdeh 8935 manat pul vəsaiti və 20 manat dövlət rüsumu alınaraq, İddiaçı verilməsi hissəsində saxlanılması və qalan hissədə, yəni 37000 manat maddi zərərin və 5000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılır ki, onun müqavilə bağlamaq istəyi mücərrəd xarakter daşıya bilməz. Belə ki, şəxs öz marağına münasib olan konkret müqavilə bağlamağa cəhd etməlidir. Məhkəmə qətnaməsindən belə nəticəyə gəlmək olar ki, müqavilə bağlayan tərəf öz mənafeyinə zidd olaraq istəyini həyata keçirməyə çalışmışdır. Eyni zamanda, cavabdehə 15000 manat borc müqaviləsi əsasında ödədiyi və ümumilikdə 37000 manat məbləğ ödədiyinə baxmayaraq, bu haqda cavabdehin iştirakı olmadan, hakim buna göz yummuş və qanuna uyğun olmayan bir qaydada öz istəyinə uyğun və cavabdehin qanunsuz hərəkətlərinə hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Aldatma və yanılma ilə onun pulunun cavabdeh tərəfindən mənimsənməsi, cavabdehin iştirakı olmadan barəsində birinci instansiya məhkəməsində araşdırılmamış və faktiki hallara hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İzahatında ona verilən suallara cavab olaraq bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)-1920/2020 saylı qətnaməsindən sonra 15000 manatın X4 tutulması ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etmiş, 15000 manatın X4 tutulması barədə əmr qəbul olunmuşdur. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)-1920/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş MH seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1.0 ha torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən X7 99 il müddətinə icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli torpaq sahəsinin icarə hüquqlarının alğı-satqısına dair müqavilədən görünür ki, X10 ilə İddiaçı arasında müqavilə bağlamış, həmin müqaviləyə əsasən satıcı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestr xidmətinin Abşeron rayon ərazi idarəsi tərəfindən verilmiş 16Ö8002040 Qeydiyyat №-li xx.xx.2008-ci il tarixli **********92 reyestr №-li Çıxarışa əsasən X5 icarəsində olan Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1.0 ha torpaq sahəsindən 0,04 ha torpaq sahəsinin icarə hüquqlarını alıcı İddiaçı 4000 AZN-ə satmışdır. İş materiallarına əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixdə verilmiş arayışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti X6 Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışla icarəsində olan, Abşeron rayonu, Donuzkökəltmə sovxozı ərazisində yerləşən 1,0 hektar torpaq sahəsi üzərindəki icarə hüququnun X1 etiraz etmir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozunda 0.04 ha torpaq sahəsini İddiaçı icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli podrat müqaviləsindən müəyyən olunur ki, “xxxx” MMC X22 İddiaçı arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Podratçı “xxxx” MMC Təmir Tikinti İnşaatBakı şəhəri,Yeni Suraxanı qəsəbəsi, Yeni yaşayış massivi ünvanında 4 sot torpaq sahəsində ümumi sahəsi 130 kv.m. fərdi yaşayış evinin tikintisini 4 ay müddətində başa çatdırılmasını üzərinə götürür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “xxxx” MMC-yə məxsus kassa mədaxil qəbzlərindən görünür ki, İddiaçı Mirməmməd oğlu sözügedən Podrat müqavləsi üzrə xx xxxx 2019-cu il tarixində 5000 manat, xx xxxx 2019-cu il tarixində 695manat, xx xxxxx 2019-cu il tarixdə 3000 manat, xx xxxx 2019-cu il tarixində 240 manat ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsiərn əsasən borc verən İddiaçı borc alan X8 xx.xx.2019-cu il tarixədək 15000 manat məbləğində kredit vermişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh İddiaçı icarəyə götürdüyü Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsində ev tikdirmək üçün cavabdeh “xxxx” MMC X26 ilə xx.xx.2019-cu il tarixdə podrat müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, yeni yaşayış massivi ünvanında 4 sot torpaq sahəsində ümumi sahəsi 130 kv.m. fərdi yaşayış evinin tam tikintisini öhdəsinə götürmüş, lakin öhdəliklərini icra etməmişdir. İddiaçı həmin müqavilə çərçivəsində cavabdeh təşkilata xx xxxx 2019-cu il tarixində 5000 manat, xx xxxx 2019cu il tarixində 695 manat, xx xxxxx 2019-cu il tarixdə 3000 manat, xx xxxx 2019-cu il tarixində 240 manat ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 759.2, 762.1, 762.2, 762.3, 385.1,427.3, 442, 448.1-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, tərəflər arasında azad surətdə müqavilələr bağlanmış və müqavilə şərtləri müəyyənləşdirlmişdir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə xx xxxxxx 2019-cu il tarixli Podrat müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Belə olduğu halda yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından məhkəmə hazırki iddia tələbi üzrə cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirir və bu nəticəyə gəlir ki, sonuncu kreditora dəymiş zərərin əvəzini ödəməyə, yəni öhdəliyini icra etməməsi ilə bağlı iddiaçıya müqavilə üzrə aldıqlarını qaytarmalıdır. Buna görə də, məhkəmə podrat müqaviləsi üzrə sübut olunan 8935 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qərarına gəlmişdir. Məhkəmə iddianın təmin edilməyən hissəsində qeyd etmişdir ki, iddiaçı Podrat müqaviləsi çərçivəsində məhkəməyə təqdim etdiyi mədaxil qəbzlərdən başqa pulun digər hissəsini ödənilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Bu isə ona dəlalət edir ki, İddiaçı mədaxil qəbzlərdə qeyd olunan vəsaitdən əlavə Cavabdeh MMC-yə pul ödədiyini sübuta yetirə bilməmişdir. Eləcə də, İddiaçı xx.xx.2019-cu il tarixli X11 ilə bağlanmış kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, həmin kredit müqaviləsinin iş üzrə tərəflər arasında imzalanmış Podrat müqaviləsinə aidyyatı sübuta yetirilməmişdir. Yəni iddiaçı hazırkı iş üzrə cavabdeh olmayan X2 müqaviləsi üzrə pulunu tələb edə bilər. Digər tərəfdən icarə hüququnun alğı-satqı müqaviləsindən də görünür ki, iddiaçı torpaqla bağlı 4000 manatı hazırkı iş üzrə cavabdeh olmayan X7 (onun adından etibarnamə ilə X15 iştirak edib) vermiş, hazırkı işdə onlara qarşı tələb irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, məhkəmə iddiaçının irəli sürdüyü tələb daxilində işə baxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli Qərarında qeyd edilir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, “İnsan hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X23 məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X9 haqqında Konvensiya»nın müddəaları və X23 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar keçirməsi, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə sübutlar təqdim etmədiyindən, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilə bilməz. Göründüyü kimi iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması ilə bağlı sübutlar təqdim etməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərlə bağlı hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarınş əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. X23 Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya.qarşı” iş üzrə xx.xx.1970ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” işi üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X24rşı” işi üzrə xx.xx.1984-cü il tarixliqərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)-1920/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1300/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1300/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməs
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver