Məhkəmə qərarları › İş №2(102)-4039/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4039/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməs
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4039/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4039/21 (Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi, tələbin tam sübuta yetirilməməsi) Bakı şəhəri, 06 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerin ə yetirilməməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1300/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 06 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) işin halları, birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 37000 (otuz yeddi min) manat maddi, 5000 (beş min) manat mənəvi zərərin və ödənilmiş 31 manat (otuz bir) dövlət rüsumunun Cavabdeh MMC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçının Yasamal rayonu ərazisindəki fərdi yaşayış evi dövlət ehtiacları üçün sökülüb, dövlət tərəfindən iddiaçıya kompensasiya verilib.

3. İddiaçı ev əldə etmək məqsədi ilə sosial şəbəkədən öyrənib ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindəki, Donuzçuluq Kökəltmə sovxozu adlanan ərazidə, torpaq sahələrində evlər tikilib satılır. Həmin sahədə ev tikən “SVP- 2017" MMC fəaliyyət göstərir. 4. iddiaçı həmin təşkilatl təmsil edən şəxslə 27 fevral 2019-eu il tarixdə Podrat müqaviləsi bağlayib. İddiaçıya deyilib ki, əvvəlcə torpaq sahəsi almalıdır.

5. Şirkəti təmsil edən şəxs X2 alqı-satsı müqaviləsi əsasında 4 sot torpaq sahəsi üçün iddiaçıdan 12000 manat pul alıb. Müqavilə öhdəliklərinə əsasən 4 ay müddətinə torpaq sahəsində 130 m2 yaşayış sahəsi iddiaçıya tam təmirli təhvil verilməli idi.

6. İddiaç ı ilkin ödəniş kimi 15000 manatı borc müqaviləsi əsasında və 5000 manatı isə nəqd formada, cəmi 20000 manat pul ödəyib. Bundan sonra cavabdeh iddiaçıdan müxtəlif bəhanələrlə, müxtəlif vaxtlarda əlavə olaraq, 5000 manat pul almışlar və əvəzində qəbz vermişdir. Müqavilə öhdəliklərinin vaxtı ötdüyündən iddiaçı cavabdehə müraciətlər edib, iddiaçıdan müxtəlif bəhanələrlə yayınıb. dı.

7. İddiaçı bundan sonra Suraxanı rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə müraciət edib, iddiaçıya bildirilib ki, həmin torpaq sahəsində tikintiyə icazə verilməyib.

8. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1920/2020 nömrəli, 01 oktyabr 2020-ci il tarixli, qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC Təmir Tikinti İnşaatdan 8935 manat pul vəsaitinin və 20 manat dövlət rüsumunun alınaraq İddia çı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Anar Qasımov)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı icarəyə götürdüyü Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsində ev tikdirmək üçü cavabdeh "xxxx" MMC Təmir Tikinti İnşaatı ilə 27.02.2019-cu il tarixdə podrat müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən MMC Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, yeni yaşayış massivi ünvanında 4 sot torpaq sahəsində ümumi sahəsi 130 kv.m. fərdi yaşayış evinin tam tikintisini öhdəsinə götürmüş, lakin öhdəliklərini icra etməmişdir. İddiaçı həmin müqavilə çərçivəsində cavabdeh təşkilata 05 mart 2019-cu il tarixində 5000 manat, 17 mart 2019-cu il tarixində 695 manat, 13 aprel 2019-cu il tarixdə 3000 manat, 28 iyun 2019-cu il tarixində 240 manat olmaqla, cəmi 8935 manat pul ödəmişdir.

9. Birinci instansiya məhkəməsi tərəflər arasında podrat müqaviləsindən yaranan öhdəlik münasibətlərinə istinadən hesab edib ki, 8935 manat cavabdeh MMC-dən alınaraq iddiaçıya qaytarmalıdır.

10. Birinci instansiya məhkəməsi maddi zərər tələbinin qalan hissəsi ilə bağlı qeyd edib ki, iddiaçı “Podrat müqaviləsi” çərçivəsində məhkəməyə təqdim etdiyi mədaxil qəbzlərdən başqa, pulun digər hissəsini ödənilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Bu isə ona dəlalət edir ki, İddiaçı mədaxil qəbzlərində qeyd olunan vəsaitdən əlavə Cavabdeh MMC-yə pul ödədiyini sübuta yetirə bilməmişdir.

11. İddiaçı 27.02.2019-cu il tarixdə X2 ilə bağlanmış kredit müqaviləsi üzrə p ul tələbinə dair iddiası ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, həmin kredit müqaviləsinin MMC ilə imzalanmış “Podrat müqaviləsi”nə aidiyyatı sübuta yetirilməmişdir.

13. Həmçinin birinci instanisya məhkəməsi mənəvi zərərlə bağlı iddianı o əsasla rədd edib ki, iddiaçı mənəvi ziyanın nə də ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 427.3, 442, 448.1, 752.1, 759.2, 762.1-762.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edilməsi ni xahiş edib.

16. Apellyasiya şikayətinin dəlillər: - iddiaçının müqavilə bağlamaq istəyi mücərrəd xarakter daşıya bilməz. Belə ki, şəxs öz marağına münasib olan konkret müqavilə bağlamağa cəhd etməlidir. Məhkəmə qətnaməsindən belə nəticəyə gəlmək olar ki, müqavilə bağlayan tərəf öz mənafeyinə zidd olaraq istəyini həyata keçirməyə çalışmışdır; - eyni zamanda iddiaçı cavabdehə 15000 manat borc müqaviləsi əsasında ödədiyi və ümumilikdə 37000 manat məbləğ ödədiyinə baxmayaraq, cavabdehin iştirakı olmadan, hakim qanuna uyğun olmayan bir qaydada öz istəyinə uyğun və cavabdehin qanunsuz hərəkətlərinə hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir; - aldatma və yanılma ilə iddiaçının pulunun cavabdeh tərəfindən mənimsənilməsinə işin faktiki hallarına hüquqi qiymət verilməmişdir.

17. Bakı Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1300/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(010)-1920/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Emin Mehdiyev, Şərafət Məmmədova)

18. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, əlavə olaraq qeyd etmişdir ki, icarə hüququnun alğı-satqı müqaviləsinə əsasən iddiaçı torpaqla bağlı 4000 manatı hazırkı iş üzrə cavabdeh olmayan X1 (onun adından etibarnamə ilə X3 iştirak edib) vermiş, hazırkı işdə onlara qarşı tələb irəli sürməmişdir. Kassasiya şikay ətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətində işin faktiki hallarına, apellyasiya instansiyası tərəfindən sübutların maddi və prosessual hüquq normalarının pozuntusuna istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları

21. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilat nümayəndəs (vəkillərinin) məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə də məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

25. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsindən iddiaçı apellyasiya şikayəti verib, apellyasiya baxışının predmeti də yalnız iddiaçının apellyasiya şikayəti üzrə iddianın təmin edilməyən hissəsi olub. Buna görə də qətnamənin tam yoxlanıması dedikdə, apellyasiya baxışının predmeti olmuş his sə başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

28. İddia tələbi podrat müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması barədədir. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı da onda n ibarətdir ki, iddiaçı podrat müqaviləsi üzrə cavabdeh MMC-yə yalnız 8935 manat pul ödənilməsini sübuta yetirə bilmişdir. Həmçinin müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə 15000 manat və torpağın alqı-satqısı üçün ödənilmiş pulun cavabdeh MMC-yə aidliyi sübut edilmir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Məhkəmə kollegiyası iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsinin mövqeyini əsaslı sayır.

30. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiy yət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

31. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini iddianın təmin edilməyən hissəsində sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hissədə iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirimədən saxlamışdır.

32. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsasız sayır.

33. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1300/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar