Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1253/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1253/22 (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(103)8843/2021 saylı qətnaməsindən üçüncü şəxs X1 qanuni nümayəndəsi Cavabdeh1 kassasiya şikayəti üzrə işə 05 aprel 2022-ci il tarix də Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh Bakı şəhəri, 14 saylı Dövlət Notariat Kontoruna və digərlərinə qarşı iddia qaldıraraq, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin, 24 saylı mənzilinin X2 bağışlanmasına dair notarial qaydada təsdiq edilmiş 06 iyun 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin xüsusi mülkiyyət hüququ ilə X1 adına qeydə alınmasına dair 09 iyun 2016-cı il tarixli Çıxarışın ləğv edilməsi və mənzilə mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tar ixli qətnaməsi ilə (sədrlik edən, hakim S.R.Mustafayeva) iddia təmin edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 29 aprel 2005-ci ildə iddiaçı rəsmi nikah əsasında Yeganə Cavadova ilə ailə qurub, onların nikahı 26 iyul 2008-ci ildə pozulub və 12 oktyabr 2010-cu ildə onlar yenidən nikaha daxil olub. İddiaçı, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş 24 dekabr 2015-ci il tarixli etibarnaməyə əsasən, Bakı şəhəri, 28 may küçəsi, 11 saylı evin, 24 saylı mənzilində qeydiyyatda olan arvadı Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən almaq satmaq, hədiyyə qəbul etmək, hədiyyə vermək və ya bağışlama q, dəyişmək, əmlak ipotekası (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o cümlədən bank orqanlarından, poçtdan teleqrafdan bütün əsaslar üzrə ona çatan əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesab üzərində sərəncam verməyi, poçt, teleqram, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ ictimai təşkilatlarda adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilməli bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ icarə vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 24 dekabr 2018-ci il tarixədək etibar edib. Bakı şəhəri, 14 saylı Dövlət Notariat Kontorunda 06 iyun 2016-cı ildə bağlanmış bağışlama müqaviləsinə əsasən Cavabdeh1, həmin etibarnamənin əsasında 27 sentyabr 2007-ci ildə iddiaçının adına qeydiyyata alınmış sözügedən mənzili oğlu X2 bağışlayıb. 09 iyun 2016-cı il tarixli Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Nihad Quliyevin adına qeydə alınıb. 11 fevral 2016-cı ildə iddiaçı sözü gedən etibarnamənin ləğv olunması üçün zəruri tədbirlərin görülməsi xahişi ilə saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müəssisənin rəisinə ərizə ünvanlayıb, eyni zamanda həmin tarixdə etibarnaməni geri götürdüyü və onun geri qaytarılması barədə Cavabdeh1 bildiriş göndərib. Göründüyü kimi iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi bağışlama müqaviləsi bağlanarkən müvafiq etibarnamə ləğv olunub, həmin dövrdə cəzaçəkmə müəssisəsində cəza çəkən iddiaçı bununla bağlı Cavabdeh1 bildiriş ünvanlayıb. Etibarnamənin ləğv edilməsi barədə ərizənin sonradan tərtib edildiyinə və etibarnamənin ləğvi haqqında bildirişi almadığına dair Cavabdeh1 irəli sürdüyü arqumentlər inandırıcı deyil. Çünki, Penitensiar Xidmət tərəfindən verilən 22 fevral 2021-ci il və 26 aprel 2021-ci il tarixli məktublard a müvafiq ərizənin və bildirişin “jurnalların, kartotekaların və bağlanmış işlərin uçotu jurnalı”nda qeydiyyatdan keçdiyi, 11 fevral 2016cı il tarixli bildirişin 16 fevral 2016-cı il tarixdə qeydə alınaraq 6 saylı poçt filialının 29 saylı poçt şöbəsi vasitəsilə ünvana göndərildiyi göstərilib, 6 saylı poçt filialının iddiaçıya ünvanladığı 26 aprel 2021-ci il tarixli məktubda isə 19 fevral 2016-cı il tarixdə 29 saylı poçt şöbəsindən Cavabdeh1 adına göndərilən korrespondensiyanın şöbəyə geri qaytarılmadığı bildirilib. İddiaçının, Cavabdeh1 verdiyi etibarnaməni 11 fevral 2016-cı il tarixdə ləğv etdiyi barədə iradə ifadəsini bəyan etdiyini, bu bəyanın Cavabdeh1 məlum olması ehtimalının mövcudluğunu və “təmsilçilikdə məhz təmsil edilənin qanuni maraqlarının təmin edilməli olduğu” prinsipini əsas götürməklə mübahisələndirilən bağışlama müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlandığı, eləcə də onu bağlamış şəxslərin arasında iradə vahidliyinin olduğu qənaətinə gəlmək mümkün deyil. Ona görə də iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 365.2, 366.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlə r E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 359.1, 365.1.3, 666.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin d əlilləri Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxıl olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azə rbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı isə Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlid ir. Həmin Məcəllənin 365.1.3-cü maddəsinə görə, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir; 366.1-ci maddəsinə görə, etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur; 366.2-ci maddəsinə görə isə, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara t ətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri K assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kas sasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və iddiaçının kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən ed ilmiş hallarına görə, 29 aprel 2005-ci ildə iddiaçı rəsmi nikah əsasında Yeganə Cavadova ilə ailə qurub, onların nikahı 26 iyul 2008-ci ildə pozulub və 12 oktyabr 2010-cu ildə onlar yenidən nikaha daxil olub. İddiaçı, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş 24 dekabr 2015-ci il tarixli etibarnaməyə əsasən, Bakı şəhəri, 28 may küçəsi, 11 saylı evin, 24 saylı mənzilində qeydiyyatda olan arvadı Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən almaq satmaq, hədiyyə qəbul etmək, hədiyyə vermək və ya bağışlamaq, dəyişmək, əmlak ipotekası (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə ha qq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o cümlədən bank orqanlarından, poçtdan teleqrafdan bütün əsaslar üzrə ona çatan əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesab üzərində sərəncam verməyi, poçt, teleqram, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ ictimai təşkilatlarda adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilməli bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ icarə vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 24 dekabr 2018-ci il tarixədək etibar edib. Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda 06 iyun 2016-cı ildə bağlanmış bağışlama müqaviləsinə əsasən Cavabdeh1, həmin etibarnamənin əsasında 27 sentyabr 2007-ci ildə iddiaçının adına qeydiyyata alınmış sözügedən mənzili oğlu X2 bağışlayıb. 09 iyun 2016-cı il tarixli Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Nihad Quliyevin adına qeydə alınıb. 11 fevral 2016-cı ildə iddiaçı sözügedən etibarnamənin ləğv olunması üçün zəruri tədbirlərin görülməsi xahişi ilə saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müə ssisənin rəisinə ərizə ünvanlayıb, eyni zamanda həmin tarixdə etibarnaməni geri götürdüyü və onun geri qaytarılması barədə Cavabdeh1 bildiriş göndərib. Göründüyü kimi iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi bağışlama müqaviləsi bağlanarkən müvafiq etibarnamə ləğv olunub, həmin dövrdə cəzaçəkmə müəssisəsində cəza çəkən iddiaçı bununla bağlı Cavabdeh1 bildiriş ünvanlayıb. Etibarnamənin ləğv edilməsi barədə ərizənin sonradan tərtib edildiyinə və etibarnamənin ləğvi haqqında bildirişi almadığına dair Cavabdeh1 irəli sürdüyü arqumentlər inandırıcı deyil. Çünki, Penitensiar Xidmət tərəfindən verilən 22 fevral 2021-ci il və 26 aprel 2021-ci il tarixli məktublarda müvafiq ərizənin və bildirişin “jurnalların, kartotekaların və bağlanmış işlərin uçotu jurnalı”nda qeydiyyatdan keçdiyi, 11 fevral 2016-cı il tarixli bildirişin 16 fevral 2016-cı il tarixdə qeydə alınaraq 6 saylı poçt filialının 29 saylı poçt şöbəsi vasitəsilə ünvana göndərildiyi göstərilib, 6 saylı poçt filialının iddiaçıya ünvanladığı 26 aprel 2021-ci il tarixli məktubda isə 19 fevral 2016-cı il tarixdə 29 saylı poçt şöbəsindən Cavabdeh1 adına göndərilən korrespondensiyanın şöbəyə geri qaytarılmadığı bildirilib. İddiaçının, Cavabdeh1 verdiyi etibarnaməni 11 fevral 2016-cı il tarixdə ləğv etdiyi barədə iradə ifadəsini bəyan etdiyini, bu bəyanın Cavabdeh1 məlum olması ehtimalının mövcudluğunu və “təmsilçilikdə məhz təmsil edilənin qanuni maraqlarının təmin edilməli olduğu” prinsipini əsas götürməklə mübahisələndirilən bağışlama müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlandığı, el əcə də onu bağlamış şəxslərin arasında iradə vahidliyinin olduğu qənaətinə gəlmək mümkün deyil. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı isə Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağla nması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 365.1.3-cü maddəsinə görə, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir; 366.1-ci maddəsinə görə, etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur; 366.2-ci maddəsinə görə isə, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki m ülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu, iddiaçı onun adına verdiyi etibarnaməni sonradan ləğv etməsi barədə ona məlumat vermədiyini, bu barədə məlumatsız olduğunu və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işdən görünür ki, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi bağışlama müqaviləsi bağlanarkən müvafiq etibarnamə ləğv olunub, həmin dövrdə cəzaçəkmə müəssisəsində cəza çəkən iddiaçı bununla bağlı Cavabdeh1 bildiriş ünvanlayıb. Etibarnamənin ləğv edilməsi barədə ərizənin sonradan tərtib edildiyinə və etibarnamənin ləğvi haqqında bildirişi almadığına dair Cavabdeh1 irəli sürdüyü arqumentlər inandırıcı deyil. Çünki, Penitensiar Xidmət tərəfindən verilən 22 fevral 2021-ci il və 26 aprel 2021-ci il tarixli məktublarda müvafiq ərizənin və bildirişin “jurnalların, kartotekaların və bağlanmış işlərin uçotu jurnalı”nda qeydiyyatdan keçdiyi, 11 fevral 2016-cı il tarixli bildirişin 16 fevral 2016-cı il tarixdə qeydə alınaraq 6 saylı poçt filialının 29 saylı poçt şöbəsi vasitəsilə ünvana göndərildiyi göstərilib, 6 saylı poçt filialının iddiaçıya ünvanladığı 26 aprel 2021-ci il tarixli məktubda isə 19 fevral 2016-cı il tarixdə 29 saylı poçt şöbəsindən Cavabdeh1 adına göndərilən korrespondensiyanın şöbəyə geri qaytarılmadığı bildirilib. İddiaçının, Cavabdeh1 verdiyi etibarnaməni 11 fevral 2016-cı il tarixdə ləğv etdiyi barədə iradə ifadəsini bəyan etdiyini, bu bəyanın Cavabdeh1 məlum olması ehtimalının mövcudluğunu və “təmsilçilikdə məhz təmsil edilənin qanuni maraqlarının təmin edilməli olduğu” prinsipini əsas götürməklə mübahisələndirilən bağışlama müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlandığı, eləcə də onu bağlamış şəxslərin arasında iradə vahidliyinin olduğu qənaətinə gəlmək mümkün deyil. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayətinin dəlillərini əsassız sayıb belə qənaətə gəlir ki, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyas iya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Üçüncü şəxs X1 qanuni nümayəndəsi Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(103)-8843/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1253/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1253/2022
05.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver