Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1254/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi 05.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh qarşı əmlak tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8679/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları
1. İş materiallarından görünür ki İddiaçı1 ilə Cavabdeh 11.09.2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə qurduqları vaxtdan iddiaçı valideynləri tərəfindən ona hədiyyə olunmuş cehiz əşyaları ilə birlikdə cavabdehin yaşadığı evə köçmüşdür. Tərəflərin birgə nikahdan 07.01.2019-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Sonradan nümasibətləri pozulduğundan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli 2(007)-2654/2020 saylı qətnaməsi ilə İddiaçı1 ilə Cavabdeh arasında 11.09.2017-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” X1 bağlanmış və 3125 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 07.01.2019-cu il təvəllüdlü X2 anası İddiaçı1 himayəsində saxlanılması, Cavabdeh 07.01.2019 -cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması 11.11.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı1 ödənilməsi qət edilmişdir. İddiaçı1 hazırda valideynlərinin evində yaşayır və mənzili tərk edərkən onun cehiz əmlakı Cavabdeh ilə birgə yaşadığı evdə qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı1 məhkəməyə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək сavabdeh Cavabdeh ona məxsus olan nişan və nikaha daxil olan zaman ona hədiyyə kimi verdikləri qızıl-zinət əşyalarının, yəni 3500 (üç min beş yüz) AZN dəyərində olan boyunbağı, qolbağı, sırğa və üzük dəstim, 1300 (min üç yüz) AZN dəyərində olan 1 (bir) biriliant üzüyüm, 700 (yeddi yüz) AZN d əyərində olan nişan üzüyü, 250 AZN dəyərində olan bir ədəd nazik qızıl sep və klon, cehiz əşyaları - telefon Samsung GALAXY A2016, Fly Quattro, 32GB yaddaş kartı 600 AZN, qonaq otağı mebeli 2 qorka, 1 kamod, 6 stul 1 stol, televizor altlığı - 2000 AZN, yumşaq mebel – künc divanı 1000 AZN, yataq otağı mebeli - qardirob, taxt, güzgülü termo - 2000 AZN, soyuducuSamsung, 1250 AZN, paltaryuyan - Siemens 870 AZN, tozsoran - Samsung, 250 AZN, televizor - 570 AZN, qısadalğalı soba - 240 AZN, elektrik sobası - 130 AZN, qaz sobası – 140 AZN, toster - 50 AZN, 2 blender - doğrayıcı - 32 AZN və əzən - 35 AZN, mikser - 30 AZN, kofeüyüdən - 25 AZN, sokçəkən maşın - 80 AZN, ətçəkən maşın - 120 AZN, elektrikli qəfədan və çaynik - 70 AZN, ütü - 140 AZN, ütü stolu - 40 AZN, 3 ədəd çilçıraq 200 AZN, 3 dəst y emək dəsti - 1800 AZN, 34 ədəd tək boşqab - antik, 4 dəst çay dəsti- 1200 AZN, 24 xrustal stəkan, 24 nəlbəki - 150 AZN, 12 armudu stəkan, nəlbəki - 24 AZN, 5 dəst kompot dəsti - ümumilikdə 250 AZN, 4 dəst xrustal bakal - 300 AZN, 3 xrustal, 1 bohema güldan - 540 AZN, 6 xrustal, 2 yarı xrustal mürəbbə qabı - 125 AZN, 4 xrustal meyvə qabı - 510 AZN, 1 xrustal, 2 yanxrustal külqabı - 60 AZN, 8 xrustal, 1 bohema, 2yanxrustal konfet qabı – 735 AZN, bohema çay dəsti - 200 AZN, 12 xrustal razetka - 84 AZN, 12 xrustal limon qabı - 30 AZN, 6 duz qabı - 12 AZN, 5 salfetka qabı - 14 AZN, 5 li qranit qazan dəsti-280 AZN, 2 dəst çuqun qazan dəsti - 140 AZN, 3 dəst nikkel qazan dəsti - 270 AZN, tefal qazan dəsti - 80 AZN, 3 qəfədan - 100 AZN, 4 ləpəqabı - 16 AZN, 12 kasa - 48 AZN, 2 dəst qaşıq-bıçaq dəsti 1-i çemodan - 260 AZN, 2 dəst çömçə dəsti,2 dəst bıçaq dəsti - 130 AZN, 12 salat qabı - 24 AZN, 12 araq stəkanı - 12 AZN, 6 çaynik 80 AZN, 8 fincan - 16 AZN, 6 tas - 45 AZN, 1 aşsüzən, 2 ələk, 1 yağqabı - 25 AZN, 4 pərdə, pərdə altlığı - 200 AZN, 4 xalça - 550 AZN, gecə lampası – 35 AZN, saat - 40 AZN, şamdan - 20 AZN, 8 böyük hamam dəsmalı - 96 AZN, 8 əl-üz dəsmalı - 50 AZN, 12 çay dəsmalı - 30 AZN, 2 mətbəx dəsmalı - 6 AZN, 15 çarpayı dəsti - 450 AZN, yay ədyalı; 2 tək ve 2 cüt - 120 AZN, qış ədyalı; 1 tək, 1 cüt - 100 AZN, 3 skater - 84 AZN, 3 yorğan, 2 döşək, 6 döşəkçə, 8 başaltı, 1 yataq örtüyü - 80 AZN, zibil vedrəsi - 12 AZN, ləpə çəkən maşın - 10 AZN, balon bağlayan maşın - 10 AZN, keks qabı, tort qabı - 8 AZN, 3 padnos9 AZN, slimmor polsilen - 35 AZN, sürtgəç, nicer-dice r doğrayıcı-13 AZN, balaca üçlü qab - 16 AZN, 1 çuqun, 1 kauçuk vedrə - 24 AZN, taxta çömçə, balıqtəmizləyən, kartofsoyan, kəfkir, düyməqabı, şpilka, şpilkaqabı - 20 AZN, xeyli sayda xirda mətbəx və ev əşyası, taxta qaşıq dəsti, çörək qabı - 36 AZN, böyük paltar səbəti - 16 AZN, uşaq çarpayısı - 350 AZN, uşaq yorğan döşəyi, uşaq şkafi - 25 AZN, uşaq arabası – 120 AZN və pakraval - 200 AZN olmaqla, cəmi 26694 (iyirmi altı min altı yüz doxsan dord) AZN dəyərində qeyd edilən əmlakların, icra vaxtı həmin əşyalar olmadığı halda isə onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir..
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11.11.2017-ci il tarixində cavabdehlə nikaha daxil olmuş, nikahları 5 saylı Bakı Asan Xidmət X3 tərəfindən 3125 saylı nikah akt qeydi ilə rəsmiləşdirilmişdir, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2654/2020 saylı, 11.11.2020-ci il tarixli qətnaməsinə əsasən onlar arasında bağlanmış rəsmi nikaha xitam verilmişdir, birgə nikahdan 07.01.2019-cu il təvəllüdlü X4 adlı övladları var. Evdən çıxan zaman cavabdeh tərəfindən ona toydan öncə hədiyyə olaraq verilən qızıl-zinət əşyaları orda qalmış, özü ilə heç bir cehiz əşyası, qızıl-zinət əşyalarını götürə bilməyərək evdən çıxmışdır, daha sonra münasibətlər bərpa olunmadığından ata evində qalmış və geri dönərək ona məxsus əşyaları götürə bilməmişdir, hazırda tək övladını böyütmək üçün bu qızıl-zinət əşyalarının geri qaytarılmasına, yaxud ən azından onun ekvivalent dəyərinin ödənilməsinə çox ehtiyacı vardır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Əl iyev) 2(0011)-2276/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı1 məxsus - telefon - Samsung GALAXY A2016, Fly Quattro, 32GB yaddaş kartı 600 AZN, qonaq otağı mebeli - 2 qorka, 1 kamod, 6 stul 1 stol, televizor altlığı – 2.000 AZN, yumşaq mebel - künc divanı – 1.000 AZN, yataq otağı mebeli - qardirob, taxt, güzgülü termo 2.000 AZN, soyuducu- Samsung, 1.250 AZN, paltaryuyan - Siemens 870 AZN, tozsoran Samsung, 250 AZN, televizor - 570 AZN, qısadalğalı soba - 240 AZN, elektrik sobası - 130 AZN, qaz sobası - 140 AZN, toster - 50 AZN, 2 blender - doğrayıcı - 32 AZN və əzən - 35 AZN, mikser - 30 AZN, kofeüyüdən - 25 AZN, sokçəkən maşın - 80 AZN, ətçəkən maşın 120 AZN, elektrikli qəfədan və çaynik - 70 AZN, ütü - 140 AZN, ütü stolu - 40 AZN, 3 ədəd çilçıraq - 200 AZN, 3 dəst yemək dəsti - 1.800 AZN, 34 ədəd tək boşqab - antik, 4 dəst çay dəsti-1.200 AZN, 24 xrustal stəkan, 24 nəlbəki - 150 AZN, 12 armudu stəkan, nəlbəki - 24 AZN, 5 dəst kompot dəsti - ümumilikdə 250 AZN, 4 dəst xrustal bakal - 300 AZN, 3 xrustal, 1 bohema güldan - 540 AZN, 6 xrustal, 2 yarı xrustal mürəbbə qabı - 125 AZN, 4 xrustal meyvə qabı - 510 AZN, 1 xrustal, 2 yanxrustal külqabı - 60 AZN, 8 xrustal, 1 bohema, 2 yanxrustal konfet qabı - 735 AZN, bohema çay dəsti - 200 AZN, 12 xrustal razetka - 84 AZN, 12 xrustal limon qabı - 30 AZN, 6 duz qabı - 12 AZN, 5 salfetka qabı - 14 AZN, 5 li qranit qazan dəsti-280 AZN, 2 dəst çuqun qazan dəsti - 140 AZN, 3 dəst nikkel qazan dəsti - 270 AZN, tefal qazan dəsti - 80 AZN, 3 qəfədan - 100 AZN, 4 ləpəqabı - 16 AZN, 1 2 kasa - 48 AZN, 2 dəst qaşıqbıçaq dəsti 1-i çemodan - 260 AZN, 2 dəst çömçə dəsti, 2 dəst bıçaq dəsti - 130 AZN, 12 salat qabı - 24 AZN, 12 araq stəkanı - 12 AZN, 6 çaynik 80 AZN, 8 fincan - 16 AZN, 6 tas - 45 AZN, 1 aşsüzən, 2 ələk, 1 yağqabı - 25 AZN, 4 pərdə, pərdə altlığı - 200 AZN, 4 xalça - 550 AZN, gecə lampası - 35 AZN, saat - 40 AZN, şamdan - 20 AZN, 8 böyük hamam dəsmalı - 96 AZN, 8 əl-üz dəsmalı - 50 AZN, 12 çay dəsmalı - 30 AZN, 2 mətbəx dəsmalı - 6 AZN, 15 çarpayı dəsti - 450 AZN, yay ədyalı; 2 tək ve 2 cüt - 120 AZN, qış ədyalı; 1 tək, 1 cüt - 100 AZN, 3 skater - 84 AZN, 3 yorğan, 2 döşək, 6 döşəkçə, 8 başaltı, 1 yataq örtüyü - 80 AZN, zibil vedrəsi - 12 AZN, ləpə çəkən maşın - 10 AZN, balon bağlayan maşın - 10 AZN, keks qabı, tort qabı - 8 AZN, 3 padnos 9 AZN, slimmor polsi len - 35 AZN, sürtgəç, nicer-dicer doğrayıcı - 13 AZN, balaca üçlü qab - 16 AZN, 1 çuqun, 1 kauçuk vedrə - 24 AZN, taxta çömçə, balıqtəmizləyən, kartofsoyan, kəfkir, düyməqabı, şpilka, şpilkaqabı - 20 AZN, xeyli sayda xirda mətbəx və ev əşyası, taxta qaşıq dəsti, çörək qabı - 36 AZN, böyük paltar səbəti - 16 AZN, uşaq çarpayısı - 350 AZN, uşaq yorğan döşəyi, uşaq şkafi - 25 AZN və pakraval - 200 AZN, Cavabdeh alınaraq İddiaçı1 verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, dövlət rüsumunun əvəzi qismində ödənilmiş 15 (on beş) manatın Cavabdeh alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir..
5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçı cehiz əmlak siyahısına əlavə etdiyi uşaq arabası tələbindən imtina etdiyindən və uşaq a rabası istisna olmaqla, digər cehiz əmlakının qaytarılması barədə tərəflərin razılığı olduğundan həmin cehiz əşyalarının iddiaçıya qaytarılması mümkündür.
6. Məhkəmə, iddia tələbinin qızıl-zinət əşyalarına dair hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı1 öz tələblərinin əsası kimi istnad etdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıyır, lakin o, bu halları dair mötəbər sübutları iş materiallarına əlavə edilməmiş, həmçinin bu hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.
7. Məhkəmə, iddia tələbinin telefona dair hissəsinə münasibətdə hesab etmişdir ki, cavabdeh telefonun “ev telefonu” olaraq alındığını və hər kəsin bu telefondan istifadə etdiyini bildirsə də, sonradan izahatında həmin telefonun Bakıya gələrkən iddiaçıda olduğu, iddiaçının istifadəsində başqa bir mobil telefonun olma ması və telefonda olan yazışmaların iddiaçıya aid oldması barədə cavabdehin etirafları, mübahisələndirilən telefonun iddiaçının şəxsi mobil telefonu olduğu nəticəsinə gəlmək üçün kifayətdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 157.4, 225.2, 225.3-cü, Ailə Məcəlləsinin 34.1, 34.2, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 80, 89.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8679/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) idiaçı İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, ha zırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(0011)2276/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır
11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı1 öz tələblərinin əsası kimi istnad etdiyi hallarla bağlı mötəbər sübutları iş materiallarına əlavə etmədiyindən, iddia tələbinin qızıl-zinət əşyaları ilə bağlı hissədə təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı оlmuşdur.
12. Belə ki, İddiaçı1 iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarının məlum olmayan səbəbdən ona qaytarılmamasını, cavabdehdə qalan qızıl-zinət əşyalarının qaytarılmasını tələb edərək buna nail ola bilməməsini bildirsə də, qızıl-zinət əşyalarının cavabdehdə olması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, İddiaçı1 iddia ərizəsində 2020-ci ilin iyun ayında əri, Cavabdeh tərəfindən Bakı şəhərində yaşayan valideynlərinin evinə qonaq gətirdiyini və həmin vaxtdan bir daha geri ər evinə qayıtmadığını bildirsə də, valideynlərinin evinə qonaq gələrkən özünə aid olan qızıl-zinət əşyalarını aparmamasını sübuta yetirə bilməmişdir.
13. Həmçinin İddiaçı1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın də lilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır Kassasiya baxışının hədləri
17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
18. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək i şə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
21. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. (maddə 152.1)
22. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2)
23. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövrü ndə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. (maddə 225.2)
24. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. (maddə 666.1) Ailə Məcəlləsi
25. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). (maddə 34.1) Mülki Prossesual Məcəllə
26. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
29. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instan siyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halla rı müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (103)-8679/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.