Məhkəmə qərarları › İş №2(102)-1256/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1256/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1256/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1256/22 (Açar sözlər: plan ölçü sənədinin, qeydin və əqdin etibarsız hesab edilməsi, tələbin bir hissəsinin inzibati icraata aid edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi ) Bakı şəhəri, 07 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qeydin və əqdin etibarsız h esab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12061/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərardadından iddiaçının kassasiya şikayətinə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 3732 saylı bağa dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh1 adına verilmiş 03.10.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, 17.12.2008-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın, 3732 saylı bağın Cavabdeh2 satılması barədə Ba kı şəhəri 37 saylı dövlət notariat kontorunda 4-Ə-1/47 reyestr sayı ilə qeydə alınmış 21.02.2009-cu il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində 01.04.2009-cu il tarixdə aparılmış qeydiyyatın, 3732 saylı bağın Cavabdeh3 satılması barədə 51 saylı notariat kontorunda 4Ə-547 reyestr sayı ilə qeydə alınmış 21.05.2018-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində 05.06.2018-ci il tarixdə aparılmış qeydiyyatın, 3732 saylı bağın Cavabdeh4 satılması barədə 23 saylı notariat kontorunda 4Ə-628 reyestr saylı ilə qeydə alınmış 23.08.2019-cu il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində 29.08.2019-cu il tarixdə aparılmış qeydiyyatın etibarsız sayılması barədə qətnamə çıxa rılmasını xahiş etmişdir.

2. Cavabdeh Cavabdeh4 nümayəndəsi və vəkili iddia tələbini qəbul etməmiş, həmçinin bildirmişdir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılmalıdır. 3.Xəzər rayon Məhkəməsinin 26.10.2021-ci il tarixli 2(003)-3892/2021 nömrəli qərardadı ilə icraata xitam verilmişdir. (hakim Ramilə Xəzri)

4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın əsasını inzibati orqanın hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi təşkil edir və hazırki iş inzibati orqanın qəbul etdiyi aktının mübahisələndirilməsi ilə bağlı olduğundan, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır

5. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsi ilə əsaslandırmışdır.

6. İddiaçı şikayət verib, qərardadın ləğv olunmasını xahiş etmişdir.

7. Xəzər r ayon Məhkəməsinin 05.11.2021-ci il tarixli 2(003)-3892/2021 nömrəli qərardadı ilə şikayət qismən təmin olunmuş, 26.10.2021-ci il tarixli qərardad qismən – “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 3732 saylı bağın Cavabdeh2 satılması barədə Bakı şəhəri 37 saylı dövlət notariat kontorunda 4-Ə-1/47 reyestr sayı ilə qeydə alınmış 21.02.2009-cu il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində 01.04.2009-cu il tarixdə aparılmış qeydiyyatın, 3732 saylı bağın Cavabdeh3 satılması barədə 51 saylı notariat kontorunda 4Ə-547 reyestr sayı ilə qeydə alınmış 21.05.2018-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində 05.06.2018-ci il tarixdə aparılmış qeydiyyatın, 3732 saylı bağın Cavabdeh4 satılması barə də 23 saylı notariat kontorunda 4Ə-628 reyestr saylı ilə qeydə alınmış 23.08.2019-cu il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində 29.08.2019-cu il tarixdə aparılmış qeydiyyatın etibarsız sayılması” tələblərinə münasibətdə ləğv edilmiş, həmin hissədə işə baxılması, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

8. İddiaçı İddiaçı 05 noyabr 2021-ci il tarixli qərardaddan şikayət verərək onun qismən, yəni 26.10.2021-ci il tarixli qərardaddan verdiyi şikayətin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunmasını xahiş etmişdir.

9. İddiaçı şikayətini onunla əsaslandırb ki, Cavabdeh1 adına reyestrdəki qeydiyyat inzibati akt əsasında aparılsa da, iddianın faktiki əsasını həmin aktın qanunsuzluğu təşkil etmədiyindən, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

10. Xəzər rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli 2(003)-3892/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1206/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Xəzər rayon Məhkəməsinin 05.11.2021-ci il tarixli 2(003)-3892/2021 nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Fuad Babayev)

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının “Cavabdeh1 adına verilmiş 03.10.2008-ci il tarixli “Torpaq sahə sinin planı və ölçüsü” sənədinin, 17.12.2008-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbləri üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət mülkiyyətindəki torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir; iddiaçı isə faktiki olaraq həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (“Torpaq sahəsinin planı və ölçüsü” sənədinin) və onun əsasında aparılmış ilkin hüquqi qeydiyyatın qanunsuz olduğunu iddia edir. Nəzərə alınmalıdır ki, mübahisəli əmlaka dair iddiaçının etibarsızlığını tələb etdiy i, inzibati orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, həmçinin həmin sənəd əsasında aparılmış ilkin hüquqi qeydiyyat dövlət əmlakının xüsusi mülkiyyətə verilməsi qaydalarına əsasən tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini “İnzibati icraat haqqında” Qanunun 1.1, 1.2-ci, İnzibati Prosessual Məcəllənin 1.1, 2.1-ci maddələri və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıları nın izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (vəkil Vəkil2 oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 adına reyestrdəki qeydiyyatın inzibati akt əsasında aparılmasına baxmayaraq, iddianın faktiki əsasını həmin aktın qanunsuzluğunun təşkil etmədiyinə görə də “Cavabdeh1 adına verilmiş 03.10.2008ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, 17.12.2008-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələblərinə də ümumi yurisdiksiyalı məhkəmədə baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın də lilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Qanun Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllə Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Madd ə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllə Maddə 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv ed ilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarı Bənd

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Bənd 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq mü nasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxs lər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. B ənd 15.4. İnzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bənd 17. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı müna sibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırs a, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Kassasiya baxışının hədləri

17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

18. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadının ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.

19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi ü çün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Baxılan iş üzrə apellyasiya instansiyası qanuni nəticəyə gəlmişdir.

22. İddiaçının şikayət verdiyi qərardad iş üzrə icraata xitam verilməsi barədə olmuşdur. İşdən görünür ki, iddiaçı Cavabdeh1 adına r eyestrdəki qeydiyyatı mübahisələndirir və həmin qeydiyyat da inzibati akt əsasında aparılıb. Apellyasiya məhkəməsinin mövqeyinə görə bu tələb üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət mülkiyyətindəki torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir.

23. Məhkəmə kollegiyası Cavabdeh1 qarşı hissədə iddia tələbinin məhkəmə aidiyyatı ilə bağlı apellyasiya məhkəməsinin hazırki qərarın 12-ci bəndində əks edilən dəyərləndirməsi və tətbiq etdiyi maddi və prosessual hüquq normaları ilə razılaşır və bu baxımdan, əlavə şərhə zərurət görmür. Gəlinən nəticə qanunvericiliyə v ə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarında şərh edilən hüquqi mövqeyə uyğun olub.

24. Əlavə olaraq kollegiya qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarının 17-ci bəndinə görə Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

25. Cavabdeh1 adına reyestrdəki qeydiyyatın inzibati akt əsasında aparılmasına baxmayaraq, iddianın faktiki əsasını həmin aktın qanunsuzluğunun təşkil etməməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, bu dəlil Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarının yuxarıda göstərilən 17-ci bəndinin tələbləri baxımından əsassızdır. 26.Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İdd iaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12061/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar