Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1257/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:qızıl-zinət əşyalarının qaytarılması barədə 27.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2022-ci il tarixli, 2(103)4432/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 08 dek abr 2021-ci il tarixli, 2(005)5224/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 08 oktyabr 2014-cü il tarixdə 810 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 25 avqust 2015-ci il tarixdə doğulmuş X1 anasının yanında qalması və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı toy mərasimində nişan üzüyü, qızıl boyunbağı, boyunbağı, bilərzik, üzük, 750 əyarlı qızıl qolbaq hədiyyə edilmişdir. Cavabdeh tərəfindən yazılaraq imzalanmış ərizə, o, iddiaçıya məxsus qızıl-zinət əşyalarını özünün hərbi xidməti zamanı yaranmış borcunun ödənilməsi məqsədi ilə satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 3200 manat olan nişan üzüyü, dəyəri 2000 manat olan qızıl boyunbağı, dəyəri 1500 manat olan boyunbağı, dəyəri 1000 manat olan bilərzik, dəyəri 1300 manat olan üzük, dəyəri 1000 manat olan 750 əyarlı qızıl qolbaqdan ibarət qızıl-zinət əşyalarının və ya onların cəmi dəyəri olan 10000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının keçmiş əridir. Cavabdehlə 08 oktyabr 2014-cü il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuş və cavabdehə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi (M.Müşfiq) küçəsində yerləşən 07 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan 25 avqust 2015-ci il tarixində X3 doğulmuşdur. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh əvvəllər “N” saylı hərbi hissədə hərbiçi işləmişdir. İşində yol verdiyi qanun pozuntularına görə 2017-ci ildə ordudan tərxis olunmuşdur və həmin vaxtdan indiyədək işsizdir. Cavabdeh xeyli miqdarda qızıl-zinət əşyalarını etibarından sui-istifadə edərək ondan almışlar. Belə ki, 2015-ci ildə cavabdehin hərbi xidmətdəki işi ilə əlaqədar olaraq (təyinat yerinin dəyişdirilməsinə görə) Naxçıvan şəhərinə getməli olmuş, keçmiş qaynanası X hədiyyə olaraq verilmiş ona məxsus qızıl-zinət əşyalarını qoruyub saxlamaq adı ilə ondan almışdır. Cavabdeh 2 il Naxçıvan şəhərində yaşadıqdan sonra 2017-ci ildə əvvəllə r yaşadıqları ünvana geri qayıtmışlar. Lakin qayıtdıqdan sonra da cavabdeh və qaynanası qızıl-zinət əşyalarını geri qaytarmamışlar. Ailə münasibətləri pozulduqdan sonra cavabdeh və keçmiş qaynanası qaynının evlənəcəyini və yaşadıqları evə gəlin gətirəcəyini bildirib onu azyaşlı oğlu ilə birlikdə ünvan 2 ünvanına göndərmiş, həmin mənzili adına rəsmiləşdirəcəklərini, bununla da borclarının bir hissəsinin əvəzləşdiriləcəyini bildirmişdilər. Qeyd etdiyi mənzil yaşamaq üçün əlverişli olmadığından oğlu ilə birlikdə valideynlərinin yanına qayıtmışdır. Cavabdehdən qızıl-zinət əşyalarını geri istəsə də əşyaları qaytarmaqdan imtina etmiş və həmin əşyaları yalnız məhkəmə qərarı ilə qaytaracağını bildirmişdir. Ona görə də məhkəmə yolu ilə həmin əşyaları tələb etməyə məcbur olmuşdur. Bakı şəhəri Yasa mal Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(004)1985/2022 saylı qətnaməsi ilə (hakim A.Məmmədov) iddia təmin edilmiş, cavabdehdən nişan üzüyü-3200 manat, qızıl boyunbağı-2000 manat, boyunbağı-1500 manat, bilərzik1000 manat, üzük-1300 manat, 750 əyarlı qızıl-1000 manat qolbaqdan ibarət qızıl-zinət əşyalarının alınaraq iddiaçıya verilməsi, qızıl–zinət əşyalarının cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin qızıl-zinət əşyalarının dəyəri olan 10.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh 08 oktyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. İddiaçı ailə qurduqdan sonra ünvan 3 gəlin köçmüşdür.Tərəflərin birgə nikahlarından bir övladları dünyaya g əlmişdir. İddiaçıya nişan və toy mərasimi zamanı nişan üzüyü, qızıl boyunbağı, boyunbağı, bilərzik, üzük, 750 əyarlı qızıl qolbaqdan ibarət qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Cavabdeh tərəfindən sadalanan qızıl-zinət əşyaları özünün şəxsi borcunun ödənilməsi ilə əlaqədar satılmışdır. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, qızıl-zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Qızıl-zinət əşyaları cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda, həmin qızıl-zinət əşyalarının dəyəri ola n 10.000 manat pul cavabdehdən tutularaq iddiaçı verilməlidir. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 32.1, 34.1, 225.2-ci maddələrinə, Konstitusiyanın 29.3-cü maddəsinə, Mülki Məcəllənin 152.1, 157.2-ci maddəsinə, “İnsan hüquqları və əsas azadlıqların müdafıəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 220.5-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianı təmin etmək barədə qənaətə gəlməsi əsassızdır, belə ki, cavabdeh iddiaçı ilə ailə qurduqdan sonra onlar ünvan 3 ünvanında yaşamışlar. Cehiz əmlakını Masazırda yerləşən mənzilə gətirmişdir. Qızıl-zinət əşyaları toy hədiyyəsi olaraq iddiaçıya alınmışdır. İşi ilə əlaqədar Naxçıvana təyinatı çıxmış və iddiaçı ilə birlikdə Naxçıvana köçmüşlər. Naxçıvanda xidmət zamanı dövlətə borcu yaranmış, hətta bu səbəbdən özünə məxsus avtomobili və iddiaçıya məxsus olan 7.200 manat dəyərində olan qızıl-zinət əşyalarını 4.200 manata, hamının xəbəri olmaqla, iddiaçının razılığı ilə satmışdır. Bu faktı təsdiq edən şahidlər var. Nişan üzüyü 600 manata, sırğa 750 manata və oğlu Atillaya alınan qızıllar satılaraq yaşadıqları müddətdə universitetinə ödəniş edildiyini qeyd etmişdir. Buradan da artıq görünür ki, iddia tələbi qaldırılan dövrdən 5 il əvvəl qarşılıqlı razı lıq əsasında, geri qaytarılması şərti olmadan ailənin qorunub saxlanılması və tələb olunan ehtiyacları üçün xərclənmişdir. Bundan əlavə, tələb olunan qızıl-zinət əşyalarını iddiaçı özü Bakı şəhərindən Naxçıvana gətirmiş və birlikdə də satmışlar. Nikahları pozulana kimi də iddiaçının bu barədə tələbləri və mübahisələri olmamışdır. Razılıq əsasında və heç bir şərt olmadan 5 il əvvəl satılmış və hazırda da cavabdehin qanunsuz sahibliyində olmayan əşyaları iddiaçı tələb edə bilməz. Bu səbəbdən də iddia təmin edilməməlidir. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və ərizə təqdim edərək iddia ərizəsində qızıl dəstində olan sırğanın səhvən qızıl qolbaq kimi, üzüyün isə boyunbağı kimi qeyd edildiyi üçün bunun nəzərə alınmasını xahiş e tmişdir. Apellyasiya baxışı zamanı Əmlak Ekspert Mərkəzi tərəfindən təqdim edilmiş 13 iyul 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, toy foto təsvirlərdə əks edilən predmetlər qızıldır, brilyant qaşlıdır, qarnitur dəstə aid olan - 750 əyarlı, çəkisi 4 qram olan 1 ədəd üzüyün bazar qiyməti 700 manat, 750 əyarlı, çəkisi 18 qram olan 1 ədəd qızıl boyunbağının bazar dəyəri 2800 manat, 750 əyarlı, çəkisi 11 qram olan 1 cüt sırğanın bazar dəyəri 2000 manat, 750 əyarlı, çəkisi 9 qram olan 1 ədəd bilərziyin bazar qiyməti 1500 manat (dəstin cəmi dəyəri 7000 manat), uşağa hədiyyə olaraq verilmiş 750 əyarlı, çəkisi 5 qram olan 1 ədəd üzüyün bazar qiyməti 600 manat, 750 əyarlı, çəkisi 4,8 qram olan 1 ədəd nişan üzüyünün bazar qiyməti 2000 manat, yekun olaraq 9600 manat təşkil edir. Bak ı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2022-ci il tarixli, 2(103)4432/2022 saylı qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev sədrlik edən, məruzəçi, N.Ş.Cəfərov və X.Ə.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehdən qarnitur dəstə aid olan - bazar qiyməti 700 manat olan 750 əyarlı, çəkisi 4 qram olan 1 ədəd üzük, bazar dəyəri 2800 manat olan 750 əyarlı, çəkisi 18 qram olan 1 ədəd qızıl boyunbağı, bazar dəyəri 2000 manat olan 750 əyarlı, çəkisi 11 qram olan 1 cüt sırğa, bazar qiyməti 1500 manat olan 750 əyarlı, çəkisi 9 qram olan 1 ədəd bilərzik, uşağa hədiyyə olaraq verilmiş bazar qiyməti 600 manat olan 750 əyarlı, çəkisi 5 qram olan 1 ədəd üzük, bazar qiyməti 2000 manat olan 750 əyarlı, çəkisi 4,8 qram olan 1 ədəd nişan üzüyünün alınaraq iddiaçıya qaytarılması, bu mümkün olmadıqda həmin qızıl-zinət əşyalarının qeyd edilən dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları iddiaçıya gəlin köçərkən hədiyyə şəklində verildiyindən, onun əmlakıdır. Bu səbəbdən, iddiaçı göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlı olmuşdur. İddiaçının tələb etdiyi zinət əşyalarının mövcud olması işin mübahisəsiz halıdır. İş üzrə cavabdeh tərəfindən imzalanmış ərizədən görünür ki, o, iddiaçıya məxsus qızıl-zinət əşyalarını özünün hərbi x idməti zamanı yaranmış borcunun ödənilməsi məqsədi ilə satdığını qeyd etmişdir. İddiaçı isə həmin əşyaların cavabdehdə olduğunu bildirir. Belə olan halda cavabdehin iddiaçıya məxsus olan əşyaların və ya onların dəyərinin qaytarılması öhdəliyi yaranmış olur. Məhkəmə kollegiyası hüquqi mövqeyini Ailə Məcəlləsinin 34.1, 334.2-ci maddələrinə, Mülki Məcəllənin 152.1,157.2, 225.2, 225.3-ci maddələrinə, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 77.1, 222.1, 372.6, 384.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli qızıl-zinət əşyaları iddia tələbi qaldırılan dövrdən 5 il əvvəl qarşılıqlı razılıq əsasında, geri qaytarılması şərti olmadan ailənin qorunub saxlanılması və tələb olunan ehtiyacları üçün xərclənmişdir, tələb olunan qızıl-zinət əşyalarını iddiaçı özü Bakı şəhərindən Naxçıvana gətirmiş və birlikdə də satmışlar. Lakin, apellyasiya şikayətində qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Qızıl-zinət əşyaları cavabdehdə olmadığı və iddiaçının razılığı ilə satıldığı halda iddiaçı öz əmla kını ondan necə geri tələb edə bilər. Bununlada məhkəmə Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərini pozaraq, düzgün tətbiq etməmişdir. Digər bir hal kimi, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi apellyasiya şikayətində qeyd olunanları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Cavabdeh apellyasiya şikayətində qızıl-zinət əşyalarını iddiaçının razılığı ilə satdığını, bundan hamının xəbəri olduğunu və bu faktı təsdiq edən şahidlərin olduğunu bildirsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən qızıl-zinət əşyalarının iddiaçının razılığı ilə satılıb-satılmamasını araşdırmamış, bu faktı təsdiq edən şahidlərin ifadələri alınmamışdır. Bundan başqa, apellyasiya instansiya məhkəməsi qızıl-zinət əşyalarının cavabdehdə olması ilə bağlı iddiaçı tərəfdən məhkəməyə heç bir sübut təqdim etmədiyi halda, cavabdehin məhkəmə təqdim etdiyi ərizəyə birtərəfli yanaşaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində keçmiş qaynanası X2 da adını çəkmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən X4 məhkəməyə çağrılıb dindirilməmişdir. İddiaçının apellyasiya instansiyası məhkəməsində qızıl-zinət əşyalarının bəzilərinin dəqiqləşməsi barədə ərizə verməsi, birinci dəfə iddia qaldıranda keçmiş qaynanasını cavabdeh kimi göstərməsi və iddia ərizəsində qızıl-zinət əşyalarının keçmiş qaynanası tərəfindən əlindən alınmasını qeyd etməsi onu göstərir ki, iddiaçının dəlilləri inandırıcı deyil, eləcədə hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil ol mamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.3. Da ş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılı qlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırki kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma i lə razılaşaraq qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(005)-5224/2021 saylı qətnaməsi ilə tərəflər arasında 08 oktyabr 2014-cü il tarixdə 810 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından 25 avqust 2015-ci il tarixdə doğulmuş X1 anasının yanında qalması və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmçinin işin mübahisə olunmayan hallarına görə, iddiaçıya toy mərasimində nişan üzüyü, qızıl boyunbağı, boyunbağı, bilərzik, üzük, 750 əyarlı qızıl qolbaq hədiyyə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları idd iaçıya gəlin köçərkən hədiyyə şəklində verildiyindən, onun əmlakıdır. Bu səbəbdən, iddiaçı göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlı olmuşdur. Bundan başqa, iddiaçının tələb etdiyi zinət əşyalarının mövcud olması işin mübahisəsiz halıdır. İş üzrə cavabdeh tərəfindən imzalanmış ərizədən görünür ki, o, iddiaçıya məxsus qızıl-zinət əşyalarını özünün hərbi xidməti zamanı yaranmış borcunun ödənilməsi məqsədi ilə satdığını qeyd etmişdir. İddiaçı isə həmin əşyaların cavabdehdə olduğunu bildirir. Belə olan halda cavabdehin iddiaçıya məxsus olan əşyaların və ya onların dəyərinin qaytarılması öhdəliyi yaranmış olur. Apellyasiya baxışı zamanı Əmlak Ekspert Mərkəzi tərəfindən təqdim edilmiş 13 iyul 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişd ir ki, toy foto təsvirlərdə əks edilən predmetlər qızıldır, brilyant qaşlıdır, qarnitur dəstə aid olan - 750 əyarlı, çəkisi 4 qram olan 1 ədəd üzüyün bazar qiyməti 700 manat, 750 əyarlı, çəkisi 18 qram olan 1 ədəd qızıl boyunbağının bazar dəyəri 2800 manat, 750 əyarlı, çəkisi 11 qram olan 1 cüt sırğanın bazar dəyəri 2000 manat, 750 əyarlı, çəkisi 9 qram olan 1 ədəd bilərziyin bazar qiyməti 1500 manat (dəstin cəmi dəyəri 7000 manat), uşağa hədiyyə olaraq verilmiş 750 əyarlı, çəkisi 5 qram olan 1 ədəd üzüyün bazar qiyməti 600 manat, 750 əyarlı, çəkisi 4,8 qram olan 1 ədəd nişan üzüyünün bazar qiyməti 2000 manat, yekun olaraq 9600 manat təşkil edir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2022-ci il tarixli, 2(103)-4432/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsı