Məhkəmə qərarları › İş №2(102)-1260/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1260/2021

16.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1260/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh “xxxxxxxx” QSC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1260/21 (Açar sözlər: dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil, Cavabdeh: “xxxx” QSC-nin nümayəndəsi X2 və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6533/2020 saylı qətnaməsi ndən İddiaçı və cavabdeh “xxxx” QSC ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan ona dəymiş mənəvi zərərə görə 1.000.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və tələbini belə əsaslandırıb ki, əri X3 Neft Şirkətinin nəzdində olan “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində “quraşdırıcı” işləyib. xx xxxxxx 2012-ci ildə səhər saat 07 radələrində əri xxxxxx işə getmək üçün evdən çıxıb və həmin günü Lökbatan qəsəbəsində 124 saylı marşrut avtobusunun qatarla toqquşması nəticəsində əri xxxxxx qatarın altına düşərək ölüb. Həmin hadisə ilə bağlı cinayət işi qaldırılıb. Müəyyən edilib ki, xxxxxx xx xxxxxx 2012-ci ildə “xxxx” QSC Qaradağ rayonu ərazisində yerləşən qorunan keçiddə növbətçi vəzifəsində növbədə olarkən, dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, şlaqbaumu vaxtında bağlamayıb və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymayıb və nəticədə saat 07:28 dəqiqədə xxxxxxin idarə etdiyi “Daewoo” markalı, ** TF *** dövlət nömrə nişanlı sərnişin avtobusu sərnişin qatarı ilə toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusda olan sərnişinlərdən- xxxxxx və digərləri ölüb, digər sərnişinlər isə az ağır və ağır xəsarətlər alıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə xxxxxx Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası 9 ilə qaldırılıb. Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qərarı ilə xxxxxx tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılıb. Qanuni qüvvə minmiş sözügedən hökmlə baş vermiş hadisədə xxxxxxun təqsiri tam təsdiq olunur və həmin hökmlə müəyyən edilmiş hallar hazırki mülki iş üçün preyudisial əhəmiyyət daşıyır. X4 ölümünə səbəb, almış olduğu travma kompleksi və qanitirmə nəticəsində baş vermiş ağır dərəcəli travmatik hemorragik şok olub. Cava bdehin işçisi xxxxxxun qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkəti və baş verən hadisə nəticəsində əri xxxxxx öldüyü üçün ona mənəvi zərər dəyib. Belə ki, X4 faciəvi şəkildə ölümündən sonra sağlamlığında baş verən mənfi dəyişikliklər nəticəsində iztirab, sarsıntı keçirib. Məhz bu səbəbdən keçirdiyi xəstəliklər nəticəsində İİ qrup əlil olub və ona dəymiş mənəvi zərərin miqdarını 1.000.000 manat məbləğində qiymətləndirir. Ona görə də cavabdehə qarşı tələbi tam məbləğdə təmin edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim İ.M.Cəfərov) iddia qismən təmin edilərək, cavabdehdən dəymiş mənəvi zərərə görə 30.000 manat pulun tutulub iddiaçıya ödənilmə si və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçının əri xxxxxx cavabdehin işçisi xxxxxxun təqsiri nəticəsində ölüb. Cavabdeh öz işçisi xxxxxxun törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün mülki hüquqi məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı sonuncunun vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu səbəbdən də məhkəmə, iddiaçıya dəymiş mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin işçisi xxxxxxun hərəkətinin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə zərərvuran tərəfin təqsirini və əmlak vəziyyətini nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin 30.000 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. İddianın 30.000 manat məbləğdə təmin edilməsi işin diqqətəlayiq hallarına uyğundur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1099.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh apelyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik e dən, məruzəçi, İ.Ə.Kərimli və E.C.Kazımov) apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı 30.000 manat məbləğdə qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və apelyasiya şikayətlərinə əsasən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1097-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya inst ansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kasasiya şikayətini belə əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi iddianı tam təmin etməməklə maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Cavabdeh kasasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kasasiya şikayətini belə əsaslandırıb ki, apelyasiya instansi yası məhkəməsi iddianı ona münasibətdə qismən təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil öz kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh “xxxx” QSC-nin nümayəndəsi xxxxxx və vəkili xxxxxx məhkəmə iclasında öz kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsa sən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin təl əbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsində göstərilir ki, hüquqi və ya fizik i şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmlak (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun xx xxx 2012-ci il tarixli Qərarında göstərilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi tə sir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarının 02-ci bəndinə əsasən, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Sözügedən Qərarın 2-ci bəndində məhkəmələrə tövsiyə olunub ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlər in açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq ha lları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materia llarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətlərində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, zərərin vuru lmasına görə yalnız cavabdehin mülki hüquqi məsuliyyət daşımamasını nəzərə almayıb. Belə ki, əvvəla, Ali Məhkəmənin başqa məhkəmə tərkibi tərəfindən xx xxxx 2021-ci il tarixdə artıq eyni xarakterli məsələyə dair qərar qəbul edilərək, “iddiaçı Zümrüd Əliyevanın cavabdeh “xxxx” QSC qarşı “dəymiş mənəvi zərərə görə 3.000.000 manat pul iddiaçına dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdeh “xxxx” QSC kasasiya şikayətinə əsasən ləğv edilərək, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bu baxımdan kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 418-1.1, 418-1.3, 418-1.4, 418-1.5-ci maddələrinin tələblərini nəzərə alıb, eyni xarakterli məsələyə dair Ali Məhkəmənin digər mə hkəmə tərkibinin artıq qəbul etdiyi xx xxxx 2021-ci il tarixli qərarında müəyyən edilmiş hüquqi mövqeyi rəhbər tutub hesab edir ki, iddiaçının kasasiya şikayəti rədd, cavabdehin kasasiya şikayəti isə qismən təmin edilməlidir. Sadalanan prosessual normaların mənasına görə, Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri eyni hüquqi mövqeyni rəhbər tutmalıdırlar. Digər tərəfdən işin mübahisə olunmayan hallarına görə, iddiaçının X4 baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində ölməsi işin sübuta yetirilmiş halıdır. Bununla bağlı həm cavabdehin işçisi xxxxxx, həm də “xxxx” MMC işçisi xxxxxx qanuni qüvvəyə minmiş məhkəmənin sözügedən hökmü ilə təqsirli bilinərək hər biri 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ed iliblər. Göründüyü kimi, iddiaçının X4 ölümünün cavabdehin işçisi xxxxxxun və “xxxx” MMC işçisi xxxxxxin təqsirli hərəkətləri nəticəsində baş verməsi, həmin hərəkətlərlə iddiaçıya dəymiş mənəvi zərər arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə istisna olunmur və işin bu halı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə də təsdiq olunur. Bu baxımdan X4 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi və bunun iddiaçı üçün ağır maddi, mənəvi məhrumiyyətlərə səbəb olması açıq-aşkar işin mübahisə olunmayan halıdır. Ona görə də kasasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş mənəvi ziyanın miqdarı ilə bağlı dəyərləndirmə aparmağı zəruri hesab edir. Yuxarıda sadalanan mülki qanunvericiliyə görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Ümumiətlə, mülki qanunvericilikdə mənəvi zərərin miqdarının müəyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməyib. İnkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardan biridir. Qeyd olunan problemə müxtəlif ölkəl ərin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn: Fransada və İtaliyada mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən edilir. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Alman məhkəmələri belə hesablamaları analoji işlər üzrə məhkəmə parktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edir və həmin işlər üzrə statistik rəqəmləri nəzərə alırlar. İngiltərədə hadisə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Qonşu Rusiyanın məhkəmə təcrübəsində isə mənəvi zərərin miqdarının məyyən edilməsi ilə bağlı konkret mövqe y oxdur və bu məsələ ilə əlaqədar mütəmadi müzakirələr aparılır. Amma, həmin ölkənin Mülki Məcəlləsində xüsusi olaraq 151-ci maddə mövcuddur. Həmin normada da mənəvi ziyanın miqdarının müəyyən edilməsinin ümumi prnisipləri nəzərdə tutulub. Normada deyilir ki, məhkəmələr mənəvi zərərin miqdarını şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən etməlidirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Eyni zamanda, mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələ b edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Məsələn: şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin miqdarı fərqləndirilməlidir. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, o nun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Sağlığında şəxslər arasında münasibətlərin qənaətbəxş olmaması halında mənəvi təzminat tələbi rədd edilə bilər. Məsələn: ölən şəxslə çox yaxşı münasibəti olan və daimi şəkildə onun yanında qalan əmisi oğluna ödəniləcək mənəvi təzm inatın miqdarı, münasibətləri pis olan və uzun zaman ərzində atasını görməyən, onunla maraqlanmayan oğula ödəniləcək təzminat miqdarından çox ola bilər. Mənəvi təzminatın miqdarına təsir edən ünsürlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq nəzəriyyəçiləri tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qaneedici olmaz. Həmçinin, təqsirli tərəfin maddi vəziyyəti mənəvi zərərin miqdarının müəyyən edilməsində əhəmiyyətli faktorlardan biri hesab olunur. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin miqdarı məsələsi həll edilərkən, ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanları iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq ayırd etdiyi mübahisə olunur (Basarba OOD Bolqariyaya qarşı xx xxxxxx 2011-ci il tarixli qərar). Məsələn: məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla biləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə xx xxxx 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”). Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət tö rətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törədən şəxs həmin əməlin ictimai-təhlükəli nəticələrini ya görmür, və yaxud arzu etmir, amma qəsdən cinayət törədən şəxslər əksinə, ictimai-təhlükəli nəticəni görür, arzu edirlər (daha təhlükəli əməl). Mənəvi zərər- bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Eyni zamanda, mənəvi zərərin həcminin müəyyənləşdirilməsi zamanı üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Göründüyü kimi iddiaçıya dəymi ş mənəvi zərərin həcminin müəyyənləşdirilməsinə təsir edən yuxarıda şərh edilən hallar işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları ilə birlikdə kifayət qədər əsaslandırılmayıb. Belə ki, iddiaçı ona dəymiş mənəvi ziyana görə yalnız cavabdehdən 1.000.000 manat pul tələb edir, lakin həmin məbləği şərtləndirən halları əsaslandırmır. Ona görə mənəvi zərərin miqdarının məhkəmənin müəyyən etdiyi məbləğdən artıq olması qənaətinə gəlmək açıq-aşkar əsassız olduğundan iddiaçının kasasiya şikayəti təmin oluna bilməz. Kasasiya instansiyası məhkəməsi eyni zamanda apelyasiya instansiyası məhkəməsinin iddiaçıya dəymiş mənəvi zərərə görə müəyyən etdiyi 30.000 manat kompensasiya ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, apelyasiya instansiyası məhkəməs i müəyyən etmişdir ki, iddiaçının X4 ölümünə səbəb olmuş yol-nəqliyyat hadisə ehtiyatsızlıqla törədilmiş cinayət olub (Cinayət Məcəlləsinin 263.3-cü maddəsi). Ümumiyyətlə, analoji cinayət hadisəsi çox tez-tez rast gəlinən cinayət hadisəsidir və həmin işlər üzrə zərərçəkənlərə 30.000 manat mənəvi ziyanın ödənilməsi təcrübəsinin formalaşdırılması açıq-aşkar ağlabatan görünmür. Çünki belə nəticə mənəvi zərərin miqdarını şərtləndirən yuxarıda şərh edilən hallara, eyni zamanda ölkə üzrə ümumi statistik yaşam səviyəsinə uyğun gəlmir. Məhkəmələr yuxarıda sadalanan kriteriyaları nəzərə alaraq elə qərarlar qəbul etməlidirlər ki, gələcəkdə oxşar işlər üzrə tutulmalı olan mənəvi zərərin məbləği ilə bağlı məhkəmə təcrübəsi formalaşdırmaq mümkün olsun. Bundan başqa, işin apelyasiya instansiyası məhkəmə si tərəfindən müəyyən edilmiş hallarına görə, sözügedən zərərin baş verməsinə səbəb olan hadisə təkcə cavabdehin işçisi tərəfindən törədilməyib və qanuni qüvvəyə minmiş məhkəmə hökmündən görünür ki, həmin hökmlə məhkum edilmiş digər şəxs, yəni xxxxxx xx xxxxxx 2012-ci ildən “xxxx” MMC sürücü işləyib və “Daevoo” markalı, ** TF *** dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edib. Törətmiş olduğu yol-nəqliyyat hadisəsinə görə xxxxxxdə eyni hökmlə 8 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilib. Göründüyü kimi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının X4 ölümünə səbəb təkcə iş üzrə cavabdehin işçisinin deyil, həmçinin “xxxx” MMC işçisi xxxxxx təqsirkar hərəkətləri olub. Lakin, işə baxan apelyasiya instansiyası məhkəməsi bu halı nəzərə almayıb və həmin hala Mülki Məcəllənin 21.3-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verməyib və yol-nəqliyyat hadisə ilə bağlı təqsirli bilinərək məhkum edilmiş xxxxxxin də zərərin yaranmasında və artmasınada mülki hüquqi məsuliyyət daşımasını nəzərə almayıb. Bir sözlə iddiaçıya cavabdehin işçisi xxxxxxun təqsirli, hüquqi zidd hərəkətləri nəticəsində bütövlükdə 30.000 manat miqdarında mənəvi zərər dəydiyini müəyyən etdiyi halda, mülki məsuliyyətin bölünməli olmasını nəzərə almadan, həmin məbləği bütövlükdə cavabdehdən tutmuşdur. Halbuki, yuxarıda qeyd olunan normaların mənasına görə, hazırki işə baxılarkən də mülki məsuliyyətin bölünməsi prinspi tətbiq edilməli idi. Çünki, hazırda iddiaçı sözügedən yol-nəqliyyat hadisə nəticəsində X4 ölümü ilə əlaqədar olaraq ona 1.000.000 manat miqlarında mənəvi zərər dəydiyini iddia edir və apelyasiya insansiyası məhkəməsi isə həmin zərərin miqdarının 30.000 manat olduğu qənaətinə gəlib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi cavabdehin kasasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçıya dəymiş mənəvi zərərin miqdarı ilə bağlı yekun nəticəyə gəldiyi halda, yol-nəqliyyat hadisəsində təqsirli olan digər şəxsin, yəni xxxxxxin hərəkətlərinə görə də mülki məsuliyyəti hazırki iş üzrə cavabdehin üzərinə qoymaqda haqlı olmayıb. Çünki, yolnəqliyyat hadisənin baş verməsində qeyd olunan halın mövcudluğu cavabdehin məsuliyyətini azaldan haldır. Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən iddiaçıya dəymiş mənəvi zərərin miqdarının müəyyən edilməsinə təsir edə biləcək bütün hallar araşdırılmaqla, iddiaya düzgün hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, cavabdehin kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, onun kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yan aşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli və iddiaçının kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh “xxxx” QSC-nin kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6533/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. İddiaçı kasasiya şikayəti təmin edilmədən saxlanılsın. Qərar qətidir və qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar