Məhkəmə qərarları › İş №2(102)-1265/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1265/2021

11.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1265/2021 11.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh XXX oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3874/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh XXX oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus avtomobilin cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi zamanı istismara yararsız vəziyyətə düşməsi nəticəsində ona dəymiş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 70.000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçıya məxsus “BMW X6” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili 2016-cı il martın 18-nə keçən gecə idarə edərkən ünvan 1 ünvanında yol nəqliyyat hadisəsi törətmişdir. Bu zaman iddiaçının oğlu da avtomobildə, cavabdehin yanında olmuş və cavabdehdən avtomobili yavaş sürməs ini dəfələrlə xahiş etmişdir. Cavabdeh iddiaçıya məxsus avtomobili idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozmuş, yolun sağ kənarında dayanmış “Volkswagen Passat”, “BMW 520”, “Toyota Prado” və “Toyota RAV4” markalı avtomobillərlə toqquşmuşdur. Hadisə zamanı bir neçə şəxs bədən xəsarəti almış, iddiaçıya məxsus avtomobil isə istismara yararsız vəziyyətə düşmüşdür ki, bunun nəticəsində iddiaçıya külli miqdarda ziyan dəymişdir. İddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin həcmi 70.000 ABŞ dolları təşkil edir. Yol nəqliyyat hadisəsi ilə bağlı Bakı Şəhər Səbail Rayon Polis İdarəsində müvafiq araşdırma aparılmış və araşdırma zamanı sübuta yetirilmişdir ki, yolnəqliyyat hadisəsi cavabdehin təqsiri üzündən baş vermişdir. İddiaçı iki dəfə nümayəndəsi vasitəsi ilə pretenziya qaydasında cavabdehə müraciət edərək dəymiş zərərin əvəzinin ödənilməsini tələb etsə də, müraciətinin müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Quliyev, iş № 2(005)-12/2018) iddianın qismən təmin edilməsini, vurulmuş maddi zərərin əvəzi olaraq 70.380 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsini, qalan hissədə iddianın rədd edilməsini qət etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh XXX oğ lu xx.xx.2016-cı il tarixdə iddiaçıya məxsus və iddiaçının oğlu X1 tərəfindən etibarnamə əsasında idarə olunan 2013-cü il buraxılışlı «BMW X6» minik markalı 99- ER-888 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ilə hərəkətdə olarkən yol hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, bununla da iddiaçıya məxsus «BMW X6» minik markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirmişdir. İş üzrə cavabdeh XXX oğlu tərəfindən hüquqa zidd mülki hüquq pozuntusu törədilmiş və bunun nəticəsində İddiaçı mülkiyyətində olan avtomobilə maddi ziyan vurulmuşdur. Sübutların məcmusu ilə təsdiq edilmişdir ki, İddiaçı mülkiyyətində olan «BMW X6» minik markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 70380.00 (ye tmiş min üç yüz səksən) manat həcmindədir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, A-0202/FM nömrəli “Qiymətləndirməyə dair hesabatdan” görünür ki, iddiaçıya məxsus avtomobilin xx.xx.2017ci il tarixə olan texniki vəziyyəti təmirə yararsız kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 1286 nömrəli ekspert rəyinə görə, tədqiq edilən avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın hadisə baş verən tarixə məbləği qəza nəticəsində salamat qalan yararlı hissələrinin dəyəri çıxmaqla, təxminən 70.380 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normaların ın tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: "İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”-nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri ki mi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vll-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzə rdə tutulmasın. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən «Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.” Mülki Məcəllənin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işlə bağlı mübahisələndirilməyən hallar ondan ibarətdir ki, iddia üzrə cavabdeh XXX oğlunun baş vermiş yol-nəqliyyat hadis əsinə görə təqsirli olduğu onun verdiyi etirafedici izahatla və aparılmış araşdırma ilə sübuta yetirildiyindən həmin nadisə nəticəsində iddiaçının avtomobilinə vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan «BMW X6» minik markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cavabdeh XXX oğlunun təqsiri üzündən baş verdiyindən, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və E.Şamayev, iş № 2(103)-3874/2019 ) cavabdeh XXX oğlunun apellyasiya şikayəti təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya məxsus avtomobil məhz cavabdeh R.Hənifəyevin təqsirli hərəkəti nəticəsində qəzaya uğramış, istismara yararsız vəziyyətə düşmüş və bununla da, iddiaçıya maddi zərər dəymişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərə rin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəl lənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ekspert rəyində hansı əsasla müvafiq nəticəyə gəlindiyi göstərilmişdir. Belə ki, rəydə qeyd olunur ki, Bakı şəhərində yerləşən avtomağazalarda və avtoservis müəssisələrində mövcud olan qiymətləri, “www.avtomobil.az” internet saytını, yol nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə, xarici əmtəə görünüşünün və hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı avtomobilin istismar müddətini nəzərə alaraq, 2016-cı ilə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 78.200 manat nəzərdə tutulmuşdur. Ona görə də tədqiq edilən avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab edilmir və həmin avtomobilin salamat qalan hissələri avtomobilin dəyərinin təxminən 10 faizini təşkil edir. Beləliklə də, qəza nəticəsində avtomobilə dəymiş zərərin məbləği (78.200-10%=)70.380 manat müəyyən edilir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə verilmiş ekspert rəyi kifayət qədər aydın şəkildə əsaslandırılmış və hansı əsasla müvafiq nəticəyə gəlindiyi bəllidir. Məhkəmənin qənaətinə görə, sözügedən ekspert rəyinin əsaslılığını şübhə altına alan hər hansı bir xüsusat iş materiallarında mövcud olmadığından, R ayon Məhkəməsi iş üzrə nəticəyə gələrkən həmin rəyə istinad etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf özü də ekspert rəyinin əsaslılığına xələl gətirən, avtomobilə dəymiş zərərin məbləğinin daha aşağı olduğunu təsdiq edə biləcək hər hansı bir mötəbər sübutu məhkəmələrə təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh XXX oğlu (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülk i Kollegiyasının 2(103)3874/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, kobud qanun pozuntusuna yol vermiş apelyasiya məhkəməsinin hakimi barədə intizam icraatının başlanması üçün xüsusi qərardad qəbul edilərək aidiyyəti üzrə göndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnamələrinin əsasını xx.xx.2018-ci il tarixli 1286 saylı məhkəmə ekspertizasının rəyi təşkil edir. Həmin rəy absurddur və konkret olaraq hansı meyarla zədələnmiş avtomobilin qiymətləndirilməsini dəqiq göstərə bilmir. Rəydə qiymət təxminən göstərilərək və avtomaşın ekspert tərəfindən müayinə edilməyərək, sadəcə «xxxx» MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qiymətləndirməy ə dair hesabat və onlara məlum olmayan sayıtdan çıxarış etməklə qanunsuz olaraq verilmişdir. Müayinə edilən avtomobilin hansı hissələri əsaslı təmir edilməli olması və həmçinin də konkret olaraq hansı hissələri təmirə yararsız olması və ümumiyyətlə avtomaşının deformasiyaya uğraması nəticəsində hansı meyarla zərər vurulması ekspert tərəfindən dəqiq göstərilməmişdir. Əgər ekspert rəyində göstərilən kimi avtomaşın dəyərləndirilərsə onda iddiaçı yarasız avtomaşını cavabdehə qaytarmalı olduğu halda bunu etməmiş və həmin avtomaşını onlarda olan məlumata görə yüksək qiymətlə sataraq ikinci dəfə avtomaşına zərər dəyməsinə görə onlardan pul vəsaiti tələb etməsi absurd bir tələbdir. Ona görə ki, həmin avtomaşına görə iki dəfə dəyərindən çox, məhkəmə qətnaməsi olmayan halda tələbin özü əsassız və qanunsuzdur. Məhkəmə onlar tərəfindən ekspertizanın keçirilməsinə dair vəsatətin birinci instansiya məhkəməsinə verilməli olması əsası ilə xx.xx.2019-cu il tarixdə təmin etməmişdir. Lakin nəzərə almamışdır ki, birinci instansiya məhkəməsində qiyabi qətnamə qəbul edilmişdir və məhkəminin yeri və vaxtı barədə məlumatlandırılmamışdır. Qətnamə bir ildən sonra Nərimanov Rayon İcra və Probasiya şöbəsində ona təqdim edilmişdir. Məhkəmə kompleks-təkrar ekspertiza keçirməli olan halda, bunu etməmişdir. Məhkəmə qeyd etmişdir ki, onlar məhkəməyə hansısa möhtəbər sübut təqdim etməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil1 oğlu izahatında göstərmişdir ki, işə baxarkə n apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3874/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası m əhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3874/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Cavabdeh XXX oğlu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsaslarından biri kimi ona istinad etmişdir ki, birinci instansiya məhkəməsi işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmadan işə baxsa da apellyasiya məhkəməsi bu dəlilini ar aşdırmamış, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, təkrar ekspertiza keçirməmiş, nəqliyyat vasitəsinin qalıq dəyərini müəyyən etməmiş, həmin qalıq hissələrini iddiaçıda saxlamaqla və zərər məbləğini tutmaqla faktiki olaraq düzgün nəticəyə gəlməmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, cavabdeh apellyasiya şikayətində məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmadığına istinad etmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, ona yazılı bildiriş verilməsi təsdiq olunmasa da SMS vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barə də məlumatlandırılmışdır. Lakin o hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 1286 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, tədqiq edilən avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın hadisə baş verən tarixə məbləği qəza nəticəsində salamat qalan yararlı hissələrinin dəyərini çıxmaqla, təxminən 70.380 manat müəyyən edilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, nəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertiza mərkəzinin xx xxxxxx 2015-ci il tarixli 422№-li məktubunda göstərilənlərə əsasən n əqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizalarının aparılması məqsədə müvafiq hesab olunduğundan mülki iş üzrə tədqiqatı iş materiallarında olan məlumatlara əsasən təqribi və təxmini hesablanır. Belə olan halda aşkar olaraq müəyyən olunur ki, ekspertiza tədqiqatı zamanı nəqliyyat vasitəsinə baxış keçirilməmiş və tədqiqata cəlb olunmamışdır. Rəydə yalnız təqdim olunmuş mütəxəssis rəyinə və müxtəlif saytlardan çıxarılmış məlumatlara istinad olunmuş və onların əsasında zərər dəymiş nəqliyyat vasitəsinin 2016-cı ildə respublikadaxili orta bazar pərakəndə satış qiyməti müəyyən olunmuşdur. Eyni zamanda ekspertiza tədqiqatı zamanı nəqliyyat vasitəsinin qalıq dəyərinin müəyyən olunmuş bazar dəyərinin 10% olması müəyyən olunmuşdur. (78200-70380=7820) Cavabdeh apellyasiya şikayətində göstərilən rəylə razılaşmadığını və təkrar ekspertiza təyin olmasını, birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmadığına əsaslanmışdır. Apelyasiya instansiya məhkəməsində cavabdeh tərəf vəsatət verərək mülki işin obyektiv, tam və hərtərəfli həlli üçün təkrarən məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini, deformasiyaya uğramış avtomaşına onların iştirakı ilə baxılmasını, konkret olaraq avtomaşının zədələnmiş hissələrinin real bazar qiymətinə uyğun olaraq qiymətləndirilməsini, ilkin rəydə göstərilən kimi rentabelli hesab olunmayan avtomaşının hissələrinin real bazar qiyməti ilə qiymətləndirilməsini, həmçinin də hal-hazırda həmin avtomaşının ümumi defromasiyaya uğramış vəziyyətdə rea l bazar qiymətinə uyğun olaraq qiymətləndirilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsinin apellyasiya instansiya məhkəməsində vermiş olduğu izahatla müəyyən olunur ki, «… ekspertiza zamanı yəqin ki, avtomobilə baxış keçirilib və qiymət qoyulub» Məhkəmə cavabdeh tərəfin vəsatətini əsassız hesab edərək təmin etməmiş, lakin bu zamanı hansı əsaslarla vəsatətin əsassız olmasına dair mövqeyini əsaslandırmamışdır. Vəsatətə baxarkən məhkəmə rəy verilərkən nəqliyyat vasitəsinə baxış keçirilməsi, nəqliyyat vasitəsinin bazar dəyəri ilə yanaşı qalıq hissələrinin hansı hissələrdən ibarət olması və həmin hissələrin dəyəri, nəqliyyat vasitəsinin hansı hissələrinin təmirə yararsız olması və təmirin rentabelli olmamasının hansı əsaslarla müəyyən olunmasını yoxlamalı idi. Lakin ekspert tərəfi ndən göstərilən hallarını heç bir üzrə ətraflı araşdırma aparılmamış və nəqliyyat vasitəsinin təmirinin rentabelli olmaması nəticəsinə gələrək hansı metodikadan istifadə edildiyi müəyyən olunmamış qalmışdır. Belə olan halda isə vəsatətin təmin etməyən məhkəmənin mövqeyi kifayət qədər əsaslandırılmış hesab oluna bilməz. İşə olan sübutlar əsasında həmin halların müəyyən edilməsində çatışmazlığın olduğu təqdirdə isə vəsatətin təmin olunması ilə bağlı müvafiq prosessual hərəkətlər edilməli idi. Cavabdehin vəsatəti faktiki olaraq işin tam, obyektiv və hərtərəfli araşdırılımasına yönəlmişdir, lakin apellyasiya intansiya məhkəməsi MPM-nin 88-ci maddəsinin tələbləri baxımından vəsatəti təmin etməli olduğu halda hər hansı əsaslandırma olmadan vəsatətin əsasız olması nəticəsinə gəlmişdir. Məhkəmə ko llegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən əsaslı olması ilə bağlı nəticəsini ekspert rəyi ilə əsaslandırsa da, həmin rəyin tədqiqat hissəsində göstərilənlərə diqqət yetirməmiş, ekspert rəyinin işin digər sübutları ilə yanaşı hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Həmin Məcəllənin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 №-li Qəra rının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2010-cu il 23 noyabr tarixli“ Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə Sığ orta qaydaları”-nın 32.2.2 bəndinə əsasən avtomobilin tam məhv olması– avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta məbləğinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsidir. Mülki Məcəllənin 925.6-ci maddəsinin tələbinə əsasən əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. İşin hazırkı vəziyyətə araşdırılmış hallarına görə nəqliyyat vasitəsinin 90 faizi sıradan çıxmış və avtomobil tam məhv olmuş vəziyyətdədir. Əmlakın tam məhv olması vəziyyətini müəyyən edən məhkəmə onun qalıq hissələrinin dəymiş zərərin məbləğinə aid edilibedilməməsini, qalıq hissələrinin tərəflərin hansında saxlanmalı olmasını və qalıqların həqiqi dəyərinin müəyyən edilməsi ilə bağlı halların araşdırıılmasını təmin etməli idi. Digər tərəfdən işin halları ilə müəyyən olunur ki, artıq nəqliyyat vasitəsi satılmış və iddiaçının mülkiyyətindən çıxarılaraq başqa şəxsin mülkiyyətinə keçmişdir. Bu halda həmin alqı-satqı dəyərinin faktiki olaraq müəyyən olunmuş qalıq hissələrinin dəyərinə uyğunluğu, həmin zərər aid edilməsi mümkünlüyü yoxlanmalı və bundan sonra kassasiya şikayətində göstərildiyi kimi iddiaçının əsassız varlanması ilə bağlı əsasların mövcud olmasına qiymət verilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymət verərək əsaslı sayır. Apellyasiya insta nsiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işdə olan digər sübutlarla uzlaşmayan və qanunvericiliyin tələblərinə cavab verməyən ekspert rəyinə istinad edərək iddia tələbini qismən təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə mad di və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3874/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar