Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1268/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Səfərova Leyla Qabil qızı və iddiaçının nümayənləsi Şeydabəyov Oktay Pirmurad oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 21 noyabr 2018-cu i l tarixli, 2(033)-1228/2018 nömrəli qətnaməsi ilə (hakim Arif İsmayılov) iddia ərizəsi təmin edilmiş, sığortalı x3 şirkəti ilə bağlanmış 31.01.2012-ci il tarixli MİC0280/12 nömrəli “Nəqliyyat vasitələrinin kompleks sığortalanması şəhadətnaməsi”nə əsasən sığortalının “Subaru Forester” markalı 90 AB*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurduğu maddi zərərə görə cavabdeh x2ndan subroqasiya qaydasında 5607,73 (beş min altı yüz yeddi manat yetmiş üç qəpik) manat sığorta ödənişi məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 (otuz manat qırx qəpik) manat olmaqla, cəmi 5638,13 (beş min altı yüz otuz səkkiz manat on üç qəpik) manat pulun alınıb iddiaçı x1 ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcido v (sədrlik edən, məruzəçi), M.Əsədli və İ.Quliyev, 2(107)-2654/2019 saylı mülki iş) hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 noyabr 2018-cu il tarixli, 2(033)-1228/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1(bundan sonra-x1) cavabdeh x2 qarşı subroqasiya hüququ əsasında pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində verilmiş 5607,73 (beş min altı yüz yeddi manat yetmiş üç qəpik) manat sığorta ödənişi və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5638,13 (beş min altı yüz otuz səkkiz manat on üç qəpik) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarı lmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməmsi barədə qərar yeni qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Səfərova Leyla Qabil qızı və iddiaçının nümayənləsi Şeydabəyov Oktay Pirmurad oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdi r. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübu t kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 31.01.2012-ci il tarixli MİC 0280/12 nömrəli “Nəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsi”ndən görünür ki, x3-nə məxsus avtonəqliyyat vasitəsi iddiaçı x1-də sığorta olunmuşdur. İşdə olan Zaqatala RPŞ-in DYPŞ-in YPX-in polis baş serjantı x4 tərəfindən tərtib olunmuş 15.10.2012-ci il tarixli DYP seriyalı 896635 nömrəli inzibati xəta haqqında pro tokolun surətindən və Zaqatala RPŞ-in 13.08.2018-ci il tarixli məktubundan görünür ki, cavabdeh x2 13.10.2012-ci il tarixdə saat 07:20 radələrində “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu bəndinin tələbini pozaraq, Zaqatala şəhəri, Bakı prospektində yaşadığı evin qarşısında dayandığı yerdən geriyə dönərkən qarşısından gələn “Subaru Forester” markalı 90 AB*** dövlət qeydiyyat nişanlı avtomaşına yol verməmiş və onunla toqquşmuşdur. Nəticədə “Subaru Forester” markalı90 AB*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. Həmin tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərara əsasən, cavabdeh x2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törıtməkdə təqsirli bilinərək, 200 (iki y üz) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Zaqatala RPŞ-in DYPŞ tərəfindən 15.10.2012-ci il tarixdə verilmiş arayışdan görünür ki, zərər vuran cavabdeh x2 məxsus “Mercedess Benz E-200” markalı 90 EN*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkən şəxs x5 etibarnamə əsasında idarə etdiyi “Subaru Forester” markalı 90 AB*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşması nəticəsində sonuncunun idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS Şöbəsi tərəfindən 12.07.2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, cavabdeh x2 20.08.1980-cı il tarixdə Ermənistan SSR-in Amasiya rayonunda anadan olmuşdur və Zaqatala şəhəri, Bakı prospekti, ev 7-də qeydiyyatdadır. İddiaçı x1-in 19.11.2012-ci il tarixli 351/2012-CM374/2012 nömr əli sığorta aktından aydın olur ki, MİC-0280/12 nömrəli “KASKO” sığortası şəhadətnaməsinə əsasən, sığortalı x3-nə məxsus x5 tərəfindən idarə olunan “Subaru Forester” markalı 90 AB*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 13.10.2012-cı il tarixdə Zaqatala şəhəri Bakı prospektində naməlum avtomobil tərəfindən 5607,73 manat zərər dəymişdir. x1-in Sığorta hadisələrinin tənzimlənməsi və hüquqi təminat departamenti tərəfindən tərtib olunmuş18.10.2012-ci il tarixli aktdan görünür ki, sığortalı “Subaru Forester” markalı90 AB*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin tam yararlı vəziyyətə gətirilməsi üçün cəmi 5607,73 (beş min altı yüz yeddi manat yetmiş üç qəpik) manat xərc çəkilməlidir. 19.12.2012-ci il tarixli 1277 nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, x3- nə iddiaçı x1 tərəfindən 19.11.2012-cı il tarixli 351/20**-CM-***/2012 sığorta aktına əsasən 6372,37 manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçı x1 tərəfindən cavabdeh x2na ünvanlanmış geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, iddiaçı x1 tərəfindən 13.10.2012-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş zərərin aradan qaldırılması üçün ödədiyi 5607,76 manat sığorta ödənişi məbləğində pul vəsaitini cavabdehdən 05 (beş gün) müddətində iddiaçı x6-nə ödəməsi tələb olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 916.1, 936.1, 936.2, 936.5, 1097, 1108.1, 1108.2 və 1114.1-ci maddələrinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci madd əsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifa də etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərər vuran şəxsin özünəvə (vəya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarəhüququilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahib i digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürül-məsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləş-diril-məyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı x1 ilə sığortalı x3 arasında bağlanmış 31.01.2012-ci il tarixli MİC 0280/12 nömrəli “Nəqliyyat vasitələrinin komplek sığortası şəhadətnaməsi”nə əsasən, iddiaçı tərəfindən sığortalıya məxsus “Subaru Forester” markalı 90 AB*** dövlət qeydiyyat nişanlı minik avtomobili sığortalanmışdır. 13.10.2012- cı il tarixdə saat 07:20 radələrində Zaqatala şəhəri, Bakı prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalı x3-nə məxsus “Subaru Forester” markalı 90 AB*** dövlət qeydiyyat nişanlı avtomaşına 5607,73 manat maddi ziyan dəymişdir. Cavabdeh x2 13.10.2012-cı il tarixdə saat 07:20 radələrində idarə etdiyi "Mercedess Benz E-200” minik markalı 90 EN*** dövlət qeydiyyat nişanlı avt omaşınla Zaqatala şəhəri, Bakı prospektində dayanmış vəziyyətdən önə hərəkət edərkən öndə olan sığortalı x3-nə məxsus “Subaru Forester” markalı 90 AB*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə sığortalı avtomaşına 5607,73 manat maddi zərər dəymişdir. Həmin tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərara əsasən, cavabdeh x2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törıtməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilmişdir. İddiaçı tərəfindən sığortalanmış “Subaru Forester” markalı 90 AB*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş maddi zərərin məbləğinin x1 tərəfindən 18.10.2012-cı il tarixdə tərtib olunmuş hesablamaya əsasən cəmi 5607,73 manat təşkil etməsi öz əksini tapmışd ır. İddiaçı x1-in 19.11.2012-cı il tarixli 351/20**-CM-***/2012 nömrəli Sığorta aktından görünür ki, 5607,73 manat sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: C avabdeh x2nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1268/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1268/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver