Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1269/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5428/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil4) tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, K.Marks prospektində yerləşən 64\68 saylı binanın, 103 saylı mənzili (bundan sonra mübahisəli mənzil) xx.xx.1994-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
2. Daşınmaz Əmlakın Bağışlanması haqqında xx.xx.2016-cı il tarixli müqaviləsinə əsasən, hədiyyə verən İddiaçı mülkiyyətində olan mübahisəli mənzili hədiyyə alan Cavabdeh hədiyyə edərək, mülkiyyətinə vermişdir.
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmla kın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, mübahisəli mənzilə dair Cavabdeh mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 08 iyul 2016-cı il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsa slandırmışdır ki, cavabdeh onun oğludur. Bağışlama müqaviləsi oğlunun, yəni cavabdehin yanında qalmağı və onun qayğısına qalması vədi ilə bağlanmışdır. Lakin cavabdeh onun qayğısına qalmır, bir oğul kimi öz vəzifələrini yerinə yetirmir, evə daxil olmağına imkan vermir.
6. Cavabdeh və onun vəkili Vəkil3 məhkəməyə iddia ərizəsinə qarşı etiraz üvanlayaraq, etirazı belə əsaslandırılmışlar ki, mənzilin bağışlanması müqaviləsində cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Müqavilə bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu, habelə Vergi Məcəlləsinin 150, 220-ci maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələri notarius tərəfindən tərəflərə izah edilmişdir. İ ddiaçının iddia ərizəsində göstərdikləri, yəni cavabdehin atasının qayğısına qalmaması, bir oğul kimi öz vəzifələrini yerinə yetirməməsi, atasının evə daxil olmağına imkan verməməsi barədə göstərdikləri həqiqəti əks etdirmir.
7. Həmçinin cavabdeh və onun vəkili Vəkil3 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, qeyd etmişlər ki, iddia tələbi iddia müddəti keçməklə verilmiş və əsassızdır. Tərəflər arasında bağışlama müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlanmış, həmin müqavilə əsasında mənzilə dair çıxarış onun adına xx.xx.2016-cı il tarixdə verilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdə bağlanmış bağışlama müqaviləsinin və həmin müqaviləyə əsasən verilmiş çıxarışın ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023cü il tarixdə müraciət etmişdir. İddiaçı tərəfindən iddia vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxıldığından iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirmişdir ki, iddiaçı ilə park yoldaşıdır və 10-15 ildir ki, dostluq edirlər. İddiaçı ona demişdir ki, oğlu Ukraynadan qayıdıb və ona çox yaxşı baxır. Lakin sonradan görmüşdür ki, iddiaçı evə getmək istəmir. Səbəbini soruşanda bildirmişdir ki, evə getməkdən qorxur, oğlu yeməyinə zəhər qatıb öldürmək istəyir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək bildirmişdir ki, iddiaçı ilə yerlidir və uzun müddətdir ki, bir-birilərini tanıyırlar. Əvvəllər iddiaçı oğlunu tərifləsə də, lakin sonradan nəsə olmuş, araları dəymişdir. Oğlu atasına yaxşı baxmır, o, d a narahatdır. İddiaçı öz halal evində rahat yaşıya bilmir. Qonşuların dediyinə görə, cavabdeh iddiaçını çox pis təhqir edir. Aralarındakı münaqişəni şəxsən görməmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, iddiaçı ilə 6-7 ildir ki tanışdır, ona hamı hörmət edir. İddiaçı ona bildirmişdir ki, evində yemir, içmir, yatmır, çünki oğlunun onu zəhərləməsindən qorxur.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, iddiaçı onun atasıdır. Atası evini qardaşı Feliksə bağışlamışdır. Axır 3-4 aydır ki, ona zəng edərək, cavabdehin onu təhqir etməsindən şikayət edir. Qardaşı 10 il Xarkov şəhərində yaşayıb, onunla illərdir danışmır.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, tərəfləri n qonşusudur. İddiaçı onu uşaqlarına görə dəfələrlə polisə şikayət etmişdir. Uşaqların birinin 2 yaşı, digərinin isə 8 yaşı var. Uşaqlar iddiaçıdan qorxurlar.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, o cavabdehin oğludur, iddiaçı isə onun babasıdır. Onlar arasında olan söyüş və təhqirdən məlumatı yoxdur.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, cavabdeh onun keçmiş əridir. Cavabdeh və onun hazırkı arvadı iddiaçıya yaxşı baxırlar. Bir ildən çoxdur ki, cavabdeh atasının bütün xərclərini özü çəkir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-1141/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia təmin edilməmişdir.
16. Birinci i nstansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan müqavilənin şərtlərində cavabdehin üzərinə hər hansı öhdəlik və ya tapşırığın qoyulması əks edilməmişdir. Tərəflər arasında bağlanmış bağışlama müqaviləsi qanunvericiliklə elə bir müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. İddiaçı cavabdehin bağışlanmış əmlakın əvəzində ona xidmət göstərmək öhdəliyinin götürdüyünü bildirsə də, lakin buna dair hər hansı sübut təqdim edə bilməmiş və cavabdeh tərəf həmin halı etiraf etməmişdir. İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə 3 ill ik iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, eyni zamanda iddianın təmin edilməsi üçün möhtəbər sübutlar təqdim olunmadığından, iddia təmin edilməməlidir.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2-ci, “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarına, “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarına, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 80, 88, 217.3, 217.4, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh bağışlama müqaviləsi bağlandıqdan sonra onun qayğısına qalmaq əvəzinə xarici ölkəyə getmiş, təxminən 2022- ci ilin axırlarında respublikaya qayıtmış, 2023-cü ilin əvvəllərindən isə ona qarşı kobud, qərəzli, mənzilə qoymamaq və yaza bilmədiyi digər aşağılayıcı hərəkətlər etməyə başlamaqla, bir oğul kimi öz vəzifələrini yerinə yetirməmişdir. Məhkəmədə dindirilən şahidlərin böyük əksəriyyəti onun dediklərini təsdiq etmişdilər. Tədqiq edilmiş sübutlarla və proses iştirakçılarının izahatları əsasında müəyyən edilmişdir ki, o, mənzili 2016-cı ildə cavabdehə hədiyyə etdikdən sonra cavabdeh Ukraynanın Xarkov şəhərinə köçüb getmiş və 2022-ci ilin təxminən noyabr ayında Bakıya qayıtdıqdan sonra ata-oğul ailə hüquq münasibətlərinə uyğun olaraq bir ata və hədiyyə verən olaraq onun barəsində üzərinə qoyulmuş vəzifələri yerinə yetirm əmişdir. Cavabdeh onun şəxsiyyətini təhqir etməklə onu öldürəcəyi ilə hədələmişdir. Bir neçə dəfə onu mənzilə buraxmamışdır. O, 83 yaşında olduğuna görə mənzildə lazımi təmizliyi ləng apardığını bəhanə gətirərək, onu yerə vurmaq məqsədi ilə itələmişdir. Onun bu nalayiq və təhlükəli hərəkətlərindən qorxuya düşərək, 2023-cü ilin aprel-may aylarında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə 2 dəfə şifahi formada, dəfələrlə yazılı formada müraciət etmişdir. Lakin məhkəmə verdiyi ərizələr və aldığı cavablarla bağlı heç bir araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi əsassız olaraq iddia müddəti ilə bağlı qanunvericiliyin normalarını tətbiq etmiş və iddianı rədd etmişdir. Bununla da qanunu səhv təfsir etmişdir. Onun iddiasına 3 illik iddia müddəti tətbiq edilə b ilməz. Halbuki, məsələ ailə hüquq münasibətləri əsasında baxılıb həll edilməlidir. Bu baxımdan mübahisəyə Mülki Məcəllənin 666-674-cü maddələrinə əsaslanmaqla, düzgün hüquqi qiymət verilməlidir. Həmçinin, Mülki Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən 1 il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Bu səbəbdən həmin müddət ötürülməmişdir. O, hüquq elmləri üzrə fəlsəfə doktorudur, öz hüquq və vəzifələrini bilir və hazırda Azərbaycan Respublikası Prezidenti yanında X4 inzibati proses fənnindən dərs deyir.
20. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh mənz ili satmaq istəyir. Aralarında dəfələrlə mübahisə olmuş və iddiaçı iki dəfə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Qeyd edilənlər 2022-ci ilin may ayından sonra baş vermişdir. Belə ki, həmin vaxta kimi cavabdeh Ukrayna Respublikasının Xarkov şəhərində yaşamış, 2022-ci ilin may ayında orada baş vermiş müharibə ilə əlaqədar ukraynalı həyat yoldaşı ilə birlikdə Azərbaycan Respublikasına qayıtmışdır. Qısa müddət aralarında münasibət yaxşı olmuş, lakin sonradan pisləşmişdir. Cavabdeh və onun həyat yoldaşı iddiaçıya baxmırlar. Halbuki, iddiaçının 85 yaşı olmaqla baxıma ehtiyacı var, o xəstə və ahıl insandır. İddiaçı avtobusda yıxılmış, xəsarət almış, lakin cavabdeh və onun ailəsi ona baxmamışdır. Yalnız digər övladı Azərin həyat yoldaşı ona baxmışdır. İddiaçının digər mənzili yoxdur. Bağış lama zamanı da onun digər mənzili olmamışdır. Bu mənzil də satıldığı təqdirdə hər hansı mənzili olmayacaqdır. O, kirayə əsaslarla başqa mənzildə qalmaq məcburiyyətində qalacaqdır. İddiaçı digər oğlu Azəri də miras əmlakdan məhrum etmişdir. Hazırda Azərdə baş verənlərə görə həmin müqavilənin bağlanmasından narazıdır. Tərəflər arasında mübahisə 2022-ci ilin may-iyun aylarında başlandığından iddia müddəti keçməmiş və yalnız 2028-ci ilin may-iyun aylarında başa çatacaqdır. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsindən söhbət gedə bilməz. Belə ki, iddiaçı müqavilənin etibarsızlığını deyil, ləğvini tələb etmişdir. Beləliklə, cavabdeh iddiaçını təhqir etdiyinə, habelə ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin, yəni iddiaçının barəsində kobudcasına pozduğuna, həmçinin iddiaçının əmlak vəziyyətinin ağırlaşdığına, yaşamağa mənzili olmadığına, həyat yoldaşı vəfat etdiyinə, ahıl yaşında olduğuna görə onun baxıma ehtiyacı olduğuna, bununla bağlı maddi problemlərinin yarandığına, eyni zamanda digər övladını gözlənilən miras hüququndan məhrum etdiyinə görə iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış bağışlama müqaviləsindən iddiaçı imtina etmiş və bu barədə cavabdehə bildirmişdir. Belə olan halda, iddiaçının özünə məxsus mənzili kiməsə bağışlamasının anlamı qalmır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, iddiaçının iddia ərizəsində və izahatında göstərdiyi hərəkətlərin hər hansı bi rinə yol verməmişdir. Mübahisəli mənzil iddiaçının özünün təşəbbüsü ilə ona bağışlanmışdır. İddiaçı bu məqsədlə onu yaşadığı Ukrayna Respublikasından çağırtdırmışdır. Ötən dövr ərzində də onların arasında hər hansı problem və ya ziddiyyət olmamışdır. Həm onun, həm də hazırkı həyat yoldaşı tərəfindən iddiaçıya tələb olunan səviyyədə qayğı və diggət göstərilmişdir. Hətta onunla əvvəllər nikahda olduğu X3 da onun tapşırığı əsasında iddiaçıya xeyli müddət qulluq etmişdir. Sadəcə olaraq iddiaçı digər şəxslərin əsassız təsiri altına düşərək, vaxtı ilə ona hədiyyə etdiyi mənzili ondan geri almaq istəyir. Bu səbəbdən əsassız bəhanələr gətirir, onunla mübahisələr yaradır, ona münasibətdə şər və böhtan xarakterli fikirlər söyləyir və ərizələr yazır. Bu mübahisələrdən qaçmaq və iddiaçıya yeni söz-söh bət üçün əsas verməmək üçün hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarıldıqdan sonra hazırkı həyat yoldaşı ilə birlikdə könüllü olaraq mübahisəli mənzili tərk etmiş və hazırda kirayə əsaslarla başqa mənzildə yaşayır. İddiaçı isə həmişə olduğu kimi, hazırda mübahisəli mənzildə yaşayır. Orada yaşamaq üçün ona heç vaxt maneə olmamış, olmaq fikrində də deyil. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5428/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhk əməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hazırkı iddiaya (münasibətlərə) nə 3 illik, nə də ki, 6 illik iddia müddəti tətbiq edilə bilər. Mülki Məcəllənin 673.3-cü maddəsində təsbit edilmiş 1 illik müddət isə kəsici müddətdir və bu müddətin axımı bağışlama müqaviləsinin bağlanması tarixindən deyil, bağışlamadan imtinanın əsasının məlum olduğu gündən başlayır. İddiaçı isə 2022-ci ilin sonlarında cavabdehin öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməməyə başladığını və onunla kobud və pis rəftar etdiyini bildirir. Bununla belə, müddət etibarı ilə kəsici müddətin tətbiq edilməsinə və iddianın məhz bu əsasla rədd edi lməsinə hər hansı əsas yoxdur. Çatdırılması həmin müddətlə məhdudlaşdırılan və imtinanın qüvvədə olmasının təsdiq edilməsi baxımından vacib şərt qismində çıxış edən imtina haqqında bildirişin cavabdehə çatdırılması ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 673-cü maddəsində belə bir bildirişin göndərilməsinin zəruriliyi təsbit edilsə də, onun forması və məzmununa dair hər hansı tələb müəyyən edilməmişdir. Bu səbəbdən həmin qaydaya əməl edilibedilməməsinin müəyyən edilməsi üçün iddiaçının hərəkətlərinə hüquqi qiymət verilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, iddiaçı münasibətlərinin pisləşdiyini iddia etdiyi tarixdən sonra cavabdehin hərəkətləri ilə bağlı bir neçə dəfə şifahi və yazılı şəkildə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Cavabdeh də bu barədə məlumatlandırılm ış və məsələyə dair onun münasibəti öyrənilmişdir. Həmin müraciətlərin məzmunu və ümumiyyətlə iddiaçının davranışı onun bağışlamadan imtina etməsi niyyətini açıq və aydın şəkildə göstərir. Bu səbəbdən həmin müraciətlər və iddiaçının hərəkətləri onun tərəfindən cavabdehə bağışlamadan imtina haqqında bildirişin göndərilməsi kimi qiymətləndirilməlidir. Ən əsası da bu barədə cavabdehə dəfələrlə bildirmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, hazırkı iddianın Mülki Məcəllənin 673.3-cü maddəsi tətbiq etməklə rədd edilməsi üçün hər hansı hüquqi əsas yoxdur.
24. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyi rəhbər tutub apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etmişdir ki, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Lakin tərəflər arasında bağlanmış müqavilədə belə bir hal müəyyən edilmir. Belə ki, hazırki müqavilədə əmlakın hər hansı şərtlə bağışlanması göstərilməmişdir. Müqavilədən cavabdehin iddiaçıya münasibətdə hər hansı öhdəliklər yerinə yetirilməli olması da müəyyən edilmir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdeh müvafiq olaraq ata-oğuldur və bu baxımdan cavabdehin iddiaçıya münasibətdə aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri mövcuddur. Mülki qanunvericilikdə də bu növ müqavilələr üzrə şərtlərin və öhdəliklərin müəyyən edilib-edilməməsindən asılı olmayaraq, hədiyyə alanın (mövcud vəziyyətdə cavabdehin) ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verən (mövcud vəziyyətdə iddiaçı) və ya onun yaxın qohumlarını n biri barəsində kobudcasına pozması bağışlamaqdan imtinanın əsaslarından biri kimi müəyyən edilmişdir. Bu baxımdan müqavilənin məzmunundan asılı olmayaraq, cavabdeh bağışlamadan sonra da atasına (hədiyyə verən) və onun yaxın qohumlarına münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirməyə davam etməli, bu vəzifələrin kobud pozuntusuna yol verməməlidir.
25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı nəticə etibarı ilə cavabdehin qeyd edilən münasibətlərdən irəli gələn vəzifələrini yerinə yetirmədiyini, bu vəzifələrini kobud şəkildə pozduğunu iddia edir və məhz bu əsasla bağışlamadan imtina edərək, aralarında bağlanmış müqavilənin ləğv edilməsini tələb edir. Lakin öz mövqeyini sübuta yetirə bilmir. Onun öz mövqeyinin təsdiqi olaraq i stinad etdiyi hallar, habelə təqdim etdiyi sübutlar apellyasiya şikayətinin və bunun nəticəsi olaraq iddianın təmin edilməsi üçün hüquqi əsas yaratmır.
26. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı onu da qeyd etmişdir ki, iddiaçı cavabdehə mənzilin yalnız onun ölümündən sonra öz adına rəsmiləşdirilməsinə icazə verdiyini bildirir. Halbuki, onun özü tərəfindən imzalanmış xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən mənzilini cavabdehə bağışlamış, müqavilənin sonunda da əlyazma qaydasında “müqavilədən irəli gələn hüquq və vəzifələrim izah olundu” sözlərini yazmışdır. İddiaçı apellyasiya şikayətində hüquq elmləri üzrə fəlsəfə doktoru olduğunu, öz hüquq və vəzifələrini bildiyini göstərir. Qeyd edilənlər də öz növbəsində onun 2016-cı ildə məhz bağışlama müqaviləsi bağlamasından məlumat lı olmadığını istisna edir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mənzil bağışlandıqdan sonra onun qayğısına qalmaq əvəzinə cavabdehin xarici ölkəyə getdiyini bildirir. Bununla da cavabdehin ona qayğı və diqqət göstərməli olması (bu vəzifələrin icrasını tələb edir), lakin mənzil bağışlandıqdan sonra artıq bir neçə ildir ki, ona qayğı və diqqət göstərməməsi mövqeyindən çıxış etmiş olur. Lakin hazırki iddianı yalnız xx.xx.2023-cü il tarixdə qaldırır və apellyasiya instansiya məhkəməsindəki icraat zamanı təqdim etdiyi izahatda aralarında münaqişənin 2022-ci ilin may-iyun aylarında başlandığını, həmin vaxtdan ona qayğı göstərmədiyini, cavabdehin hədəsinə və pis rəftarına məruz qaldığını qeyd edir və iddia müddətinin məhz həmin tarixdən hesablanmalı olduğunu bildirir. Bu da öz növb əsində belə qənaətə gəlməyə imkan verir ki, 2022-ci ilin may-iyun aylarınadək cavabdeh tərəfindən iddiaçıya tələb olunan səviyyədə diqqət və qayğı göstərilmişdir. İddiaçı qeyd edilən tarixdən əvvəlki dövr üçün cavabdehin ona münasibətdə diqqətsizlik, hörmətsizlik etməsi, qayğı göstərməməsi ilə bağlı hər hansı hərəkəti barədə fikir bildirmir, belə bir məlumat vermir. Bu hal cavabdehin məhkəməyə təqdim etdiyi, iddiaçının ilk olaraq bildirməsə də, sonradan etiraf etdiyi və təkzib etmədiyi bir sıra məlumatlarla da öz təsdiqini tapır. Belə ki, müəyyən edilmişdir ki, müəyyən bir dövr ərzində cavabdehin tapşırığı əsasında onun birinci həyat yoldaşı (hazırda cavabdeh 3-cü nikahdadır) X3 da iddiaçıya qayğı və qulluq göstərilməsində (ona baxılmasında) yaxından iştirak etmişdir. Bundan başqa cavabdeh iddiaçının elmi işi ilə bağlı xaricdə kitab dərc edilməsində də iştirak etdiyini və bu məqsədlər üçün pul vəsaiti sərf etdiyini bildirir. İddiaçı bunu təkzib edən hər hansı fikir söyləmir. Qeyd edilənlər həmin tarixədək tərəflərin münasibətində və bu münasibətlərdən irəli gələn vəzifələrin icrasında hər hansı problemin olmadığını təsdiq edir.
28. Məhkəmə kollegiyası cavabdehin Ukrayna Respublikasından Bakı şəhərinə qayıtdıqdan və iddiaçı ilə birlikdə mübahisəli mənzildə yaşadığı dövrdə tərəflər arasında olan münasibətlərlə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı cavabdehin onun şəxsiyyətini təhqir etdiyini, ölümlə hədələdiyini, zəhərləmək istədiyini, bir neçə dəfə onu mənzilə buraxmadığını, hətta onu yerə vurmaq məqsədi ilə itələdiyini iddia edir. Lakin bununla bağlı nəinki sü but təqdim etmir, ümumiyyətlə konkret bir hal göstərə bilmir. Ümumiyyətlə cavabdehin iddiaçını zəhərləmək üçün hansı tədbirlər görməsi, iddiaçını bunu necə ifşa etməsi, hansı qidanı qəbul etdikdən sonra səhhətində nə kimi problemlərin yaranması barədə nəinki sübutlar, adi məlumat belə verilmir, bu fikir ümumi şəkildə səslənir. İddiaçının mənzilə buraxılmaması isə onun həmin vaxtlar başqa ünvanda yaşamasını özündə ehtiva edir. Lakin bu məsələyə də aydınlıq gətirilmir. İddiaçı evə buraxılmaması nəticəsində qalmağa və gecələməyə məcbur olduğu ünvan barədə hər hansı məlumat vermir.
29. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə iclasında ifadəsi alınmış şahid X10 iddiaçının sözlərinə istinadən cavabdehin Ukrayna Respublikasından qayıtdıqdan sonra iddiaçıya çox yaxşı baxdığını, lakin sonradan iddiaçının mənzilə getmək istəmədiyini gördüyünü, səbəbləri ilə maraqlandıqda iddiaçının evə getməkdən qorxduğunu, oğlunun onun yeməyinə zəhər qatıb öldürmək istədiyini ona bildirdiyini göstərir. Hər bir halda, hazırki ifadədə cavabdehin ölkəyə qayıtdıqdan sonra iddiaçıya yaxşı baxdığı bir dövrün olduğu etiraf edilir. X5 da iddiaçının əvvəllər oğlunu təriflədiyini, lakin sonradan münasibətlərin pozulduğunu, cavabdehin hazırda iddiaçıya yaxşı baxmadığını, iddiaçının öz evində rahat yaşa bilmədiyini qeyd edir. Eyni zamanda, cavabdehin iddiaçını çox pis təhqir etdiyini, lakin bunu qonşulardan eşitdiyini, onların arasında münaqişəni görmədiyini göstərir. X1 da öz ifadəsində məhz iddiaçının ona verdiyi məlumata əsaslanaraq, iddiaçının öz evində yemədiyini, yatmadığını, oğlunun onu zəhərləməsindən qorxduğunu vurğulayır. Digər şahid X7 (cavabdehin qardaşı) atasının axır 3-4 aydır ki, ona zəng edərək, cavabdehin onu təhqir etməsindən şikayətləndiyini bildirir.
30. Bununla belə bu şahidlərin ifadəsi nəticə etibarı ilə ya iddiaçının özünün bildirdiklərinə, ya da şəxsiyyəti barədə hər hansı məlumat verilməyən və kimliyi bəlli olmayan qonşuların sözlərinə söykənir. Onların hər hansı biri iddiaçının cavabdehin pis və kobud rəftarına məruz qalmasının şahidi olmamışdılar. Eyni zamanda, onların hər hansı biri, xüsusilə də cavabdehin qardaşı olan şahid X7 iddiaçı və qonşular tərəfindən verilən məlumatların həqiqiliyini müəyyən etmək üçün bu barədə cavabdehlə hər hansı söhbət aparmamışdılar. İddiaçı münasibətlərin pisləşməsindən sonra digər oğlu Azərin arvadının ona baxdığın ı bildirir. Halbuki, X7 öz ifadəsində atasının ona zəng edərək, (yəni Azər gəlməyib, mübahisəni şəxsən görməyib, iddiaçı da mübahisə ilə bağlı onu çağırmayıb, mübahisə ilə bağlı onun evində qalmayıb) şikayətləndiyini bildirir. Eyni zamanda, cavabdehlə illərlə danışmadığını söyləyir, lakin bu zəmində və ya hər hansı başqa səbəbdən cavabdehlə onun da arasında mübahisə yarandığını, cavabdehin onunla da pis rəftar etməsini və ya onu təhqir etməsini bildirmir.
31. Daha sonra məhkəmə kollegiyası qeyd etmişdir ki, bu şahidlərin ifadəsindən həmçinin, cavabdehin Ukraynadan qayıtdıqdan sonra iddiaçı ilə münasibətlərinin yaxşı olduğu, cavabdehin ona yaxşı baxdığı müəyyən edilir. Belə olan halda, münasibətlərin birdən-birə pisləşməsi üçün əsas olan halların nədən ibarət olması, nəyin nəticəsində belə bir vəziyyətin yaranması məsələsi də açıq qalır. İddiaçı Bakı şəhəri Nərimanov rayonu, 16cı Polis bölməsinə ünvanladığı şikayət ərizəsində də cavabdehin ona hər gün psixoloji təzyiqlər və nəlayıq hərəkətlər etdiyini, söyüşlər söydüyünü göstərir. Şikayət üzrə verdiyi izahatında isə cavabdeh belə bir halların olmasını təkzib edir. Bununla belə, hüquqi nəticə etibarı ilə cavabdehin ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin iddiaçı barəsində nəinki kobud, ümumiyyətlə hər hansı formada pozduğu müəyyən edilmir. Nəticə etibarı ilə bu münaibətlər çərçivəsində yalnız, 1938-ci il təvəllüdlü olmaqla 85 yaşı olan və ahıl yaşında olmasına istinad edən iddiaçı cavabdehin pis və kobud rəftarına məruz qaldığını, cavabehin ona baxmadığını, qayğısına qalmadığını iddia edir. B una baxmayaraq, cavabdeh iddiaçıya münasibətdə hər hansı neqativ fikir söyləmir, həm hüquq mühafizə orqanlarında, həm də məhkəmədə verdiyi izahatında yalnız iddiaçı tərəfindən qeyd edilənlərin böhtan olduğunu və başqa şəxslərin təsiri altına düşdüyünü bildirir. Hər bir halda, tərəflər arasında cavabdehin pis və kobud hərəkətlərindən doğan münaqişə varsa, ən azı özünə haqq qazandırmaq və bu münaqişənin günahkarı olmadığını sübut etmək baxımından cavabdeh də iddiaçıya münasibətdə neqativ fikirlər söyləmiş olardı, o da iddiaçıdan polis orqanlarına şikayət edərdi. Lakin cavabeh tərəfindən belə bir hərəkətlərə yol verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnamə çıxarıldıqdan sonra isə cavabdeh həyat yoldaşı ilə birlikdə iddiaçı ilə birgə yaşadığı mənzili ümumiyy ətlə tərk etmiş, hazırda iddiaçı mənzildə tək yaşayır. Başqa sözlə, cavabdeh öz hərəkətləri ilə münaqişə və mübahisə tərəfi olmadığını, münaqişə və mübahisədən yayındığını sübut edir. Belə olan halda, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi bilavasitə Mülki Məcəllənin 673.1.2-ci maddəsinin tələblərinə ziddir.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.1.5, 390.1, 405.1, 661.1, 662.2, 670.1, 670.3, 673.1, 673.2.1 və 673.3-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
33. Qətnamədən iddiaçı (Vəkil4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv edilməsini və iddia tələbinin bütünlüklə təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi həqiqətin müəyyən edilməsi, qərəzsiz və obyektiv qərar qəbul edilməsi məqsədilə cavabdehin iddiaçının qayğısına qalmasını sübut edən hər hansı bir arqument təqdim etməməsinə baxmayaraq, iddiaçının iddiasını sübut edə bilməməsi qənaətinə gəlmişdir. Halbuki iddiaçı öz tələbini şahid ifadələri, polis orqanlarına göndərdiyi şikayət ərizələri ilə sübuta yetirmiş, cavabdeh isə atasının qayğısına qalmasını sübuta yetirməmiş və o, bu gün də atasının qayğısına qalmır. Əgər iddiaçının polis orqanlarına göndərdiyi şikayət əri zələrində göstərilən xüsusatlar həqiqəti əks etdirməsə idi, onda onun barəsində bilə-bilə yalan xəbərçilik etmə ittihamı ilə cinayət işi başlanılardı.
35. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətini təmin etməməklə həm də cavabdeh tərəfindən sözügedən mənzil özgəninkiləşdirildiyi təqdirdə iddiaçının böyük oğlu X2 vərəsəlik, eləcə də gözlənilən mülkiyyət hüquqlarını pozmuşdur. Bütün yuxarıda qeyd olunanlar obyektiv, tərəfsiz və qərəzsiz qiymətləndirilmiş olsaydı, iddia tələbi təmin edilmiş olardı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
36. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
37. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
38. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
39. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
40. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmeti nə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
41. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
42. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
43. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.
44. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
45. Maddə 670.3. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər.
46. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
47. Maddə 673.2.1. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda ləğv edə və onun icrasından imtina edə bilər.
48. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öld ürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
51. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
60. Kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin edilməməsi hissəsində tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirililən hissədə bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Məhkəmə kollegiyası, cavabdeh tərəfindən sözügedən mənzil özgəninkiləşdirildiyi təqdirdə iddiaçının böyük oğlu X2 vərəsəlik, eləcə də gözlənilən mülkiyyət hüquqlarının pozması barədə kassasiya şikayətinin dəlilinə münasibət bildirərək həmin dəlili əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamam lığı prezumpsiyası qüvvədə olduğuna görə, həmçinin hazırda mübahisəli mənzil mülkiyyət hüququ ilə Cavabdeh məxsus olduğundan, o, Mülki Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq özünə mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malik olmaqla, onun özünə məxsus mübahisəli mənzili özgəninkiləşdirməsi həmin mənzilə aidiyyəti olmayan şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilməz.
64. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyəti nə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
68. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5428/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.