Məhkəmə qərarları › İş №2(102)-1274/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1274/2020

24.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1274/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)******/2019 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu rayon Məhkəməsinin (hakim E.Hümbətov) xx.xx.2019-cu il tarixli, 2(016)******/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “sabit pul məbləği ilə aliment” tələbinə dair iddiası təmin edilərək, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancından (başqa gəlirlərindən) bir uşaq üçün 160 manat, iki uşağa görə 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının xx.xx.2019-cu il tarixdən başlanması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli və İ.Quliyev) xx.xx.2019-cu il tarixli, 2(107)-******/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağsu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(016)-******/2019 nömrəli qətnaməsinin təyin olunmuş sabit pul məbləğdə alimentə aid hissədə dəyişdirilməsi, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 130 manat olmaqla, iki uşaq üçün cəmi 260 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsiqət edilmişdir. İddiaçı və Cavabdeh ayrı-ayrılıqda iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah münasibətlərindən anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları xərcləri ilə əlaqədar olaraq hər ay hər bir uşaq üçün 160 man at sabit pul məbləğində alimentin tutulmaqla iki uşağa görə hər ay 320 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxan apelyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, tətbiq edilməli olan xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanun tətbiq edilməmişdir. Belə ki, toylara gedən ansambl qrupunda sintezator çalanların nə qədər qazanmaları hamıya məlumdur. Cavabdeh özünün musiqi m üəllimi işləməsini təsdiq edən arayışı təqdim etsə də, əlavə gəlirlərini gizlətmişdir. Apellyasiya kollegiyası isə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-******/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və apelyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya məhkəməsi sabit pul məbləğində aliment məbləğini müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdehin anası xəstədir və onun qayğısına cavabdeh qalır. Bundan başqa, cavabdeh Ağsu rayon ********** işlədiyi yerdən 302.66 manat əmək haqqı alır. Həmçinin o, vergi ödəyicisi olsa da, içşisi və ya hər hansı gəliri yoxdur. Alimentin məbləği müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi və alimentə aid hissədə dəyişdirilərək hər bir uşağa 100 manat olmaqla, iki uşaq üçün cəmi 200 manat müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, Cavabdeh vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, məhkə mə prosesinin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətlərinin təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilməsi qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdı r ki, Birinci instansiya məhkəməsi iddianın təmin olunmasını qət edərkən işin hallarını düzgün müəyyən etsə də həmin hallara uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etsə də, sabit məbləğdə alimentin məbləğini müəyyən edərkən hansı halları nəzərə almasını əsaslandırmamışdır. Sonda tərəflərin birgə nikаhındаn оlаn uşаqlаrı xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsini qət etməklə reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə əsas ola biləcək hallar müəyyən edilməsə də qətna mənin dəyişdirilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kolegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı bir uşağın saxlanılması üçün Cavabdeh 160 manat sabit məbləğdə alimentin tutulmasını xahiş etsə də, cavabdehin həmin məbləğdə alimenti ödəməyə maddi imkanının olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı apelyasiya məhkəməsinin “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanunu tətbiq etməməsinə, cavabdeh isə onun maddi və ailə vəziyyətinin nəzərə alınmadığına istinad etsə də qeyd edilməlidir ki, azyaşlı uşaqların saxlanması üçün bir tərəfdən d igər tərəfin xeyrinə tutulan aliment məbləği uşaqların mənafeyinin, onların əvvəlki yaşayış səviyyəsinin saxlanması məqsədilə tutulan məbləğdir və azyaşlı uşağın saxlanması vəzifəsi hər iki valideynin vəzifəsi olduğundan, valideynlər həmin məbləğin uşaq üçün təmin edilməsində birgə iştirak etməlidirlər. Hazırda kassasiya yoxlaması zamanı apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilm əsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinə uyğun olaraq valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludur; uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır; digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqa malikdir; uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludur; uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsinin və təhsil formasını seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. H əmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və bir hissəsini həmin vaideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəiri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqlarınsaxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın ( gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 42 1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-******/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar