Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1277/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.09.2018-ci il tarixli 2(103)8228/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Ş.Mirzəzadə, iş № 2(004)-1072/2018) İddiaçı Cavabdeh qarşı atalığın mabahisələndirilməsi tələbinə dair iddiası təmin edilərək İdd iaçı Cavabdeh doğulmuş 19 iyul 2012-ci il təvəllüdlü Suelin atası olmaması müəyyən edilmiş və atalığın müəyyən edilməsi haqqında 19 mart 2013-cü il tarixli 57 saylı akt qeydi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, V.Ə.Baxışova və N.Ş.Cəfərov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İşin halları: Cavabdeh 19 iyul 2012-ci ildə nikahdan kənar N adında bir uşağı olmuş və 19 mart 2013-cü il tarixdə verilmiş atalığı müəyyən etmək haqqında akt qeydinin ata haqqında məlumat qrafasında İddiaçı yazılmışdır. Bundan sonra 28 mart 2013-cü il tar ixdə Cavabdeh İddiaçıla rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 19 yanvar 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmaqla uşaq anası Cavabdeh yanında saxlanılmış və uşağa görə Məğrur Dadaşovdan onun xeyrinə ayda 120 manat məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 11 fevral 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin olunaraq X3 19 iyul 2012-ci təvəllüdlü Seulun atası olması müəyyən edilmişdir. 2017-ci ilin dekabr ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə münasibətləri pozulduqdan sonra Cavabdeh sözlərindən onun uşağın atasının olmamasını bilməsini əsas göstərməklə onun 19 iyul 2012-ci il təvəllüdlü X2 atası olmamasına dair qətnamə qəbul edilməsini xahiş etm işdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materia llarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən İddiaçı iddianı akt qeydini icra etmiş orqana qarşı deyil, fiziki şəxsə yönəldilməsini və s. əsas göstərmişdir. Kollegiya hesab edir ki, qətnamə səthi yoxlanılmış sübutlar əsasında çıxarıldığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə görə valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. İşdən görünür ki, uşağın doğum haqqında akt qeydində ata haqqında qeydiyyat hər iki tərəfin ərizəsi əsasında aparılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Qanunun həmin normasının məzmunundan görünür ki, əgər şəxs ata kimi qeydə alınarkən uşağın atası olmasını bilmirdisə o, atalığa dair məhkəmədə mübahisə qaldırmaq hüququna malikdir. İş üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq, işdən gö rünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin halın aydınlaşdırılması məqsədi ilə heç bir araşdırma aparılmamış, bu barədə tərəflərə sual belə verilməmişdir. Göstərilən vəziyyətdə kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1277/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1277/2019
20.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver