Məhkəmə qərarları › İş №2(102)-1278/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1278/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1278/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdehlər Abşeron rayon İcra şöbəsinə, Ləğv prosesində olan QSC “xxxx” KB-yə, Abşeron rayonu 1 saylı notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi və mülkiyyət hüququnu təsdiq edən sənədin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sə drlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, Cavabdehin vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(105)-1408/2020 nömrəli qətnaməsindən cavabdeh Ləğv prosesində olan “xxxx” KB tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 29 oktyabr 2007-ci il tarixli ipoteka müqaviləsi ilə X5 mülkiyyətində olan ünvan 3, 13 nömrəli bağ evini QSC “xxxx” KB və “xxxx” Çoxsahəli kiçik müəssisəsi arasında bağlanmış 22 oktyabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasını təmin etmək məqsəd i ilə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2014-cü il tarixli qətnaməsi ilə “xxxx” ÇKM-dan ümumilikdə 19377,93 manat məbləğində pulun alınaraq QSC “xxxx” KByə verilməsi, ünvan 3ndə 0,05 ha torpaq sahəsində yerləşən 13 nömrəli bağ evinə yönəldilməsi, həmin evin ilkin satış qiyməti 66100 manat olmaqla açıq hərracda satılaraq, onun satışda əldə olunmuş pul vəsaiti hesabına borclu “xxxx” ÇKM-nin QSC “xxxx” KB-yə olan kredit borcu ödənilməsi və s. qət edilmişdir. “xxxx” MMC-nin Abşeron rayon icra şöbəsinə və QSC “xxxx” KB ASC-yə ünvanladığı 03 fevral 2017-ci il tarixli məktubuna əsasən ünvan 3, 0,05 ha torpaq sahəsində 13 nömrəli bağ evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərr acın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 03 fevral 2017-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka saxlayanın ipoteka predmeti haqqında qəbul etdiyi son qərarla hərrac təşkilatını tanış edilməsi xahiş olunmuşdur. Kuryer xidmətləri üçün mədaxil qəbzinin 03 fevral 2017-ci il tarixli talonuna əsasən “xxxx” MMC-nin ipoteka saxlayan QSC “xxxx” KB-yə ünvanlanmış məktub 03 fevral 2017ci il tarixdə saat 15:45-də “xxx” adlı şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. “xxxx” MMC-nin Abşeron rayon icra şöbəsinə ünvanladığı 10 mart 2017-ci il tarixli məktubuna əsasən Səbail Rayon Məhkəməsinin 19 iyun 2014-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə ünvan 3 ünvanında yerləşən X2 mülkiyyətində olan 13 nömrəli bağ evi hərrac vasitəsi ilə satılmalı, kredit müqaviləsi üzrə borc məbləği ödənilməlidir. Hərrac təşkilatı şöbənin 25 oktyabr 2016-cı il tarixli sifariş məktubuna əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin müvafiq bəndlərinə uyğun olaraq hərraclar keçirmiş və hərraclar baş tutmamış elan edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ala bilməsi üçün məktub göndərilmiş, lakin qanunvericiliyə uyğun olaraq 30 təqvim günü keçməsinə baxmayaraq, ipoteka saxlayan ipoteka predmetini əldə edərkən cavabdehə çatan məbləği ödəmədiyindən sənədləşmə işi aparılmamışdır. Abşeron rayon İcra Şöbəsinin 26 may 2017-ci il tarixli qərarına əsasən ünvan 3ndə 0,05 ha torpaq sah əsində yerləşən 13 nömrəli bağ evi “xxxx” MMC tərəfindən hərraca çıxarılsa da, əmlak hərracda satılmamışdır. Bundan sonra “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə təklif olunmasına baxmayaraq qanunvericiliyə uyğun olaraq təklifə 30 gün müddətində müsbət cavab verilməmişdir. Bu səbəbdən icra vərəqəsi icrasının mümkün olmaması səbəbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X5 cavabdehlər Abşeron rayon İcra şöbəsinə, Ləğv prosesində olan QSC “xxxx” KB-yə, Abşeron rayonu 1 saylı notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlə t Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan QSC “xxxx” KB-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 3ndə yerləşən, iddiaçının mülkiyyətində olan 13 nömrəli bağ evinə dair ipotekaya xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülüyündən azad edilməsi və 06 aprel 2007-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ipoteka predmeti ilə bağlı hərraclar baş tutmamış, əmlak satılmamış, həmçinin QSC “xxxx” KB-yə təklif olunmasına baxmayaraq, sonuncu tərəfindən mülkiyyətə qəbul edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2014-cü il tarixli icra vərəqəsinin icrası mümkün olmadığı üçün həmin məhkəməyə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(012)-4996/2017 nömrəli qətnaməsi ilə (hakim Ş.H.Nəcəfova) iddiaçı X2 ipotekaya xitam verilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsi hissəsində iddiası təmin edilmiş, iddia tələbi iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədin geri qaytarılması hissəsində təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh “xxxx” KB QSC qanunvericiliklə müəyyən edilmiş qaydada hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyindən, iddia iddiaçıya məxsus bağ evinə dair ipotekaya xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülükdə n azad edilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda, iddia tələbi iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədlərin geri qaytarılması tələbinə dair hissədə təmin edilməməli və qətnamə qanuni qüvvəyə mindikdən sonra mülkiyyət hüququnu təsdiq edən sənədlərin yenidən alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın 4 saylı Ərazi İdarəsinə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Ləğv prosesində olan QSC “xxxx” KB apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(012)-4996/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2018-ci il ta rixli, 2(105)-1824/2018 nömrəli qətnaməsi ilə (hakim E.G.Rəhimovun sədrliyi və məruzəsi ilə, hakimlər L.M.Məmmədovadan və S.A.Qafaridən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(012)-4996/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh Ləğv prosesində olan QSC “xxxx” KB kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2018-ci il tarixli, 2(105)1824/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli, 2(102)-187/2019 nömrəli qərarı ilə (hakimlər A.K.Kalbalıyevin sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.İbayevdən və Ə.Ə.Əliyevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli, 2(105)-1824/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən bağ evi ilə bağlı hərracın baş tutmaması məlumatının verilməsi və ipoteka predmeti ilə bağlı bankın qərarının bildirilməsinin xahiş olunmasına dair Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac mərkəzindən Abşeron Rayon İcra şöbəsinə, Banka və məlumat üçün iddiaçıya ünvanlanmış 03 fevral 2017-ci il tarixli 01/415 saylı məktubuna istinad etsə də, ləğv prosesində olan QSC “xxxx” KB-nın öz növbəsində həmin məktuba cavab olaraq iddiaçıya məxsus Bağ evinin alınmasına razı olması barədə 13 fevral 2017-ci il tarixli, 26/18570 saylı cavab məktubuna hüquqi qiymət verməmişdir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan surəti lazımi qaydada (ləğv prosesində olan “xxxx” KB QSC-i tərəfindən) təsdiq edilmiş 13 fevral 2017-ci il tarixli cavab məktubunun Respublika Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac mərkəzinə daxil olub-olmamasına araşdırmadan, apellyasiya şikayətinin bu barədə olan əsas dəlili üzrə araşdırma aparmadan, müəyy ən edilmiş hala isə işin digər sübutları ilə yanaşı hüquqi qiymət vermədən ipotekaya xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi kimi nəticələri qanuni və əsaslı sayıla bilməz. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2019-ci il tarixli, 2(105)-1737/2019 nömrəli qətnaməsi ilə (hakimlər G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və T.Q.Məmmədovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(012)-4996/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan QSC “xxxx” KB tərəfindən təsdiq edilmiş 13 fevra l 2017-ci il tarixli cavab məktubunun araşdırma zamanı icraata daxil olması təsdiqini tapmamışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Cavabdeh Ləğv prosesində olan QSC “xxxx” KB kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2019-ci il tarixli, 2(105)1737/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(102)236/2020 nömrəli qərarı ilə (hakimlər G.A.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər Q.Ə.Allahverdiyevdən və İ.R.Xələfovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və i ş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi məhkəməsinin qərarında qeyd edilmişdir ki, işə yenidən baxan apellyasiya məhkəməsi qətnaməsində Mülki Prosessual Məcəlləsinin 420ci maddəsinin kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi tələbinə əməl etməmiş, Ali Məhkəmənin qərarında qeyd olunan göstərişlərə əməl etmədən əvvəlki qətnaməni təkrarlamışdır. İş materiallarından görünür ki, 03 fevral 2017-ci il tarixdə hərrac mərkəzi tərəfindən QSC “xxxx” KB-yə ipoteka predmetini əldə etmək təklif edilmişdir. QSC “xxxx” KB tərəfindən hərrac mərkəzinə 13 fevral 2017-ci il tarixdə həmin məktuba cavab olaraq iddiaçıya məxsus bağ evinin alınmasına razı olması barədə cavab məktubu göndərilmişdir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, QSC “xxxx” KB tərəfindən təsdiq edilmiş 13 fevral 2017-ci il tarixli cavab məktubunun araşdırma zamanı icraata daxil olması təsdiqini tapmamışdır. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən Hərrac Mərkəzinin məhkəməyə ünvanlanan 16 aprel 2019-cu il tarixli məktubuna istinad etmişdir. Halbuki apellyasiya məhkəməsinin qətnaməsinin hüquqi məsələlər hissəsində də istinad olunan X4 rayon İcra şöbəsinə göndərdiyi 10 mart 2017-ci il tarixli arayışda 30 təqvim günü keçməsinə baxmayaraq ipoteka saxlayanın ipoteka predmetini əldə edərkən cavabdehə çatan məbləği ödəmədiyindən sənədləşmə işinin aparılmadığı göstərilmişdir. Bu halda, QSC “xxxx” KB tərəfindən təsdiq edilmiş 13 fevral 2017-ci tarixli məktubun Hərrac Mərkəzinə daxil olmaması barədə gəlinən nəticə ümumiyyətlə əsassızdır. İş mater iallarından göründüyü kimi, ipoteka saxlayan QSC “xxxx” KB ona göndərilmiş yazılı təklifə razı olması barədə yazılı qaydada cavab vermişdir. Bu halda, ipoteka saxlayanın təklifə 30 gün ərzində müsbət cavab verməməsi barədə gəlinən nəticə əsassızdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(105)-1408/2020 nömrəli qətnaməsi ilə (hakimlər Ş.R.Abasovdan sədrliyi və məruzəsi ilə, hakimlər M.Ə.Rzayevdən və Z.İ.Məmmədovdan ibarət tərkibdə) cavabdeh Ləğv prosesində olan QSC “xxxx” KB-nin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(012)-4996/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi “İpoteka haqqında” Azərbayca n Respublikası Qanununun 43.7, 43.8-ci maddələrinə, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il qərarına istinad edərək izah etmişdir ki, Qanunun 43.8-ci maddəsi 43.7-ci maddəsini tamamlayır. Həmin normaların ümumi dispozitiv şərtinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətə almazsa ipotekaya xitam verilir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, qanunvericilik ipoteka predmetinin əldə edilməsi dedikdə hansısa qeyri-müəyyən, mücərrəd razılığı, niyyəti yox, real hərəkəti nəzərdə tutur. Bu hərəkət isə müəyyən olunmuş müddət ərzində əmlakın hüquqi cəhətdən əldə edilməsini ehtiva edir. Belə ki, hərrac prosedurunun mahiyyəti bundadır ki, özgəninkiləşdiriləcək əmlak satılması üçün hərraca çıxarılır. Satış isə bütün hallarda əvəzli həyata keçirilir. Təsadüfi deyil ki, qanunverici bu halda “ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər” ifadəsini işlədir. Buna görə də ipoteka saxlayan onun dəyərini ödəməlidir. Tutulmalı borc məbləği ilə ipotekanın alış qiyməti arasındakı fərq, bütün hallarda ödənilməli, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Yalnız bundan sonra əmlak əldə olunmuş hesab oluna bilər. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi, cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB ipoteka saxlayan olaraq təkrar hərr acın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanından istifadə etməmişdir. Yəni, 30 gün müddətində ipoteka predmetinin satış qiymətindən 25 faiz az olmayan qiyməti ödəməklə əmlakın əldə edilməsi üçün real hərəkət olmamışdır. Başqa sözlə, bankın hərrac təşkilatına ünvanladığı iddia edilən 13 fevral 2017-ci il tarixli razılıq məktubu həqiqi sübut kimi qəbul edilmiş olsa belə, həmin əmlakın əldə edilməsi üçün real hərəkət edilməsi kimi qiymətləndirilə bilməz. Hətta, ipoteka saxlayan olaraq bankın ipotekanı əldə etmək üçün razılıq məktubunun mövcudluğunu qəbul etmiş olsaq belə, daha öncə qeyd olunduğu kimi əmlakın hüquqi müqəddəratını əldə etmək üçün heç bir real addım atılmaması həmin razılığı əhəmiy yətsiz edir. Həmçinin ləğv prosesində olan QSC “Bank Standard” KB ipoteka saxlayan olaraq nəinki qanunun müəyyənləşdirdiyi təkrar hərracın baş tutmamış elan edilməsindən 30 gün müddət ərzində, hətta təkrar hərracın baş tutmamış elan edilməsindən 30 gün müddət keçdikdən sonra da (istinad edilən qanun normaları buna yol verməsə də) əmlakın əldə edilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Ən azı iş materiallarında bununla bağlı heç bir sübut yoxdur. Bu faktın özü də ipoteka saxlayanın ipoteka predmetini əldə etmək üçün real addım atmamasına dəlalət edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh Ləğv prosesində olan QSC “xxxx” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassas iya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *******l tarixli, 2(105)-1408/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması və ya iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş, ipoteka saxlayanın hərrac təşkilatı ilə yazışmaya əsasən hərrac baş tutmamış elan olunduqdan sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə edilməsi ilə bağlı addımlar atması nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının iza hatları Cavabdehin vəkili X3 məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlərin nümayəndələri, habelə vəkilləri məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquq i qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qa nuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 43.4-cü maddəsinə əsasən (30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinin əvvəlki redaksiyasına əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci ma ddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 43.7-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarında irəli sür ülmüş mövqeyə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin qərarda izah olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatl ar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq no rmalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində müəyyən etmişdir ki, cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB ipoteka saxlayan olaraq təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanından istifadə etməmiş, həmin müddətdə ipoteka predmetinin satış qiymətindən 25 faiz az olmayan qiyməti ödəməklə əmlakın əldə edi lməsi üçün real hərəkət etməmişdir. Bankın hərrac təşkilatına ünvanladığı 13 fevral 2017-ci il tarixli məktub isə həmin əmlakın əldə edilməsi üçün real hərəkət edilməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin həmin mövqeyi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarında irəli sürülmüş mövqeyə tam uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatında vermiş olduğu bütün zəruri göstərişləri icra etmiş, işdə olan sübutlara həmin göstərişlərə uyğun hüquqi qiymət vermiş və iş üzrə tam, hərtərəfli və obyekti v araşdırma aparmaqla, tətbiq edilməli maddi hüquq normaları düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ləğv prosesində olan QSC “xxxx” KB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(105)-1408/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar