Məhkəmə qərarları › İş №2(102)-1281/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1281/2022

11.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1281/2022 11.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1281/22 (Açar sözlər: aliment borcu) Bakı şəhəri, 11 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «yaranmış aliment borcu üzrə dəbbə pulunun ödənilməsi» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9556/2021 nömrəli, 11.10.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə İddiaçı 09 iyul 2000-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuş, 24 aprel 2001-ci il tarixdə Fidan adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-460/2006 nömrəli, 03.02.2006-cı il tarixli qətnaməsi (hakim M.Abdulmanafova) ilə, cavabdeh X3 24.04.2001-ci il təvəllüdlü qızı - X1 üçün 05.01.2006-cı il tarixdən başlayaraq hər ay 100 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.

2. Cavabdeh Rəzəddinov (Rəzəddin) Yaşar Ariz oğlu ümumilikdə 3800 manat aliment ödəmiş, daha sonra ödənişləri dayandırmışdır. Bununla əlaqədar borclu Cavabdeh ölkədən getmək hüququ məhdudlaşdırılmış və icra məmurunun 11.03.2021-ci il tarixli qərarı ilə xx.xx.1974-cü ildə ünvan 1 ünvanda qeydiyyatda olan borclu Cavabdeh barəsində axtarış el an edilmişdir. Cavabdeh hazırda 14600 manat aliment borcu vardır.

3. İddiaçı aliment borcu ilə yanaşı hər gecikdirilmiş günə görə 16,40 manat məbləğində dəbbə pulu hesablanması əsası ilə hazırki mübahisəni başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı hazırki iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 17.06.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2006-cı il tarixli, 2(004)-460/2006 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdeh X4 24.04.2001-ci il təvəllüdlü qızı - X1 üçün hər ay ödəməli olduğu 100 manat alimenti vaxtında İddiaçı ödəmədiyinə görə yaranmış 14.600 manat aliment borcunu 781 gün gecikdirərək ödəmədiyinə görə Cavabdeh 11.4 02,60 manat dəbbə pulu tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(004)3318/2021 nömrəli qətnaməsi ilə (hakim V.Hacıyev) iddia qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2006-cı il tarixli 2(004)-460/2006 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdeh X4 24.04.2001-ci il təvəllüdlü qızı X1 üçün hər ay ödəməli olduğu 100 manat alimenti vaxtında İddiaçı ödəmədiyinə görə yaranmış 14.600 manat aliment borcuna görə Cavabdeh 1.000 (bir min) manat dəbbə pulu tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, tələbin qanuni əsasını Ailə Məcəlləsinin 108-ci maddəsi təşkil edir və hazırkı işdə həmi n maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tərəflərin maddi durumunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçının tənasübsüz surətdə yüksək hesabladığı 11.402,60 manat dəbbə pulu azaldılaraq 1.000 manat müəyyən edilməlidir.

7. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Ape llyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Ş.Məmmədova) 11.10.2021-ci il tarixli, 2(103)9556/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(004)-3318/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmamışdır.

10. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

11. Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsi nin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr dəbbə pulu məsələsində kredit öhdəliyi üzrə hesablanmış dəbbə pulu ilə heç bir fərq qoymadan yanaşmış, nəticədə cavabdehi valideynlik hüquqlarının icrasından azad etmişdir. Cavabdeh Almaniya Federativ Respublikasında restoran sahibi olsa da, aliment məbləğini ödəməməklə iddiaçını və qızını maddi cəhətdən çətin vəziyyətdə qoymuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

14. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

15. Maddə 75.1. Valideynlər uş aqlarını saxlamağa borcludurlar.

16. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. Maddə 108.2. Məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

19. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənl əşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilm iş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

29. Kassasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, cavabdeh Almaniya FR-da restoran sahibi olduğundan yüksək məbləğdə gəlir əldə etsə də, aliment ödəməkdən boyun qaçırır və məhkəmələr tərəfindən qət olunan dəbbə pulu həddindən artıq azdır.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin birinci dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin g əlirləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-yə (§21-§23) əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd edir ki, məhkəmələr dəbbə pulunun məbləğinin azaldılması ilə bağlı Mülki Məcəllənin 467ci maddəsinə istinad etməkdə haqlı olmuşlar. Çünki, işin faktiki halları istinad edilən normanın dispozisiya şərtlərinə uyğun gəlir. Qeyd olunmalıdır ki, dəbbə pulunun hüquqi rejimi Mülki Məcəllənin 462-467-ci maddələri ilə tənzimlənir. Mülki Məcəlləyə əsasən (§19), penya məbləğinin azaldılması məhkəmənin müstəsna səlahiyyətidir. 32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehin maddi durumu ilə bağlı mötəbər sübutlar məhkəməyə təq dim olunmadığından, apellyasiya instansiyası məhkəməsi dəbbə pulunun 1000 manat müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqda haqlı olmuşdur.

34. Belə olan halda, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. 35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9556/2021 nömrəli, 11.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar